M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə8/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
əldə  edir.  Bu  zaman  uşaq  tərəfindən  təsvir  olunınuş  ev  — («qar 
qız üçün», «dovşan üçiin» və s.) öz fərdi xüsusiyyətini daşıyır.
Məşğələlərdə uşaqlara estetik təsir təsvir iiçiin seçilən əşya 
və  hadəsələrdən  də  asılıdır.  Mövzu  uşaqların  yaxşı  tanıdığı 
oyuncaq  və  ya həyat  hadisələri  deyil,  həmçinin  uşaqlarda  müs­
bət  emosialar  oyadan,  sevinc  və  təəccüb  bəxş  edən  olmalıdır. 
Eyni  zamanda tərbiyəçi  tapşırığı  verərkən,  aşaqlarda təsvirelmə 
arzusu oyatmalıdır.  Bunun  üçün hər şeydən əvvəl  uşağın  diqqə­
tini  əşya  və  ya  hadisənin  gözəlliyinə  yönəltməli  və  bunun  üçün 
ifadəli,  obrazlı  sözlər  tapmalıdır.  Mövzu  üzrə  hər  hansı  bir  şer 
və ya mahnının oxunması estetik hissi artırır.
Təsvirin  bədii  yaradıcılığının  xarakterik  cəhəti  -   ifadəli 
təsvirlərin  yaradılmasıdır.  Əlbəttə  uşaq  rəsmdə,  yapmada  və  ya 
applikasivada  əşyanın  xüsusiyyətini,  rəngini,  formasını,  qurulu­
şunu  düzgün  vermə  bacarığını  öyrənməzsə  arzuladığı  obrazı  da 
verə bilməz.  Rəsmin ifadəliliyi və gözəlliyi də bilavasitə bu bilik 
və  bacarıqlardan asılıdır.  Formanın  dəqiq təsviri  uşaqda  rahatlıq 
yaradır, müsbət emosiyalar oyadır.
İşin  müvəffəqiyyətli  kompozisiyada  verilməsi  də  estetik 
hisslər  oyadır.  Rəsmdə  və  applikasiya  işində,  kağız  üzərində 
forma və ya əşyanın hissələrinin yaxşı  yerləşdirilrməsi,  nəticədə 
düzgün alınan təsvir uşağı çox sevindirir.
Uşaqlar  tərəfindən  əşya  və  ya  həyat  hadisələrinin  təsviri, 
bu  əşya  və  ya  hadisəyə  onların  münasibətini  əks  etdirir.  Sonda 
uşaqlar təsvir etdiklərini  sözlə ifadə edərək, nəyin yaxşı, maraqlı 
və  gözəl  olduğunu,  nəyin  onları  sevindirib  və  ya kədərləndirdi­
yini söyləyirlər.
Rəsmdə, yapma və applikasiya işində məsələ yalnız  obra­
zın  ifadəliliyinə can  atmaq deyil,  həmçinin görülmüş  işin başqa­
ları  tərəfindən  maraqla qarşılanması  və  qəbul  edilməsidir.  Artıq 
həyatın  4-cü  ilində  uşaqlar  özlərinin  və  yoldaşlarının  işinə  düz­
gün qiymət verməyə çalışırlar. Uşaqların tikirlərini  ümumiləşdi­
rərək,  onların  işinə  layiqli  qiymətin  verilməsi  uşaq  üçün  çox 
vacibdir.
25


Təsvın sənət və onun tədrisi metodikası
Başqalarını sevindirmək üçün işin yaxşı və gözəl yerinə yeti­
rilməsinə can atmaq  bədii və əxlaq tərbiyəsinin əsas məsələsidir.
Tərbiyəçi ifadəli obrazın yaradılması  üçün bütün vasitələr­
dən istifadə etməli və bütün proseslərə rəhbərlik etməlidir.
§2.  Məktəbə hazırlıq
Müasir  dövrdə  uşaqların  məktəbə  6  yaşından  getməsi  ilə 
əlaqədar  olaraq,  məktəbə  hazırlıq  dövrü  qısa  olduğundan  uşaq 
bağçalarında bu  işə diqqət artmalı və uşaqlar məktəb təlimi  üçün 
müəyyən bilik və bacarıqlar almalıdırlar.
Rəsm, gil  işi, applikasiya və quraşdırma kimi  fəaliyyət növü
bu bilik və bacarıqların əldə edilməsi üçün aparıcı rol oynayır. Təs­
viri  sənət məşğələlərində  əldə  edilən  bilik  və  bacarıqlar, məktəbin 
əmək və rəsm dərslərinin müvəffəqiyyətli keçməsini təmin edir.
Məktəb  təliminə  hazırlıqda  tədris  fəaliyyəti  elementlərinin 
formalaşmasının  böyük  əhəmiyyəti  vardır.  Məşğələ  prosesində 
tərbiyəçini  dinləmək,  verilmiş  tapşırığı  yerinə  yetirmək,  tərbiyə­
çinin tapşırığını başa düşmək və qarşıya qoyulmuş məsələləri həll 
etmək  -   uşaqların  məktəb  təliminə  hazırlanmasında  böyük  rol 
oynayır.  Uşağa  hər  hansı  bir  təsviri  yaratmaq,  tikintini  qurmaq 
üçün  müəyyən  üsul  və  vasitələrin  tapılması  və  tədbiqi  vacibdir. 
Yalnız  bu  zaman  düzgün  təsvir  yaranır.  Məsələn,  hər  hansı  bir 
təsviri  çəkməzdən  əvvəl  tərbiyəçi  oyuncağın  baxılmasını  təşkil 
etməli,  bu  vaxt  əsas  diqqəti  əşyanın  formasına,  düzülüşünə, 
hissələrin  böyüklüyünə  və  onların  bir-birinə  olan  nisbətinə  və 
oyııi  zamanda  təsvirin  çəkilməsi  metodikasına  yönəltməlidir. 
Analizctnıə  və  məşğələnin  həlli  iiçiin  lazımi  üsul  və  vasitənin 
seçilməsi  təlim prosesinin  əsas komponentlərindən biridir.
Təsvirin  yaranması  üçün  öz  fəaliyyətini  təşkil  edərkən, 
uşaq öz işinə nəzarət etməli və  lazım gəldikdə buraxılmış nöqsa­
nın  aradan  qaldırılması  yollarını  görməlidir.  Oz  işinə  nəzarət 
uşaqlarda  tədricən  formalaşır;  əvvəlcə  uşağa  hərəkətinə  nəzarət
26


Təsvın sənət və onun tədrisi metodikası
etmək,  daha  sonra  bütün  təsvir  prosesinə  nəzarət  etmək mənim- 
sədilir.
Təsviri  sənət  məşğələlərində  əldə  edilmiş  öz  işinə  nəzarət 
məktəbdə verilmiş tapşırığın yerinə  yetirilməsində böyük əhə­
miyyət  daşıyır.  Həmçinin,  nəticənin  analizi  və  qiymətləndiril­
məsi  təlim prosesində əsas komponentlərdən sayılır.
Təsviri  sənət  məşğələlərinin  təlim  prosesində  əldə  edilmiş 
yuxanda  söylənilən  komponentlərinin  formalaşmasının  uşağın 
məktəbə hazırlanmasında böyük əhəmiyyəti vardır.
Həmçinin, uşağın məktəb təliminə psixoloji hazırlığı mühüm 
əhəmiyyət  kəsb  edir.  Öyrənmək  arzusu,  ümumiliyə  can  atmaq, 
məqsədyönlü məşğul olmaq, tərbiyəçini diqqətlə dinləmək və veril­
miş tapşırıqları  veruıə yetirmək, bilikləri  mənimsəmək arzusu uşa­
ğın məktəb təliminə hazırlanmasında vacib olan xüsusiyyətdir.
Uşağın  məktəbə  psixoloji  hazırlığında  əsas  xüsusiyyətlər­
dən  biri  onun  öz hərəkətini  idarə etməyi bacarmağı,  öz qavrayış 
və  arzularını  idarə  etməyi,  ümumi  işin  xeyrinə  onlardan  imtina 
etməyi  bacarmalıdır.  Məsələn:  gəzmək,  oynamaq  əvəzinə  ev 
tapşırıqları  ilə  məşğul  olmaq  və  s.  bu  kimi  fəaliyyəti  yerinə  ye­
tirməyə özünü məcbur etməlidir.
Məktəb təlimində  sərbəstilik və aktivlik əsas  xüsusiyyətlər­
dən  sayılır.  Uşaq  bağçasında  keçirilən təsvirçilik  sənəti  məşğələ­
lərində  məktəbdə  keçirilən təsviri  sənət və əmək dərsləri  üçün la­
zım  olan  hazırlığın  mənimsədilməsi  baş  verir.  Yəni əmək dərslə­
rində  yapır,  quraşdırır,  kəsib 
yapışdırma  əl  işləri  hazırlayırlar. 
Rəsm  dərslərində  isə  müxtəlif mövzularda  rəsmlər  edir,  şəkillər 
çəkirlər.  Uşaq  bağçasında əldə  edilən  bilik və  bacarıqlar sayəsin­
də məktəbdə qarşıya qoyulmuş məsələlər öz müsbət həllini tapır.
Beləliklə, təsviri sənət prosesində tərbiyənin müxtəlif tərəflə­
ri: sensor. əqli, əxlaqi, estetik və əmək tərbiyəsi həyata keçirilir.  Bu 
fəaliyyət  növü  əsasən  estetik tərbiyənin  inkişafında  böy ük  rol  oy­
nayır.  Məktəbəqədər yaşlı  uşağın şəxsiyy ətinin hərtərəfli  inkişafı  o 
vaxt  mümkündür  ki,  uşaqların  diqqəti  təsviri  sənətin  tədris  proq­
ramında nəzərdə tutulan məsələlərin həllinə yönəlmiş olsun.
27


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə