M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə3/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
ranı  əhval-ruhiyyəsi  oyanır.  Xalqın  bədii  zövqünün  formalaşma­
sında incəsənətin bu növünün mühim əhəmiyyəti vardır.  Dekorativ 
tədbiqi  sənət  əsərləri  hazırlandığı  materiala  (ıııetal,  keramika, 
toxuma mallar, ağac) və işlənmə texnikasına görə müxtəlif sahələrə 
(oyma, tikıııə, basma naxış tökmə, zərb etmə və s) ayrılır.
Monumental  dekorativ  rəssamlıq  -   təsviri  sənətin  ən 
qədini  və  ibtidai  növü  olan,  Azərbaycanı  dünya  mədəniyyətinə 
daxil edilmiş. 3-4 miıı  il bundan əvvəl yaradılmış Qobustan qaya 
rəsmlərində  2  mindən  artıq  qrafika  sənətinə  aid  təsvirlər 
verilmişdir.
Rassamlığın  bu  növü  memarlıqla birləşərək  estetik dəyər­
ləri  artır;  Şəki  Xan  sarayı,  Şirvanşahlar  sarayı.  Mərdəkan  qala­
ları,  XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində  tikilmiş,  Bakı  mil­
yonçularına məxsus mülklər və binalar yarandı.
Olbəttə.  elmi  mənbədən  məlumat  almadan  təsviri  sənətdə 
yaradıcılıq uğurları qazanmaq mümkün deyil.
Təsviri  sənətin  öyrədilməsində  Çex  pedaqoqu  Y.A.Ko- 
menskinin,  ingilis  pedaqoqu  Coıı.  Lokun  böyük  xidmətləri  ol­
muşdur.
Fransız filosofu J.J.Russo yazırdı:  «Ətraf aləmi  duyğuların 
köməyi ilə dərketmək olar.  Bunu inkişaf etdirmək üçün  isə natu­
radan  rəsmi  öyrənmək  lazımdır.»  Russonun  fikrincə  naturadan 
rəsmi  öyrənmək üçün ən  yaxşı vasitə təbiətin özüdür.  Bu zaman 
uşaq  əşyanı  canlı  müşahidə  etməklə  onun  qanunlarım  da  mə­
nimsəyir.  Həmçinin  təbii  gözəllikləri  duyub  qiymətləndirmək 
bacarığına yiyələnir.  V.Q.Belinski;  N.B.Çerışevsi, N.  Dobrolyu- 
bov öz  əsərlərində belə  bir fikir  irəli  sürür:  Yalnız real  gələcəyə 
uyğun  gələn  gözəllik  həqiqidir,  incəsənət  öz  estetik  vəzifəsini 
həqiqi gerçəklik əsasında səmərəli yerinə yetirə bilər.
Dekorativ tədbiqi  sənət əsərlərində,  naxış,  bəzək  və  rəsm­
lərdə məxsus olduğu xalqın mənəvi aləmi əks olunur.
9


UŞAQ  BAĞÇASINDA TƏSVİRİ İNCƏSƏNƏT 
§1.  Uşaqlar üçün  bədii əsərlərin seçilməsi
Estetik  hisslərin  düzgün  inkişafı,  incəsənət  əsərlərinin 
bədii  dəyərlərinin  qiymətləndirilməsinə,  estetik  qavraıımasına 
şərait yaradır.
Uşaq bağçasında təsvirçilik  fəaliyyəti məşğələlərində  ətraf 
aləmə emosional münasibətin sistemli şəkildə  inkişaf etdirilməsi 
ən mühüm vəzifələrdən biridir.
Bağçada uşaq, təsviri  incəsənətin bütün növləri; rəssamlıq, 
qrafika,  heykəltəraşlıq və dekorativ todbiqi  incəsənət  əsərləri  ilə 
tanış olur.
Məşğələlərdə  məktəbəqədər  yaşlı  uşaqların  təsviri  incəsə­
nətlə  tanışlığı,  müxtəlif janr  əsərlərinin  uşaqlar  tərəfindən,  tanı 
dolğunluğu ilə qavranılımasına imkan yaradır.
Uşaq  bağçasına  daxil  olan  andan,  tərbiyəçi  müxtəlif sahə­
lər  üzrə  təlim  keçməyə  başlayır.  Lakin,  təlimə  yenicə  başlayan 
uşaq  təsvirçilik  fəaliyyətinə  aid  anladılanları  hələ  düzgün  başa 
düşmür.  Tərbiyəçi  ilk məşğələlərdən başlayaraq uşaqlarda  müs­
bət  əhval-ruhiyyə  oyatmalı,  yəni  uşaqları  daha  çox  həyəcan­
landıran  rənglərdən  istifadə  etməlidir.  Uşaqlar əvvəlcə  əsas,  da­
ha  sonra  qarışdıraraq  alınan  rəngləri  mənimsəyir və  onu  əməli 
olaraq lədbiq etməyi öyrənirlər.
Molumdur ki, təlimə  yenicə  başlamış  uşaq  təsvirçilik fəa­
liyyətinin  mahiyyətini  başa düşmür.  Yalnız tərbiyəçinin  rəhbər­
liyi  altında uşaqlar təsvirin qavrama texnologiyasına, onu  müşa­
hidə  etmə  qabiliyyətinə,  gözəlliyi  görməyə,  onu  qiymətləndir­
məyə  nail  olurlar.  Xüsusən  yuxan  qruplarda,  tərbiyəçi  uşaqları 
daha  çox  rəsm  əsərləri  ilə  tanış  edir.  Əsərlər  uşaqların  yaş  və 
bilik  səviyyəsinə  uyğun,  başa  düşülən  səviyyədə,  sadə 
qavramlan  olmalıdır.  Əsərlər  üzərində  müşahidələr  aparlımalı, 
lazımi  mülahizə  izahat,  öyrədici  məlumatlar  verilməlidir.  Bu 
baxımdan  tərbiyəçi  böyük  və  məktəbə  hazırlıq  qruplarında  T.
10


Təsvın sənət və onun tədrisi metodikası
Narimanbəyovun  «Nar  ilə  natyurmort»,  Y.  I.evitanın  «Qızılı 
payız»,  «Qara  buludlar  və  yağış»  əsərlərindən  istifadə  etsə  do 
uşaqlar bu  təsvirləri  tam  dolğunluğu  ilə  mənimsəmirlər.  Qavra­
ma səviyyəsi  bilik və bacarıqları  bəsit olduğundan yarpağı yaşıl, 
narı qırmızı, buludları boz rəngdə verməldə kifayətlənirlər.
Reallıq budur ki, məktəbəqədər tədris metodikasında uşaq­
ların estetik tərbiyəsinin formalaşması  ardıcıl  və sistem  şəklində 
təqlid  olunmur.  Bu  sahədə  müəyyən  pedaqoji  ədəbiyyatlar,  bir 
sıra  mövzu  və  məqalələr  nəşr  olunsa  da.  ardıcıl  metodika  yox 
dərəcəsindədir.
Məlumdur  ki.  hər  bir  şəxsin  bədii  estetik  anlayışı,  estetik 
hissləri  elmi  zəmində  formalaşır.  Qeyd etmək  lazımdır ki,  bədii 
estetik  tələbat  anlayışı  Azərbaycanda  pedaqoq  və  psixoloqlar 
tərəfindən  lazımınca  araşdırılmır,  ıııəhs  buna  görə  də  ixtisasçı 
müəllimlər nıs metodik ədəbiyyatlarına istinad edirlər.
Rus  dilində  yazılmış  tədqiqatlar  bu  baxımdan  zəngin  me­
todik  mənbə  sayıldığından  uşaqların  estetik tərbiyəsinin  forma­
laşmasında bu tədqiqat  nəzəriyyəsindən faydalanırlar.
L.S.Vıqodski  yazırdı:  «Məlumdur ki,  insan  dünyaya  hazır 
duyğu  orqanları, hazır hissi  qavrama qabiliyyəti  ilə gəlir.  Lakin, 
bu  heç  do  o  demək  deyildir  ki.  onun  analizatorları  (hiss  etmə, 
görmə  və  duyma orqanları) tam yetkin  vəziyyətdə  olur.  Yetkin- 
ləşmə  və inkişaf təlim  və tərbiyə  prosesində  uşağın  aktiv fəaliy­
yəti sayəsində baş verir».
Dəfələrlə  qeyd  edildiyi  kimi,  uşaqların  hissləri  tərbiyə 
olunma  imkanına  malikdir  və  bu  tərbiyə  mərhələlərlə,  pedaqoji 
prinsiplərə  uyğun  şəkildə,  uşaq  bağçasında  tərtib  edilmiş  plana 
əsasən aparılmalıdır.
Uşaq  bağçasında  uşaqların  yaş  səviyyəsinə  görə  təsviri 
məşğələlərində  təsvirçilik fəaliyyətinin  birbaşa mənimsədilməsi 
heç  do  asan  deyildir.  Məktəbəqədər  yaşlılar  əsasən  hərəkətdə 
olan sadə  əşyaları,  həmçinin,  özlərinin  düzəltdikləri  əşyaları  da­
ha tez qavrayır və onlar üzərində həvəslə  işləyirlər.
11


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə