M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə14/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
lı  etıııəkiə  öncədən  mənimsədiyini  yada  salmaq 
məqsədəuyğundur.
❖   Suallar  oyııi  ilə  təkrarlanmamalıdır.  Lakin  müəyyən 
hissə üst-üstə düşə bilər.
Tərbiyəçi  elə  dərin  suallar tərtib  edir ki,  öyrənilmiş  möv­
zunun,  öyrənilməmiş  salıəsi  uşaq  tərəfindən  açıla  bilsin.  Bütün 
proses  boyu  uşaqların  verdikləri  cavablar diqqətlə  izlənilməli və 
lazım  gələrsə  kömək  məqsədi  ilə  istiqamətləndirici  müdaxilə 
edilməlidir.
Məşğələdə tətbiq edilən evrestik -  şaxələnmə üsulu (düşü­
nərək  nəyi  isə tapmaq) təsviri  fəaliyyətin  mərhələli  həlli təlimini 
də  təklif edir.  Məsələn:  “ev” təsvirini  çəkdikdən  sonra  tərbiyəçi 
uşaqlara  mövzuya  uyğun  “maşın”  və  s.  əlavələri  etməyi  təklif 
edir,  ilər uşaq  sərbəst  öz  əlavələrini  etmək  imkanı  qazanır.  Şə­
hər  evinə  edilən  əlavələr,  kənd  evinə  edilən  əlavələrdən  fərqlə­
nir.  Lakin bütün bunlar tərbiyəçi nəzarəti altında  olmalıdır ki, la­
zım  gəldikdə  o,  düzəliş  verə  bilsin.  Eyni  üsul  “maşın” təsvirinə 
tətbiq  edilir.  Əşya  üzrə  təsvirdən  şaxələnmə  (klaster)  üsulu  tət­
biq etməklə sııjet üzrə təsvir alınır.
Bütün  bu  proseslərə  nəzarət  cdəıı  tərbiyəçi  iştirakçı  rolu 
oynayır,  lazım  gəldikdə  iş  prosesində  uşağa  fərdi  yanaşaraq 
səhvləri  üzə  çıxarır  və  səhvlərin  aradan  qaldırılma  yollarını  çox 
halda sözlə müəyyən hallarda öz vəsaitləri  ilə (təsvirin bir hissə­
sini) icra  edir.
Tərbiyəçi  uşağın  fikir və düşüncələrini  formalaşdırarkən əsa­
sı gönııəyə onu təsvirdə vermə bacarığına diqqət yönəltməlidir.
'fəlimdə ovun situasiyası.
Oyun  təliminin  tətbiqi  iş  prosesini,  tapşırığın  müvəffəqiy­
yətli  və səviyyəli  həllini  təmin edir, emosional hal yaradır.  Uşaq­
lar  böyük  həvəs  və  emosiyalarla  işə  başlayır  və  tezliklə  lazımi 
nəticənin  həllinə  gəlirlər.  Məşğələnin  effekti  artır.  Təlimdə  oyun 
tətbiq  edilərkən  gəlinciyin  məşğələyə  qonaq  gəldiyini,  “Gə­
linciyin yaylığını zivədən asmağı” (təsviri çəkməyi) xahiş edir.
44


Təsvın sənət və onun tədrisi metodikası
Təlimdə  oyun situasiyası  yaş  qrupundan  asılı  olaraq  müx­
təlif məqsədlə  və  müxtəlif variantlarda  tətbiq  edilə  bilər.  Kiçik 
qrupda  məşğələyə  həvəs  və  maraq  oyatmaq  uşaqların  diqqətini 
cəlb etmək məqsədi  ilə tətbiq edilir, bu zaman tərbiyəçi  uşaqlar­
la oyuncaqların dili ilə danışır.
Böyük  qrupda rollu oyun tətbiq edilir.  Uşaqlar məşğələlər­
də bənna (quraşdırma), heykəltəraş  (yapma), rəssam (rəsm), dər­
zi  (applikasiya)  və  s.  rollarda  işləyirlər.  Bu  zaman  uşaqlar  işin 
icrasına daha məsuliyyətlə yanaşır və qabiliyyətlərini vüksok sə­
viyyədə  nümayiş  etdirirlər.  Yaradıcı  keyfiyyətə  malik  bir  çox 
uşaqlar bacarığını  sərbəst düşüncələri  və  qavradıqları  səviyyədə 
öz  bilik  və  bacarığına  əsaslanaraq  təqdim  edilir.  Təsvirçilik 
fəaliyyəti  əslində  praktiki  fəaliyyət  olduğu  üçün  tərbiyəçinin 
yekunda  oyun  fəaliyyəti  həyata  keçirməsi  məqsədə  müvafiqdir. 
Məsələn:  yapdıqlarının  oyuncaqlara  paylayırlar.  Yaxud  uşaqlar 
maşın  üçün  qaraj  quraşdıraraq  yekunda  sürürlər  və  maşınları 
qaraja  qoyurlar, qızlar isə çarpayı qurub  gəlincikləri  yatırır və s. 
Bu  etir  iş  üsulunda  uşaqlarda  nəinki  sərbəstlik  inkişaf  edir, 
uşaqda  özünə  inam  artır,  onlar  sərbəst  düşüncə  və  fikirlərini 
ifadə  etməyə  çalışır.  Uşaqlarda  yaradıcı  qabiliyyət  və  fantaziya 
inkişaf edir.
45


IV  BÖLMƏ
MƏKTƏBƏQƏDƏR MÜƏSSİSƏLƏRDƏ TƏSVİRİ 
SƏNƏT MƏŞĞƏLƏLƏRİNİN TƏŞKİLİ  VƏ 
KEÇİRİLMƏSİ METODİKASI
Təsviri sənət məşğələləri  həftənin müəyyən günlərində tər­
tib  olunmuş  məktəbəqədər  müəssisələrdə  təlim  tərbiyə  proqra­
mına əsaslanaraq keçirilir.
Məşğələlərin xarakteri
Öncə uşaqlar məşğələlərdə düzgün otunış və vəsaitlərdən is­
tifadə qaydalarını (masanın üzərinə əyilməmək, sağ əldə qələmi tu­
taraq sol əllə kağızı saxlamaq  və s.) mənimsəyirlər.  Tədricən tərbi­
yəçi digər tərbiyəvi məsələləri həyata keçirir (tərbiyəçini dinləmək, 
yoldaşlarına mane olmamaq, vəsaitlərdən səliqəli istifadə və s.).
Kiçik  qrupda  məşğələlər  əvvəlcə  yanmqruplarla  7-10  dəq. 
ilin ikinci yarısından başlayaraq  10-15 dəq. orta qrupda 15-20 dəq. 
böyük  qrupda  20-25,  məktəbə  hazırlıq  qrupunda  25-30  dəq. 
müddətində keçirilir.  Məşğələdə hər uşaq öz yerini bilir.  2-3 cər­
gədə  düzülmüş  stolların  ön  cərgəsində  boydan  balaca,  gözdən 
zəif, mənimsəmədə çətinlik çəkən və s. uşaqlar əyləşirlər.
Şərait və vəziyyətindən asılı olaraq tərbiyəçi  il ərzində uşaq­
ların yerini  bir neçə  dəfə  dəyişə  bilər.  Kiçik qrupda  ilin əvvəlində 
uşaqlar  bağçaya  yeni  gələndə  məşğələlər  bir  neçə  dəfə  yatım 
qrupla keçirilə bilər (həvəs göstərən uşaqlara şamil edilir). Kiçik və 
orta  qruplarda  uşaqlar  işləri  bitirdikcə  yerindən  qalxaraq  oyun 
guşəsinə  keçir,  tədricən  uşaqlar  işlərini  bir  yerdə  tamamlamağa 
alışırlar.  Məşğələdən  əlavə uşaqlar istədikləri  vaxt (səhər faəliyyə- 
tində və s.) təsvirçilik fəaliyyəti ilə məşğul ola bilərlər.
Qarışıq  yaş  qruplarında  uşaqlar  eyni  fəaliyyət  növü  ilə 
məşğul olmaqla iki. tiç yanmqruplara bölünür və bu vaxt hər ya- 
rımqrup öz proqramı ilə işləyir.
46


Təsvın sənət və onun tədrisi metodikası
Məşğələnin məzmunu elə seçilir ki. aşaqlar üçün yorucu olma­
sın. Proqram tələbi yaş qrupu çox olan uşaqların sayma əsasən seçilir 
və digər yanmqruplar üçün sadələşdirilir (və ya miirəkkəbləşdirilir).
Yaş  qrupundan  asılı  olaraq  tərbiyəçi  məşğələni  müxtəlif 
variantlarda keçə bilər.  Birinci halda tapşırıq əvvəlcə  böyük qru­
pa, daha sonra kiçik qrupa verilir.
Digər halda hamıya tapşırıq  eyni  vaxtda  verilir  və hər yaş 
qrupunun  vaxtı  bitincə  uşaqlar  yerlərindən  qalxırlar.  Bu  halda 
tərbiyəçi  köməkçisi  (lazını  gəldikcə)  tərbiyəçiyə  kömək  etməli­
dir (uşaqlarla məşğul olmalı və s.).
Tərbiyəçiniıı  məşğələyə hazırlığı.
Məşğələnin  müvəffəqiyyəti  və  effektli  keçinəsi  bilavasitə 
tərbiyəçidən aşlıdır.  Tərbiyəçi məşğələyə 2 cür hazırlı  olmalıdır. 
Nəzəri  hazırlıq:  yeni  nəzəri  və  metodik  ədəbiyyatlardan  istifadə 
etməldiir.  Məşğələdə  mümkün  qədər yeni texnologiya tətbiq  et­
məlidir.  Mövzu öncədən düşünməli, proqram tələbinə, uşaqların 
arzu  və  istəklərinə  uyğun  gəlməlidir.  Məşğələnin  mövzusu  hə­
min  dövrdə  baş  verən  həyat  hadisələrini  əhatə  etməlidir.  Məsə­
lən.  birinci  rübdə  keçirilən  məşğələnin  mövzusu  əsasən  payız 
fəslinə aid olmalı, baş verən təbiət hadisələri  nəzərə alınmalıdır.
ilər  məşğələnin  sonunda  tərbiyəçi  növbəti  məşğələnin 
mövzusunu  elan  edir,  bu  vaxt  uşaq növbəti  məşğələyə  qədər  fi­
kir toplaya bilir və bir qədər məşğələyə hazırlıqlı olur.
Məşğələnin  məzmunu,  keçirilmə  texnologiyası  müasir tə­
ləblərə  uyğun, yeni təlim  üsullarının tətbiq  edilməsi  şərti  ilə ke­
çirilir.  Bu  gün  uşaq  bir  fərd  kimi  təlim-tərbiyənin  mərkəzində 
durur,  ona  məcburən  hər  haıısı  bir  təlimi  tətbiq  etmək  olmaz. 
Har hansı  bir mövzu və təlim üsulunu seçərkən tərbiyəçi  uşağın 
arzu və istəyini,  bilik və bacarığını, mənimsəmə  və yaş  səviyyə­
sini.  imkan  və şəraiti  nəzərə  almalıdır.  Mözvunu seçərkən  tərbi­
yəçi elə istiqamətləndirir ki. uşaq özü həmin mövzuya yanaşsın.
Öncədən  tərtib  edilmiş  məşğələnin  planı  bağçanın  meto­
disti tərəfindən təsdiq edilməlidir.
47


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə