M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə34/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
Müşahidə  və  işin  təhlili  aydın,  araınlı.  intonasiyalı,  izahla 
aparılmalıdır.  Orta  qrupda  məşğələlər  oyun  xarakterli  keçirilməli­
dir.  Tərbiyəçi  nəzarətinin  əhəmiyyəti  böyükdür.  Tərbiyəçi  uşağa 
fərdi  yanaşarkən  əvvəlcə  sözlə  buraxılan  səhvin düzəltmə  yolunu 
izah edir, lazım gələrsə l'ərdi olaraq uşağa işin icrası göstərilir.
İşlərin  baxılması  zamanı  hər uşağa özü və  yoldaşlarının  iş­
ləri haqqında sərbəst fikir söyləməyə imkan yaradılmalıdır.  Tərbi­
yəçi  uşağa  yaxşını  görməyi  aşılamalıdır.  İlin  II  yarısından  başla­
yaraq  uşaqlara səhvləri  görmək imkanı  verilir.  Məsələn:  uşaqlara 
əşyanın  quruluşu,  hissələrin  forması,  böyüklüyü,  rəngi  haqqında 
fikir  söyləmək  mənimsədilir.  Hazır  formaların  yapışqanlama  və 
yapışdırarkən "Səliqəlidir",  "Təmizdir" və s.  sözlərlə öz fikirlərini 
bildirirlər. Məşğələnin daha effektli və maraqlı olması üçün appli- 
kasiya  ilə  yanaşı  tərbiyəçi  rəsm,  yapma  işi  və  s.  (pazıllarla  iş) 
əməli  iş  fəaliyyəti təklif edir.  Tətbiq olunan kompleks təlim nəti­
cəsində forma və əşya bütövlükdə mənimsədilir.  Məşğələ müddə­
ti  15-20  dəqiqə  olur 3-4 yaşlı  uşaqlar  işlərini  bitirdikcə tərbiyəçi 
yığır sonda təhlil aparır.  Yaxşı  işlər tərbiyəçi tərəfindən qeyd edi­
lir. Xoşa gələn işləri göstərməyi uşaqlara da təklif etmək olar.
§2.  Böyük qrupda applikasiya fəaliyyəti
Təlini məsələsi.
Bu yaş  dövrünün  uşaqları  daha  fəal  olduğundan  sərbəstli­
yə  meyl artır.  Tərbiyəçi uşaqlarda yaradıcı fəaliyyəti, əl əməyinə 
marağı  artırmalıdır.  Həyatın  5-ci  ilində  uşaqlarda  applikasiya 
işində müəyyən  bilik və  bacarıqlar formalaşmış  olur.  Hərəkətlə­
rinə daha məqsədyönlü nəzarət etmək, applikasiya işində müsbət 
keyfiyyətlər əldə etmək mümkündür.
Applikasiya  işində  əşyaların  hissələri  artır:  Ev  yapışdınrkən 
artıq  pəncərə  və  qapı  əlavə  olunur.  Rəng haqqında  bilik  genişlənir. 
Mavi, çəhrayı, boz və s.  rəng çalarlan mənimsənilir Bu yaş dövrün­
də uşaqlarda müxtəlif rəng çalarlannın gözəlliyini görmək və hiss et­
mək,  ifadə  vasitəsi  kimi  işində  vermə  bacarığı  mənimsədilir.  Ritm 
106


Təsvın sənət və onun tədrisi metodikası
anlayışı  inkişaf etdirildikcə  uşaqlarda  kompozisiya  qıırma  bacarığı 
monimsodilir. Uşaqlar künclərdə, ortada, arasında və s. sadə anlaşıqlı 
terminləri  adlandırırlar.  Nəticədə  keçirilən  dekorativ  applikasiva 
məşğələləri daha canlı və keyfiyyətli olur.  Böyiik qnıpda applikasiva 
məşğələlərinin keçirilməsində aşağıdakı təlim məsələsi durur:
•  Uşaqlara  məhdud  sahə  daxilində  (zolaq,  kvadrat  və  s.) 
həndəsi formalardan ibarət naxış tərtib etməyi öyrətmək;
•  Hazır  formalardan  sadə  süjetli  applikasiya  işləri  etmək 
(Yolka, ev, qar adaıııı və s.);
•  Qayçını  əldə  düz tutmaqla verilmiş  kağızı  (qat  xətti  üz­
rə) ton yarı bölmək; Zolaqdan müəyyən olunmuş xətt üz­
rə kvadratlar, düzbucaqlar,  üçbucaqlar və  s.  almaqla dü­
zünə  və maili kəsmələr etməyi mənimsətmək.
•  Hazır  formaların  keyfiyyətli  icrasına  nail  olmaq,  yapış- 
qanlama və yapışdırma texnikasım təkmilləşdirmək;
•  Uşaqlarda bədii zövq tərbiyə etmək;
•  Rəngin hissini  formalaşdırmaq,  əsas rəng və onun çalar- 
larim  tapmaq  və  rəngləri  uyğunlaşdırmaq  bacarığını  in­
kişaf etdirmək;
•  Forma,  hissə  münasibəti  və  kompozisiya  qurma  bacarı­
ğının mənimsədilməsi;
•  İşin icra ardıcıllığının mənimsədilməsi; əvvəlcə  fon üzə­
rinə  düzmək  ardınca  bir-bir  götürərək  yapışqanlamaqla 
yapışdırmaq;
•  Nəbati  naxışlardan  sərbəst  kompozisiya  tərtib  etməyi 
mənimsətmək;
• Öz  və  yoldaşlarının  işinə  qiymət  vermək,  yaxşıııı  pisdən 
seçməklə onun səbəblərini göstərmək;
Proqramın tədrisi, keçilən mövzular
İlin  əvvəlində tərbiyəçi  orta  qrupun zəngin,  maraqlı  mövzu­
larından  təkrar keçə  bilər.  Belə  ki.  orta qrupda "araba",  "ev",  "quş
107


Təsvın sənət və onun tədrisi metodikası
yuvası"  və  s.  mövzularda  keçirilən  məşğələlərdə  artıq  müəyyən 
hissələr  (düz  və  maili  kəsmə  üsulu  ilə)  kəsilir.  Düzünə  kosmo 
priyomu  ilk öncə  verilmiş  zolaqdan  kvadratlar və düzbucaqlar al­
maq. maili kəsmə ilə kvadratdan üçbucaqlar almaq mənimsədilir.
II  rübdən başlayaraq  simmetrik kəsmə  üzrə  öyrədici  məş­
ğələlər tədris olunur,  tik öncə dairə və oval formalarının  alınma­
sı  mənimsədilir. Uşaqlar "Əlvan topum",  "Hava şarları"  və s.  ar­
tıq  orta  qrupun  tanış  olan  mövzuları  üzrə  (əlavələr  verməklə) 
təkrar məşğələlər keçirlər.  Möhkəmləndirici  məşğələlərdə  göbə­
ləklər.  güllər,  meyvələr,  tərəvəzlər  və  s.  mövzularda  köməkçi 
xətt üzrə  (trafaret  üzrə) kəsmə  işləri  verilir.  Bu  üsulu mənimsə­
məklə  uşaqlar  süjet  üzrə  kəsmə  edirlər.  "Bostanda  na  yetişir?", 
"Vazda  meyvələr",  "Heyvanxana",  "Toyuq  ferması"  və  s.  möv­
zularında kollektiv məşğələlər keçmək olar.  "
Kağızdan kəsmə texnikası monimsodildikdon sonra III rübdən 
başlayaraq  parçadan  köməkçi  xətt  üzrə  kəsmə  işləri  vermək  olar. 
Belə  ki.  açıq  bir fonlu parça  üzərində verilmiş hər hansı  bir təsviri 
(yarpaq, gül  və s.) kəsərək yerlik üzərində  naxış elementi kimi  isti­
fadə etməklə sadə kompozisiyalar eüııək mənimsədilir. Bu məqsədlə 
dekorativ  applikasiva  məşğələlərində  "yaylığın  gülləri”,  "süfrənin 
bəzəyi", "önlüyün naxışları" və s. mövzular keçmək olar.
Parça  üzərində  applikasiva işləri  təyinatlı  (hədiyyə  və sər­
gi  üçün  hazırlanırsa)  və  davamlı  olduğundan  bu  məşğələ  növü 
uşaqlar tərəfindən daha çox sevilir.
Məşğələlərin keçirilmə metodikası
Bu  qrupda tərbiyəçi  mövzu  üzrə  təhlil  və  müşahidəyə  ge­
niş  yer  verir.  Bu  proses  zamanı  əşya,  onun  forması,  hissələri, 
rəngi  və böyüklüyü haqqında işin icra ardıcıllığı  haqqında ətraflı 
məlumat  verilir.  Böyük  qrup uşaqları  qayçı  ilə iş texnikasını  çə­
tin  mənimsədiyindən  tərbiyəçi  daha  çox  applikasiya məşğələlə­
rində  əyani məlumat üsulu tətbiq etməlidir.  Belə  ki,  işin  icrasını 
əyani  olaraq göstərməklə yanaşı sözlə  izahat verilməlidir.  Məsə- 
108


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə