M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə10/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
məsi tələb olunur.  Bu məsələlərin həlli  göz və əl hərəkətlərinə nə­
zarətin  inkişafı  ilə  əlaqədardır ki.  bu da təsvirin yaranması  prose­
sində baş verir.  Tərbiyəçi yadda saxlamalıdır ki. uşaqlar eyni for­
malı  böyük və  kiçik təsviri  vermokdo  çətinlik çəkmirlər.  Çətinlik 
3-cü  -  daha  kiçik  hissəni  verə bilməkdədir (gəlinyatmazm  və  ya 
oyuncaq dovşanın qolları).  Bu vaxt əl bərəkətinə daha dəqiq nəza­
rət tələb olunur.  Çətinlik təsvirdə verilmiş bir əşyanı digərinə nis­
bətən böyük verə bilməkdədir ki.  (hissə münasibətlərinin  düzgün 
verilməsi) bu yalnız böyük qrup uşaqlarına məxsusdur.
Quruluşun  verilməsi.  Artıq  3  yaşı  tamam  olmuş  uşağa, 
əşyanı hissələrə ayıraraq  onu yapmada,  rəsmdə və applikasiyada 
verə bilmək mənimsədilir və tədricən,  bunun nəticəsində uşaqlar 
əşyanın quruluşunu vermə bacarığını əldə edir.
Əvvəlcə təsvir üçün sadə, yəni əşyaların formasına, rənginə və 
quruluşuna oxşar olanlar seçilərək, kağız üzərində eyni planda, (yəni 
ön  planda)  vermə  bacarığı  mənimsədilir.  Tədricən  uşaqlara  fəza 
münasibətləri  mənimsədilir  və  uşaqlar  təsvirdə  verilmiş  əşyaları 
solda, sağda, yuxanda, aşağıda və s. yerləşdirməyi mənimsəyirlər.
İlk dəfə ağacı təsvir edərkən uşaqlar onun gövdəsindən ay­
rılan  budaqlan  sağa və  sola eyni  məsafədə,  demək  olar ki,  sim­
metrik olaraq təsvir edirlər.
Cietdikcə təsviri  dalıa  dolğun,  incə  və  dəqiq,  xarakter  ciz­
gilərlə venııək mənimsədilir.  Məktəbəqədər yaşlı uşaqlar, təsvir­
də  əşyanın  formasını  yalnız  bir tərəfdən  -  daha çox  ön  plandan 
səthi verməyi  bacarır,  (güldanda güllər biri-birinin  arxasında ol­
duğu balda uşaqların verdikləri təsvirdə bunu görmək olmur).
Təsvir  yalnız  o  zaman  dolğun  və  aydın  olur  ki.  əşyanın 
hissələrinin  bir-birinə  böyüklüyünə  görə  düzgün  yerləşdirilməsi 
qavramlsın  və  təsvirin  verilməsində  fəza  münasibətləri  mənim­
sənilmiş olsun.
Məktəbəqədər y'aşlı uşaqlar bu münasibətləri  verərkən  çox 
çətinliklər çəkirlər.
Formanın,  xarakterin  və  quruluşun  düzgün  verilməsi  əsa­
sən  5 yaşından sonra proqram tələbi kimi verilir.
31


Təsvın sənət və onun tədrisi metodikası
Rəngin  verilinəsi.  Rəng və  xüsusilə  onların  düzgün  veril­
məsi  uşaqları  sevindirir  və  onlarda  müsbət  emosiyaların  yaran­
masına təsir edir.
Tədris  proqramında  3  yaşından  başlayaraq  rəngi  əşyanın 
əlaməti  kimi  vermək mənimsədilir.  İlk əvvəl əşya və hadisələrin 
təbii  zənginliyinin  dəyişilməz  olduğu  uşaqlara  çatdırılır.  Məsə­
lən,  yolkanın  təsvirində  yaşıl  boyadan,  qış  mənzərəsinin  təsvi­
rində ağ boyadan istifadə olunur.
Məşğələ prosesində tərbiyəçi uşağa mənimsədir ki. bir çox 
əşyalar  eyni  xarakterik  rəngə  malik  olmurlar.  Məsələn:  evlər, 
maşınlar, güllər, kəpənəklər, quşlar və s.
Kiçik  qrupdan  uşaqlar  4  spektral  rəngdən  (qırmızı,  yaşıl, 
sarı, göy) istifadə edirlər.  Yuxarı qruplardan uşaqlar bir sıra rəng 
çalarları  ilə:  göy-mavi, qırmızı-çəhrayı və s.  rəngarəngliklə tanış 
olurlar.  Məktəbə  hazırlıq  qrupunda uşaqlara rəngləri  qataraq ye­
ni açıq və ya tünd,  həmçinin başqa rəng almaq mənimsədilir.
Uşaqlar  tədricən  mənimsəyirlər  ki.  əşyanın  rəngi  şərtindən 
asılı  olaraq  dəyişə  bilər.  Məsələn:  limon  kal  olanda yaşıl,  yetişər­
kən  sarı  rəngdə  olur  və s.  Tədricən  uşaqların rəng haqqındakı  dü­
şüncələri zənginləşir və təsvirçilik fəaliyyətində bunlar əks etdirilir.
§2.  Təsvirin rabitəli məzmunda  verilməsində lazımi 
bilik bacarıq  və vərdişlər
Tədris  proqramında  uşaqlara  rəsmdə,  applikasiyada  və 
yapmada  həyat  hadisələrini,  təbiət  mənzərələrini,  rabitəli  məz­
munda ifadə etməyi mənimsətmək təklif edilir.
Fəzada  yerləşdirmə.  Rəsmdə  və  applikasiya  işində  təsvir 
kağız  üzərində  elə  yerləşdirilməlidir  ki.  baxarkən  hansı  təbiət 
mənzərələrinin  və  hansı  hadisələrin  təsvir  edildiyi  aydın  olsun. 
Yapılmış  əşyaları,  lövhə  və  ya  masa  üzərində  yerləşdirmək, 
oyuncaqları  yerləşdirmək  kimi  asandır.  Lakin,  kağız  üzərində 
təsvirlərin  düzgün  yerləşdirilməsi,  kiçik  məktəbəqədər  yaşlı 
uşaqlar üçün olduqca çətindir.
32


Təsvın sənət və onun tədrisi metodikası
Təsvirdə  rabitali  məzmunun  verilməsini  təlim  etməzdən 
əvvəl  tərbiyəçi uşaqlara daimi  fəza münasibətlərini  mənimsədir: 
kağızın (yerliyin) aşağı,  yuxarı, sol və sağ hissəsi.  Təsvirin aşa­
ğı hissədə verilməsi,  yəni ön planda bir xətt boyunca yerləşdiril­
məsi,  uşaqlar üçün daha asandır.  Getdikcə, təsvir xətti genişlənir 
və  uşaqlar  kağızın  daha  çox  hissəsini  tutur,  rəsmi  orta  və  arxa 
planda vennə bacarığı  mənimsədilir.
Təsvirin  fəzada  müxtəlif  yerləşdirmə  üsulu  mənimsənil­
dikcə  uşaqlar  da  rabitəli  məzmunun verilməsində  yeni  imkanlar 
əldə edirlər.
Əşyanın  vəziyyəti,  böyüklük  münasibəti.  Şəkildə  təsvi­
rin bir-biri  ilə uyğunlaşması üçün  əşyanın  böyüklük  münasibəti­
nin mənimsədilməsi vacibdir.  Məktəbəqədər yaşlı uşaqlara əşya­
lar arasında rabitəni  vermək  çətindir.  Yalnız  tədricən  (məktəbə- 
hazırlıq qrupunda) buna nail olmaq mümkün olur.
Hərəkətin  verilinəsi.  Əşyanın vəziyyətini  dəyişərkən,  onun 
fonııa  və  böyüklüyü  dəyişməz  qalır.  Rəsmin məzmunundan  asılı 
olaraq əşyanın təsviri bir-birinə yaxın və ya uzaq məsafədə, üz-üzə 
ya arxa-arxaya, bir-birinin ardınca və ya müxtəlif istiqamətlərdə 
və  s.  yerləşdirilir.  İnsanın  sada  hərəkət  təsvirləri;  alin  yana  və  ya 
yuxan istiqamətdə verilməsi uşaq üçün mənimsənilən olur.
Yapma  vasitəsi  plastik  olduğundan  fiquru  yaparkən  hərə­
kəti vcntıək daha asandır.
Süjet  üzrə  rəsm,  yapma  və  applikasiya  zamanı  daha  çox 
hərəkəti  vermək  tələb  olunur.  Bu  vaxt  nəinki  vəziyyət,  təsvirin 
yeri  də dəyişir.  Məsələn:  böcək otluqda gəzir, kəpənək uçur, ba­
lıq suda üzür, quşlar səmada uçurlar və s.
Proqramda  əvvəlcə  sadə, daha sonra  çətin hərəkət  növləri­
nin  təlimi  nəzərdə  tutulur.  Lakin,  bu  təlim  yorucu  olmamalı, 
uşaqların fərdi qabiliyyət və imkanları, həmçinin arzu və istəklə­
ri nəzərə alınmalıdır.
33


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə