M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə16/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
gəldiyini  deməklə  məşğələyə  dəvət  edir.  Təşkiledici  an  müxtəlif 
variantlarda aparılarsa uşaqlarda məşğələyə maraq və fəallıq artar.
Müasir mərhələdə tərbiyəçinin məqsədi uşaqlara sərbəstlik 
verərək məşğələdə oyun situasiyası yaratmaqdır.
Təsviri  sənət  məşğələləri  məşğələnin  tipi  və  növündən 
asılı olaraq 4-5 hissədən  ibarət keçilir.
I  -  Uşaqlarla birgə  günün  mövzusunun təyini  (motivasiya 
mövzu və yaş qrupundan asılı olaraq) 2-3 dəqiqə.
II 
Təsvir üsullarının tərbiyəçi tərəfindən  istiqamətləndiril­
məsi. (Mövzu və yaş qrupundan asılı olaraq) 3-5 dəqiqə.
III  -  Yaradıcı  fəaliyyət (Fəaliyyətin növündən  və yaş  qru­
pundan asılı  olaraq) 8-17 dəqiqə.
IV  -  Əldə  edilən  nəticənin  təhlili  (mövzudan  asılı  olaraq) 
3-5 dəqiqə.

Praktiki  təyinat.  Mövzu  və  məşğələnin  tipindən  asılı 
olaraq  hər hansı  bir  oyunun  keçirilməsi  və  ya  təyinatın  icrası 
2-5 dəqiqə.
I  hissədə tərbiyəçi  əvvəldə  əldə  etdikləri bilik və  bacarıqlara 
əsaslanaraq  müsahibə  vasitəsilə  uşaqların  diqqətini  günün  möv­
zusuna yönəldir.  Bu.  emosional  və  təbii  olmalıdır.  Uşaq  həqiqətən 
inanmalıdır ki, günün mövzusunun təyinatı bilavasitə onun təklif və 
arzusuna əsasən müəyyən olunur. Bunun uşaqların özünü bir fərd və 
şəxsiyyət kimi hiss etməkdə əhəmiyyətli rolu ola bilər.
II  hissədə tərbiyəçi tərəfindən istiqamətləndirməklə işin  icra 
ardıcıllığı  və yollan  aydınlaşdmlır.  Mövzu və yaş  qrupundan  asılı 
olaraq lıissa ilə göstərmə üsulu da tətbiq edilə bilər.  Hər iki hissədə
günün mövzusu  qoyularkən  və  işin  icra prosesində  tərbiyəçi  “əqli 
hücumdan” istifadə edir.  Uşaqlarda inam artır, fəallıq yüksəlir.
III  hiss .Kİ ə yaradıcı  fəaliyyət zamanı  tərbiyəçi  nəzarət  etmə­
lidir ki. uşağın fikri yayınmasın, lazım gələn an fərdi yanaşıb yardım 
edə bilsin, vaxt itkisi olmasın.  Məşğələnin effektinin enməməsi üçün 
fəaliyyətli yardımlar etməlidir.  lakin  uşaq əmin  olmalıdır ki, prob­
lemi məhz özü öz səyi nəticəsində tapır. Bu vaxt uşağın özünə inamı
51


Təsvın sənət və onun tədrisi metodikası
itmir,  məşğələyə  başlayaraq  inamla  işi  bitirir.  Uşaq  işi  səs-kily 
şəraitində  işləyərkən yoldaşlarına mane  olmamalı,  sadəcə  öz  kəşfi, 
fəallığı  və  fəaliyyəti  ilə  qürrələnərək öz sevincini  bölə bilər.  Çünki 
ıışaq  bu  vaxt  yüksək  afifckt  vəziyyətində  olur.  Bu  zaman  onun 
yoldaşı da cəldləşir və işini bitirməyə özünü səfərbər edir.
Bu, tərbiyəçi  üçün də an məsuliyyətli  prosesdir.  Çünki  ya­
radıcı  şərait  “sönməzsə”  nəticə  yüksək  olar.  Tərbiyəçi  nəzarət 
zamanı  “sən etdin”,  “sən bacardın”,  “bunu sən  edə  bilərsən” bu 
kimi həvəsləndirici müraciətlərlə yüksək nəticəyə nail ola bilər.
Kiçik qruplarda uşaqlar işini bitirdikcə tərbiyəçi yığır.  Böyük 
qruplarda isə uşaqlar özləri işini bitirdikcə təhvil verir. Çox halda tər­
biyəçi  (3-5  dəqiqə)  işləri tamamlamağı təklif edir və yarımçıq işləri 
günün ikinci yarısında tamamlaya biləcəkləri haqda məlumat verir.
IV.  Əldə  edilən  nəticənin  təhlili.  Proqram  tələbinin  müsbət 
həllində nəticə əhəmiyyətli və vacib olan ltissodir.  Bu proses zamanı 
uşaq özünün və yoldaşlarının işinə kənardan baxaraq səhvləri görür.
Analiz  məşğələnin  tipi  və  quruluşundan  asılı  olaraq  müx­
təlif variantlarda  keçirilə  bilər.  Birinci  halda  uşaqlar tərəfindən 
seçilən “ən yaxşı” işlər birinci cərgədə  orta səviyyəli  qənaətbəxş 
işlər ikinci cərgədə, yarımçıq, səliqəsiz və s.  işlər isə üçüncü cər­
gədə yerləşdirilir.
Digər  halda  məşğələyə  qonaq  gəlmiş  oyuncağın  dili  ilə 
tərbiyəçi  seçir.  Analiz  gəzintidən  sonra  da  keçilə  bilər.  Bütün 
hallarda  yekun  sözü  tərbiyəçi  deyir.  Bu  zaman  uşaqlar  tərəfin­
dən buraxılan səhvlər, onların səbəbləri  açıqlanır.
Yarımçıq işlər günün ikinci yarısında tamamlana bilər.
V.  Praktiki  təyinat.  Məşğələnin  tipindən  və  növündən 
asılı olaraq yekunda tərbiyəçi  uşaqların  əl  işlərindən sərgi qurul­
masını  və yaxud hər hansı  bir oyunun keçirilməsini təşkil  edilir. 
Məsələn: yapılmış kökələr oyuncaqlara paylanılır və s.
Məşğələ tərbiyəçinin yaradıcı fəaliyyətidir.
52


V  BÖLMƏ
MƏKTƏBƏQƏDƏR YAŞLILARI 
RƏSM FƏALİYYƏTİ
§1. Körpəv aşlılar qrupunda  rəsıııiıı təlimi
2-3  vaşlı  uşaqlarda  rəsnıiıı  xarakteri.  2 yaşlı  uşağı yalnız 
qələmin  buraxdığı  iz.  onun  rəngi,  çox  halda  kağızın  bütün  əhatə 
sahəsini cızma-qara etmə həvəsi cəlb edir, maraqlandırır,  Uşaqdan 
onun nə çəkdiyini, nəyə oxşadığını soruşmaq  vacibdir.  Bu an uşaq 
nə  etdiyini  düşünməyə  məcbur  olur,  o,  qələmin  buraxdığı  izə 
nəzarət edir və bu izlərin nəyə oxşadığını tapmağa maraq göstərir.
Qələm  və  fırçadan  istifadəni  mənimsəmək  2  yaşlı  uşaq 
üçün  çətindir.  İlk  vaxtlar  uşaq  qələmi  bütün  ovucu  ilə  tutaraq, 
adətən  bütün  qolu  hərəkətə  gətirərək  “ora-bura”  hərəkət  etdirir 
və  ya  kağıza  döyəcləyir,  bundan  zövq  alır.  Çox  halda  qələmin 
buraxdığı  iz maraqlandırmasa da sonralar bu  izlər onu cəlb edir, 
və  uşaq  bir daha  izləri  görmək üçün hərəkətləri təkrar edir.  Göz 
nəzarəti,  əl  hərəkəti  zəif olduğundan  uşaq  hərəkətini  nizamlaya 
bilməyərək kağızın əhatə sahəsindən kənara çıxır.  Tədricən uşaq 
əl  hərəkətini  nizamlaya  bilir  və  sadə  “ora-bura”  hərəkətlərini 
tənzimləyərək,  dövrü hərəkətləri  “tüstüyə  oxşar”, “yumağa bən­
zər” və  s.  mənimsəyərək  üstünlük əldə  edir.  Qələmin  buraxdığı 
izlər  (nöqtələr,  yaxmalar)  getdikcə  ıışağı  cəlb  edir  və  bu  dövr 
adətən cızma-qara dövrü adlanır.
Uşaqlarda  nitq  inkişaf etməyə  başlayan  anlarda  hər  şeyə 
maraq  artır,  onlar daha fəal  olurlar,  əşyalarla,  vəsaitlə  daha  sər­
bəst  hərəkət edirlər.  Təsəvvür ehtiyatı  genişlənir, nitq inkişaf et­
dikcə  rəsmə  həvəs  artır.  Uşaq  təsvir  edə  bilmədiyini  sözlə  ta­
mamlayaraq  “rəsmini  daha  aydın  və  başa  düşülən  cdo  bilir”. 
Uşaqların  diqqətini  onları  əhatə  edən əşya və hadisələrə cəlb et­
məklə,  gördüklərini  qavraya bilmək rəsm etməyə, cəlb etmək  la­
zımdır.
53


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə