M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə32/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
Qoğalın  rastlaşdığı  heyvan  (onun  forması  və  s.)  uşaqlarının 
diqqətinə çatdırılır.
Məktəbə hazırlıq qrupun uşaqları yapmada hərəkət vermə­
yə  çalışırlar.  Pişik  süd  içərsə  onun hansı  formada  olması,  oyna­
yarkən  pəncələrinin  vəziyyəti  uşaqların  diqqətinə  çaldırılır.  La­
zım olarsa, tərbiyəçi hər haıısı  bir oyuncaq və ya yapılmış nümu­
nə  üzərində bunu  göstərir.  Məşğələlərdə  hər  hansı  bir  situasiya­
nın  yaranmasının  nəticəyə  böyük  təsiri  var:  -   Tərbiyəçi  müra­
ciətlə:
LJşaqlar.  bu  gün  biziııı  məşğələmizə  gəlincik  qonaq  gə­
lib.  Onun bu  gün ad günüdür.  Yaxın dostlarını  çay süfrəsinə də­
vət edib,  lakin  fincan  və nəlbəki  olmadığından o  çox məyusdur. 
Uşaqlar  necə  düşiinürsüz  kömək  edəkıııi  gəlinciyə.  Məşğələnin 
gedişində  qablar  elə  yapılmalıdır  ki,  gəlinciyin  xoşuna  gəlsin. 
Məşğələnin sonu tərbiyəçi  gəlinciyin dili  ilə yaxşı  işləri seçir və 
uşaqlarla birlikdə oyuncaq guşəsində yerləşdirir.
Məşğələdə  tərbiyəçi  digər  situasiyalar  da  yarada  bilər. 
Məsələn  :“8 Mart qadınlar bayramı münasibətilə” və ya " Yeni  il 
şənliyi  üçün"  və  sairə.  Məşğələlərin  sonunda  analizi  müxtəlif 
variantlarda (mövzulardan asılı olaraq) keçmək olar.
Dekorativ  yapma  məşğələlərində  analizi  keçirən  zaman 
əşyaların  və  onun  hissələrinin  forma  və  böyüklüyünə  diqqət 
yetirməklə yanaşı,  üzərinə vurulan naxış  elementlərinin  düzgün 
yapılmasına da diqqət yetirilir.
Niyyət  üzrə  yapma  məşğələlərində  ilk  öncə  bütövlükdə 
düşünülmüş fikir qiymətləndirilir və daha sonra personajlar və s. 
ayrı-ayrılıqda  təhlil  edilir.  Sərgi  və  yarışmalar mövzusunda  ya­
pılmış  işlər daha  keyfiyyətli  və  dəqiq  olur.  Çünki,  bu  yaş  dövr­
lərinin uşaqları  hər an birinciliyə can atırlar.lşlərin təhlili  ilk ön­
cə  uşaqlar  tərəfindən  aparılır.  Yekunda  tərbiyəçi  onların  fikrini 
təhlil edir, “yaxşı” və “pis” işlərin müəyyən cəhətlərini uşaqların 
diqqətinə çatdırır.
Məşğələlərdə  keyfiyyətli  icraya  nail  olmaq üçün  sonda  iş­
lərin sərgisi təşkil  olunur.
99


Təsvın sənət və onun tədrisi metodikası
Məşğələ  oyun  xarakterində  keçirilirsə  “qonaq  gəlmiş” 
oyuncaq yaralı işləri seçərək uşaqlara öz təşəkkürünü bildirir.
Öyrədici  məşğələlərdən  sonra  tərbiyəçi  məşğələdə  kom­
pleks  təlim  tətbiq  edir.  Uşaqlar  eyni  mövzuda  yapır  rəsm  edir, 
kəsib yapışdırır və ya pazıllardan istifadə edərək qurur və yapış­
dırır.  Bu zaman  mövzu bütövlükdə qavranılır ki bu da  inteqrativ 
təlimin  əhəmiyyətini  üzə çıxarır.  Məşğələlər 25-30  dəqiqə müd­
dətində keçirilir.  Yaxşı  işlər qəbul otağında yerləşdirilir.
Gün  ərzində  uşaq  (xüsusən  yarımçıq  işi  qalan)  mövzusu 
üzərində işləyə bilər.
100


VII BÖLMƏ
APPLİKASİYA MƏKTƏBƏQƏDƏR YAŞLILARIN 
FƏALİYYƏT NÖVÜ KİMİ
Uşaq bağçasında uşaqları əl əməyinə alışdırmağın olduqca böyük 
əhəmiyyəti vardır.  Əl ənıəvi  ilə məşğul olarkən tədricən uşaqlarda sər­
bəstlik və yaradıcı  qabiliyyət inkişaf edir.  Bədii əl  əməyi  ilə məşğul 
olarkən uşaqlarda estetik keyfiyyətlər inkişaf edir. Hazırlanan əl işlərin­
dən qrup otağının, gəlincik guşəsinin bəzədilməsiııdə. keçirilən oyun və 
tamaşalarda istifadə edilir.  Forma və rənglərdən düzgün istifadə və işin 
keyfiyyətli icrası nəticəsində ıışaqlar gözəlliyə qiymət verməyi mənim­
səyirlər.  Nəticədə  iş  prosesində  uşaqlarda  müsbət  estetik keyfiyyətlər 
formalaşır və uşağın şəxsiyyət kimi inkişafında böyük rol oynayır.
Nə  isə  yaratmaq  üçün  lazımi  vəsaitlərdən  istifadə  qayda­
larını mənimsətmək vacibdir.
Uşaqlarda ol əməyinin mənimsədilməsi üçün tərbiyəçi qar­
şısında aşağıdakı vəzifələr durur:
1)  Bədii ol əməyinə maraq oyatmaq:
2)  Əşyalarda  verilmiş  məzmun  və  bədii  ifadəlilivi  gör­
mək.  dərk etmə və  ifadə vəsaitlərini  mənimsəmək:  Əş­
yaların  bədii  tərtibat  proseslərində  uşaqlarda  estetik 
hissləri inkişaf etdirmək;
3)  Müxtəlif  ifada  vasitələrindən  istifadə  qaydalarını  mə­
nimsətməklə  arzu  və  düşüncələrini  həyata  keçirmək 
üçün sərbəst icra bacarığını formalaşdırmaq;
Applikasiya  məşğələləri  üçün  uşaq  bağçalarında  bir  çox 
vəsaitlərdən:  kağız,  əksər  hallarda  parça  qırıntıları,  karton,  saman 
çöpləri, qurumuş yarpaqlar, güllər, toxumlar və s. istifadə edilir.
Məktəbəqədər  yaşlı  uşaqlar  applikasiya  fəaliyyətində  iş 
texnikasına  yiyələnməklə  yanaşı  görüləcək  işi  öncədən  planlaş­
dırmağı.  bunun  üçün  lazımi  materialı  seçməyi,  işin  gedişini 
planlaşdırmaq,  işə  nəzarət  və nəticəni  qiymətləndirmək  kimi  bi­
lik, bacarıqlar əldə edirlər.
101


Təsvın sənət və onun tədrisi metodikası
Tutumlu  applikasiya  məşğələlərində  uşaqlarda  estetik 
zövq inkişaf edir.
Cırma  üsulu  ilə  applikasiya məşğələləri  barmaq  əzələləri­
nin və göz nəzarətinin inkişafına müsbət təsir göstərir.
Uşaq bağçalarında applikasiya məşğələlərinin 4 növü keçilir.
Əşya  üzrə  applikasiya  məşğələlərində  yalnız  bir əşyanın 
hissələrini  kəsib yapışqanlayaraq  verilmiş fon  üzərində yapışdır­
maq mənimsədilir.
Süjet  üzrə  applikasiya  məşğələlərində  bir neçə  təsvir bir 
mövzuda birləşərək bir məzmun ifadə edir.
Dekorativ  applikasiya  məşğələlərində  uşaqlar  müxtəlif 
həndəsi  formalardan  nəbati  və  ya  milli  naxış  elementlərindən 
ibarət kompozisiya qurmağı mənimsəyirlər.
Applikasiya məşğələlərində  əldə edilmiş qayçı  ilə iş texni­
kası sayəsində kağızdan quraşdırma məşğələlərində tətbiq edilən 
kəsmə  işi də müsbət təsirini göstərir.
Applikasiya  latınca  "applikatio” sözündən  götürülüb  mənası 
düzmək  deməkdir.  Müxtəlif formaların  uyğun  fon  üzərində  bədii 
tərtibatda  yerləşdirilməsi  kimi  başa  düşülür.  Müxtəlif  xalqların 
məişət, geyim əşyalarında, evlərin tərtibatında və s. tətbiq edilir.
Uşaq  bağçalarının orta qruplarından başlayaraq uşaqlaıa appli­
kasiya fəaliyyəti təlim edilir.  Bu fəaliyyət növü zamanı uşaqları kağı­
zın əlvan rəngləri: müxtəlif fiqurların, ritmik yerləşdirilməsi kəsmə və 
yapışdırma texnikası eəlb edir.  Təsviri fəaliyyətin bütün növləri  kimi 
applikasiya fəaliyyəti də uşaqlarda müəyyən bilik və bacarıqların inki­
şafına, şəxsiyyətin formalaşmasına yönəlmişdir. Applikasiyanın xüsu­
siyyəti  uşaqlarda  forma  və  kompozisiya  haqqında  rəngin,  əşyaların 
böyüklüyü və düzülüşü haqqında bilikləri mənimsəməyə imkan verir.
§1. Orta qrupda applikasiya fəaliyyəti
Kəsib yapışdırma işiııiıı təlini məsələsi. Uşaq bağçaların­
da  applikasiya  məşğələləri  orta  qrupdan  başladığı  üçün  ilk  öncə
102


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə