M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə17/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
Sən nə çəkmisən? Çəkdiyin nəyə oxşayır? sualları ilə tərbiyəçi 
uşaqların diqqətini qələmin buraxdığı  izə cəlb edir, nə çəkdiyini ön­
cədən düşünməyə, maraqla çəkdiyini izləməyə, hərəkəti təkrarlama­
ğa çalışır. Çox halda tərbiyəçiyə cavab verməyən sadəcə “rəsmi izlə­
yən uşaq” iki yaş yarınımdan sonra rəsminə ad verməyə başlayır. Bu 
yaş dövründə uşağı rəsmdəki rənglər, təsadiif oxşarlıqlar cəlb edir və 
uşaq bu yaxmalarda, ştrixlərdə və xətlərdə nəyə isə oxşarlıq taparaq 
çox  vaxt  rəsmi  sözlə tamamlayır.  (Düz  xətt  -   “maşın  gedir”,  qırıq 
xətt  “yağış yağır” və s.). Uşaqların öz rəsmini dərk etməsində ki­
tabdan  müxtəlif  illüstrasiyaların,  uşaqların  başa  düşəcəkləri  sadə 
şəkillərin müşahidəsinin böyük əhəmiyyəti vardır.
Tərbiyəçi real həyatdakı əşya və ya hadisələri rəsm və ya illüs­
trasiyalarla tutuşdurur. Əhəmiyyəti ondadır ki. gələcəkdə təkrarən bu 
mövzuda işləyərkən tərbiyəçi  mövzunun adını  çəkməklə,  uşaq artıq 
mövzunu anladığı üçün daha həvəslə işləməyə başlayır.  İl ərzində 2- 
3  yaşlı  uşaqlar  qələm,  fırçadan,  sulu  boya  flomasterdən  istifadə 
qaydalarım  mənimsəyirlər.  Çox  vaxt  eyni  qələmlə  işlədiyinə  görə 
tərbiyəçi onlara rəngi dəyişməkdə kömək edir.
Təsvirdə  rəng  uşaqları  daha  çox  cəlb  edir.  Rəngli  yaxma­
lar, uşaqlarda müxtəlif assosiasiyalar oyadır.  Məsələn:  sarı rəng­
li  yaxmaya 
bu. “cücədir”,  qırmızı  yaxmaya  bu.  “topdur” de­
yir.  Təlim  uşaqlarda təsviri  fəaliyyət  məşğələlərinə  ilk öncə  hə­
vəs  oyadır,  emosional  halııı  oyanması,  tərbiyəçini  dinləmək, 
onun göstərişlərini  müşahidə etmək bacarığı formalaşır.
Rəsm  prosesində  uşaqlarda  hissi  tərbiyə  inkişaf edir:  Rən­
gin,  formanın  hissi  rəsmdə  oxşarlığı  tapmaq,  onu  adlandırmaq, 
rəsmi haqqında danışmaq və s. müsbət keyfiyyətlər mənimsədilir.
Körpəyaşhlar qrupunda  rəsmin təlim məsələsi.
Əşyanın  düzgün təsvirinin mənimsənilməsi  təlimin  2  yaşın­
dan  başlayaraq  bütün  yaş  qruplarında  keçirilir.  Bu  yaş  dövründə 
hələ  uşaqda  əşyanın  formasım  düzgün  vermə  bacarığı  olma­
dığından.  tərbiyəçi  uşağa təsviri  dairə  və  ya  düz  xəttə  (oxşar  ciz­
gilərlə)  verməyi  təklif edir.  Məsələn:  bacadan  çıxan  tüstü,  (xətti 
əyri  çıxarsa dağ yolu), çay axır və s.  təsvirə oxşar adlar verilir.  Bu 
54


Təsvın sənət və onun tədrisi metodikası
yaş  dövründə  tərbiyəçi  ilə  uşağın  birgə  işinin  böyük  əhəmiyyəti 
vardır.  Belə  olduqda  məşğələlərin  effekti  artır.  Məsələn:  tərbiyəçi 
qarpızın  dilimini  çəkərək  “tumlarını”  qoymağı,  budaq  çəkərək 
“tumurcuqlar”  qoymağı,  parabtizən  çəkərək  “xallarım”  qoymağı, 
bulud  çəkərək “yağan yağışı”  və  s.  çəkməyi  uşağa təklif edir.  Bu 
kimi  tapşırıqların tərbiyəçi  ilə  uşağın  birgə  iş  fəaliyyətində  böyük 
əhəmiyyəti  vardır.  Uşaq  yalnız  işi  tamamladığına  baxmayaraq 
bütün təsvirin onun çəkdiyini düşünür.  Məşğələnin effekti artır, bu 
fəallaşdırıcı təlim vasitələri ilə uşaqlarda rəsmə həvəs oyanır.
Tərbiyəçi təsviri  kağız  üzərində  düzgün  yerləşdirməyi  öy­
rədir (yarpaqlar tökülür və s.).
Rəngin əlvanlığı, ritınin hissi aşaqları sevindirir.  Kiçik qrupun 
aşaqları  4  əsas  rəngi  (yaşıl,  qırmızı,  san,  göy)  seçmək,  onlan 
adlandırmaq,  bir-birindən  fərqləndimıəklə.  ondan  təyinatına  görə 
təsvirdə  istifadə  etməyi  mənimsəyirlər.  Bu  yaş  dövrünün  uşaqları 
süjet  üzrə  rəsm  etməyə  çalışsalar  da  bu  onlarda  (lazımi  bilik  və 
bacanqlara yiyələnmədiyindən) alınmır.  Bu zaman təsvirlərini sözlə 
tamamlayırlar (Məsələn: “yumaq” çəkərək “pişik yumaqla oynayır”, 
“hava şarlıur” çəkərək, “mən gəzintiyə gedirəm”).
Təsvir texnikasında ilk əvvəl oturuş qaydası və ardınca və­
saitlərlə  istifadə qaydası mənimsənilir (masanın üzərinə  əyilmə­
mək.  qələmi  üç  barmaq  arasında  tutmaq).  Bu  yaş  dövrünün 
uşaqları  üçün  fırça və  sulu boyadan  istifadə  qaydaları  çətin olsa 
da,  qismən  mənimsədilir  (fırçanın  xovunun  ucunu  sulu  boyaya 
batırarkən ucunu qabın kənarına silmək və s.).
Proqramın tədrisi keçilən  mövzular.
Kiçik  qruplarda  rəsm  üzrə  proqramın  keçirilməsi  rüblərə 
bölünmür.  İlin  ikinci  yarısında  əl  hərəkətlərinin  tənzimlənməsi 
mənimsənilir.  Uşaqlar  düşünülmüş  təsvirə  gəldikdən  sonra, 
qövsi  hərəkətlərlə  təpəciklər,  göy  qurşağı,  bacadan  çıxan  tüstü, 
yumaq və s.  bu kimi təsvirlər etməyə çalışırlar.
Uşaq bağçasının tərbiyə  proqramında rəsm məşğələsi yap­
ma məşğələsi  ilə  həftəaşın  əvəz  edilməklə keçirilir.  Müasir təd­
qiqatçılar belə fikir yürüdür ki,  uşaq istədiyi  vaxt istədiyi  fəaliv- 
55


Təsvın sənət və onun tədrisi metodikası
yat növü ilə məşğul ola hilər.  Bunun üçün (gün rejimi  imkan ve­
rirsə) tərbiyəçi lazımi  şəraiti yaratmalıdır.  Getdikcə uşaqlar daha 
məzmunlu  təsvirlər  etməyə  cəlb  edilir.  Məsələn;  tərbiyəçi  ağac 
və  yolka  çəkərək  budaqlarım  çəkməyi  uşaqlara  həvalə  edir. 
Uşaqlara şaquli  (“çəmənliyin otlan'’, “yumaqdan açılan  saplar”) 
və  üfüqi  (“çay axır”, “qırmızı  lent”,  “rəngli  saplar” və s.)  istiqa­
mətdə  düz  xətli  təsvirlərin  çəkilişi  mənsimsədilir.  Dövrü  xətlər, 
“təpəciklər”,  “bacadan  çıxan tüstü”,  “yumaq” mövzularında rit- 
mikliyiıı  əldə  edilməsi  nəticəsində  hava şarı,  əlvan topum  möv­
zusunda təsvirlər mənimsədilir.
Uşağın  düzgün  inkişafı  və  tez  yorulmaması  üçün,  məşğə­
lənin  müddəti  müəyyən  olunmuş  vaxtda  bitməlidir.  Mövzu 
uşaqlara  sevinc  gətirməlidir.  Onlarda  növbəti  rəsm  işinə  həvəs 
oyatmalıdır.  Tərbiyəçi  çalışmalıdır  ki,  fəallıq  məşğələ  boyu  da­
vam  etsin,  tez-tez  fəallaşdırıcı  suallar verməlidir ki,  uşaqın  diq­
qəti yayınmasın.  Didaktik  oyundan və bədii sözdən (şeir, tapma­
ca və s.) istifadənin  böyük əhəmiyyəti  vardır.  Kiçik qrupda məş­
ğələ müddəti  10-15 dəqiqə olur.
Rəsm  məşğələləri  əvvəlcə  yarım  qruplarla  (5-6  rəsmə  hə­
vəs  göstərən  uşaqlarla) keçirilir, stollar yarım  dairəvi  düzülür və 
ortada tərbiyəçi  əyləşərək onların gözü qarşısında (qırmızı  quaş- 
dan  və  flamasterdən  istifadə  etməklə)  sadə təsvirlər edir və  uşa­
ğa da bu təsvirə əlavələr etmək imkanı verir.  Məsələn:  “Bacadan 
çıxan  tüstü”  (bacanı  tərbiyəçi  çəkir);  “Buluddan  yağan  yağış” 
(buludu tərbiyəçi çəkir); “qarpızuı tumları”, “budağın tııınur- 
cuqlan”, “şamları yandıraq” və s.  tərbiyəçi  ilə uşağın birgə  iş 
fəaliyyəti  uşaqları  rəsmə  həvəsləndirir.  Təsviri  tamamlamaqla 
uşaqda belə təsəvvür yaranır ki,  sanki  bütün təsvir onun  tərəfin­
dən  çəkilmişdir.  Ardınca  uşağa  (könüllü) rəngli  qələm  və  kağız 
verməklə  istədiyini  çəkmək  təklif  edilir.  İşlər  tamamlandıqca 
tərbiyəçi  onları  götürməlidir ki. uşaq  üzərində  başqa cızma-qara 
etməsin.  Kiçik  qrupda  əksər  məşğələlər  oyun  formasında  keçi­
rilir.
56


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə