M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə19/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
gələn uşaqlar lazımi hilik və bacarıqları mənimsəyirlər.  Bu halda 
məlumatı  olan  uşaqlar  isə  bir  daha  bilik  və  bacarıqlarını  möh­
kəmləndirmək  imkanı  əldə  elməklə  öz təsvirinə  əlavələr  etmək, 
"kəşf etmək",  "yaratmaq"  imkanı  əldə  edirlər  və  işi  bacardıqları 
qədər yaxşı icra etməyə səy göstərirlər.
Əşyanın  təkrar  təsviri  əl  bərəkətlərinin  daha  inamlı  və 
sərbəst  olmasına  imkan  verir.  Uşaqlarda yaradıcılığa meyl  artır. 
Diiz  xətli  təsvirlər  mənimsədilərkən  ilk  öncə  yuxarıdan  aşağı 
şaquli  və  üfüqi  xətli  təsvir mənimsədilir.  "Yumaqlardan  sapları 
açaq",  "rəngli  saplar"  mövzusunu  keçərkən  rəngli  qələmlər 
verilirsə,  “çay  axır”,  “rəngli  lentlər”  keçərkən  l'ırça  və  sulu 
boyadan,  rəngli  quaşdan  istifadə  etmək  məqsədəuyğundur.  Bu, 
təsvirin daha dəqiq və aydın alınmasına imkan varadır.
Kompozisiya baxımından zövq oxşayıcı və baxımlı  olması 
üçün  əşyanın  təsviri  zamanı  sulu  boya  seçərkən  rəng  uyğunlu­
ğunun  (məs:  açıq  sarı  fonda  yaşıl  və  göy  lentlər  və  s.).  yerliyin 
rənginin düzgün seçilməsinin böyük əhəmiyyəti var.
Düz  xətli  təsvirlərin  verilməsində  ritmiklik  əldə  etdikdən 
sonra eyni vaxtda şaquli və üfıiqi xətli ("damalı süfrə" və s.) təs­
virlər mənimsədilir.
Təsvir  prosesində  fəsil  üzrə  mövzunun  seçilməsində  ətraf 
aləmin  qabaqcadan  müşahidəsinin  böyük  əhəmiyyəti  vardır: 
"saralmış  yarpaqlar  tökülür",  "buluddan  yağan  yağış".  Rübün 
əvvəlində  "istədiyin rəsmi çək" mövzusu uşaqları rəsm məşğələ­
sinə  cəlb etmək,  tərbiyəvi məsələlərin mənimsədilməsi  qaydala­
rını,  vəsaitdən  düzgün  istifadə  etmək,  təsvir  bacarıqlarını  üzə 
çıxarmaq məqsədi  ilə tətbiq  edilirsə rübün  sonunda əldə  edilmiş 
bilik  və  bacarıqları  möhkəmləndirmək,  mənimsəmə  səviyyəsini 
üzə  çıxarmaq  məqsədi  daşıyır.  Bu  növ  məşğələlərdə  uşaqlarda 
yaradıcılıq  təzahürləri  üzə  çıxır.  Arzuya  əsasən  sərbəst  mövzu 
üzrə  işləyərkən  uşaqlar  öz  təsvirlərinə  əvvəlcədən  mənimsənil­
miş  əlavələr  etmək,  yaradıcılıq  təsəvvürlərini  üzə  çıxarmaq  im­
kanı  əldə edirlər.  Bu imkandan geniş istifadə edilməlidir.
60


Təsvın sənət və onun tədrisi metodikası
2- 
ci  rüb. Artıq sadə əşya təsvirlərində  uşaq şaquli, üfüqi, mai­
li  xətlərdən  ibarət təsvir elementlərini do mənimsəmək imkanı  əldə 
edir.  Nəticədə  təsvirin  məzmunu  genişlənir  və  zənginləşir,  əşyanın 
quruluşunu,  böyüklüyünü  vermə  imkanları  əldə  edilir.  Təsvir 
üsulunun tam mənimsənilməsi üçün oxşar mövzuda eyni iş üsulunu 
təkrarlamaqla  təsvir  texnikasında  ritmiklik  əldə  edilir  və  əşyanın 
təsviri zamanı uşaqlar daha sərbəst və inamla, həvəslə işləyirlər.
Dövri  hərəkətin  mənimsədilməsində  ən  sadə  "rəngli  yu- 
rnaqlar"  mövzusunun  ardınca  "əlvan  topum",  "hava  şarları", 
"halqalar"  və s.  dövri təsvirlər monimsodilir. Məşğələ prosesində 
uşaqlara  çatdırılır  ki,  təsvir  üsulunun  formasının  eyni  olmasına 
baxmayaraq  əşyalar  bir-birindən  fərqlidir,  onları  birləşdirən 
formaların  uy ğunluğudur (inteqrasiyanın  fənn daxili tətbiqi) 
və  bu  olduqca  vacib  xüsusiyyətdir.  Bu  zaman  uşaq  əşvadakı 
uyğunluğu  sərbəst  mənimsəyir.  Nəticədə  uşaqlar  əşyalar  arasın­
dakı  oxşarlığı,  onları  uyğunlaşdırmağı,  tutuşdurmağı  bacarırlar, 
təsvir prosesində daha inamlı və sərbəst olurlar. Öyrədici məşğə­
lələrlə  yanaşı  keçirilən  niyyət  üzrə  (yaradıcı)  məşğələlərdə  uşaq 
özü yeni əlavələr etməyə səy göstərir.  Getdikcə, uşaqlar formaca 
hələ  dəqiq  olmayan  heyvan,  insan  təsvirləri  verir.  Tərbiyəçi 
uşaqlarda  təsvir  haqda  fikrin  yaranmasına,  düşüncənin  inkişaf 
etdirilməsinə  çalışır.  Öyrədici  məşğələlər  prosesində  tərbiyəçi 
uşaqlara  eyni  forma  və  böyüklükdə  olan  əşyanın  fərqini  vermə 
bacarığını  mənimsədir.  Formaca eyni olan əşyanın xüsusiyyətin- 
dəki  fərqə  əsasən tərbiyəçi  müxtəlif mövzular  keçə bilər.  Məsə­
lən:  "oyuncaq  avı  və  dovşana top  bağışlayaq",  "çəmənlikdə  cü­
cələr",  "mənim  sevimli  oyuncağım",  “oyuncaqlar  gəzməyə  çı­
xıb” və  s.  Sadədən  mürəkkəbə  doğru  ardıcıllıqla təqdim  olunan 
məşğələlərdə  müxtəlif böyüklükdə  eyni  formanın  təsviri  prose­
sində  əldə  ritmikliya  nail  olmaqla  ıışaq  əşya  təsvirində  daha 
inamlı  olur,  mövzunu tam mənimsədiyindən sərbəst  əlavələr et­
məyə, öz yaradıcılığım göstərməyə səy göstərir.
3- 
cü  rüb.  Bu  rübdə tərbiyəçi  uşağa  düzbucaq  və  dördbu­
caq  (kvadrat)  fonnalı  əşyanı  mənimsətməyə  çalışır.  Bu  artıq  mə-
61


Təsvın sənət və onun tədrisi metodikası
nim$ənilmiş dairə formalı əşyanın təkrarı  ilə yanaşı aparılır.  Fomıa 
təsvirində  dəqiqliyə  nail  olmaq  üçün  tərbiyəçi  təsviri  fəaliyyətin 
digər  növləri:  quraşdırma  ("kərpiclərdən  yol  salaq"),  applikasiva 
("oyuncaqlar üçün  araba”) rəsm  məşğələlərində  də  eyni mövzular 
keçir və ya inteqrativ təlim  tətbiq  edərək bir məşğələdə təsviri sə­
nətin bu növləri  eyni vaxtda, (qruplara bölünərək) kompleks halda 
keçirilir.  Düzbucaq  formalı  əşyanın  rəsmi,  düzxətli  hərəkətin  la­
zımi anda bucaq altında döndərilməsi mənimsədilir.
İlk anda bu  iş  üsulu uşaq  üçün  çətin  olduğundan tərbiyəçi 
əvvəlcə  ayrı-avrı  xəttin  kəsilməsi,  düzbucaqlı  formanın  alınma­
sını  mənimsədir.  Məs:  "İpdəıı  asılmış  bayraqlar  ",  "İpdən  asılan 
yaylıqlar" və s.. Uşaqlar verilmiş düz xətdən aşağıya doğru para­
lel  və  horizontal  xətlər çəkərək,  onları  kəsişdimıəklə  dördbucaq 
forması  alırlar.  Aşağıya  doğru  maili  xəttləri  (tərbiyəçinin  kö­
məkliyi  ilə)  qoyulmuş  nöqtədə  birləşdirməklə  üçbucaq  forması 
monimsədiləndən  sonra  2  hissəli  bir əşyanın təsviri  (ev.  quş  yu­
vası) mənimsədilir.
Getdikcə,  uşağa qələmi kağızdan ayırmadan düzbucaq for­
malı  təsvirlər  almaq  mənimsədilir.  Bu  vaxt  sözün  böyük  əhə­
miyyəti  vardır.  Tutacaqlı  bayraq çəkərkən  tərbiyəçi  əvvəlcə  sol- 
daıı-sağa  üfüqi  xətti  çəkərək  lazımi  anda  əli  dayandırmağı  və 
aşağıya  doğru üfüqi  xətlə çəkərək düzbucaq  forması  almağı  mə­
nimsədir.  Düzbucaq  və  dördbucaq  forması  mənimsədildikdən 
sonra  düz  və  dövri  xətdən  ibarət  əşya  təsvirləri  mənimsədilir. 
Məs: "oyuncaqlar üçün araba", "uşaq arabası"
IV  rübdə yeni  proqram  təlimi keçirilmir.  Lakin  uşaq  istə­
diyi vaxtda  (gün rejimi buna imkan verərsə) sərbəst mövzuda iş­
ləyə bilər.
Məşğələlərin təşkili və keçirilməsi
Müasir ləlim prosesində  uşağın yalnız müşahidəçi  və  veri­
lən tapşırığın  mexaniki  icraçısı  olmadığını, onun təlim prosesin­
də bir subyekt kimi  iştirak edən  istedad və qabiliyyətinə görə bi- 
62


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə