M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə6/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
Fəaliyyət prosesində, uşaqlar həmçinin müxtəlif vəsaitlərlə 
tanış  olurlar  və  bu  vəsaitlərdən  istifadə  prosesinə  yiyələnərkən 
onlarda əqli inkişaf formalaşır.
Təsviri  sənətin  təlim  prosesi,  müasir  dövrdə  analiz,  sintez, 
tutuşdurma  və  ümumiləşdirmə  kimi  fikri  əməliyyatların  forma­
laşması  zəminində  inkişaf edir.  Müşahidə  zamanı təsvir etməzdən 
əvvəl əşyanın və onun hissələrinin baxılması vacibdir.  Tikinti və əl 
işinin  hazırlanması  zamanı,  uşaqlar  əşyanı  və  onun  hissələrini 
formasına və böyüklüyünə görə seçməyi mənimsəyirlər.
Uşaqlar  əşy aları  oxşarlığına  görə  birləşdirməyi,  əşya  və 
ya hadisələrdə, hər hansı  əlaqə  və ya fərqi  görməyi, onları tutuş­
durmağı mənimsəyirlər.
Bizi əhatə edən ətraf aləmdəki əşyaları formasına görə bir ne­
çə qrupa ayırmaq olar (dairə, oval, düzbucaq, silindr və s. formalı).
Əşyaların  formaca  uyğunluğu  əsasında  rəsm  və  yapmada 
təsvir üsullarının ümumiliyi  üzə çıxır.  Məsələn, almanın, qozun, 
gəlinvatmazın.  cücənin  hissələrini  yaparkən  gil  parçasını  dövri 
hərəkətlə  vərdənələmək  (yapmaq)  lazımdır  və  yaxud  qələmin 
çubuğun,  çəpərin, təyyarənin, nərdivanın və s.  yapılmasında  gili 
uzunsov formada vərdələnəmək vacibdir.
Uşaqlar  tərbiyəçinin  rəhbərliyi  altında  tədricən  əşyaları 
analizetmə xüsusiyyətinə yiyələnirlər.
Təsvir  prosesində  əşyaların  və  onun  xüsusiyyətinin  dərk 
edilməsi,  uşaqların  düşüncəsində  getdikcə  möhkəmlənir.  Artıq 
onlar,  müəyyən  əşyaları  rənginə,  forma  və  böyüklüyünə  görə 
tanıyıb  seçə  bilir,  bu  əlamətin  başqa  bir  çox  əşyalara  aid  oldu­
ğunu dərk edir, onları başqa əşyalarda görür və tanıyırlar.
Təsviri  səııat  prosesində  əşyaların  baxılması  zamanı  yol­
daşlarının  işinə qiymət verərkən,  onları tutuşdurarkən  uşaqlarda 
rabitəli nitq inkişaf edir.
Psixoloqların  göstərdiyi  kimi  müxtəlif  fəaliyyət  növü 
prosesində  olduğu  kimi  təsviri  fəaliyyət  prosesində  də  təsviret- 
mə  bacarığı  mənimsədilərkən  əldə  edilən  biliklər  nəticəsində 
uşaqlarda əqli  inkişaf tərbiyə edilir.
19


Təsvın sənət və onun tədrisi metodikası
Hissi  tərbiyə:  -  əşya və hadisələrin xüsusiyyəti  və  keyfiy­
yəti  ilə tanışlıq sensor tərbiyənin sahəsini təşkil edir.
Təsviri  sənətin  müvəffəqiyyətli  mənimsənilməsi,  sensor 
tərbiyəni inkişaf etdirir.
Əşya və hadisə haqqında təsəvvürün formalaşması -   əşya­
nın forması,  rəııgi, quruluşu və böyüklüyü, fəzada yerləşdirilmə­
si,  onların  keyfiyyəti  və  xüsusiyyəti  haqqında  biliyin mənimsə- 
dilməsini  bilavasitə tələb  edir.  Uşaqlar bu  xüsusiyyəti  təyin  edir 
və  adlandırır,  əşyaları tutuşdurur,  uyğunluğu və  fərqi tapır,  yəni 
əqli  fəaliyyəti  həyata  keçirir.  Beləliklə,  təsviri  sənət  sensor 
tərbiyəyə və təfəkkürün əyani obrazlı inkişafına təzyiq edir.
Əxlaq  tərbiyəsi  —  uşaq  təsviri  yaradıcılığı  cəmiyyət  yö- 
ııümlü  xarakter  daşıyır.  Uşaq  rəsm  edir,  yapır,  kəsib  yapışdırır, 
quraşdırır,  lakin  bunu  nəinki  özü  üçün,  cəmiyyət  üçün,  onu 
əhatə  edən aləm üçün edir.  O istəyir ki.  onun  rəsmi  nə  isə desin 
və onun tərəfindən edilən rəsm tanınsın.
Uşaq  təsvirçilik  sənətinin  cəmiyyət  yönümlü  olması  bir  də 
özünü onda göstərir ki, onlar rəsmdə, yapmada,  applikasiya və qu­
raşdırma işində cəmiyyətdə bas verən hadisələri verməyə çalışırlar.
Məşğələlər prosesində  uşaqlarda  iradi  -   əxlaqi  keyfiyyət­
lər  inkişaf  edir:  yəni  başlanmış  işi  sona  çatdırmaq,  çətinlikləri 
dəfetmə, yoldaşına kömək etmək və s.
Ümumqrup məşğələlər uşaqlarda yoldaşlıq  münasibətlərinin 
inkişafına  müsbət  təsir  edir.  Birgə  iş  prosesində  uşaqlarda  bir­
ləşmək. ümumi işin yerinə yetirilməsində yekdil  fikrə gəlmək, bir- 
birinə kömək etməyə can atmaq kimi keyfiyyətlər tərbiyə olunur.
Təsıviri  sənət  məşğələlərində  yaxşını  və  düzgünlüyü  gör­
mək,  onlara  sevgi  ilə  yanaşmaq  uşaqlarda  ali  conablıq  hissləri 
tərbiyə edilir.
Rəsm,  yapma,  applikasiya  və  quraşdırma  məşğələlərində 
hər  hansı  bir rəsmi,  oyuncağı  yaradarkən (anama hədiyyə və  ya 
balacalar  üçün  bayrama  dəvətnamə),  o  xüsusi  zövq  və  qürur 
hissi  keçirir.  Təsviri  sənət  məşğələlərinin  bu  yönümdə  olması
20


Təsvın sənət və onun tədrisi metodikası
uşaqlarda yaxınlarına  qayğılı  münasibət və  diqqət hissinin tərbi­
yəsinə yönəldilmiş olur.
Böyüklərin uşaqların  rəsminə və  ya hər hansı  əl  işinə  ver­
diyi  qiymət  onları  çox  həyəcanlandırır.  Uşaqlar  tərbiyəçinin  və 
ya  yoldaşının  onun  işində  tutduğu  nöqsana  çox  həssas  yanaşır. 
Tərif uşağı  sevindirir,  mənfi  qiymət  isə onu kədərləndirir.  Buna 
görə  də  tərbiyəçi  tərif və  tənqiddən  çox  ehtiyatla  və  düşünərək 
istifadə  etməlidir.  Yəni  uşağı  çox təriflədikdə,  onda özünə arxa­
yınlıq.  şöhrotpərostlik.  əksinə 
müntəzəm olaraq  onun  pis  çək­
diyini, səliqəsiz  işlədiyini  və s.  söylədikdə,  uşaqda nəinki  özünə 
inam,  həmçinin  təsviri  fəaliyyət  məşğələsinə  maraq  itir  və  bu 
fəaliyyət növünə mənfi münasibət yaranır.
Məşğələnin  sonunda  analizin  keçirilməsinin  böyük  əhə­
miyyəti  vardır: uşaqlar nəinki yoldaşlarının  işinə -  rəsminə, yap­
masına  diqqətli  olmağı  və  düzgün  qiymətləndirməyi,  həmçinin, 
özünün və yoldaşlarının ümumi işinə sevinməyi öyrənirlər.
Əmək tərbiyəsi:  Təsviri sənət prosesində əqli və fiziki aktiv­
lik bir-birilə uzlaşır.  Rəsmin,  yapmanın,  applikasiya işinin yaradıl­
ması  üçün əmək fəaliyyəti həyala keçirmək vacibdir.  Müəyyən bi­
lik  və  bacarıqlara  yiyələnərkən  (işi  icra  edərkən)  uşaq  əmək,  güc 
sərf edir, bu da uşaqda əmək tərbiyəsinin inkişafına təsir edir.
Məktəbəqədər  yaşlı  uşaqların  təsvirçilik  sənəti,  elə  bir 
praktiki  fəaliyyətdir  ki.  burada  uşaqlara  məqsədyönlü  hərəkət 
elmək,  çətinlikləri  dəf etmək  üçün  güc,  əmək  sərf etmək  öyrə­
dilir.  Əvvəlcə  uşaqların  diqqətini  qələm  və  ya  fırçanın  kağız 
üzərində  buraxdığı  iz,  daha  sonra  alınan  izin  hər  hansı  bir əşya 
və ya hadisəyə oxşarlığı, uşaqları rəsm işinə həvəsləndirir.
Təsviri  sənət  məşğələlərində  al  əzələləri  və  xırda  barmaq 
qığırdaqları  inkişaf  edir  və  tədricən  onlar  vəsaitlərdən  istifadə 
zamanı,  qələm,  fırça,  gil  çubuğu,  qayçı  ilə,  həmçinin  bir  sıra 
vəsaitlərin  xüsusiyyəti  ilə  tanış  olur:  boyadan,  yapışqandan,  gil 
və s.  iş texnologiyasına  yiyələnmiş olurlar.
Uşaqların  bir çox praktiki bacarıqlara yiyələnməsi onlarda 
əl  əməyinə  iııamı  artırır  və  s.  müxtəlif əl  işlərinin  yerinə  vetiril- 
21


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə