M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə9/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   58

II  BÖLMƏ
TƏSYİKİ  SƏNƏTİN TƏDRİS PROQRAMI
Uşaq bağçasında təsviri  sənətin  tədrisi  2  yaşından başlanı­
lır və bütün yaş qrııpu daxil olmaqla geniş yer verilir.
Təsvirçilik sənətində əldə edilən bilik və bacarıqların məz­
munu.  böyüklərin  təsviri  incəsənət  fəaliyyətinə  uyğun  götürülür 
və kiçiklərin mənimsəyə biləcəkləri səviyyədə sadələşdirilir.
Uşaq bağçasının təsviri sənət proqramı, aşağıdakı məsələləri nə­
zərdə  tutur:  təsviri fəaliyyətə  maraq  tərbiyə  elmək,  qavrayışı  inkişaf 
etdinııək,  ifadəli  təsviri  formalaşdırmaq,  yaradıcı  xüsusiyyəti  və  tə­
xəyyülü inkişaf etdirmək, təsvirin yaranma üsullarım mənimsətmək.
Təsviri  səııat  məşğələlərində  tədricən  estetik  hisslər:  for­
manın.  rəngin,  ritmin.  hissi  kompozisiyanın,  hissə  münasibəti­
nin. bədii zövqün hissi inkişaf edir.
Təsviri  sənətin  proqramı  onun  xüsusiyyətinə  görə  4  yerə 
bölünür:
1. Əşyanin düzgün təsviri üçün lazım olan bilik, bacarıq və
vərdişlər;
2.  Təsvirin  rabitoli  məzmunda  verilməsi  üçün  lazım  olan 
bilik, bacarıq və vərdişlər;
3.  Dekorativ fəaliyyətdə (şəklin və applikasiyaııın bəzodil- 
məsində,  naxışların  tərkibində)  lazım  olan  bilik,  baca­
rıq və vərdişlər;
4.  Vəsaitlərdən  istifadə  texnologiyasının  mənimsənilmə­
sində lazım olan bilik, bacarıq və vərdişlər.
Proqram aşağıdakı prinsiplərə əsaslanır:
İnıkanlılıq  prinsipi  — uşaqların  yaş  xüsusiyyətinə  uyğun 
tədris materialına əsasən əks etdirilir.
Dərk edilınə  prinsipi -  uşaqlarda mexaniki deyil,  maraqla 
düşünərək,  uşaqlar  tərəfindən  dərk  edilmiş  bilik  və  bacarıqların 
mənimsənilməsini nəzərdə tutur.
28


Təsvın sənət və onun tədrisi metodikası
Sistematiklik  və  ardıcıllıq  prinsipi  — didaktikanın  əsas 
prinsipidir və təlim prosesini  elə qurmağı öyrədir ki. tərbiyə  işi­
nin bütün tərəfləri  ilə əhatə olunmuş  olsun və əvvəllər əldə  edil­
miş  bilik  və  bacarıqlara  əsaslanaraq  yeni  bilik  və  bacarıqların 
əldə edilməsi  imkanına malik olsun.
Əyanilik  prinsipi  — tərbiyəçi  tərəfindən  apanlan  düzgün 
və aydın izahla birləşir.
Təsviri  sənətin tədrisi,  kollektiv məşğələlərdə  keçirilir,  yə­
ni bütün qrup yeganə proqram əsasında təlim prosesi keçir.
Məşğələ  prosesində  uşaqlara  fərdi  yanaşma  da  həyata 
keçirilir.
Təlim prosesində insan gözəlliyinə emosional münasibət, cə­
miyyət və təbiət hadisələri, gördüklərini dərindən və tez qavraması, 
təsvir xüsusiyyəti, prosesin sözlə və oyunla müşahidəsi, işin yerinə 
yetirilməsi tempi, təsəvvürlərin aktivliyi həyata keçirilir.
§1. Təsvirin düzgün verilməsində lazımi bilik, 
bacanq və vərdişlər
Təsviri  başa  düşmək,  qiymətləndirmək  üçün  uşaqlarda 
müəyyən  bilik,  bacanq  və  vərdişlərin,  zövq  və  marağın  forma­
laşdırılması tələb  olunur.  Bu bilik, bacarıq və vərdişlər uşaqların 
yaş səviyyəsindən asılı olaraq sadədən mürəkkəbə doğnı. ardıcıl, 
sistemli  və  şüurlu təlim  yolu  ilə  mənimsədilir.  Estetik  əşyaların 
mənimsədilməsi  və qiymətləndirilməsi, estetik zövq  və  hisslərin 
inkişafına təkan verir.
Məktəbəqədər yaşlı  uşaqlara yaş səviyyəsinə  uyğun əvvəl­
cə sadə təsvir vasitələri  mənimsədilir,  getdikcə, uşağın  imkan və 
bacarığı  tərbiyəçinin  rəhbərliyi  altında  formalaşır  və  uşaqlar  ət­
raf mühit  hadisələrini  daha dolğun  və  düzgün  təsvir etməyi mə­
nimsəyirlər.
Formanın  verilməsi.  Rəsm  yapma  və  applikasivada  oxşar­
lığa  can  atmağa  çalışan  uşağın  təsvirində  əşyanın  forması,  onun 
böyüklüyü  quruluşu  və  fəzada  yerləşdirilməsi  əks  olunmalıdır.
29


Təsvın sənət və onun tədrisi metodikası
Əşyanın  təsvirində  uyğunluğu  tapmağa  kömək  edən,  əşyanın  for­
masıdır ki. bunun da düzgün təsvirinə uşaqlar tədricən nail olur.
Bir yaş  dövründən  digərinə  keçdikcə,  əşyanın  formasının 
dəqiqliyinə verilən tələbat artır.  On əw ol uşaqlar dairəvi və diiz- 
xatli əşyaların verilməsinə nail olurlar.
Applikasiya və quraşdırmada uşaqlar formanı  hazır alırlar. 
Bu,  əşyanın  forması  haqqında  təsəvvürü  dəqiqləşdirmək  və 
möhkəmləndirmək imkanı verir.
Təsviri fəaliyyətdə formanın verilməsində ol hərəkətləri və 
göz qavrayışı  ilə əlaqəli  eyni  vaxtda  inkişaf edir.  Uşaqlar öz hə­
rəkətlərinə  nə  qədər  vaxşı  nəzarət  etməyi  öyrənərlərsə  əşyanın 
formasını da o qədər dəqiq verə bilərlər.
İlk təsvirlər sadə və ümumiləşmiş olur.  Bu,  analitik qavra­
yışın. əl hərəkətlərinin zəifliyi və məhdudluğu ilə təyin olunur.
Kiçik məktəbəqədər yaşlı uşaqlara əsasən həndəsi formaya 
uyğun  təsvirlər  çəkmək  məqbul  sayılır.  İlk  əvvəl  birhissəli  təs­
virlərin çəkilməsi, yapılması və kəsib yapışdırılması  mənimsəni­
lir, həınçinıı təsvirin ümumi  görünüşünün oxşar fomıası  adlandı­
rılır.  Getdikcə,  formalarla tanışlıq genişləndikcə, onları təsvir et­
mə bacarığı  da inkişaf edir və  aşaqlara çoxsaylı  müxtəlif forma­
ların. müxtəlif böyüklükdə olması mənimsədilir.
Təsviri  verərkən  uşaqlara  həndəsi  fiqurlar arasındakı  oxşar­
lığı və onları əhatə edən əşyalardan fərqini görmək əsas məsələdir.
Oşyalanıı  və  oıılaını  hissələrinin  böyüklüyünün  veril­
məsi. Təsvirin  ifadəli verilməsində əsas vasitələrdən biri, əşyala­
rın  və  hissələrinin  bir-birinə  nisbətinin  böyüklüyünün  düzgün 
verilməsidir.
Uşaqlar hələ kiçik yaşlarından  əvvəlcə  böyük  və kiçik  an­
layışını  mənimsəyir:  böyük  və  kiçik  dairələrin  yapışdırılmasın, 
rəsm  etməyi  və  yapmağı  mənimsəyirlər  (böyük  və  kiçik  top. 
gəlinyatmaz və s.).
Yuxarı qruplarda getdikcə bilik və bacanqlar,  mürəkkəblə­
şir; uşaqlardan rəsmdə, yapmada və applikasiyada süjet və  kom­
pozisiya  üzrə təsvir, böyüklüyə görə hissə münasibətlərinin  veril- 
30


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə