M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə25/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
hərəkət etdirərkən təhlil aparılır rəsm texnikası və ardıcıllığı  izah 
edilir.  Bu  uşaqların  məşğələdə  daha  sərbəst  işləmələrinə  səbəb 
olur.  Süjet  üzrə  rəsm  məşğələlərində  “Mən  anama  kömək  edi­
rəm”. “Biz Novruz bayramına necə hazırlaşırıq”, “Yaz gəldi”. Çə­
mənlikdə  yaz  gülləri”  və  s.  mövzusunda  dala  dolğun  və  il'adəli 
işləməyə çalışırlar. Təsvirlərində  daha çox onları  düşündürən,  hə­
yəcanlandıran məsələləri ətraflı təsvir etməyə səy göstərirlər.
Dekorativ rəsm məşğələlərində milli qablarımız: kasa, dolça 
üzərində  nəbati  naxışlan  təsvir  etmək  (gil  çubuğundan  istifadə 
etməklə) mənimsədilir.  Dekorativ rəsm məşğələsində  uşaqlar milli 
sərvətimiz  mövzusunda  Neft  buruğunu  naxış  elementi  kimi 
verirlər.  Milli  məşğuliyyətlər:  atçılıq, pambıqçılıq, üzümçülük  və s 
təsvirlərdən istifadə etməklə naxış kompozisiyası qurulur.
Uşaqlar  daha  sərbəst  olur,  mövzuya  uyğun  işlərini  öncə­
dən düşünərək planlaşdırırlar.
Dekorativ  rəsm  məşğələlərində  uşaqlar  tumurcuqlanmış 
budağı, gülləri naxış elementi kimi verirlər.
Niyyət  ü/.rə  məşğələlərdə  məkləbəghazırlıq  qrupunun 
uşaqları  öz  arzularını,  istəklərini  təsvir edirlər;  «Uşaq  bağçasın­
da  nəyi  sevdim»,  «Bağçaya nə hədiyə vermək  istərdin».  Təsvir­
lər  müxtəlif ola  bilər  uşaqlar  öz  sevdikləri  yoldaşlarını,  müəl­
limlərini və s. təsvir edirlər.
Döı-düııcü  riihdə  proqramın keçirilməsi tamamlanır.  Lakin 
uşaq öz mövzusuna bağlandığından hər an o haqda düşünərək ətraf 
aləmdə mövzu  ilə  bağlı  hadisə və s.  olduqda,  bunu rəsm etmək ar­
zusunda olur. Tərbiyəçi uşaqlara sərbəst təsvir üçün imkan varadır.
Məşğələlərin  təşkili və keçirilməsi
Tərbiyəçi  məşğələdən  əvvəl  təbiətdə  (mövzudan  asılı  ol­
mayaraq)  canlı  müşahidə  keçirərək,  əşyanın quruluşu,  əsas  his­
sələrinin  forması  və  bir-birinə  nisbəti  (böyüklüyü),  rəngi  və  əş­
yanın  təsvir  ardıcıllığı  haqqında  təhlil  aparır.  Aydındır  ki,  bu 
proses  nə  qədər  ətraflı  və dəqiq  aparılarsa  təsvir do  bir o,  qədər 
78


Təsvın sənət və onun tədrisi metodikası
anlaşıqlı  və düzgiin, səliqəli və zövqlü icra edilmiş olar.  Məşğələ 
prosesində uşaqlara təsvir üsullarının seçilməsində  sərbəstlik ve­
rilir.  Təsvir  prosesində  uşağın  düşüncəsinə  müdaxilə  edilərsə 
öncədən planlaşdırılmış iş pozula bilər.  Tərbiyəçi yalnız əşyanın 
düzgün  verilməyən  hissəsini  lövhədə  icra  edərək  göstərə  bilər. 
Təsvir  prosesində  tərbiyəçi  uşaqları  fəallaşdırmaq  məqsədi  ilə 
məsələn,  tülkünün  hiyləgər olması,  uzunsov  dik  burnu  ilə  güclü 
iyləmə  qabiliyyətinə  malik olması,  quyruğunun şələ olması  uşa­
ğın  diqqətinə  çatdırılır,  nəticədə  məşğələnin  sonuna  kimi  onu 
tərk etməyən böyük həvəslə uşaq işi icra edir.
Göz  yaddaşını  inkişaf etdirmək  məqsədi  ilə  tərbiyəçi  əv­
vəlcə  mövzu  üzrə  naturanı  müşahidə  etdirir və  uşaq  işə  başlar- 
kən  onu götürür.  Uşaq  öz  düşüncə  və yaddaşına görə təsviri  da­
vam etdirir.
Məktəbə  hazırlıq  qrupunda  nümunə  kimi  uşağa  dekorativ 
sənəd  əsərləri  təqdim  edilir.  Uşaqlar milli  qablara  (gil  məşğələ­
lərində  özləri  yaptıqları)  müxtəlif naxışlar  (qaz  ayağı  “dalğa və 
nöqtə”,  qoç  buynuzlu  “buta”,  “yarpaq”,  “gül”,  və  s.)  vururlar. 
Məşğələlərdə  uşaqlar “papaq”, “köynək” və paltar siluetləri  üzə­
rində müxtəlif naxışlan ritmik yerləşdirməyi mənimsəyirlər.  5-6 
yaşlı uşaqlar üçün bu iş prosesi bir qədər çətin olduğundan tərbi­
yəçi  yeni  keçilən  elementi  ağ kağız  üzərində  bir neçə dəfə (üsul 
tam monimsodilonodok) çəkməyi təklif edərək məşq etdirir.
Dekorativ təsvirdə naxışların,  onların rəng uyğunluqlarının 
düzgün verilməsinə tərbiyəçi  nəzarəti və məsləhəti  vacibdir.  La­
kin,  tərbiyəçi  elə  istiqamətləndirməlidir ki,  uşaq özü  sərbəst na­
xışları  və rəngləri  bir-birinə uyğunlaşdırsın.  Bu məqsədlə nümu­
nə  üçün  fəallaşdırıcı  vasitə  kimi  bir  neçə  sənət  əsəri  müşahidə 
etdirilərkən  tərbiyəçi  təhlildən  sonra  nümunələri  yığışdırır. 
Uşaqlar təsəvvürə görə öz bacarıqları səviyyəsində işləyirlər.
Məktəbəhazırlıq  qrupunun  uşaqları  daha  sərbəst olur,  qur­
duqları  naxışları  yoldaşlarına göstərib məsləhətləşirlər.  İş  prose­
sinə  nəzarət  edən  tərbiyəçi  uşaqlara  buraxılan  səhvləri  düzəlt­
mək imkanı verir.
79


Təsvın sənət və onun tədrisi metodikası
Yaradıcı  fəaliyyəti  inkişaf etdirməklə tərbiyəçi  yarış  məş­
ğələ  keçirir:  «rəssanı  roluııda».  «gözol  xalça»  mövzusunda  işlə­
yərkən  hər  uşaq  çəkəcək naxış  haqqında  onların simmetrik yer­
ləşdirilməsi. naxışlardan kompozisiya qurmaq haqqında öncədən 
düşünür,  lazım gələrsə əlavə  kağız üzərində  məşq edir.  t.ş prose­
sinə  nəzarət  edən  tərbiyəçi  müəyyən  istiqamət  və  məsləhətlərini 
verir.  Tərbiyəçi  çalışır  ki,  məşğələ  yaradıcı  şəraitdə  keçsin.  İş 
prosesində  fəallaşdırıcı  vasitə  kimi  daha  yaxşı  işlənmiş  naxış 
rəsmini  uşaqlara  nümayiş  etdirərək naxışların  simmetrik yerləş­
dirilməsi  və  rəng  uyğunluğunu  müşahidə  etdirir,  fikir  söyləyir. 
İş  prosesində  hər  uşaq  sərbəst,  iş yerindən  duraraq  yoldaşına və 
tərbiyəçiyə müraciət edə bilər.
Yarış məşğələdə tərbiyəçi qalibi mükafatlandırır. Əlbəttə, qa­
libi  uşaqlar  müəyyənləşdirirlər.  Yüksək  nəticə  əldə  etmək  üçün 
tərbiyəçi ardınca uşaqların əl işlərindən ibarət sərgi keçirə bilər.
Açıq  rənglər texniki  bilik və  bacarıqların təlimi: 3 il ərzin­
də  təsvir vasitələrindən istifadə  edərkən müəyyən  bilik və  bacarıq­
lara  yiyələndiyindən  məktəbəqədər  yaş  qrupu  uşaqlarının  təsvirləri 
daha  aydın  və  maraqlı  olıır.  Təsvirdə  müxtəlif  incəlikləri  vermək 
üçün  (palitra üzərində rəngi  açmaq,  fırçanın  xovuııa müxtəlif təzyiq 
göstərməklə, nazik və qalın xottiıı alınması və s.) uşaqlara istiqamət 
və məsləhətlər vermək vacibdir,  lakin bu, təzyiq xarakterli olmama- 
lıldır. Uşaq amin olmalıdır ki. bunu özü də edə bilər.
Bu  qrup  uşaqları  işi  müəyyən  edilmiş  vaxtda  qurtarmalı  və 
öncə özləri çəkdikləri rəsmə kənardan baxaraq düzgün qiymət  ver­
məyi  bacarmalıdırlar.  İş  prosesinə  nəzarət  edən  tərbiyəçi  uşaqları 
fəallaşdıraraq  onları  yaradıcılığa  sövq  etməlidir.  Mövzunu  və 
icrasını  tez  qavramaq,  icra  ardıcıllığını  sərbəst  müəyyənləşdimək, 
yaratmaq və keyfiyyətli  işləmə bacarığını  inkişaf etdirmək və s bu 
kimi  bacarıqların  əldə  edilməsi təsvir  texnikasında  vacibdir.  Uşaq 
bağçasında  əldə  edilmiş  bu  bilik  və  bacarıqları  uşaqlar  məktəbdə 
oxuyarkən əmək və rəsm dərslərində tədbiq edirlər.
Məktəbəhazırlıq  qrupunda  məşğələ  25-30  dəqiqə  müddə­
tində keçirilir.
80


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə