M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə22/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
Fəsil  üzrə  işləyərkən uşaqlar  ilk  öncə ətraf aləmdə  baş ve­
rən  hadisələri  qavrayır  və  bacarıqlarına  uyğun  təsvirlər  etməyə 
çalışırlar.  İşləyərkən tərbiyəçi nəzarəti altında olan uşaqlar təsvir 
etdikləri  əşyaların hissələrinin,  formanın böyüklüyünün düzgün 
verilməsində  tərbiyəçidən müəyyən  istiqamətləndirici  məsləhət­
lər,  göstərişlər  alırlar.  Bu  növ məşğələlər (qış əyləncələri,  yolka 
şənliyi və s.) daha məzmunlu olur.
Qış fəslini çəkərkən şam ağaclarının üzərinə qarııı yağması, 
evlərin  damlarına  yağan  qar  elə  təsvir  edilir  ki.  təsvirdə  qış  ka- 
loritı  duyulur.  Oşya  üzrə  təsvirlər  zamanı  (Şaxta  baba.  Qar  qız) 
hissələrin dəqiq və düzgün rəsm edilməsinə diqqət yönəldilir.
İ Jçttncü  rübdə -  yazın  gəlişi  ilə  əlaqədar apardıqları  mü­
şahidə  və  aldıqları  təəssüratı  təsvir etməyə çalışırlar  «Giinəş  çı­
xını,  «tlk  yaz  güllərin,  «'fumurcuqlanmış  ağaclara,  «Yaz təsvi­
rin,  «Novruz töhfələrin  və s.  mövzuda  süjet  üzrə  rəsm məşğələ­
ləri  keçərkən təsvir elementlərinin seçilməsində və onların kağız 
üzərində  yerləşdirüməsində  uşaqlara  sərbəstlik verilir:  öz təsvir­
lərində  “çıxan  günəşi”,  “axan  çayı”,  “uçan  quşu” təsvir  edirlər. 
Əşya  üzrə,  naturadan  rəsm  məşğələlərində  əsasən  kvadrat  və 
düzbucaq  formalı  təsvirlər  dalıa  da  təkmilləşdirilir:  «Sevimli 
oyuncağıma, «Araba».  «Yük maşının,  «Minik maşının və s.  Bu 
rübdə  dekorativ rəsmə  daha çox yer verilir.  Uşaqlar məhdud  sa­
hə daxilində 
ilk öncə  zolaq  daxilində nöqtələr və yaxmalardan 
ibarət  olan  naxış  tərtib  etməyi  mənimsəyirlər.  Naxış  tərtibi  ilk 
dəfə mənimsədilərkən təsvir üçün  bir rəng boyadan  istifadə  olu­
nur.  Növbəti  məşğələlərdə  (naxış  elementindən  asılı  olaraq)  iki 
və  daha  artıq  boyadan  istifadə  olunur.  Rəng çatarlarının  uyğun­
luğunu  tərbiyəçi  seçməlidir  ki,  təsvir  zövq  oxşasın.  Dekorativ 
rəsm  işlərinin  dalıa  səliqəli  və  zövq  oxşayan  olması  üçün  tərbi­
yəçi  hədiyyə məqsədi  ilə kvadratdan kəsilmiş hazır zolaqlar (əl- 
focin).  düzbucaq  (dəsmal),  kvadrat  (süfrə)  formaları  daxilində 
kanar  (“qaz ayağı”,  “nərdivani”,  “dəvə  boynu”,  “siçan  dişi”)  və 
ııəbatı ( gül  ləçəkləri, yarpaqlar və s.)  naxış elementləri tərtib et­
mək təklif edilir  və uşaqlar daha maraq  və həvəslə  işə  başlayır- 
69


Təsvın sənət və onun tədrisi metodikası
lar.  Məşğələ vftksək səviyyədə keçir və yüksək nəticə əldə edilir. 
Böyük qrupda süjet üzrə rosnı məşğələlərinin mövzusu uşaqların 
arzusu ilə seçilir.  İşə başlamazdan öncə öz  işlərini planlaşdırma­
ğa, fikirlərini yoldaşları və tərbiyəçi  ilə  bölüşdürməyə  çalışırlar. 
Bü  növ  məşğələlərdə  uşaqlar  ətraf aləmdə  baş  verən  hadisələri, 
bayram  və tədbirləri,  arzu  və  istəklərini  təsvir etməyə  çalışırlar. 
4-5  yaş  dövrü uşaqları  hissə münasibətini düzgün təsivir etməyə 
çətinlik çəksələr də.  baş verən hadisələri  kağız üzərində  düzgün 
yerləşdirməyə çalışırlar.  İşin gedişinə tərbiyəçi  lazımi məsləhət 
və göstərişləri verir.  Bcləlilklə, bu itibdə uşaqlar mənimsədikləri 
formaları  düzgün  təsvir  etmə  bacarığına  yiyələnərək  sərbəst  iş 
texnikası  qurmağı mənimsəyirlər.
Təsvir texnkikasında qələm,  fırça və  boyadan  düzgün  isti­
fadə etməyə  nail  olurlar.
Dördüncü  itibdə  proqramın keçirilməsi  dayandırılsa da. 
uşaqlar təsviri  sənət  məşğələlərində  təbiət  hadisələrini,  aldıqları 
təsuratı.  günəş  şüalarını,  açan  gülləri,  çıxan  göbələkləri,  otların 
üstündə  gəzən  böcəkləri  təsvir  etməyə  çalışırlar.  Aldıqları  bilik 
və bacarıqları öz arzularına əsasən işləyərkən əks etdirirlər.
Böyük qrupda məşğələlərin təşkili və keçirilməsi
Böyük qrupda  rəsm  məşğələləri  orta qrupdan  fərqli  olaraq 
hər həftə  keçirilir,  bu  qrupda  daha  çox müşahidə  və müsahibəyə 
geniş  yer  verilir.  Məşğələdə  istifadə  ediləcək  vəsaitlərin  hazır­
lanması  və  paylanmasında təyin edilmiş növbətçilər iştirak edir. 
Müasir  cəmiyyətdə  uşaq  informasiya  axını  altında  olduğundan 
daha  emosional  olur.  Tərbiyəçi  qarşısında  duran  əsas  vəzifə  on­
da  olan  bu  informasiya yığımım necə  ifadə  etmək,  arzu  və  istə­
yini  anlatmaq  üçün  lazımi  bilik  və  bacarıqlar  mənimsətməkdir. 
Yeni  iş üsulu uşağa öz fikrini  söyləməkdə tam sərbəstlik vermə­
yi,  uşaq fəaliyyətini kənardan  izləməklə  lazım gəldikdə onu yal­
nız  istiqamətləndirməyi  nəzərdə  tutur.  Məşğələnin  təşkili  və 
mövzunun  seçilməsində  uşağın  fikri  əsas  olduğundan  tərbiyəçi 
70


Təsvın sənət və onun tədrisi metodikası
məşğələyə  elə giriş  verməlidir ki, günün mövzusu məhz  uşaqlar 
tərəfindən açılsın.
Məsələn:  tərbiyəçi  uşaqları  məşğələyə  dəvət  edir:  “Uşaqlar, 
gəlin görək bu gün rəsm məşğələsində bizi nə gözləyir?”.
Uşaqlar tərbiyəçiyə yaxınlaşır.  Tərbiyəçi:
-   Uşaqlar,  baxııı,  oyuncaqlar  qonaq  gəliblər,  gəlin  görək 
onlar nə istəyirlər?
Tərbiyəçi oyuncaq  gəlinciyi  əlinə  götürüb  özünə yaxınlaş­
dırır. bir qədər sonra məşğələnin mövzusunu elan edir:
Gəlincik və dostları şənliyə tələsirlər və istəyirlər ki, yol­
daşları  da  onlarla getsin.  Lakin  artıq  araba  ilə  getmək  istəmirlər 
(araba  təsvirini  lövhədən  asaraq).  Uşaqlar,  sizcə  onları  ııə  ilə 
yola salmalıyıq? (TDC)
-  IXızdür, maşınla (maşın təsviri lövhəyə asaraq).  Iııdi isə mən 
sizə  arabadan  maşın  təsviri  almağın  üsulunu  göstərəcəyəm,  haıııı 
diqqətlə  mənə  baxsın.  Arabanın  üst  hissəsinə  beləcə  böyük  yarım 
dairə  çəkirəm,  biz  sizinlə  belə  təpələri,  göy  qurşağını  çəkmişdik. 
Maşına oxşamaq üçün sizcə daha nə çəkmək lazımdır? (TDC)
-  Düzdür,  maşının  işıqlarını.  Onları da biz kiçik yarımdai­
rə  ilə  bax  beləcə çəkirik.  Baxııı,  necə də göbələyin papağına ox­
şayır.  Kini deyər, mənim təsvirim indi nəyə oxşadı? (TDC)
-  Düzdür, minik maşınına.
Tərbiyəçi  uşaqlardan  birini  lövhəyə  təsviri  çəkmək  üçün 
dəvət  edə  bilər.  Belə  olduqda  uşaqda özünə  qarşı  inam  daha  da 
artır. Uşaq yəqin edir ki, o bu təsviri çəkə bilər və daha fəal olur. 
Təqdim  edilən  məşğələdə  tərbiyəçi  müsahibə  və  təlimdə  oyun 
üsulundan  istifadə  edir.  Məşğələnin  giriş  hissəsində  uşağa  veri­
lən  sərbəstlik onları  fəallaşdırır,  uşaqda özünə qarşı  inam və hör­
mət artır.  Məşğələlərin bu növ təşkili və keçirilməsi zamanı yük­
sək nəticə əldə edilir.
Digər məşğələ  növündə:  Tərbiyəçi  ovalın dairədən  fərqini 
anlatmaq  və  oval  formasının  düzgün  təsvirinə  nail  olmaq  üçün 
didaktik  oyun  keçirir.  Məsələn,  məşğələyə (oyuncaq  avı)  qonaq 
gəlib.  O çox narahatdır,  “gəlincik” ona bədəni  oval  formalı  olan 
71


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə