M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə48/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
də,  yaşıl  qalıb.  Bir diqqətlə  baxııı,  yolkanın  iynə  yarpaqları  heç 
də  yaşıl  otun  rəngi  kimi deyil  (bu  zaman  aşağı  hissədə  yerləşən 
otları  göstərir).  İynə  yarpaqların  rəngi  daha  tüntdür.  yəni  tünd 
yaşıl  rəngdədir.  Siz  öz  qarşınızdakı  boyalara  baxsanız,  həm 
yaşıl, həııı də tünd yaşıl rəngləri görərsiniz.
Yolka  da ağacdır ona  görə  də,  onun  həm  gövdəsi,  həm  də 
müxtəlif  uzunluqda  yarpaqları  var.  Ancaq,  o  iynə  yarpaqlıdır. 
Əvvəlcə,  mən  aşağıdan  yuxan  gövdəni  çəkirəm,  lakin,  onun 
uzunluğu çox  deyil,  baxııı.  o ağacdan qısadır,  indi  isə yuxarıdan 
aşağıya  doğru əvvəlcə  qısa-qısa  budaqcıqlar aşağı düşdüqcə  da­
ha  uzun  budaqları  çəkirəm.  Fikir verin,  onun  da  aşağı  budaqları 
yandakı  ağacın  budaqlan  kimi  uzundur.  Uşaqlar,  diqqətlə baxın, 
mənim yolkam kənardan necə də üçbucağa  oxşayım
Yolkanın  təsvirinin  daha  dəqiq  verilməsi  üçün  budaqlan 
üçbucaq  daxilində  çəkməyi  təklif  etmək.  Suallar  vasitəsi  ilə 
tərbiyəçi  yolkanın  quruluşu  haqqında  uşaqların  təsəvvürünü 
möhkəmlədir.  Ardınca, rəsm etməyi təklif edərək, əvvəlcə, payız 
yarpaqlı  hündür ağacı  (bu zaman  yolka ağacı  üçün  yer qoymağı 
yada salmaq) daha  sonra,  ondan  bir qədər aralı alçaq  yolka ağa­
cını  çəkməyi  təklif etmək.  Məşğələnin  gedişində tərbiyəçi  nəza­
rət  edir  ki.  uşaqlar  ağacı  kağızın  sol  tərəfində  yerləşdirsinlər. 
Ağacın  yarpaqlarının  rəngini  uşaqlar  sərbəst  seçirlər.  Tərbiyəçi, 
bir  daha  ağacı  təsvir  edərkən  budaqları  aralı,  yolkanı  təsvir 
edərkən  budaqları  bir-birinə sıx çəkməyi  qeyd  edir.  Məşğələnin 
sonunda,  uşaq  rəsmləri  stentdə  yerləşdirilir  və  tərbiyəçi  uşaqla­
rın  diqqətini  lövhəyə yönəldərək ağac  və yolkaların necə  də hir- 
birinə  sıx  yerləşdiyini  və  kənardan baxdıqda  meşəyə  oxşadığını 
uşaqların  nəzərinə  satdırır.  Bu  zaman,  uşaqların  diqqətinə  yaşıl 
və tünd yaşıl,  həmçinin,  ağac  üzərində təsvir  olunmuş  yarpaqla­
rın narıncı,  sarı  və s.  verilmiş  rənglərini  uşaqların diqqətinə çat­
dırmaq.  Oğlan  və  ya  qız  fiqurunu  (kardondan)  stentdə  yerləşdi­
rərək  söyləmək:  «Tezliklə  payız  bitəcək  və  qış  gələcək,  qışda 
yolka  şənliyi  olacaq.  Yolkaları  bəzəyəcəklər.  Bu  oğlan  da,  me­
şəyə,  yolka  seçmək  üçün  gəlib.  O,  özü  üçün  daha  qamətli  sıx 
155


Təsvın sənət və onun tədrisi metodikası
budaqlı, üçbucağa oxşar yolka seçmək istəyir.  Uşaqlar, gəlin ona 
bu yolkaya oxşar yolkanı  seçək.»  Bu zaman dəvət  olunan  uşağa 
oğlan  fiqurunu  verərərək  yaxşı  təsvir  olunmuş  yolkanı  seçmək 
təklif olunur.  Uşaq seçim etdikdən sonra tərbiyəçi digər uşaqlara 
müraciət  edir  və  soruşur:  «Daha  yaxşı  yolka  varmı?»  Arzuya 
əsasən uşaqları lövhəyə dəvət edir.
MƏŞĞƏLƏ 6
Payız  mənzərəli  kitab  illüstrasiyalarının  baxılınası. 
«Harda yaydır, harda  payızdır?»
Məqsəd:  Uşaqları  payız  fəslinin  müxtəlif  dövrlərini  əks 
etdirən  illüstrasiyalarla  tanış  etmək;  payızın  müxtəlif dövrlərin­
də,  yarpaqların  çevrildiyi  rənglərini  uşaqlara  mənimsətmək;  hə­
min  çalarları  seçmək,  adlandırmaq,  və  bir-birindən  fərqləndir­
mək (qırmızı-tünd qırmızı, yaşıl-tünd yaşıl, sarı- tünd  sarı).
Vəsait:  Uşaq  kitablarından  götürülmüş  illüstrasiyalar,  yay 
(2-3) və payız (3-4) mənzərə təsvirləri, rəngli düzbucaq formalar.
Məşğələnin  gedişi:
Uşaqlar varım dairəvi düzülmüş masa kənarında  otururlar. 
Masa üzərində, yay və payız tosvirli illüstrasiyalar vardır.
Tərbiyəçi  deyir:  «Məniııı  qarşımda şəkillər  vardır,  onların 
bəziləri yay,  bəziləri isə payız haqqındadır.  Bu gün mən sizə pa­
yız  haqqında olan  şəkilləri  göstərəcəyəm.  Kim  mənə  payız  təs­
virini  burdan  seçə  bilər?».  İki  uşaq  seçilmiş  təsvirləri  lövhəyə, 
yuxan  cərgəyə  düzür.  Qalan  şəkilləri  isə  aşağı  cərgəyə  düzür. 
Tərbiyəçi  sonışur:  «Diqqətlo baxın, yuxarıdakı şəkillərin hamısı 
payız  fəslinə  aiddir?  Bəs  aşağıdakılar?  Hamısı  yay  fəslinəmi 
aiddir?  Düzdür,  siz  təsvirləri  düz  seçmisiniz.  Baxın,  həqiqətən 
yay fəslinin ağacları  yaşıl  yarpaqlı,  çəmənliyin otları  yaşıl  rəng­
də, gülləri əlvan, aydın mavi sama və s. təsvir olunmuşdum
156


Təsvın sənət və onun tədrisi metodikası
Ardınca,  tərbiyəçi,  yay  mənzərəli  təsvirləri  yığır  və  payız 
fəslinin  təsvirlərini,  payızın  əvvəlindən  başlayaraq  sonuna  kimi 
dəyişən  ardılcılıqda  düzür,  və  soruşur:  «Uşaqlar.  bu  təsvirlərin 
hamısı payız fəslinomi  aiddir? Bos  nə üçün,  onlar belə  müxtəlif- 
dir?»  Uşaqlar payız fəslinin əvvəlindən sonuna kimi  dəyişən ar­
dıcıllığı  izah edə  bilməzsə tərbiyəçi, bütün  xüsüsiyyətləri  və  də­
yişkənlikləri  izah  edərək  aydınlaşdırır.  Yəni,  əvvəlcə,  yarpaqlar 
saralır,  daha  sonra tünd qırmızımtıl  rəngə  dönür və  yarpaqlarını 
tökür,  getdikcə,  budaqlarda  az  yarpaq  qalır  və  s.  Lövhəyə 
uşaqlardan dəvət edərək, hər hansı bir təsviri göstərir və soruşur: 
«Devə bilərsənmi.  bu təsvir payız fəslinin hansı dövrünə  aiddir? 
İntensiv  yağışlar daha  çox  lıansı  ayda  olur?  Daha  çox  yarpağını 
tökmüş  ağaclar hansı  aylarda  olur  və  s.».  Belə ardılcıllıqla daha 
2  uşağı çağıraraq payızın  əvvəlinə və  ortasına  aid olan təsvirləri 
seçməyi,həmçinin,bu  vaxt  baş  verənlər  haqqında,  yəni  təsvirdə 
gördükləri haqqında izahat verməyi təklif edir.
Tərbiyəçi, uşaqlara daha  çox xoşladıqları  təsviri göstərmə­
yi və onun haqqında danışmağı təklif edir.
Uşaqlarla  oyun  tapşırıq  keçirilir:  «Gördüyüniiz  şəkli,  rəs­
sam hansı rənglərlə rəngləmişdir?».  Masa üzərinə  sinidə müxtə­
lif rəngli dtizbücaqlar gətirilir.
Tərbiyəçi deyir:  «Rəssamlar bu şəkilləri müxtəlif rənglərlə 
təsvir  etmişlər.  Siz  diqqətlə  baxsanız,  həmin  rəngləri  tanıyarsı­
nız.  Rəngləri  tanıdıqca,  sinidə  qoyulmuş  həmin  rəngli  düzbu- 
caqlını götürüb, şəklin yanındakı cibliyə qoya bilərsiniz».
Dəvət olunan uşaq, masaya yaxınlaşaraq,  sinidən hər hansı 
bir rəngli  düzbucaqlını  götürür.  Tərbiyəçi soruşur:  «Sən deyə bi- 
lorsənmi,  rəssam  bu  rənglə  gördüyün  şəkildə  nəyi  təsvir  etmiş- 
dir?»  LTşaq  təsvirdə  həmin rəsmi  göstərərək təsvir olunan  rəngi 
tapır.  Bu  ardılcıllıqla soruşmaq  üçün  tərbiyəçi  digər  uşaqları  da 
lövhəyə  dəvət  edir.  Uşaq  çaşarsa  (rəngin  seçilməsində  və  s)  bu 
zaman  tərbiyəçi  həmin  təsviri  başqa  hansı  rənglərdə  vermişsə 
(qırmızı,  san)  tərsvirdə  bu  rəngləri  tapmağı  təklif edir  və  nəti­
cədə tapılmayan rəngli təsvir də aydınlaşır.
157


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə