M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə28/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
Uşaqlar  sadə  formalı  əşyaları  yapırlar.  Tərbiyəçinin  izahı 
emosional  olmalıdır ki.  uşaqlarda maraq və  fəallıq  yaransın.  Bu 
zaman  nəticə  də  müsbət  olar.  Kiçik  qrupda  məşğələdə  əsasən 
əyani məlumat və təkrarlama məşq üsulları tətbiq olunur. Nüma­
yiş  xarakterli  həvəsləndirici məşğələlərdən sonra:  -  Siz  də  bunu 
edə bilərsiniz? “Çil-çil toyuğun” yumurtasını  almaq üçün  əvvəl­
cə gil parçasını  əlimdə yumşaldıb sonra 2 ovcum arasında beləcə 
yumrulayıram və  qoğala  oxşar yumru  alıram.  Sonra onun  bir tə­
rəfini irəli-geri vərdənələyib baxın. “Çil-çil toyuğun” yumurtasım 
yapıram.  Çətinlik  çəkə  biləcək  uşağa:  Vüqar,  göstər  görüm  sən 
yumurtanı  necə yapacaqsan?  Mövzunun  qoyulması  bu yaş  uşaq­
ları  üçün  olduqca  əhəmiyyətlidir.  Əsasən  oyun  xarakterində  ke­
çirilən  bu  mövzuların məzmunu  uşaqlar  tərəfindən başa  düşülən 
olmaqla, maraq oyadan, arzularına uyğun başa düşülən olmalıdır.
§2. Orta qrupda yapma fəaliyyəti
Yapmanın xarakteri, təlim məsələsi.
Orta qrupda təlim  məsələləri  bir qədər  mürəkkəbləşir.  3-4 
yaşlı uşaqlar əsas formanı  əmələ gətirən bərəkətləri mənimsəmə­
li  və  ondan  sərbəst  istifadə  etməlidir.  Yəni,  uzunsov  (dirək,  qə­
ləm və s), kürə (qoz, top və s.), yastı disk (yayma, peçeııyə və s.) 
formalı əşyalar yapmağı  mənimsəyirlər.  Ardınca bir-birindən qı­
sa  çubuqlardan  halqa  qoğal  (təkər  və  s.)  forması  alaraq  böyük­
dən  kiçiyə  doğru “piramida”, “qala” yapırlar.  “Çubuqdan” “hal­
qa  qoğal  almaqla”,  tanış  əşyadan  yeni  əşya  alma  texnologiyası 
mənimsənilir.  İlin  sonuna  kimi  bir neçə  hissəli  əşyanın:  “qırıcı 
təyyarə”,  “halqa  qala”,  “yataıı-duran”  “ayı,”  “dovşan”,  “pişik,” 
“göbələk “ və s.  sadə iki hissəli bir əşyalar yapır.
Əşyaları  yaparkən  uşaqlarda  sevinc  və  özünə  inam  hissi 
oyanır,  lakin  barmaqlar  arası  əlaqə  olmadığından  forma  dəqiq­
liyi  olmur,  birləşən  hissələr  möhkəm  olmur.  Gil  ilə  iş  zamanı 
gigiyenik  tələblərə  riayət  olunmur,  məşğələlər  daha  çox  möh­
kəmləndirmə məqsədi daşıyır. Təlim məsələsində əsasən uşaqlarda 
87


Təsvın sənət və onun tədrisi metodikası
yapmaya  həvəs  oyatmaq,  onlarda  estetik  hisslərin  oyanması  və 
yapma  işində  əşyanın  forması  və  böyüklüyünə  diqqətin  yönəl­
dilməsi. gil ilə iş texnikasının mənimsənilməsi nəzərdə tutulur.
Proqranım tədrisi.  Keçilən mövzular
Müasir təlim  texnologiyasına  əsasən  məşğələnin  mövzu se­
çimi  uşaqlarla  birlikdə  müəyy ənləşdirildiyindən  proqram  tələbi 
rüblərə  bölünsə də.  günün mövzusunun  qoyulması  uşağın arzu  və 
istəyindən  asılı  olmaqla  yanaşı,  bilik  və  bacarıq  səviyyəsindən  do 
asılı olaraq bir rübdən digər rübə keçə bilər.  Hər halda hər rübün öz 
proqram tələbi müəyyən olunmuş vaxtda yerinə yetirilməlidir.
İlk  I  rüb  məşğələlər  (2-3)  təkrar  məşğələlər  olduğundan 
möhkəmləndirici  xarakter daşıyır.  Mövzu tanış olduqda,  uşaqlar 
daha  sərbəst olur,  iki  ol  ilə işləyərək formanı daha  aydın və səli­
qəli  y'apmağa  çalışırlar.  Növbəti  çətin  mərhələ  (bu  yaş  dövrü 
üçün) tanış əşyadan yeni  əşya almaqdır.  Məsələn,  çubuğu  dairə­
vi  qatlayaraq (ucları  bir-birinin  üzərinə  qoymaqla) səliqə  ilə bir­
ləşdirmək  əl  hərəkəti  ilə  (barmaqlara)  aparılır  və  göz  nəzarəti 
həyata keçirilir.  Bu iş texnikası tam  mənimsənildikdən sonra kü­
rə  formalı əşyalar yapılır.  Gil parçası  iki ovuc arasında (və ya gil 
lövhəsinin  üzərində)  dövri  hərəkətlə  vərdəııələnir.  Əsas  məqsəd 
uşağın  diqqətini  alınmış  kürə  formasını  iki  ovuc  arasında  yastı- 
lamaqla dairə  disk fopmasının alınmasına yönəltməkdir.  Böyük, 
kiçik kürələrdən  iki  -  böyük,  kiçik dairə  disk formasım  almaqla 
iki mərtəbəli top yapmaq mənimsədilir.
II  rübdə  dairə  disk  formasında  daha  mürəkkəb  yapmalar: 
bəzəkli  tort  və  peçenvalar,  iki  müxtəlif  formadan  (şilindir  və 
yastı dairə disk formasında) göbələk yapmaq mənimsənilir, yəni, 
artıq uşaqlar  iki  müxtəlif mənimsənilmiş  yapmadan (peçenye və 
çubuq) bir yapma alırlar.
III  rübdə  ayrı-ayrı  fonııaları  bir-birinə  birləşdimıək  çətin  ol­
duğundan. tərbiyəçi uşaqlara (birləşən hissəni) sığallama, hamarlama 
priyomlan  öyrədir.  Uşaqlara  iki  hissədən  ibarət  “qırıcı  təyyarə”,
88


Təsvın sənət və onun tədrisi metodikası
böyük, kiçik dairələrdən ibarət müxtəlif oyuncaqlar (qulağının fərqi­
ni vcmıoklə “pişik”, “dovşaıı”, “ayı”) yapmaq mənimsodilir.  Bu za­
man  tərbiyəçinin  köməyi  vacibdir  (birləşən  hissəni  yapışdırarkən). 
Tədricən  yapma  prosesində  baımaqla  iş  texnikası  təkmilləşir,  pişi­
yin, ayının qulaqları çimdikləmə vasitəsilə baş hissədən alınır.
III  rübdə  daha  mürəkkəbliyə  nail  olmaq  mümkündür. 
Uşaqlar  şəkərbura  yaparaq  («Novruz  töhfələrin  mövzusunda) 
dairə  disk formasını  ikiqat  bükərək,  uclarını  basmaqla bir-birinə 
birləşdirməyi mənimsəyirlər. Tərbiyəçinin köməyi ilə şəkərbura­
ya naxış vurulur.
IV  rüb.  Bu  rübdə  əldə  edilmiş  biliklər  möhkəmləndirilir və 
uşaqlar öz arzularına əsasən mənimsədikləri mövzularda işləyirlər.
Məşğələnin təşkili və keçirilməsi metodikası
Orta  qrup  məşğələləri  artıq  ttmumqrupla  keçirilir.  Lakin, 
məcburiyyət olmamalıdır.  İşləməyən uşağa oyun guşəsində müəy­
yən  tapşırıq  və  ya  sərbəst  iş  vermək  olar.  Məşğələyə  qədər  səhər 
fəaliyyətində  tərbiyəçi  mövzu  üzrə  oyoııı  keçirə  bilər.  Məsələn. 
«torbada  nə  var?».  Uşaq  yapılacaq  əşyanı  əlinə  götürür  (torbanın 
içərisində)  və  ona  toxunaraq  əlini  üzərində  gəzdirməklə  əşyanın 
adını müəyyənləşdirir.  Bu gələcəkdə məşğələ prosesində həmin əş­
yanın yapılmasına müsbət təsir göstərir.  Bunu  məşğələ  prosesində 
də etmək olar. Tərbiyəçi formaca oxşar oyuncaqları torbada yerləş­
dirərək uşaqlara oradan çıxan oyuncağı yapmağı təklif edir.
Digər halda  aşaqlar  oyuncaq  guşəsində  oynayarkən  tərbi­
yəçi:  «-Uşaqlar,  oyuncaqlarınız  acıb,  gəlin  onları  çay  süfrəsinə 
qonaq  edək.  Kim  deyər,  çay  süfrəsinə  nə  qoyulur?»  və  uşaqlar 
çay  şirniləri  (konfetləri),  tort  və  peçenyalar  yapırlar.  İlər hansı 
bir  yeni  formanın  alınması  çətin  olduğundan  tərbiyəçi  uyğun 
olaraq  əvvəl  mənimsədikləri  formanı  yapdınr,  ardınca  həmin 
formadan  yeni  forma  alınır.  Nəticədə  uşaq  yorulmur  və  bu  iş 
üsulu  onda  yaradıcı  hisslər  oyadır,  gələcəkdə,  yuxan  qruplarda 
bu mühüm əhəmiyyət daşıyır.  Orta qrup məşğələlərində tərbiyə- 
89


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə