M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə18/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
§2. Orta qrupda rəsm fəaliyyəti.
Kəsinin xarakteri
Uşaqların  çoxu  bağçaya  3  yaşı  tamam  olduqdan  sonra 
gəldiyindən  tərbiyəçi  ilk  öncə  kiçik  qrupda  qarşıya  qoyulmuş 
vəzifələri  təkrarən  (qısaldılmış  formada)  keçir.  Lakin  bağçaya 
öncədən gəlmiş  uşaqlara  maraqlı  olsun  deyə  tapşırıq  daha  geniş 
verilir.  Yəni  2  yaşlılara  nisbətən  3  yaşlı  uşaqların  psixi  inkişaf 
səviyyəsi daha yüksək olduğundan proqram təkrarən orta qrupun 
proqramı  ilə  yanaşı  aparılır.  Orta  qrupun  təlim-tərbiyə  məsələ­
ləri tərbiyəçinin qarşısında aşağıdakı vəzifələri qoyur:
Əvvəllərdə  əldə  edilən  bilik  və  bacarıqlara  əsaslanaraq 
tədricən təlim məsələləri mürəkkəbləşir.
Uşaqlarda rəsmə  həvəs  oyatmaq  məqsədi  ilə  “buludu”  və 
ordan “yağan yağışı” çəkir,  davamını  çəkməyi  fəal  uşağa  tapşı­
rır, “qarpız dilimini” çəkərək “tumlarını” çəkməyi uşaqlara  (kö­
nüllü) təklif edir.  Tədricən,  daha çox uşaq məşğələyə cəlb edilir. 
Qələm  və  fırçadan  düzgün  istifadə  mənimsənilərsə,  uşaq  yaxşı 
nəticə əldə edər və rəsmə həvəsi  artar.  Uşaqların əl hərəkətlərin­
də  ritıııikliyə nail  olmaq  üçün  hərəkət sözlə  milşahidə olunmalı­
dır.  3-4  yaşlı  uşaqlarda  əl  hərəkəti  və  göz  nəzarətinin  inkişafı 
təsvirin  daha  anlaşıqlı  olmasına  yardımçı  olur.  Qarşıya  qoyul­
muş məqsədə çatmaq üçün tərbiyəçi  uşaqların diqqətini  əşya və 
hadisələrə yönəldərək,  illüstrasiyaların baxılmasını  təşkil  etmək­
lə onlarda müşahidə  qabiliyyətini inkişaf etdirir.
Rəsm  məşğələlərində  tədricən  rəngin,  formanın,  ritmin 
hissi  inkişaf edir,  əşyaların  qavranılması  zamanı  tərbiyəçi  təsvi­
rin estetik keyfiyyətinə diqqət yönəldir.
Rəng  seçimi  qavranılarkən  əşyaların  həqiqi  rəngi  mənim­
sənilir.  Tədricən  ətraf  aləmin,  əşyaların  müşahidəsi  və  qavra- 
nılması  prosesində  uşaqlarda  müəyyən  təsəvvürlər  inkişaf  edir 
ki. nəticədə tərbiyəçi sadə tapşırıqlar verməklə,  istiqamətləndirə­
rək  onları  sərbəst  mövzu  seçiminə  gətirir ki. bunun  da  əsasında 
ilk yaradıcı rüşeymlər üzə çıxır.
57


Təsvın sənət və onun tədrisi metodikası
Təsvir prosesi  çox vaxt uşaq nitqi  ilə tamamlanır.  “Bu  to­
pu man  balaca  qardaşıma  verəcəm”.  Uşaqdakı  bu təşəbbüsü  in­
kişaf  etdirmək  lazımdır.  Təsvirin  mənimsənilməsi  uşaqlarda 
sərbəstlik  və  fəallığı  inkişaf etdirir.  Bilik  və  bacarıqların  mə­
nimsənilməsi  sayəsində  uşaqlar  qarşıya  qoyulmuş  problemlərin 
həlli üçün düşünür, axtarır və çox halda həlli sərbəst tapır.
Kəsinin təlim məsələsi
Orta  qrupun  rəsm  təlimində  məqsəd  sada  formalı  əşyaların 
düzgün təsvirinin mənimsədilməsidir.  Bu yaş qrupunun  uşaqları  əş­
yaların rəngi, forması və böyüklüyü haqqında təsəvvürlər əldə edirlər.
Uşaqlar  əşya  üzrə rəsm  məşğələsində  dairə,  kvadrat,  düz­
bucaq,  üçbucaq,  həmçinin  müxtəlif maili,  düz  və  kəsişən  xətli 
təsvirlər mənimsəyirlər.
Forma  əmələ  gətirən  hərəkətləri  mənimsədikcə  əşyaların 
təsviri asanlaşır.
Təsvir etməzdən əvvəl  tərbiyəçi  uşaqları  əşya (müşahidə 
etdirərkən), onun forması və təsvir üsulu  ilə tanış edir.
Orta  qrupda  uşaqlar müxtəlif formalı  əşyaların  təsvirini  mə­
nimsəyirlər. Tərbiyəçi tərəfindən təklif cdiləıı mövzu  müxtəlifliyi, tə­
lim prosesini maraqlı və effektli edir. Təsvir üsullarını mənimsədikcə, 
böyük-kiçik toplar, halqalar, güllər və s. təsvir  edirlər. Düz  və kəsişən 
xətli təsvirlərin verilməsi II yanmildən başlanır. Sadə həndəsi fiqurlar­
dan düzbucaq, kvadrat və üçbııcaqlı təsvirlər mənimsədildikdən sonra 
eyni vaxtda düz və dairə formalı təsvirlər mənimsənilir.
Orta  qrup uşaqlarına sadə formalı əşyaların böyüklüyü, qu­
ruluşu, hissələrin  düzgün verilməsi  mənimsədildikcə  uyğun ter­
minlər:  böyük-kiçik,  hündür-alçaq,  (“rəfdə  böyük-kiçik  toplar”, 
“hündür-alçaq  ağac”),anlayırlar.  Rəng  anlayışında  qırmızı,  göy, 
sarı,  yaşıl,  qara, ağ həmçinin  bəzi  rəng  çalarları (çəhrayı, mavi) 
mənimsədilir.  Lakin  lazım  gəldikdə  qəhvəyi  və s.  rənglərdən  də 
istifadə edilə bilər, (bu rəngləri  adlandırmağa  ehtiyac  yoxdur.)
58


Təsvın sənət və onun tədrisi metodikası
Bazi  əşya  və ya hadisələrin  təsvirində təsvirə  uyğun  rəng­
lərin  mənimsənilməsi  məsləhətdir  (“yaşıl  yolka”,  “sarı  limon”, 
“sarı cücə” və s.).
Təsvirin  rabitəli  məzmunda  verilməsi mənimsənilərkən 
uşaqlar mövzu üzrə (süjet üzrə) təsvir çəkə bilmədiyindən  əşya­
nı  çəkərək  hərəkəti  sözlə  təsvir  edirlər.  (Məsələn:  “araba  yük 
daşıyır”, “gəlincik rəqs edir” və s.)
Məşğələ  prosesində  uşaqlar  bir  neçə  eyni  formalı  təsvirlər 
çəkirlər. (Məsələn  hava  şarları, halqalar  və  s.). Forma  əmələ gə­
tirən  təsvirin  təkmilləşməsinin  böyük əhəmiyyəti  vardır, bu  vaxt 
əl hərəkətlərində ritmiklik əldə edilir və foıma tam mənimsənilir.
Ardınca, təsvirə məzmun  vermək məqsədi  ilə uşaqlara xır­
da  əlavələr  (mənimsəmə  bacarığına  uyğun)  etmək  təklif edilir. 
Məs:  “Çəmənlikdə  gəzən  cücəyə  dən  tökək”,  “Şarları  havaya 
uçuraq” və s.  Bu zaman təsvir maraqlı olur və uşağı bədiilik, tos- 
virdəki  ifadəlilik cəlb edir.
Təsvir  texnikasında  uşaqlara  düzgün  oturuş  (qaməti  düz 
saxlamaq, masa üzərinə  əyilməmək) qaydaları, vəsaitlərdən;  fırça­
dan və sulu boyadan düzgün istifadə qaydaları, (fırçam sulu boyaya 
azca batınııaq və s) mənimsədilir. Təsvir edərkən qol (dizədək) bü­
tünlükdə masa üzərində olmalıdır. Oks-halda əl əsə bilər və xətt əy­
ri alınar. Üfüqi xəttin çəkilməsi soldan sağa  təklif olunur.
Orta qrupda  proqramın tədrsi keçilən mövzular
Orta  qrupda  rəsm  məşğələləri  rüblərə  bölünür.  Bu,  təlim- 
tərbiyə proseslərinin ardıcıl keçməsinə müsbət təsir edir.  İlər rüb 
üçün müəyyən təlim məsələsi  qarşıya qoyulur.
1-ci  rüb.  Kiçik qrupun əsas mövzuları üzrə 3-4 təkrar məş­
ğələ  keçirilir  və  kiçik  qrupun  mövzuları  təkrarlanır.  Rüb  ərzində 
düz  və  dövri  xətli  təsvir  verilir.  Nəticədə  əşya,  onun  forması  və 
rəngi, quruluşu haqqında daha geniş məlumat əldə edilir.
Orta  qrupda  yeni  təlim  məsələsi  tətbiq  edilməklə  yanaşı 
əvvəldə  əldə  edilmiş  yeni  bilik  və  bacarıqlar  təkrarlanır.  Yeni 
59


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə