M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə35/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
lan:  Tərbiyəçi “Uşaqlar”,  diqqətlə əlimə baxsanız, mənim bu zo­
laqdan  nceə  kvadrat  almağımı  görəcəksiniz.  Uuının  iiçün  mən 
qayçını  sağ əlimə  alaraq  1  və  3-cii barmağımla onu  beləcə  tutu­
ram.  İndi  isə  mən  qayçının  ağzını  açıram.  Qayçını  elə  hərəkət 
etdirirəm  ki,  sanki  o  addımlayır.  Qayçının  ağzını  böyük  açsaq, 
onun addımı  da böyük olacaq.
Uşaqlara  öz  fikirlərini  demək  imkanı  vermək  məqsədilə 
kvadrat və üçbucaq formalarını  göstərərək onlann hansından dairə 
və hansından oval formasını kəsmək mümkün olduğu soruşulur.
Verilmiş  formaları  2  variantda  kəsmə  üsulu  təqdim  edilir.
I  variant:  kvadratın  ortasından  başlayaraq  əli  dövri  fırlatmaq;
II  variant:  kvadratı tən yan qatlamaqla  1  tərəfdən başlayaraq ya­
rı mdairəvi kəsmək.  Uşaqlara seçimdə sərbəstlik verilir.  Tərbiyə­
çi  mövzu üzrə müşahidəyə  geniş yer verərək bu  qrupda  uşaqlara 
daha  çox  sualla  müraciət  edir.  Nəzəri  tədqiqat  və  evresik 
üsullara geniş yer verilir.
Təsvir  üzrə  müşahidə  və  təhlil  aparılır.  "Mən  gözəl  kəpə­
nək  görürəm"  mövzusunda  təsvir  və  fotoşəkillərə  baxılması  za­
manı  öncə  kəpənəyin  gözəlliyi,  üzərindəki  rəng  çalarları  qeyd 
edilir,  ardınca  uşaqların  diqqəti  kəpənəyin  quruluşuna;  bədəni, 
başı, qanadlarına və s. yönəlir.  Uşaqlarla aparılan təhlildən sonra 
müsahibə  vasitəsi ilə işin icra ardıcıllığı və  iş üsulu müəyyənləş­
dirilir.  Bu  ardıcıllıqla digər canlılar da  müşahidə  oluınır.  Nümu­
nə  kimi  oyuncaqlardan  da  istifadə  etmək  mümkündür.  Digər 
məşğələlərdə  olduğu  kimi  öncə  hissələr  kəsilib  yerlik  üzərinə 
düzülür (əvvəlcə ağ kağızdan kəsmə işi  edilir məşq etdimə  vasi­
təsilə  işin  icrası  mənimsədildikdən  sonra  uşaqlar  rəngli  kağızla 
işləyirlər) və  ardınca  bir-bir götürülərək  yapışqaıılanır  və yapış­
dırılır.  Sonda  quru  əski  ilə  üstündən  basılır  ki.  səliqəli  alınsın. 
Hər  hansı  uşağa  fərdi  yanaşma  vacibdir.  Tərbiyəçi  fəal  və  işini 
düzgün icra edən uşağa" Əhsən sən cücənin bədənini necə do sə­
liqəli və düzgün yapışdırmtsan".  İndi səncə nə etməlisən?"
Təxmini doğru cavab (TDC)
109


Təsvın sənət və onun tədrisi metodikası
Tərbiyəçi:  -  “Düzdür qurulaınalısan,  kənara çıxmış  yapış­
qanlar  işi  çox  səliqəsiz  cdo  bilər”.  “Ana  toyuq  öz  balasını  tanı­
maz və qəbul etməz”.
Geri  qalan uşaqlara tərbiyəçi  fərdi yanaşaraq sual-cavab va­
sitəsilə  iş  ardıcıllığının  bu  işdə  vacibliyini  qeyd  edir.  Tərəddüd 
edən  uşaq  varsa,  daha  inamla  işini  icra  edir.  Fərdi  yanaşma  bir 
qədər cəld aparılmalıdır ki,  nəzərdən  kənarda  qalan  uşaq olmasın. 
Yalnız bu halda müsbət nəticə əldə etmək olar.  Belə ki qayçı  ilə iş 
bu yaş dövrü uşaqlar üçün yorucu olduğundan o işi tamamlamadan 
ayrıla bilər.  Daha fəal  uşaq  bəzi hallarda öz  işini  bitirdikdən sonra 
yoldaşlarının  işini  icra  edir.  Belə  hallar yol  verilməzdir.  Tərbiyəçi 
belə  izah  edə bilər:  “Ülkər sən Cəmilin  əvəzinə bu  işi  icra etsən o 
hər  dələ  səni  gözləyəcək  ki,  onun  da  işini  sən  edəsən.  Yaxşısı 
budur ki, sən onu başa salasan. O da sənin kimi işləyə bilsin”.
Müasir iş üsulu təsviri fəaliyyətin  bütün növlərini komleks 
halda  (bir  məşğələdə)  keçirilməsini  təklif edir,  lntcqrativ  təlim 
tətbiq  edilərkən  uşaq  forma  haqqında  tam  və  dolğun  bilik  mə­
nimsəyir,  məşğələnin nəticəsi səviyyəli  və effektli olur.  Qruplar­
la iş  prosesində  uşaq  öz  fikir  və  düşüncələrini  yoldaşları  ilə  bö­
lüşür,  ümumi  nəticə əldə  etməyə daha həvəs və məsuliyyətlə səy 
göstərirlər.  Qalib  qrup  mükafatlandırılır.  Sonluğu  tərbiyəçi  elə 
bitirməlidir ki,  uşaqda məşğələdən  xoş təəsürat  qalsın.  Məşğələ­
lərin oyun xarakterində (rollu oyunlar da verilə bilər) keçirilməsi 
zamanı  uşaq  özü  də  rola girməli  olur (özündən  asılı  olmayaraq). 
Uşaq  nəticədə  sərbəst  olaraq  öz  əlavələrini  edir,  nə  isə  varadır. 
Məsələn:  nıaşııı  yolla  gedir  ıışaq  qarşısına  işıqfor kəsib  yapışdı­
raraq “Maşın  dayanmalıdır,  oyuncaqlara yol verilməlidir (keçid­
də kəsib yapışdırılmış” oyuncaqlar yerləşdirilir).
Aıınliz.  İlər  məşğələnin  sonu  işlərin  analizi  keçirilir.  Analiz 
məşğələnin növündən  və  xarakterindən  asılı  olaraq müxtəlif variant­
larda  keçirilə  bilər.  Analiz  zamanı  buraxılmış  səhvi  görnıok  imkanı 
əldə edilir. Uşaqlar yoldaşlarının səhvini daha tez görməyə can alırlar. 
Nəzarətsiz qalmış səhvi  isə üzə  çıxarmaq üçün tərbiyəçi  işi  uşaqlara 
nümayiş  etdirərək  "Bu  göbələk  Qmnızıpapağın  niyə  xoşuna 
110


Təsvın sənət və onun tədrisi metodikası
gəlmədi?”.  "Düzdür!  papağı  gövdədən  qopduğu  üçün  Qımıızıpapaq 
bu  göbələyi  götürmədi.”  Bəs  bu  göbələk bilirsiniz niyə qaldı? Onun 
gövdəsi və papağı əzikdir, səliqəsiz kəsilib.  Qımıızıpapaq  dedi ki. bu 
göbələk  təzə  deyil.  O  bişirmək  üçün  təzə  göbələk  seçməlidir.  Tər­
biyəçi işi elə qurmalıdır ki.  uşaqların əldə edəeəkləri nəticəyə marağı 
artsın.  Bu  zaman  uşaqlar  öz  işlərinə  daha  məsuliyyətlə  yanaşır  və 
müsbət nəticələr əldə edirlər. 4-5 yaşlı uşaqlar diqqətlərini 20-30 dəqi­
qədən artıq bir sahəyə yönəldə bilmir. O yorulur və tezliklə başqa fəa­
liyyət  növünə  keçmək  istəyir.  Məşğələlərin  müəyyən  edilmiş  vaxt 
ərzində bitməsinin əhəmiyyəti böyükdür. Tərbiyəçi unutmamalıdır ki. 
keçilən  məşğələlər prosesində  uşaqlar lazımi  bilik və  bacarıqlar əldə 
etməklə yanaşı onlarda estetik dünyagörüşü formalaşır.
§3.  Məktəbəhazırlıq qrupunda applikasiva fəaliyyəti
'fəlini  məsələsi  Məktəbəhazırlıq qrupunun uşaqları  ilin  so­
nuna  qədər  applikasiyanm  müxtəlif  növləri  üzrə  işləyə  bilərlər. 
Məşğələlərdə müxtəlif vəsait növlərindən: kağız, parça, sap, saman 
çöpü,  qurudulmuş  yarpaqlar,  otlar,  toxumlar  və  s.  istifadə  edilir. 
Müxtəlif  iş  texnologiyası-düzünə,  maili,  dövri  kəsmələrlə  yanaşı 
simmetrik,  dalğavari  qatlama  üsulu  ilə  kəsmə,  verilmiş  köməkçi 
xətt  üzrə  müxtəlif kəsmə  işləri,  mənimsədilir.  “Cırma”  (qayçısız 
kəsmə) və "tutumlu" applikasiva iş üsullarım mənimsəmiş olurlar.
Applikasiya  fəaliyyətində  uşaqlar  (həcmli)  yapışdırma, 
bərkitmə və tikmə kimi müxtəlif iş texnikasım öyrənirlər.
İşə nəzarət artır  işin  gedişində baş verən nöqsanları  aradan 
qaldırmağa,  özünün  və yoldaşlarının  işini  qiymətləndirmə baca­
rığına malik  olurlar.  Qarşılarına məqsəd qoyaraq  bunun  üçün  la­
zımi  materialı  seçir,  işi  öncədən  planlaşdırmağı,  sərbəst  icra 
edir,  işin keyfiyyətinə, nəticəyə maraq artırır.
Məktəbəhazırlıq  qrupunun uşaqları üçün applikasiya  işinin 
məzmunu zənginləşdirilir.
•  Müxtəlif üsullarla  kəsdikləri  formaları  məhdud sahə  da­
xilində yerləşdirirlər.
111


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə