M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə5/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
hatıııa  verilən  tələblər,  bədii  inkişaf  məsələləri,  tərbiyə  işinin 
məzmunu və pedaqoji məqsədyönlülüklə müəyyənləşdirilir.
Məsələlər  bir-biri  ilə  sıx  əlaqədardır  və  biri  digərini  uşaq 
bağçasının tərtibatı, müasir üslubda tərtib olunmalıdır.
Bəs müasir intery eri hansı cizgilər müəyyənləşdirir?
İşıq  və  havanın  çoxluğu  gigiyenik  tələblər  deyil,  bu  həm 
də  müasir  interyerin  estetik prinsiplərinə cavab  verir.  İnteryerin 
tərtibatında  əşyaların  bir-biri  ilə  əlaqəsi  və  bir-birinə  tabeliyi 
nəzərə alınmalıdır.
Uşaq  bağçasının bədii  tərtibatı  zamanı,  ayrı-avrı  əşyaların 
bir-biri  ilə  uyğunluğu  və  yekunda  bütövlükdə  tamamlanması 
məqsədəuyğun  və əsasdır.
İnteryerin  harmonik  tərtibatında,  işığın  verilməsi  vacib 
olsa da,  işığın  qanunauyğun verilməsi  əsas götürülür.  Geniş olan 
hissələr sakit tonda, kiçik hissələr isə gözəçarpan və əlvan rəngli 
verilməlidir.  Bu  zaman  divar  və  döşəmənin  rəng  uyğunluğuna 
böyük diqqət  yetirilir.  Bu  iki  əsas  komponent  öz  həllini,  düzgün 
taparsa, daha xırda məişət əşyaları öz həllini asanlıqla tapa bilər.
Bu  vaxt  nəzərə  alınmalıdır  ki.  hər  qrupun  özünün  rəng 
qanunauyğunluğu  olmalıdır.  Müasir  dövrdə  dekorativ  incəsənət 
və  müasir  incəsənətin  stili.  sintetik  materiallarla  tərtib  edilmiş 
mebel  dəsti, çox halda  əsas  dekorativ  element olur və  bütünlük­
də otağın bədii tərtibat məsələsini həll edir.  Bu zaman başqa de­
korativ tərtibatın verilməsinə ehtiyac olmur.
Mebel məktəbəqədər yaşlı  uşaqların, boy və yaş səviyyəsi­
nə uyğun götürülür ki,  bu da uşağın fiziki inkişafına verilən əsas 
tələblərdən  biridir.  Mebel  sadə  və  eyni  zamanda  istifadə  üçün 
rahat olmalıdır.
Oyuncaqların  xalça  üzərində  qoyuluşu  çox yer  tutur,  həm 
də gigiyenik tələblərə  uyğun deyil.  Onları böyük divar şkafların­
da  saxlamaq  məqsədəuyğundur.  Qrupda  oyuncaqlar,  müəyyən­
ləşmiş  təyinatına  uyğun  sistemdə  qoyulmalıdır.  Təkəri  olan 
oyuncağı yeşikdə saxlamaq daha məqsədəuyğundur.
15


Təsvın sənət və onun tədrisi metodikası
Gülləri  yerləşdirərkən belə,  otaqdakı  interyerin ümumi  xa­
rakteri və harmoniyası nəzərə alınmalıdır.
Uşaq  bağçasının  interyeri,  daimi  xarakter  daşımamalıdır 
və  vaxtaşırı  mebelin  yeri  dəyişilməli,  bura  həm  da  uşaqların 
zövqünü  oxşayan,  onların  diqqətini  eəlb  edə  bilən  yeni  detallar 
əlavə  olunmalıdır.  Belə  olduqda  uşaqların  əhatə  olunmuş  ətrafa 
reaksiyası  daha aktivləşir.
İncəsənət  əsərləri  uşaq  bağçasının  tərtibatında  xüsusi  yer 
tutur.  İncəsənət  əsərləri  yalnız  bəzək  xarakteri  daşımamalı, 
həmçinin tərbiyəvi məsələlərin həllinə  kömək etməlidir.  Osərlo- 
rin  məzmununda  vətənpərvərlik,  əməksevərlik  milli  ruh  əks 
olunmaqla, müasir gerçəkliyi əks etdirməlidir.
Tərtibatda  kiçik heykəltəraşlıq  nümunələrindən  də  istifadə 
edilməlidir.
Dekorativ  sənət  əsərlərində  keramika  və  taxta  kimi  mate­
riallardan  da  istifadə  oluna  bilər.  Tərbiyəçi  uşaq  bağçasının  və 
qrup otağının tərtibatında və görünüşündə uşaqların ol işlərindən 
də istifadə edə bilər.
16


I  B Ö L M Ə
TƏSVİRİ SƏNƏT TƏLİMİNİN PEDAQOJİ ƏSASLARI
§1. Məktəbəqədər yaşlı uşaqların hərtərəfli iııkişaf 
və tərbiyəsində rəsııı, vapnıa, applikasiya 
məşğələlərinin  əhəmiyyəti
Məktəbəqədər yaş dövründə, təsviri sənət məşğələlərinin keçi­
rilməsində  əsas  məqsəd  uşaqlarda  şəxsi  fikir  və  düşüncəyə,  estetik 
zövq və hisslərə malik, milli dəyərlərə marağın inkişafına əsaslanan, 
bir  şəxsiyyətin  yetişməsinə  təkan  verməkdir.  Bu  o  deməkdir  ki, 
müasir ləlim  prosesində  artıq,  ıışaq  fəaliyyət subyektinə  çevrilir, bu 
zaman  o  özü  qarşıya  müəyyən  məqsəd  qoyur  və  hər  hansı  bir 
nəticəni  abııaq  üçün  müəyyən  lazımi  üsullar  seçir.  Belə  insan 
gələcəkdə hər hansı bir fəaliyyət zamanı sərbəst olmağa qadirdir.
Şəxsiyyət 
digərlərinə oxşamayan, fərdi xüsusiyyətlərə ma­
lik, qeyri-adi, özünəməxsus təkrar olunmaz cizgilərə malik olur.
Fərdiliyin  formalarından  biri  yaradırdıqdır.  Yaradıcı 
keyfiyyətlərə malik  insan təbiətə və  insanlara qarşı  münasibətdə 
özünəməxsusluğu ilə seçilir.
Uşaq  bağçasında  uşaqlar  tərəfindən  təsvirçilik  fəaliyyəti­
nin  mənimsədilməsi  prosesi,  şəxsiyyətin  psixikasının  inkişaf 
prosesidir.  Əlbəttə,  uşaq  bağçasında  ən  əlverişli  və  münasib 
şəraitdə  belə  uşaq  təsvirçilik fəaliyyətində  lazımi  inkişaf səviy­
yəsinə çatmış olmur.
Uşaq  bağçasında  keçirilən  rəsm,  yapma  və  applikasi­
ya  təsvirçilik  fəaliyyətinin  bir  növü  olub,  həqiqətin  ohrazlı 
əks etdirilməsinin əsasım təşkil edir.
Müşahidə  və  tədqiqatlarda  müəyyən  olunur  ki,  uşaq  halə 
çox erkən öz gördüklərini  və hiss  etdiklərini  müxtəlif ifadə vasi­
tələri  ilə:  söz, hərəkət və mimikaları  ilə çatdırmağa çalışır.  Onda 
yığılmış təsəvvür və təəssüratların  ifadə sahəsini  genişləndirmək 
lazımdır.  Bunun  üçün uşaqları təsvir vəsaitləri  ilə tanış  etmək və 
17


Təsvın sənət və onun tədrisi metodikası
ondan  istifadə qaydalarını mənimsətmək vacibdir.  Hər hansı  for­
mada  ifadə olmasına baxmayaraq  uşaq yaradıcılığı hər vasitə  ilə 
inkişaf etdirilməlidir.
Təsvirçilik  sənəti  məktəbəqədər  yaşlı  uşaqların  hərtərəfli 
inkişafında  böyük  əhəmiyyət  kəsb  edir.  Məşğələlər  prosesində 
uşaqlarda aşağıdakı tərəflər tərbiyə olunur.
Əqli  tərbiyə -  təsvirçilik sənəli  həqiqəti  ifadəli  dərketmə­
nin  spesifik  xüsusiyyətidir və  dərketmə  vasitəsi  kimi  əqli  tərbi­
yənin  inkişafında böyük əhəmiyyət kəsb edir.
Təsviretmə  bacarığına  yiyələnmək,  əlbəttə  məqsədyönlü 
müşahidəsiz  mümkün  deyil.  Hər  hansı  bir  əşyanı  rəsm  etməz­
dən,  yapmazdaıı  əvvəl uşaq yaxından  həmin  əşya ilə tanış  olma­
lı, onun forması,  rəngi,  böyüklüyü,  quruluşu,  hissələrin yerləşdi- 
rilmə  ardıcıllığını mənimsəməlidir.
Uşaqlar  rəsmdə,  yapmada  və  applikasiya  işində  əvvəllər 
tanış  olduğu  və  qavradıqları  bilik,  bacarıq  və  vərdişləri  ifadə 
edirlər.  Çox vaxt uşaqlar öz  rəsmlərini  və s.  işləri yaddaş və tə­
səvvürlərinə görə edirlər.  Bu proses  zamanı  uşaqda təxəyyül  in­
kişaf edir.  Bu təxəyyül bilavasitə təsvir obyektinin dərk edilmə­
si,  gəzinti və ya xüsusi təşkil edilmiş məqsədyönlü müşahidə za­
manı formalaşır.  Nağıl, hekayə və bədii  ədəbiyyatdan da uşaqlar 
çox  şey  öyrənir  və  dərk  edirlər.  Fəaliyyət  prosesində  əşyaların 
xüsusiyyəti  və  keyfiyyəti  haqqında təsəvvürlər  dəqiqləşir və  bu 
zaman görmə, dərketmə  və əl hərəkətləri inkişaf edir.
Uşağın əqlinin inkişafında onu əhatə edən aləmdə müxtəlif 
forma  və  ölçüdə  verilmiş  əşyaların  fəzada  yerləşdirilmə  vəziy­
yəti haqqında əldə edilən  bilik və bacarıqların tədricən genişlən­
məsində böyük əhəmiyyəti  vardır.
Əşyaların qavranılmasını  təşkil  edərkən  formanın,  rəngin, 
(yetişmiş və ya yetişməmiş meyvə), böyüklüyün fəzada müxtəlif 
yerləşmə  vəziyyətinə  (quş  uçur  və  ya  dənləyir)  diqqətin  yönəl­
dilməsinin böyük əhəmiyyəti  vardır.
Rəsm,  yapma  və  applikasiya  ilə  məşğul  olarkən,  uşaqlar 
müxtəlif  materiallarla (kağız, boya, gil və s) tanış olurlar.
18


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə