M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə20/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
lik  və  bacarıqlarını  nümayiş  etdirən  bir  fərd  olduğunu  nəzərə 
alaraq  tərbiyəçi  işi  müasir  iş  texnologiyasına  uyğun  qurmalıdır. 
Yəni  təlim  məcburi  olmamalı,  lakin  tərbiyəçi  işi  elə  qurmalı  və 
təlim  prosesini  elə  istiqamətləndirməlidir ki.  təşəbbüs  və  günün 
mövzusu uşağın öz arzu və istəyindən irəli gəlsin.
Uşaqların çoxu uşaq bağçasına 3-4 yaş  dövründə gəldiyin­
dən tərbiyəçi daha çox öyrədici məşğələlərə yer verir.  Yəni, əya- 
ııi  məlumat  (sözlü  izalılı  təlim),  təlimdə  ovun  və  təkrarlama 
məşq üsullarından istifadə edir.
Oşvanuı düzgün təsəllinə nail olmaq  üçün onun haqqın­
da  dolğun  təsəvvür  olmalıdır.  Məşğələyə  qədər əşyanın  müşahi­
dəsi, onun baxılması və təhlili  aparılmalı,  iş üsulu  aydınlaşdırıl­
malıdır.  Əşyanın forması,  rəngi  və quruluşu,  hissələrinin böyük­
lüyü haqda  lazımi  anlayış mənimsədilməlidir.  Giriş hissədə fəal- 
laşdırıcı  vasitə  kimi  bədii  sözdən  oyun  sitiuasiyasmdan  istifadə 
edildikdə müsbət nəticə əldə etmək olur.  Təsvir olunacaq əşyaya 
toxunmaq, əlini  onun üzərində gəzdirmək  imkanı  verilməli,  löv­
hədə  həmin  təsvirin  çəkilmə  metodikası  göstərilməlidir,  (təsvir 
ilk  dəfə  verilirsə)  .Ardınca  əl  ilə  fəzada  həmin  hərəkəti  göstər­
mək  (təkrarlama-məşq) təklif edilir.  İşə başlamağa cürət etmə­
yən.  bağçaya  yeni  gələn  uşaqlara  tərbiyəçi  fərdi  yanaşaraq  əv­
vəlcə  söz  ilə  işin  icrasına  istiqamət  verir,  daha  sonra  lazım  gə­
lərsə  bir  daha  fərdi  olaraq  uşağa  işin  icrası  göstərilir.  Əşyanın 
rənginin  mənimsədilməsində  didaktik  oyunların  əhəmiyyəti  bö­
yükdür.  Uşağa  rəngi  tapmaq,  onu  adlandırmaq  və  s.  təklif olu­
nur.  Məşğələnin  effektli  keçməsi  üçün tərbiyəçi  gəzintidə, səhər 
fəaliyyətində  məqsədli  müşahidə  təşkil  etməli  (şəkillər,  oyun­
caqlar  əsasında) təsvir  olunacaq  əşyanın  forması,  rəngi,  qurulu­
şu. böyüklüyü  təhlil  edilməli və  icra  ardıcıllığı  müəyyənləşdiril­
məlidir.  Bu zaman bədii  sözdən  (şeirdən,  tapmacadan  və s)  isti­
fadə edilərsə,  nəticə daha  müsbət olar.  Məşğələyə  qədər aparılan 
müşahidə,  təhlil  nə  qədər  geniş  və  əhatəli  olarsa  fikir,  düşüncə, 
qavrama  da  əhatəli  olar.  Bilik  və  bacarıqlardan,  qabiliyyətdən 
asılı  olaraq  uşaq  iş  prosesində təsvirə etdiyi  əlavələrlə  mövzunu 
63


Təsvın sənət və onun tədrisi metodikası
zənginləşdirə  hilər,  yaradıcılıq  imkanı  üzə  çıxa bilər.  Fikri,  dü­
şüncəni  əks etdirmək üçün yaxşı şərait yarana bilər.
Təsvirin  ifadəli verilməsində keçirilən süjetli-rollu oyun­
ların  verilməsinin  böyük  əhəmiyyəti  vardır.  Məşğələdə  oyun 
situasiyası yaradılarsa nəticə  daha effektli olar.  Bu zaman ilk ön­
cə tərbiyəçi  məşğələyə  qonaq gəlmiş  hər hansı  bir heyvanın  di­
lindən  danışaraq rola girir.  Uşaqlar böyük həvəslə  qonaq  gəlmiş 
ayıya  və  gəlinciyə  kömək  edirlər.  Fəallıq  yüksək  olduğu  üçün 
uşağın  fikri  yayınmır  və  işi  daha  cəld,  daha  yaxşı  icra  etməyə 
həvəsli  olur.  Öz  fikirlərini  və  düşüncələrini,  təkliflərini  daha 
açıq şəkildə, lazım gələrsə sözlə aydınlıq gətirərək ifadə edirlər.
Texniki  bacarıqlarda bir çox hallarda hər hansı  bir forma 
və əşya ilk dəfə mənimsənilərsə təsvir zamanı  qələmdən istifadə 
edilir.  Təsvirin  dəqiq  olması  üçün  işə  başlamazdan  öncə  tərbi­
yəçi  həmin  işin  icrasını  göstərməyi  təklif edir.  Yeni  işin  icrası 
sözlə  izah  edilərsə,  qavrama  daha  effektli  olar.  İşə  başlamaqda 
çətinlik çəkən uşağa əvvəlcə ağ kağız üzərində  icra üsulunu əllə, 
qələm və ya fırçanın arxası  ilə göstərmək təklif olunur.  İcra səhv 
göstərilərsə düzəliş verilir,  (lazım gələrsə tərbiyəçi ayrıca vərəq­
də  uşağın  əlindən  tutmaqla  onunla birgə  işi  icra  edir)  icra  düz­
gün olduqda tərbiyəçi təsviri çəkməyi təklif edir.
Təsvirin aydın və səliqəli alınmasında təsvir vasitəsinin və 
rəngin düzgün seçilməsinin bövfik əhəmiyyəti vardır.
Rəsmin  baxılınası.  Uşaq  rəsmləri  təhlil  üçiin  xüsusi 
stendə  düzülür  və  tərbiyəçi  uşaqlara  müraciət  edərək  onların 
diqqətini stendə əl  işlərinə yönəldir:  «U.şaqlar, gəlin görək siz bu 
gün nə çəkmisiniz? -   Kim öz təsviri haqqında danışmaq istəyir? 
Hansı  təsvir  sizin  xoşunuza  gəlir?»  Uşaqları  fəallaşdırmaq  la­
zımdır  ki.  çəkilmiş  rəsmlər haqqında  düşündüklərini,  öz  fikirlə­
rini  sərbəst  söyləsinlər.  Tərbiyəçi  əşyanın  forması,  rəngi  və  s. 
əlamətləri haqqında suallar verməklə bir daha  bu gün əldə etdik­
lərini möhkəmləndirir.  Məşğələ  müddəti  15-20 dəq olmalıdır.  Əl 
işləri  qəbul  otağında  (növbəti  məşğələyə  qədər)  yerləşdirilmə­
lidir.
64


Təsvın sənət və onun tədrisi metodikası
§3.  Böyük qrupda  rəsm fəaliyyəti
Kəsinin xarakteri, taliltı məsələsi.
Böyük qrup uşaqlarının təsviriəri dalıa aydın və başa düşülən 
olur.  Uşaqlarda  ətraf aləmə  maraq  artır,  müşahidə  qabiliyyəti  və 
nitq  inkişaf etmiş  olur.  Uşaq özünün  və  yoldaşlarının  rəsmi  haq­
qında sərbəst fikrini söyləyir, müsbət və manli keyfiyyətlərini izah 
edir.  Təsvir  texnikasında  əldə  etdiyi  bilik  və  bacarıqlar,  əşyalar 
onların forması, rəngi,  quruluşu, böyüklüyü haqda mənimsədikləri 
sadə  anlayışlar,  təsvirin  dalıa  anlaqlı  və  başa  düşülən  olmasına 
imkan verir. Keçilən məşğələlər prosesində işi birgə başlayıb, birgə 
bitirmək,  tərbiyəçini  dinləmək  və  s.  tərbiyəvi  məsələlərə  riayət 
etmiş olurlar. Özünün və yoldaşlarının işinin nəticəsinə maraq artır. 
Bu  qrupda  tərbiyəçinin  qarşısında  yeni  təlim  məsələləri  durur.  İş 
prosesində  fəallaşdıncı  vasitələrdən  istifadə  etməklə  sərbəstliyi 
artırmaq, təsvirə  əlavələr etməklə yaradıcı  imkan,  şərait yaratmaq, 
sərbəst  iş  fəaliyyətini,  günün  mövzusunu  seçmək  və  görüləcək iş 
ardıcıllığını  öncədən  düşünmək,  sərbəst  fikir  yürütmək,  təşəbbüs 
göstərmək  və  s.  estetik  hisslərin  inkişafına  təkan  verən  dekorativ 
məşğələlər keçirmək.  Məhdud sahə daxilində  (zolaq,  düzbucaq  və 
kvadrat)  naxış  elementləri  (qırıq  xətlər,  nöqtələr,  yaxmalar)  təıtib 
etmək  mənimsədilir.  Ardınca  dalıa  mürəkkəb  naxış  elementləri 
mənimsədilir.  Uşaqlar  nəbati  vo  həndəsi  fomıalardan  ibarət  naxış 
kompozisiyası qurmağa çalışırlar.
Əşya  təsvirində 
əşyalar haqqında təsəvvürləri genişlən­
dirmək,  hər  əşyanın  formasını  anlamaqla  digər  əşyaları  da  for­
masına  görə  fərqləndirməyi  və  ya  uyğunlaşdırmağı  mənimsət­
mək.  Əşyanı  hissələrə  ayırma  bacarığını  mənimsətmək:böyük 
hissədən  kiçiyə  doğnı:  onların  formasını  müəyyənləşdirmək. 
Həndəsi  formalar  haqqında  biliyi  genişləndirmək  (dairə,  oval, 
düzbucaq,  dördbucaq,  üçbucaq)  onları  adlandırmaq  və  bir- 
birindən fərqləndirmək.  Əşyanın formasını mənimsəməklə oxşar 
əşyalarla  fərqli  əşyaları  ayırmaq.  Dairə  və  oval  formaları  mə­
nimsəməklə  əşyaları  uyğun  formaya  görə  daha  dəqiq  verməyə 
65


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə