M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə12/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
Bu  üsulların  faəliyyət təlimində necə tətbiq edilməsini nə­
zərdən keçirək.
1. 
“Əyani  məlumatı  mənimsəmə  üsulu  (bəzi  hallarda 
izalı U-təlim  iisultt  da  deyilir)"  tətbiq  edilərkən  təsvir  ediləcək 
əşyanın,  oyuncağın və  s.  əyani  olaraq  şəkil,  illüstrasiya,  natura­
dan və s. baxılmasını, müşahidəsini təşkil etməklə bərabər, tərbi­
yəçi həmin əşya və ya hadisə haqqında məlumat verir.
Nəticədə, uşaqlar əşya və hadisələrlə tanış olur, lazımi mə­
lumat əldə edirlər.
Tərbiyəçi öncədən müşahidə üçün uyğun gələn obyekti  seçmə­
li. təsvirin düzgün verilməsi üçün daha dəqiq və yönəldici suallar tər­
tib etməlidir.  Aydındır ki, məktəbəqədər yaşlılar əşyanın müşahidəsi­
nə uzun müddət diqqət yönəltmək imkanına malik olmurlar. Tərbiyəçi 
xüsusi olaraq kiçik məktəbəqədər yaşlılarla (2-4) işləyərkən daha qısa 
müşahidə  aparır.  2-3  dəqiqə  eyni  hissələrin  müşahidəsinə  qayıdaraq 
təsəvvürü tədricən genişləndirir. Getdikcə, müşahidə prosesində tərbi­
yəçi əşya və ya təsvirdəki estetik cizgiləri, gözəlliyi,  (yaş səviyyəsin­
dən asılı olaraq) uşaqların diqqətinə çatdımıağa çalışmalıdır.
Məşğələnin  müvəffəqiyyətli  keçməsi  üçün  tərbiyəçi  öncə­
dən  məqsədli  müşahidə  keçə  bilər.  Təşkil  edilən  gəzinti  zamanı 
mövzu  üsrə  ətraf aləmdə  baş  verən  təbiət  hadisələri  (parkdakı 
ağaclar,  onların  qaməti,  gövdəsi,  budaqları,  budaqcıqlar və  üzə­
rində  yerləşən  müxtəlif yarpaqlar)  uşaqların  diqqətinə  çatdırıl­
malıdır.  Tərbiyəçi  bunu yaş  və  qavrama səviyyəsindən  asılı  ola­
raq hissə ilə, həmin hissəyə bir neçə dəfə qayıtmaqla etməlidir.
Təbiət müşahidəsi  uzunmüddətli  (fəsil  dəyişkənliyinə görə) 
ardıcıl  və  müntəzəm  aparılmalıdır.  Verilən  suallar  elə  qovulma­
lıdır ki, uşaq müşahidə prosesində əşya və hadisə haqqında dəqiq 
və  ətraflı  məlumat  əldə  cdo  bilsin.  Nəticədə  əldə  edilən  bilik və 
təsəvvür daha aydın olur.  Tərbiyəçi hər şeydən əvvəl  müşahidəni 
elə aparmalıdır ki. uşaqlarda estetik hisslər oyanmış olsun.
Öncədən  aparılan  təhlilin  böyük  əhəmiyyəti  vardır.  Təhli­
lin mahiyyəti  ondadır ki, bu proses zamanı  təsvir ediləcək  əşya­
nın əlamət və xüsusiyyətləri  dəqiq təyin olunmuş ardıcıllıqla ay- 
38


Təsvın sənət və onun tədrisi metodikası
dınlaşdırılır    nəticədə  uşaqlarda  əşyanın  əlamətləri  (forma, 
rəng, və s.) haqqında konkret təsəvvürlər formalaşır.
Təhlilin  sözlə,  izahla  aparılması  daha  yüksək  nəticə  verir. 
Nəyə  baxmaq,  necə  baxmaq  izah  edilərkən  uşaqlar  əşyanın  xü­
susiyyəti  haqqında;  əvvəlcə forması,  rəngi,  daha sonra  quruluşu, 
hissələri  və  hissələrin  bir-birinə  nisbəti  haqqında  daha  dəqiq  və 
aydııı məlumat əldə edirlər.
Sözlü təlim üsulu tətbiq edən  əşyanın baxılmasında  fəallaş- 
dıncı təlim vasitəsi kimi  “jestdən” istifadə etmə daha effektiv nə­
ticəyə  gətirir.  Tərbiyəçi  əşyanın  kürə  formasında  olduğunu  çat­
dırarkən  onun  çevrəsini  əl  ilə  cızaraq  əslində  rəsmetmə  texno­
logiyasını da nümayiş etdirir.  Artıq araşdırmalar da sübut etmişdir 
ki,  nəinki  müşahidə  və  təhlil  zamanı,  icra  prosesində  də  bu  cür 
fəallaşdıncı təlim vasitəsinin tətbiqi effektiv nəticəni təmin edir.
Tərbiyəçi  kiçik  və  orta  qruplarda  işin  icrasına  qədər  mü­
şahidə  və  təhlili  ardıcıllıqla  təyin  olunmuş  qaydada  apararsa 
məşğələdə  effektiv nəticə  əldə etmiş  olar.  Böyük və  məktəbəqə­
dər yaş  qrupunun  aşaqları  bu  prosesi  mənimsəyərək,  özləri  sər­
bəst öncədən  daha məqsədəuyğun  iş üsulunu təyin etməklə  ardı­
cıllıqla işi planlaşdıra biləcəklər.
Yuxarı  qruplarda  tərbiyəçi  tərəfindən  hazırlanmış  nümu­
nələrdən  nadir  hallarda  istifadə  edilir.  Tərbiyəçinin  əl  işi,  sənət 
əsəri olmadığından  artıq yaxşını  pisdən seçə bilən böyük məktə­
bəqədər  yaşlı  uşaqlar  üçün  bu,  əhəmiyyət  kəsb  etmir,  onların 
zövqünü oxşamır, estetik tərbiyə əhəmiyyəti daşımır.
Müasir təlim sistemində tərbiyəçi qarşısında yeni tələblər du­
rur:  yaradıcı,  fəallaşdıncı, düşünməyə,  axtanşa  sövq  edən iş  üsulu 
tətbiq edərkən tərbiyəçi öncədən mənimsənilmiş işin  icrasına əsas­
lanaraq uşaqlara yeni təsvirin icra ardıcıllığı üzrə  yönəldici  suallar 
verir, sanki  uşaqları  istiqamətləndirir, nəticəni, məhz yeniliyi uşaq­
lar özləri düşünərək tapır və iş prosesi yaradıcı xarakter daşıyır.
Mütəxəssislər  sübut  etmişlər  ki,  tərbiyəçi  tərəfindən  hər 
dəfə  eyni  iş  üsulunun  nümayişi  inkişafı  ləngidir,  nəticədə  uşaq 
həvəsdən düşür, məşğələyə maraq sönür.
39


Təsvın sənət və onun tədrisi metodikası
Yeni  iş  üsulu  tətbiq  edən tərbiyəçi  artıq  əldə  edilmiş bilik 
və bacarıqlara əsaslanaraq yalnız fərqi  izah edərək nümayiş etdi­
rir.  Çox  halda,  xüsusən  yuxarı  qruplarda  yönəldici  suallar  ver­
məklə fərqi tanımağa uşağı sövq edir.
Böyük və məkləbəhazırlıq  qrupu uşaqlarının da iş prosesi­
nə tərbiyəçi  nəzarəti  olmalıdır ki,  lazımi  anda  səhvi  üzə  çıxarıb, 
düzgün istiqamətə (iş texnikasına) yönəldə bilsin.
Müraciət  edərkən  tərbiyəçinin  sözü,  izahı  bir  qədər  emo­
sional olmalıdır ki. uşaqlarda müsbət reaksiya oyatsın.
Foallaşdıncı  təlim  vasitələrindən 
bədii  sözdən  istifadə: 
şer,  atalar sözü, tapmaca və s.  tətbiq etməklə  tərbiyəçi uşaqlarda 
bədii zövq, estetik hisslər tərbiyə edir.
Uşaq  işlərinin  təhlilində  sözlü  izahın  rolu  böyükdür.  Xüsu­
sən,  böyük  məktəbəqədər yaşlı  uşaqlar sevinc  və  səbrsizliklə  yol­
daşlarının  və  tərbiyəçinin  işinə  verəcəyi  qiyməti  gözləyirlər.  Tər­
biyəçi işə qiymət verərkən diqqəti təsvirin səliqəli  icrasına, təsvirin 
ifadəlilivinə. müvəffəqiyyətli “tapıntılara” və s. yönəltməlidir.
Sözlü  izahla  tərbiyəçi  uşaqlarda  öz  işlərinə  düzgün  qiy- 
mətvermə  bacarığım  inkişaf  etdirərək  natamamlılığı.  səhvləri 
görmək,  onlann aradan qaldırılma yollarını müəyyənləşdirən  bi­
lik və bacarıqlar mənimsədir.
Uşaq  işlərinin  təhlili  təsvirin  xarakterindən  və  uşaqların 
yaş səviyyəsindən asılı olaraq fərqli keçirilməlidir. Təhlilin fərq­
li aparılması uşaqlarda məşğələyə marağı artırır.
2.  Təkrarlanın  məşq  üsulu məşğələnin müvəffəqiyyətli mə­
nimsənilməsi,  mənimsənilən fəaliyyət üsullarının bilik  və  bacarıq­
lara çevrilməsi üçün, bu və ya digər fəaliyyətdə iş üsulunu məşq et­
dirmək, lazını gəldikdə təkrarlamaq imkanını yaratmaq vacibdir.
Tərbiyəçinin  aşıladığı  bilik,  bacarıq  və  vərdişlərin  möh­
kəmləndirilməsinə  yönəldilmiş  fəaliyyəti,  təkrarlama-məşq 
(mənimsənilmiş və yadda saxlanılanların bərpası) üsulu adlanır.
Tapşırığın  seçilməsi  təkrarlama və məşq etdirmə tərbiyəçi 
tərəfindən həyata keçirilir.
40


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə