Təsvın sənət və onun tədrisi metodikası
düzgün verilməsinə nəzarət etməkdir. Kombinə üsulu ilə insan
və heyvanların yapılması (oyuncaq, pişik, it. fil), bütöv üsulla
quşların (toyuq, xoruz) mənimsədilir. Dekorativ yapma üzrə
“gözəl kasa", “naxışlı dolça” və s. üzərində gil çubuğu vasitəsi
ilə naxış (nəbAti və milli) tərtib elmək mənimsədilir. Quş və
heyvanların baş və bədən hissələrini yaparkən xırda hissələri və
xarakterik cizgiləri almaq üçün (burun, göz, qaş və s.) gil
çubuğundan, çimdikləmə. dartma və hamarlama priyomlarından
istifadə texnikası öyrədilir.
Praq ranı m tədrisi keçiləıı mövzular
I Rübdə — İlk öncə sadə, tanış olan əşyaların yapılması ilə
mənimsədilmiş yapma işləri möhkəmləndirilir. Uşaqlar tanış
mövzularda işləyərkən öz əlavələrini do edirlər: “quş”, “balıq”
mövzularında (bütöv üsulla) yaparkən dartma, sığallama, hamar
lama, çimdikləmə priyomları mənimsənilir. Daha xırda hissələrin
verilməsində (baş hissədə göz, ağız və s.) gil çubuğundan istifa
də edilir. Uşaq öz l'ərdi imkan və qabiliyyətini göstərməyə çalı
şır. İnsan və heyvan fiqurları yaparaq onları müəyyən vəziyyət
lərdə və hərəkətdə verməyə səy göstərirlər, məsələn: “ana və
uşaq məktəbə gedir”.
Göz yaddaşına görə məşğələlər keçirilir. Tərbiyəçi əvvəlcə
naturam (“Vazda meyvələr” və s). müşahidə etdirir, forma və s
təhlil edilir. Sonra götürülərək göz yaddaşına görə yapmağı tək
lif edir.
II Rübdə - Qış mövsümü ilə əlaqədar
süjet üzrə yapmalar
edirlər. Əşyaların uzun-qısa, qalın-nazik əlamətlərini verməyi
öyrənirlər. Birləşən hissələri davamlı etməkdən ötrü sığallama,
hamarlama priyomlanm mənimsəyirlər. İnsan fiquru yaparkən
ayaqlarını qalın və möhkəm yapmaq mənimsədilir. Uşaqlar öz
fantaziyalarına uyğun əlavələr edirlər. "Xizək yaparaq uşaqlar
xizəkdə sürüşürlər", "Uşaqlar qar adamı düzəldirlər" və s.
95