M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə46/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
Nəticə belədir ki, ağaclar nə qədər müxtəlif olsa  da onların 
hamısı gövdədən, üzərində yerləşən budaqlardan və budaqlardan 
çıxan bııdaqcıqlardan. zoğlardan ibarətdir.
Yekunda, tərbiyəçi uşaqlardan hansı ağacı  daha çox xoşla­
dıqlarını soruşur və bu zaman onlara istədikləri ağacı xarakterizə 
etməkdə  (qamətli,  möhtəşəm,  möhkəm  və  s)  köməklik  göstərir. 
İzah edir ki, sahənin ağaclarını  bağçanın  işçiləri  əkirlər.  Ağaclar 
sahəyə necə də gözəllik, sərinlik, təmiz hava verir.
Tərbiyəçi  məşğələni  uşaqlara  ağaca  doğru  qaçmağı  təklif 
etməklə bitirir.
Didaktik oyun.  «Pavi7. yarpaqları»
Məqsəd:  Narıncı,  sarı,  qırmızı  rənc  haqqında  təsəvürləri 
möhkəmlətmək,  adlandırılmış  rəııcə  uyğun  yarpaqlar  seçməldə 
məşq etdirmək.
Vəsait:  Uşaqların sayı  qədər budaq təsvirli  kartlar,  ortada, 
alçaq qutuda müxtəlif rəngli yarpaqlar.
Tərbiyəçi  nəql  edir: 
«Pavız  gəldi,  ağacların  yarpaqları
müxtəlif rəng aldı.  Yaşıl yarpaqlar, getdikcə  qırmızı, qəhvəyi  və 
narıncı rəngə çevrildilər (üç rəngdə göstərir).  Elə düşünün ki. biz 
sizinlə  parkdayıq.  Parkın  girəcəyində  böyük  saralmış  yarpaqlı 
ağacdan  bir  budaq  payız  buketi  qopardıq.  İndi  siz  qarşınızdakı
MƏŞĞƏLƏ 2
Məşğələnin  gedişi
budağa saralmış yarpaqlar düzün.»
Uşaqlar  saralmış  yarpaqları  seçərək 
budağa düzürlər.
Tərbiyəçi: 
«Nə  gözəl  düzdünüz!»
— deyərək yarpaqların nə rəngdə  olduğunu 
və  onların  necə  də  gözəl  göründüyünü 
qeyd  edir,  ardınca  uşaqlara  yarpaqları  ye­
149


Təsvın sənət və onun tədrisi metodikası
nidən qutuya qoymağı təklif edir.
Dalıa  sonra  tərbiyəçi  nəql  etməyi  davam  edir:  -   «Biz  bir 
qədər  də.  irəli  gedirik  və  orda,  skamyanın  yanında,  narıncı  yar­
paqlı  ağaca rast  gəlirik və  ondan  bir budaq  qopaıdırıq.  Uşaqlar, 
göstərin baxaq kəsdiyiniz budaq necə idi?»
Uşaqlar,  lıavəslə  narıncı  rəngli  yarpağı  seçərək  budağın 
üzərinə düzürlər.  Məşğələnin gedişində,  bir  dalıa müsahibə vasi­
təsi  ilə  yarpaqların  narıncı  rəngdə  oldğunu  və  budaqda  necə 
gözəl yerləşdiyini uşaqların diqqətinə çatdırır.
Adınca  tərbiyəçi  (müxtəlif  rəngli  yarpaqları  düzdükdən 
sonra)  iş  prosesində  yarpaqların  rəngini  səhv  salan  uşaqların 
diqqətinə  çatdırır  ki,  onlar  lazımi  rəngi  düzgün  seçməmişlər. 
Diqqətli olub səhvləri düzəltmək təklif edilir.
Yekunda, tərbiyəçi nəqlini tamamlayarkən: -  «Uşaqlar. park­
dakı  bütün  ağaclar,  əlvan  və  gözəl  idi.  .Ancaq,  mən  bilmək  is­
təyirəm, haıısı yarpaqlı budaq, sizin dalıa çox xoşunuza gəldi?»
Hər uşaq ona xoş gələn yarpaqları seçərək qarşısındakı bu­
dağın üzərinə düzür.
Sonda tərbiyəçi bir daha, budağa hansı rəngli yarpaqları düz­
düklərini sonışmaqla yarpağın rəngini uşağın diqqətinə çatdırır.
MƏŞĞƏLƏ 3
Kəsııı. «Payız yarpaqlı ağac»
Məqsəd:  Uşaqlara,  ağac rəsminin təsvirini mənimsətməyi
təkmilləşdirmək.  Rəsmdə  ağacın  quruluşunu,  gövdəsini,  müxtə­
lif uzunluqlu  budaqları  vermək.  Şaquli  yaxma  prinsipi  ilə  yar­
paqları  çəkməyi mənimsətmək, vərəqlərin böyüklüyünə görə bu­
daqları düzgün yerləşdirməyə nail olmaq.
Vəsait:  Tərbiyəçi  üçün  üzərində  ağac  təsvir  olunmuş  nü­
munə. kartondan hazırlanmış  2 kukla fiquru və 2 cv.
Uşağın  əlində  düzbucaqlı  formada  ağ  kağız  (20x13  sm), 
quaş -  boya, yumşaq fırça.
150


Təsvın sənət və onun tədrisi metodikası
Məşğələnin  gedişi:
f
 
Tamamlanmamış  ağac  təsvirini  lövhə­
dən  asıb  nəql  etmək: 
«Mənim  evimin  qar­
şısında.  düz  qamətli  (gövdəli)  ağac  böyüyür. 
Mən onu rəsm  etməyə başladım,  lakin yalnız 
gördüyünüz kimi,  gövdəni  çəkə  bildim.  Kim 
deyər,  ağac almaq üçün mən daha nə  çəkmə­
liyəm? Düzdür budaqları.  Ancaq mən budaq­
ların  harda  uzun  harda  qısa  olmasını  unut­
dum.  Uşaqlar,  budaqların,  gövdənin  hansı yerində  qısa və hansı 
yerində  uzun  verildiyini  unutmayın.  Budaqları  ağacın  ucundan 
bir qədər aşağıdan çəkməyə başlayınqw.
Cavab  verəndən  sonra  uşaqlara  işə  başlamaq təklif edilir. 
İş prosesində təsvirləri çəkdikcə, uşaq işi haqqında,  işin ardıcıllı­
ğı haqqında  izahat verə bilər.  Məşğələnin gedişində bir daha tər­
biyəçi  gövdənin  üzərində  yerləşən  budaqların  xüsüsiyyətini 
uşaqların  yadına salır (ağacın  gövdəsinin  hansı  yerində  uzun  və 
ya  qısa  olmasını).  Təsviri  tamamlayarkən  kağızın  aşağı  hissə­
sində  hələ  saralmamış  yaşıl  otları  çəkmək  məsləhət  görülür. 
Ağacın  yarpaqları  haqqında  danışarkən  tərbiyəçi  qeyd  edir  ki. 
hələ  payızın  əvvəlidir,  yarpaqlar  budaqlarda  çoxdur  və  sıxdır. 
Tərbiyəçi  uşaqların yadına salır ki.  yarpaqları  çəkmək üçün, fır­
çanın  xovunu  kağıza  basıb  götürmək  lazımdır.  Lazım  gələrsə, 
yaxşı  çəkən  uşağı  lövhəyə  çağırıb  həmin  təsvir üsülünü  göstər­
məyi təklif etmək,( fırçanın xovunu şaquli  istiqamətdə basıb gö­
türmək lazımdır).  Uşaqlar işi tamamladıqca lövhəyə düzürlər. 
Yekunda tərbiyəçi  işlərin baxılması və təhlilini keçirir.
2-ci variant:  Məşğələ  oyun  xarakterində keçirilir.  Tərbiyə­
çi  lövhəyə  böyük ağac  təsvirini  bərkidir və  məşğləyə  giriş  verə­
rək:  «Uşaqlar. gördüyünüz ağac təsvirində nə çatmır?»
Müsahibə  ilə  iş  prosesi  izah  edildikdən  sonra,  uşaqları 
ardıcılıqla lövhəyə çağırır və yarpaqları  çəkməyə dəvət edir.  Hər 
uşaq 2-3 yarpaq çəkir.
151


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə