M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə7/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
məsində özünü  sərbəst  hissetıııə  imkanı  əldə  edir.  Əıııək  fəaliy­
yətində əldə edilən  bilik və bacarıqlar nəticəsində uşaqlarda diq- 
qəteilik,  məqsədyönlülük  və  başqa  bıı  kimi  müsbət  keyfiyyətlər 
tərbiyə  olunur.  Əməksevərliyin  formalaşması,  məşğələyə  ha­
zırlıq  və  məşğələdən  sonra  vəsaitlərin  və  s.  səliqəyə  salınması, 
özünə  xidmət,  uşaqlarda  müəyyən  əmək  vərdişləri  və bacarıqlar 
inkişaf  etdirir.  Məşğələ  prosesində  işin  növbətçilər  arasında 
bölüşdürülməsi bir qədər məqsədəuyğun  deyil, yaxşı  olar ki. hər 
uşaq  öz  iş  yerini  hazır  vəziyyətə  gətirsin  (məşğələdən  sonra  və 
əvvəl masanın səliqəyə salınması, vəsaitlərin təmizlənməsi və s).
Təsviri sənət məşğələlərində  istifadə etmək üçün əşya və ya 
vəsaitin  hazırlanması  daha  məqsədəyönlüdür.  Böyük  məktəbə­
qədər  yaşlı  uşaqlar,  kiçik  yaşlılar  üçün  müxtəlif  oyuncaqlar: 
gəlincik  guşəsində  oynamaq  üçün  peçenye,  konfet,  meyvə  və 
tərəvəzlər  yapıb  düzəldirlər.  Bu  kimi  cəmiyyətyönümlü  xeyirli 
fəaliyy ətin əmək və əxlaq tərbiyəsində böyiik əhəmiyyəti vardır.
Estetik  tərbiyə.  Təsvirçilik  sənətinin  əsas  məsələsi,  onun 
estetik  tərbiyə  vasitəsi  olmasıdır.  Təsviri  sənət  prosesində, 
estetik qavrayış  və  emosiyaların  inkişafı  üçün  müsbət  imkanlar 
yaranır  və  bu  da  tədricən  estetik  hissə,  baş  verənlərə  estetik 
münasibətin  formalaşmasına  təsir  edir.  Əşyaların  xüsusiyyətinə 
görə  seçilməsi  (forması,  düzülüşü,  böyüklüyü,  rəııgi,  fəzada 
yerləşdirilməsi  və  s).  uşaqlarda  ritmin  komponentləri  və  estetik 
hisslərin inkişafına təsir edir.
Estetik  qavrayış  birinci  növbədə  əşyanın  bütövlükdə  özü­
nə,  estetik  görünüşünə,  formanın  qamətinə,  rəngin  gözəlliyinə, 
hisslərin proposialarına və s yönəlir.  Uşağın inkişafının müxtəlif 
mərhələlərində estetik qavrayış müxtəlif məzmun daşıyır.
Təsvir olunacaq əşya ilə tanışlıq  xüsusi xarakter daşımalı­
dır.  Ümumi  baxışdan  sonra  tərbiyəçi,  uşaqların  diqqətini  avrı- 
ayrı hissələrin xüsusiyyətinə yönəltməlidir. Əlbəttə, hər hansı bir 
təsvirin  baxılmasını  tamamlayarkən tərbiyəçi,  bir  daha  əşyanın 
ümumi  qavranılmasına  diqqət  yönəltməli,  əsas  keyfiyyətlərin 
bütövlükdə  uvğunluluğuna,  ümumi  görünüşünə  qiymət verməyi 
22


Təsvın sənət və onun tədrisi metodikası
qavratmalıdır.  Məsələn,  çinar  ağacının  baxılmasını  təşkil  edər­
kən  tərbiyəçi  uşaqların  diqqətini  onun  gövdəsinin  qalınlığına, 
budaqların  istiqamətinə,  həmçinin  yarpaqların  rənginə  yönəlt­
məklə  bərabər  eyni  zamanda  ümumiyyətlə  ağacın  qaməti,  bu­
daqların  incəliyi və  s.  bir daha qeyd etməlidir.  Bu,  estetik hissin 
yaranmasına, birbaşa müsbət təsir göstərir.  Kstetik tərbiyənin  in­
kişafında əşya ilə tanışlıq zamanı, onun gözəlliyini  qeyd etməyin 
böyük əhəmiyyəti vardır.
Estetik hisslərin inkişafı.  Ətraf mühit hadisələrini və əşyala­
rı  müşahidə  zamanı  məktəbəqədər  yaşlı  uşaqlarda  asanlıqla  \'a- 
ranan  həyəcan  dərk edilməmiş  estetik  hisslərin  başlanğıcı  ola bi­
lər.  Kiçikyaşlı uşaqları  əlvan  rənglərin  qavranılması,  böyük  mək­
təbəqədər  yaşlını  isə  naxış  komponentləri:  onların  simmetrik 
yerləşdirilməsi,  əşyanın  konstruktiv  quruluşu,  siluetin  ifadəlilivi 
həyəcanlandırır, onlarda müsbət hisslərin oyanmasına və bu da öz 
növbəsində  estetik  hisslərin  inkişafına  təsir  edir.  Uşaqların  dü­
şüncə  və  qavrayışının  inkişafı və zənginləşməsi  sayəsində  estetik 
hisslər  daha  dərkediei  olur,  zənginləşir.  Uşaqlar  bu  zaman  daha 
mürəkkəb,  ətraf mühit  hadisələrini  qavrayaraq  buradakı  gözəllik­
ləri  görür  və  onları  qiymətləndirmə  qabiliyyətinə  malik  olurlar. 
Gözəl rəng uyğunluğunun qavranılması: müxtəlif elementlər daxil 
edilmiş  gözəl  əşyaların  qavranılması.  bilavasitə  estetik  hisslərin 
yaranmasına səbəb olur.  Belə ki. tünd səmada işıqlı ulduzlar, yaşıl 
çəmənlikdə  al  qırmızı  lalələr  və  s.  rəngin  hissi  qavranılarkən 
uşaqlarda  estetik  hisslər  yaranır.  Əşyanın  quruluşu,  hissələrin 
ritmik y erləşdirilməsi qavranılarkən, ritnıin hissi yaranır.  Əşyanın 
formasının  harmonikliyi  və  bütövlüyü  məsələn,  gil  və  keramik 
əşyaların  baxılıb  qavranılması  estetik  hisslərin  formalaşmasına 
təsir  edir.  Müxtəlif  tikinti  materiallarının  qavranılması  zamanı, 
konstruktiv  bütövlük  qavranılarkən  hissələrin  bir-birinə  münasi­
bəti. yəni lıissə münasibəti hissi yaranır.
Uşaq ətraf mühiti  dərin dərk edərsə, estetik hiss  də bir o qə­
dər  dərin  olar,  uşaqlar  tədricən  elementar  estetik  hissin  qavranıl- 
ıııası xüsusiyyətinə malik olurlar. Uşaqlarda estetik tərbiyə və onun 
23


Təsvın sənət və onun tədrisi metodikası
inkişafında,  onlarda  təsvirçilik  qabiliyyətinin  əldə  edilməsində 
təsviri  incəsənət əsərlərinin baxılmasının böyük əhəmiyyəti  vardır. 
Rəsmdəki yapma, arxitektura və tədbiqi incəsənət əsərlərində veril­
miş təsvir aydınlığı və təsvirin bədii, obrazlı verilməsi uşaqlarda es­
tetik həyəcanın oyanmasına gətirir və həyal hadisələrinin daha dol­
ğun və daha darin qavranılmasına təsir edir. Nəticədə, uşaq öz arzu 
və  istəklərini  rəsmdə,  yapmada,  applikasiya  və  quraşdımıa  işində 
ifadəli təsviretmə bacarığı və qabiUiyyəti  əldə edir. Tədricən uşaq­
larda estetik zövq inkişaf edir.
Bədii yaradıcılığın inkişafı.  Rəsmdə,  applikasiya və  yap­
mada  uşaqlar onları  əhatə  edən aləm haqqında  öz münasibət və 
arzularını  bildirməyə  çalışırlar.  Təlim,  əşya  və hadisələri  təsvir- 
elmə  bacarığından  ibarət  olmamalı,  həmçinin  təsvirin bədii,  ob­
razlı  ifadəetıııə  qabiliyyətinə  yönəldilməlidir.  Təsvirçilik  sənəti 
yalnız  o  zaman  yaradıcı  xarakter  daşıyır  ki.  uşaqlarda  estetik 
qavrayış  obrazlı  təfəkkür  inkişaf  etmiş  olsun  və  onlar  təsvirin 
yaranmasında müəyyən bilik və bacarıqlar əldə etmiş olsunlar.
Estetik  qavrayış  lazımi  təsəvvürlərin  yaranmasına  təsir 
edir.  Onlarda  əşya  və  ya  hadisələrin  estetik  keyfiyyəti  əks  olu­
nur.  Fəaliyyətin  yaradıcı  xarakter  daşıması,  düşüncənin  yaran­
ması və inkişafına təsir edir.  Rəsmə, yapmaya və applikasiya işi­
nə uşaq yalnız yadında qalanı köçürmür, o həmçinin bura mövzu 
ilə  əlaqədar  həyəcanlarım,  arzu  və  istəyini,  mövzuya  münasibə­
tini  bildirmək  üçün  keçirdiyi  həyəcanı  da  köçürməyə  çalışır. 
Eyni  zamanda  müxtəlif şəraitdə  və  müxtəlif vaxtlarda  yaranmış 
təsəvvür və niyyətini də daxil edir.
Tərbiyəçi  uşaqlara  rəsmdə,  yapmada və  applikasivada  elə 
bir mövzu tapır ki, bu zaman  uşaqda düşünmək, yada  salmaq və 
ifadə  etmək arzusu yaranır.  Mövzunun  maraqlı  olması  və  uşağı 
həyəcanlandımıası  çox  vacibdir.  Çünki  bu  vaxt  uşaq  verilmiş 
mövzunu  daha  məzmunlu  və  bacarıqla,  yüksək  səviyyədə  ifadə 
elməyə  can  alır.  Məsələn,  uşaq  «istədiyin  və  xoşladığın  ev» 
mövzusunda işləyərkən öz istək və düşüncələrini vermək imkanı
24


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə