M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə26/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   58

V I  B Ö L M Ə
YAPMA.  HEYKƏLTƏRAŞLIQ SƏNƏTİ
Təsviri  incəsənətin  növlərindən  biri  də  heykəltəraşlıqdır. 
Yaranma tarixi  5 ıııin ildən artıqdır.  Bizim dövrə qədər gəlib çat­
mış  Misir fironu  Ektradol və  onun arvadı  Nefertitinin  portretləri 
buna canlı  nümunə ola bilər.  Müəllifi  məlum  olmayan bu böyük 
əsərlərdə həyatın nəfəsi hiss olunur.
Məktəbəqədər yaşlılarla yapıııa işiniıı xüsusiyyətləri
Təsviri  sənətin  hər  növü  uşaqlarda  müəyyən  keyfiyyətləri 
inkişaf etdirir.  Gil  ilə  işləyərkən  uşaq  həcmli  əşyaların  forması 
ilə tanış olur və hissələri yaparkən onlarda  2 əllə işləmə bacarığı 
formalaşır, əl hərəkətləri nizamlanır,  xırda barmaq əzələləri  inki­
şaf edir.  Nəticədə  məkan  anlayışı,  göz  nəzarəti,  diqqət  inkişaf 
edir.  Yapma uşaq həyatının  ən sevimli  və hərəkətli  fəaliyyət nö­
vüdür.  Hətta  ən  kiçik uşaqlarda belə  dələni  “yedizdirmək”  üçün 
balaca "qozlar" yapmaq həvəsi oyanır.  İstənilən  yapılmış əl  işlə­
rindən  oyunlarda  tətbiq  etmək  uşaqların  həyat  təcrübəsini  zən­
ginləşdirir.  Yapma  işi  ilə müntəzəm məşğul  olan uşaq  daha  fəal 
olur və onda təsvir qabilliyyəti daha yaxşı inkişaf etmiş olur.
Plastiklik,  forma  və  hərəkətin  verilməsi  -  yapmanın  əsas 
ifadə  vasitəsidir.  Əşyanı  müşahidə  etdirərkən  onun  forması  ifa­
dəli tərzdə  çatdırıldıqda əşya haqqında düzgün  qavrayış formala­
şır.  Obrazın  ifadəli  mənimsənilməsi  uşağı  çox vacib  xüsusiyyət­
lərin estetik hissin inkişafına gətirir.
Uşaqda  əşyanın  gözəlliyin  mənimsəyərkən  “yaxşı  əsəri”, 
“pisdən”seçmək  onun  səbəbini  qavramaq  görmək  bacarığı  inki­
şaf  edir,  rəsmə  və  applikasiyaya  nisbətən  yapma  işində  (  gil. 
plastik olduğundan) hərəkəti daha asan verməyi bacarır.
Böyük  qrup  uşaqları  təbiətdə olarkən hər hansı  bir qozada 
və  ya  budaqda  fərdi  fantaziyasına  uyğun  nəyəsə  oxşarlıq  tapır.
81


Təsvın sənət və onun tədrisi metodikası
Belə  açılışlar uşaqda yaradıcı  qabiliyyəti  daha sürətli  inkişaf et­
dirir.  Yalnız  3  yaşından  sonra  uşaqda  ifadəli  təfəkkür  formalaş­
dıqda yaradıcı qabiliyyəti  inkişaf etdirmək daha  məqsədəuyğun­
dur.  Bu  yaş  dövrü  uşaqları  böyüklərin  yapdıqlarını  maraqla  iz­
ləyərək  nə  isə  yapmaq  arzusunda olurlar.  4-5  yaşlı  uşaqlar yap­
ma üsullarını  mənimsədikcə əl  işləri daha  aydııı və başa düşülən 
olur.  Yapma  işində müəyyən bilik, bacarıqlar əldə etdiyindən bir 
neçə  heyvan,  oyuncaq  və  sadə  əşyaları  yapmağı  mənimsəmiş 
olurlar.  Ən  əsası  özlərinin  və  yoldaşlarının  işinə  estetik  qiymət 
verməyə  çalışırlar.  Nəticədə  bu  yaş  dövrünün  uşaqları  əşyanın 
bir  sıra  xarakterik  əlamətlərini  yapmağı  bacarırlar.  Böyük 
məktəbəqədər vaşlı  uşaqlar öz düşüncələrinə görə mövzular seç­
məyi  xoşladığından  arzu  və  istəklərini,  çox  vaxt  həyat  həqiqət­
lərini  yapma  vasitəsilə  ifadə  edirlər.  Tərbiyəçi  seçilən mövzula­
rın məzmununa nəzarət etməlidir ki. nəticə sevindirici olsun.
Məktəbəqədər  yaşlı  uşaqlar  üçün  oyunun  əhəmiyyəti  bö­
yük olduğundan məşğələdə oyun situasiyası yaratmaq vacibdir.
Yapma avadanlığı və vəsait
Yapma  məşğələlərində  uşaqların  müvəffəqiyyəti  on  çox 
məşğələlərdə  tətbiq  olunan  vasitələrdən  asılıdır.  Tətbiq  edilən 
vəsait uşağın fiziki inkişaf vo imkanlarına uyğun olmalıdır.
Gil — Bütün yaş dövrləri üçün ən yararlı yapma vasitəsidir. Ən 
kiçik vaşlı  uşaqların  istifadəsinə yararlı  olmaqla yanaşı  ziyansızdır. 
Əsl  keyfiyyətli  gil  ağ rəngli,  yumşaq  və  plastik  olur.  Gil  peçlərdə 
bərkidildikdə  parçalanmır.  Yapılmış  əşya  azca  quruduqdan  sonra 
üzərini  cilalamaq və  gil  çubuqu  ilə naxışlaıııaq mümkündür.  Deko­
rativ  əşya  yapılarkən  külək  vurmayan  yerdə  bir  həftə  müddətində 
qurudulur,  bundan  sonra  6-7  saat  bişirilir  (bərkidilir)  növbəti  gün 
çıxarılır.  Gil  qımıızı rəng alır.  Digər mətbəx pcçüıdo gili  bərkitmək 
bişirmək mümkündür. Lakin, bu, keramika olmayacaqdır.
Plastilin  -   Bu  süni  yolla hazırlanmış  yağlı  və  boyası  olan 
plastik  maddədir.  Möhkəm  olduğundan  istifadədən  öncə  isidib, 
82


Təsvın sənət və onun tədrisi metodikası
əzmək  və  ya  ilıq suda  yıınıaq  məsləhətdir.  Plastilin  rəngli  həm­
cins  maddədir.  Plastilinin  rəngli  olması  əşyanın həqiqi  rəngini 
verməklə onun daha  ifadəli olmasına gətirir.  Rəngli plastilini qa­
rışdıraraq digər rəngə uyğun rəng almaq mümkündür.
Suya  batırılmış  barmaqla  hamarlandıqda  üzəri  cilalanmış 
və parıltılı olur.  Hazır məhlulu suda  qızdırılmış muma batırmaq­
la uzun müddət (illərlə) saxlamaq mümkündür. Bu proses bir qə­
dər  mürəkkəb  olduğundan  yalnız  tərbiyəçi  tərəfindən  etmək 
məsləhət görülür.
Xəm ir 
Yeməyə  yararsız olan  undan  yapma  işində  isti­
fadə  etmək  mümkündür.  Bu  əla  xoş  gələn  yumşaq,  plastik  bir 
vəsaitdir və kiçik məktəbəqədər yaşlı  uşaqlar üçün  istifadəsi  da­
ha məqsədəuyğundur.
Yapına işi üçün  xəmirin hazırlanması:
I  variant:  1  stəkan una  1  stəkan duz  əlavə  edilib yaxşıca 
qarışdırılır,  üzərinə  1  çay  qaşığı  marqarin  və  rəngli  quaş  əlavə 
edilərək  1,3  st su qatılır.  Quaşı  qurumuş  flamastr ilə əvəz etmək 
mümkündür.  Saçaqları  ( flamastır) marqarin vağı  ilə suda qayna­
dıb  çıxarılaraq  un  əlavə  edilib,  cəld  xəmir yoğurulur.  Xəmir ələ 
yapışarsa, yenə unda fırladılır.  Bu qayda bir neçə gün qalıuış  xə­
miri təzələmək üçün do istifadə edilə bilər.
II variant:  1  stəkan  suyu  I  xörək qaşığı  marqarinlə qarış­
dırıb  1  çimdik  duz  və  boya  əlavə  etmək,  qaynadıb  soyutduqdan 
sonra 3  st un əlavə edib tez  xəmir yoğurmaq.  Bu xəmir kütləsini 
tez  işlətmək  məsləhətdir.  Qurumuş  fuquru quaş  boyası  ilə rəng­
ləmək mümkündür.
Qum  — Yaş  qum  bütün  yaş  uşaqlar  üçün  sevimli  yapma 
materialıdır.  O, çox maraqlı,  ifadəli  siluetə malik  xırda hissələr- 
siz nəhəng fiqurlar yapmağa imkan verir.
Qar — Qışda mülayim havada yenicə yağmış qardan qar ada­
mı.  dovşan,  qar qızı və böyük ifadəli  fiqurlar yapmaq mümkündür. 
Qarla işləyərkən uşaq daha sərbəst olur, fantastik obrazlar yaradır.
Kağız — Əl altında heç nə olmadıqda uşaqlar isladılmış qə­
zet,  kağızlardan  (buna  yapışqan  da  əlavə  edilir)  istifadə  edə  bi- 
83


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə