M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə15/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
Texniki hazırlıq.
Məşğələ  üçün  lazımi  vəsait  və  avadanlıqları  seçərkən 
müəllim çalışmalıdır ki. daha məqsədəuyğun olsun.
Kağız 
kağızın  rəngi  və  formatı  mövzuya uyğun olmalı­
dır.  Əks-təqdirdə  mövzunun  ifadəliliyi  itər,  nəticə  effektli  ol­
maz.  Kağızın formatı uşaq tərəfindən çox vaxt sərbəst seçilir.
Kağızın  rənginin  düzgün seçilməsi  uşağı  həvəsləndirir.  Ağ 
kağızdan bütün  məşğələ  növlərində  istifadə  olunur.  Tədricən  yu­
xarı  qruplarda  kağızın  rəngini  uşaqlar  sərbəst  seçirlər.  Məşğələ 
üçün kağız öncədən hazırlanır.  Kağızın arxa tərəfində uşağın  adı 
və  soyadının  baş  hərfi  yazılır.  Kağız  uşaqların  sayından  2  dəfə 
artıq götürülməlidir (uşaq işi tez bitirdikdə, səhv etdikdə və s.).
Kəsib yapışdırma işləri (yerlik) işlənilməlidir.  Məşğələdən öncə 
kağızın arxa tərəfinə uşağın adı və soyadının baş hərfi yazılmalıdır.
Qələm 
uşaq bağçasında  rəngli  qələmlərdən  istifadə  olu­
nur.  Məşğələ  ərəfəsində  yonulub  hazırlanır.  Qələm  dəstləri  2 
dəfə uşaq sayından artıq götürülür (ucu sındıqda və s.).
Buya -  kiçik qrupda məşğələ üçün quaş və sulu boyalardan 
istifadə  edilir.  Məşğələ  ərəfəsində  hazır vəziyyətə gətirilir  (rəngi, 
qatılığı).  Yuxarı  qrupda  akvarel  boyalardan  istifadə  olunur  (məş­
ğələ zamanı  hər boyanın üzərinə su damcılanır və ya fırçanı suya 
batırmaqla istifadə olunur).  Kiçik və orta qrupda 4-6. böyük mək­
təbəqədər hazırlıq qnıpda 6-9 rəngdən istifadə olunur.
Kiçik qrupda  rəngin  seçilməsi  bilavasitə  tərbiyəçinin  işti­
rakı  ilə olursa,  böyük qrupda  rəng seçimində uşaqlara sərbəstlik 
verilməlidir.  Yalnız  bu  vaxt  tərbiyəçi  uşaqları  istiqamətləndirə 
bilər;  rəngin seçilmiş fona uyğun gəlməsi  və s.  uşaqlara  verilmiş 
suallar əsasında aydınlaşdırılır.
Boya  ilə təsvir məktəbəqədər  yaşlı  uşaqlar  üçün  çətin  ol­
duğundan bu proses zamanı tərbiyəçi daha diqqətli olmalı və hər 
an uşaqların köməyinə gəlməlidir.
Boya  ilə  iş  üçün — fırça,  quru əski  və ya xüsusi  salfet ka­
ğızlar,  bankada  su  götürülür.  Məşğələ  ərəfəsində  fırçanın  ucu 
yoxlanılır və hazır vəziyyətə gətirilir.
48


Təsvın sənət və onun tədrisi metodikası
Applikasiva  məşğələsində  rəngli  kağızdan  istifadə  olunur. 
Orta qrup uşaqları üçün sadə həndəsi formalar və sadə əşya təsvirləri 
öncədən tərbiyəçi tərəfindən (mövzuya uyğun) kəsilib saxlanılır.
Böyük qrupdan  başlayaraq  uşaqlar rəngli  kağız  dəstlərindən 
(tərbiyəçi  yarım  hazır  vəziyyətə  gətirir)  əvvəlcə  hazır zolaqlardan 
düzünə və maili kəsmələr etməklə sadə həndəsi formaları (kvadrat, 
düzbucaq, üçbucaq və s.),  daha sonra kvadrat  və düzbucaqlılardan 
dövrü kəsmələr etməklə dairə, oval almağı mənimsəyirlər.
Yapışqan 
uşaq  bağçasında yapışqan  qələmlərdən  istifa­
də  olunur.  Məşğələ  ərəfəsində  yoxlanılır  (lakin  fırça  və  yapış­
qandan istifadə daha məqsədəuyğundur).
(til  -  yapma məşğələsində  xüsusən  kiçik  qruplarda  istifa­
də olunur.  İldə bir dəfə yayda hazırlanır və xüsusi polielilen qab­
larda saxlanılır.  Məşğələ ərəfəsində hazır vəziyyətə gətirilir.
Plastilin 
böyük  qruplarda  rəngin  verilməsi  vacib  olan 
zaman  işlədilir.  Məşğələyə  başlarkəıı  isidilir.  Moktəbəhazırlıq 
qrupunda  xüsusi yapma dəzgahında iş metodikası  monimsədilir. 
Məşğələdə təyinatı üzrə nəm əskidən istifadə edilir.
Qrupda əyani  vəsaitlər fondu olmalıdır.  Müxtəlif vəsaitlər; 
oyuncaqlar,  illüstrasiyalar nümunə  və s.  onlar  üçün  ayrılmış  xü­
susi guşələrdə yerləşdirilir.
Nümayiş üçün seçilmiş nümunə birinci stoldan.  1,5-2 m məsa­
fədə yerləşdirilir və hazırlanacaq uşaq işindən 2-3 dəfə böyük olur.
Analiz  üçün  hər  yaş  qrupunda  xüsusi  stend  olmalıdır. 
Rəsm  və  applikasiya  üzrə  əl  işlərinin  nümayişi  üçün  3  cərgəyə 
bölünmüş, uzunluğu 2 metr olmalıdır.
Yapma və quraşdırma  üzrə əl işləri üçün xüsusi bölmələrə 
ayrılmış  lövhə  kiçik  guşələrə  ayrılmalı  və  hər  uşaq  öz  yerini 
bilməlidir  (kiçik  və  orta  qrupda  meyvə  və  tərəvəzlər,  böyük 
qruplarda həndəsi fiqurlar və s.ila  işarələnir).
Uşağın  adı  və  soyadının  baş  hərfi  yazılmış  kiçik  k a rtla r 
sonda hər uşağın hazırladığı işlərə bərkidilir.  Məşğələ üçün hazır 
olan vəsait elə yerləşdirilməlidir ki,  hər uşaq lazım olanda istifa­
də edə bilsin.
49


Təsvın sənət və onun tədrisi metodikası
INövbətçiliyin  təşkili.  Növbətçi  (yaş qrupundan  asılı  olaraq) 
vəsaitləri  məşğələyə  hazırlamalı,  onları  məşğələnin əvvəlində pay­
lamalı.  sonda  yığmalı  və  növbəti  məşğələdə  istilada  üçün  yararlı 
vəziyyətə gotimıoli. (böyük qruplarda) sonra yerinə qovmalıdır.
Ümumiyyətlə,  tərbiyəçi  hər  uşağa  özünə  qulluq  qaydasını 
mənimsətməlidir.
Orta qrupda -  ilin  II yarısından başlayaraq tərbiyəçi əvvəl­
cə  ayn-ayn fəal  uşaqlara tapşırıq verir və  getdikcə uşaqları növ­
bətçiliyə sövq edir.
Növbətçilərə ayn-ayn xüsusi tapşırıqlar verilməklə yanaşı, 
öz aralarında işi bölmək imkanı verilir.
Böyük  və  məktəbəhazırlıq  qrupunda  növbətçilərə  daha 
məsuliyyətli  tapşırıqlar  verilir  (qələm  və  fırçaların  uclarının  ha­
zır vəziyyətə gətirilməsi və s.).
Tərbiyəçi  növbətçinin  işinə  nəzarət  etməlidir  ki.  iş  ardıcıl 
və dəqiq icra edilsin.
Qrupda  növbətçi  guşəsi  olmalıdır.  Növbətçi  işləyərkən 
xüsusi geyimlərdən istifadə etməlidir.  Hər uşaq öz növbətçiliyini 
onun nişanım növbətçi lövhəsinə qoyulması  ilə müəyyənləşdirir.
Tərbiyəçinin  günün  sonunda  növbətçinin  işinə  qiymət 
verməsi vacibdir.
Məşğələnin təşkili və quruluşu.
Məşğələyə başlamazdan əvvəl tərbiyəçi avadanlığı və vəsait­
ləri  qaydaya  salır,  nümunəni  hazırlayır,  məşğələdə  işi  icra  etmək 
lazım  olmadığı  halda  öncədən  görüləcək  işi  icra  edir.  Bu.  məş­
ğələdə yarana biləcək çətinlikləri  öncədən  görmək imkanı  verir və 
tərbiyəçi  yaranacaq  problemi  aradan  qaldırmaq  üçün  bir  qədər 
sadələşmiş  variantı  seçir.  Hazırlıq  işi  bitdikdən  sonra  çox  vaxt 
tərbiyəçi uşaqları oyun situasiyası yaradaraq məşğələyə dəvət edir. 
Təşkiledici  an  1-2  dəqiqədən  artıq  olmamılıdır.  Mövzudan  asılı 
olaraq  tərbiyəçi  məşğələdə  müxtəlif  variantlardan  istifadə  edir. 
Kiçik qrupdan başlayaraq uşaqlara sakit oturmaq, lazımi  qaydalara 
riayət  etmək  və  s.  mənimsədilir.  Məşğələ  oyun  xarakterində 
keçilərkən  təşkiledici  anda  tərbiyəçi  uşaqlara  oyuncaqların  qonaq 
50


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə