M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə11/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
§3.  Dekorativ fəaliyyətdə lazımi  bilik, 
bacarıq və vərdişlər
Naxış kompozisiyası və onun rəng düzülüşü uşaqlara tədricən, 
təsviri  mümkün  olan  estetik  qanunauyğunluqlara  tabedir,  məxsus­
dur.  Dekorativ rəsm, applikasiva məşğələləri uşaqlarda bədii zövqün 
inkişafına  təsir  edir.  3-4  yaşlarından  başlayaraq  uşaqlara  dekorativ 
fəaliyyətdə əvvəlcə sadə ritmik təkrarlanan elementlər (qırıq xətlər), 
daha sonra sadə  lakin, müxtəlif elementlərin bir-birini əvəz etməklə 
təkrarlanması (qırıq xətt və nöqtə) mənimsodilir. Getdikcə, təlim mə­
sələsi mürəkkəbləşir və 4-5  yaşlı  uşaqlara naxış elementlərini  məh­
dud sahə daxilində ritmik (zolaq daxilində) ardınca simmetrik (diiz- 
bucaq kvadrat) yerləşdirmə bacarığını mənimsədi lir.
Böyük  və  məktəbəhazırlıq  qruplarında,  yaş  səviyyəsi  və 
qavrama  qabiliyyətinə  uyğun  olaraq  naxış  elementlərinin təsviri 
mürəkkəbləşir.  Nəbati  naxışlar (yarpaqlar,  güllər)  və  meyvələr 
naxış elementi kimi verilir
Məktəbəhazırlıq  qrupunda  uşaqlara  milli  naxış  element­
lərini:  (qoşbuynuzu,  buta,  və  s.)  mənimsətməklə  yanaşı  milli 
sərvətimiz  olan  neft  buruqlarını,  milli  məşğuliyyətimiz  olan 
pambıq, zəfəran,  üzüm salxımları, həmçinin Qarabağ atları naxış 
elementi kimi tədris edilir.
Rəng anlayışında əsas rənglərlə bərabər daha incə rəng ça- 
larları  mənimsədilir.  Uşaqlar  akvarel  boyalarla  işləyərək  açıq 
tünd  boyalar  alırlar.  Applikasiya  məşğələsində  uşaqlar  əvvəlcə 
eyni formalı,  daha sonra müxtəlif formada,  böyüklükdə və rəng­
də olan hazır formalar (məhdud sahə daxilində) yapışdırırlar.
Dekorativ yapmanın  təlimində,  dekorativ  incəsənət  əsərlə­
rindən istifadə edilir.  Baxış zamanı uşaqların diqqəti əşyanın gö­
zəlliyinə  zəngin,  zövq  oxşayıcı  tərtib  üsuluna  yönəlir.  Uşaqlara 
dekorativ  incəsənət  əsərlərində əsas ifadə vasitələrini  görmək və 
ayırmaq  zəngin  və  kompozisiyanın  uyğunluğunu  dərk  elməklə 
yanaşı  verilmiş  naxış  elementlərini  və  onların  yerləşdirilməsini 
qavramaq və seçmək bacarığı mənimsədilir.
34


Təsvın sənət və onun tədrisi metodikası
§4.  Rəsnı, yapma və applikasiya işində lazını olaıı 
bilik, bacarıq  və vərdişlər
Rəsm,  yapma,  və  applikasiya  işində  əşya  və  hadisələri 
yüksək səviyyədə, düzgün, keyfiyyətli təsvir etmək, yalnız təsvir 
texnikasında  əldə  edilmiş  bilik  və  bacarıqlara  yiyələnməklə 
mümkün ola bilər.
Yapıııa.  Yapma işində  ilk əvvəl uşaqlara dövri  və irəli-ge­
ri  bərəkətləri  inkişaf etdirmək  lazımdır  ki.  dairə  və  silindr  for­
malarını  almaq  mümkün  olsun.  İlər  hansı  bir  əşyanı  yaparkən 
uşaqlar  yastılama,  çimdikləmə.  dartma  kimi  əlamətləri  yerinə 
yetirmiş olurlar.  Daha sonra uşaqlara barmaqlar vasitəsi ilə müx­
təlif priyomlar etmək:  bütöv  gil  parçasını  hissələrə ayırmaq,  da­
ha  xırda hissələri əvvəlcə  gil çubuğu  ilə getdikcə (barmaq əzələ­
ləri  inkişaf  etdikcə)  barmaqlarla  yapma  işini  mənimsəməklə 
uşaqlar əşyanın daha incə hissələrini verə bilirlər.
Rəsm.  Hər şeydən  əvvəl  uşaqlara  tlomastr.  tabaşir.  qələm 
və  fırçanı  3  barmaq arasında tutmaq mənimsədilir.  Əks təqdirdə 
rəsmi  hərəkətlər  tomıozlana  bilər  və  bu  da  təsvirin  yaranması 
üçün çətinlik törədər.
Tədricən, tərbiyəçinin  rəhbərliyi  altında  qələm  və  fırça  ilə 
iş  texnologiyasını  mənimsəməklə  rəsmdə  daha  incə  və  yüksək 
keyfiyyətli təsvirlərin verilməsinə nail olmaq olar.
Eyn i  zamanda  fırçanın  xovunu  asta basmaqla  nazik,  bütün 
xovu basmaqla qalın xətlər və s almaq olar. Uşaqlara sulu boya və 
quaşla, ardınca akvarel  boya ilə iş texnologiyası mənimsədilir.
Təsvir texnologiyasını mənimsədikcə uşaqlarda əl hərəkət­
ləri  inkişaf edir və o  öz yaradıcı  fikrini  sərbəst  əks etdirir.  Nəti­
cədə rəsm maraqlı, keyfiyyətli və ifadəli olur.
Applikasiya.  Orta  yaş  qıırupıından  başlayaraq  uşaqlara 
əvvəlcə  hazır forma və təsvirləri yapışdırmaq  mənimsədilir.  On­
lar yapışqandan və fırçadan düzgün istifadə; formanı yapışqanla- 
ıııaq  və  kağız üzərində düzgün  yerləşdirməklə  yapışdırmaq tex­
nologiyasını  mənimsəyirlər.
35


Təsvın sənət və onun tədrisi metodikası
4-5 yaşından başlayaraq uşaqlara qayçı  və  kağızdan  istila­
da  qaydaları,  əvvəlcə  düzünə,  daha  sonra  maili  və  başqa  istiqa­
mətlərdə  (simmetrik,  silııel)  kəsmə  mənimsədilir.  Getdikcə, 
uşaqlara  əşya  üzrə  applikasiva  işi  ilə  yanaşı,  süjet  və  dekorativ 
appilikasiya vermə bacarığı mənimsədilir.
Təsvir texnikasında mölıkam  bilik və  bacarıqların  mənim­
sənilməsi  nəticəsində təsvir  və  əl  işlərinə  maraq  artır  və  uşaqlar 
öz yaradıcı  imkanlarını üzə çıxardırlar.
36


III  B Ö L M Ə
TƏLİM ÜSULLARI
Təlim  üsullarının  xarakteristikası
Təlim-tərbiyənin müvəffəqiyyəti daha çox müəyyən  olunmuş 
mövzu  haqqında  bilik,  bacarıq  və  vərdişlərin  mənimsənilməsindən 
tərbiyəçinin tətbiq etdiyi bir sıra üsul və vasitələrdən asılıdır.
Təlim  üsulları  dedikdə  «Uşaq  bağçasında  təlim-tərbiyə 
prosesi»  məzmununun  mənimsənilməsinə  yönəlmiş  müəllimin 
fəaliyyət sistemi  nəzərdə tutulur.  Təlim üsullarına təlimin tərkib 
hissəsinin ayrı-ayrı  detalları kimi  baxılır.  Məsələn, təsviri proses 
zamanı  uşağın  təsəvvürünü  genişləndirmək  məqsədi  ilə  əşyanın 
və ya  onun  illüstrasiyasının  nümayiş  etdirilməsi  təlim  üsulu  ad­
lanır.  Təlimin  üsul  və  vasitələri  dialektik vəhdət  daşıyır  və  biri 
digərində  keçə  bilir.  Məşğələni  keçərkən  tərbiyəçinin təlimə  di­
gər üsul və vasitələr tətbiq  etməsi bir sıra şərtlərdən asılıdır.  Bu­
raya mövzunun  məzmunu,  mürəkkəb  və  sadəliyi,  uşağın yaş sə­
viyyəsi, həmçinin bilik, bacarıq səviyyəsi və s.  aid edilir.
Rəsm,  yapma,  applikasiya  və  quraşdırmaya  xarici  (yəni  əl 
hərəkətləri:  rəsm etmə, qayçı ilə kəsmə, yapma və s. fəaliyyət hə­
rəkətləri) və  daxili  (əşya və rəsmin  qavranılması.  onun  bu və  ya 
digər icra üsullarının düşünülməsi və s.) fəaliyyət növü aiddir.
Tətbiq  edən  təlini  üsulları  uşaqlarda  təsviri  fəaliyyətin 
inkişafına  və  tərbiyəçinin  qarşısında  duran  vəzifələrin  icrasının 
təmin edilməsinə yönəlmişdir.
Uşaq bağçasında tədris  edilən müasir tələblərə uyğunlaşan 
daha  dəqiq -  inkişaf etdirici, yaradıcı  effektiv və məqbul  sayılan 
təlim üsulları aşağıdakılardır:
1.  Əyani məlumat -  (sözlü-izahlı ləlim  )
2.  Təkrarlama  məşq (möhkəmləndirmə)
3.  Nəzəri araşdırma -  (tədqiqat)
4.  Evristik -  (nəzəri tədqiqatın məntiqi və metodik üsullar sistemi)
5.  Problemli  -  (təlim)
37


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə