M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə27/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
larlər.  Bıı  üsulla  meyvə,tərəvəzlər,  hevvaıı  və  başqa  mürəkkəb 
olmayan yapmalar verilir.  Qurumuş oyuncaqlar quaşla rənglənir 
və  üzərindən  lak.  kley  və ya parafin  çəkilir.  Bu  üsuldan  yapma 
zamanı plastilinə qəaot etmək məqsədi ilə istifadə etmək olar.
Köməkçi  vəsaitlər.  Bura daha  çox möhkəmləndirmək  məq­
sədilə  yapmanın  gövdəsi  (skileti)  rolunu  oynayan  ensiz  taxta  çu­
buqları; qoz,  fındıq qabıqları, balıq qulaqları, meyvə və tərəvəz tum­
ları və.s lazım olduğundan tərbiyəçi öncədən bu vəsaitləri  əldə edib 
xüsusi ayrılmış yerdə istifadəyə yararlı vəziyyətdə saxlamalıdır.
Təchizatı -  Kiçik məktəbəqədər  yaşlı uşaqlar yapma löv­
hələri üzərində işləyirlər.  Böyük  məktəbəqədər  yaşlı uşaqlar isə 
xüsusi  dəzgah  üzərində  işləyirlər.  Yapılan  əl  işi  bu  dəzgahın 
sayəsində  fırlandığından  uşaq  öz  işini  hər  tərəfdən  müşahidə 
edərək lazımı düzəlişləri verə bilir.  Yaparkən xırda və xarakterik 
hissələri  vermək  üçün  çubuqlardan  və  gilin  artığını  götürmək 
üçün gil bıçaqlarından istifadə olunur.  Məşğələlərdə  istifadə edi­
lən vəsait və avadanlıq müəyyən dərəcədə əhəmiyyət daşıyır.
§1.  Körpələr qrupunda yapma fəaliyyəti
Yapmanın xarakteri və təlim  məsələsi
Məktəbəqədər yaş  dövrünün  uşaqları  fəal  psixi  və  fiziki  in­
kişafla  xarakterizə  olunur.  Ol  hərəkətləri,  göz  nəzarəti  yaxşılaşır 
əlin  xırda əzələləri  inkişaf edir ki.  bu da uşağa daha mürəkkəb hə­
rəkət  etmək  imkanı  verir.  Uşaq  xırda  əşyaları  görmək  və  onları 
müşahidə  etməyə  başlayır.  Ətraf aləmin  mənimsənilməsi  uşaqda 
ünsiyyətə tələbatı artırır və o çoxlu suallar verməyə başlayır.
Nitq  ünsiyyətdə  aparıcı  vasitədir.  Uşaq  düşüncə  və  əqli 
fəaliyyətin sayəsində yeni üsulları  mənimsəyir.  4 yaşında ən va­
cib əməliyyatı tutuşdurmağı mənimsəyir.
“Tutuşdurma”  hər  cür  düşüncə  və  dərk  etmənin  əsasıdır. 
(K.D,  Uşinski)  5  yaşına  çatmış  uşaqlar  müşahidəyə  malik  olur­
lar,  onlarda  diqqət  və  qavrayışa  meyillilik  inkişaf  edir.  Oyun,
84


Təsvın sənət və onun tədrisi metodikası
əmək,  təsvirçilik  fəaliyyəti,  kiçik  məktəbəqədər  yaşlı  uşaqlarda 
yaradıcılığı iııkişaf etdirir.
Bu  yaşlı uşaqlar üçün yapma məşğələləri  (təsvirə qədər ki 
dövrdən  düşünülmüş  təsvirə  keçmək)  ilk  pillə  sayılır.  2-3  yaşlı 
uşaqlarla yapma məşğələlərində  tərbiyəçinin qarşısında  aşağıda­
kı vəzifələr durur.
• Yapma məşğələsinə uşaqlarda maraq oyatmaq.
• Gil ilə tanışlıq və ondan istifadə qaydalarını mənimsətmək.
• Yapma  işində  sadə  priyomların  məııimsədilməsi  və 
uşaqların  təsvirə gətirilməsi.
• Sadə formalı  1  hissəli əşyaların yapılması.
Yapma lövhəsinin üzərində gili irəli geri hərəkət etdirmək­
lə  "konfet"  "kolbasa"  yapmaqla  kuklanı  qonaq  etmək  mümkün­
dür.  Tərbiyəçi  üçün  qarşıya  qoyulmuş  əsas  məsələni  həll  etmək 
imkanı  yaranır.  Sadə yapma  üsulları  mənimsədikcə real  əşyaları 
yapma  imkanı  əldə edilir.  Uşaqların inkişafı  eynilik təşkil  etmə­
diyindən  çox sadə bir üsulu bir il  ərzində çətinliklə  mənimsəyən 
uşağın da olması mümkündür.
Proqramın tədrisi.  Keçirilən  mövzular:
2  yaşlı  uşaqların  keçdiyi  mövzular  çox  sadə  və  primitiv 
olur.  “Kötük”,  “kolbasa”,  “qələm”,  “çubuq”,  “halqa”,  “təkər”, 
“alma”,  “peçenye”,  “qoğal”,  “qar  adamı”,  “gəlin  yatmaz”  və  s. 
Təsvirə  qədərki  dövr  təxminən  belə  keçir.  İlk  əvvəl  tərbiyəçi 
yumşaq gili nümayiş etdirərək onun xüsusiyyəti  ilə tanış  edir:  gil 
plastikdir  ona  təsir  etməklə  müxtəlif formaya  salmaq  olar.  Ta- 
kiıı.  yapılacaq  əşya  uşaqlara  tanış  və  sadə  olmalıdır.  Məsələn: 
"top"  ardınca  böyük,  kiçik  toplar”  və  nəticədə  "gəlin  yatmaz" 
(böyük kürənin üzərində kiçik kürə qoyulur) göz və ağız tərbiyə­
çinin köməkliyi  ilə  gil çubuğu ilə çəkilir. Yaxud "kötük", "qələm", 
ardınca  "qırıcı  təyyarə"  (iki  hissəli  bir  əşya)  yapılır.  Sadə  olduğu 
üçün  uşaqlar  buna  çox  həvəslənirlər.  Gili  alinə  almış  uşaq  onu 
85


Təsvın sənət və onun tədrisi metodikası
əvvəlcə əzir (lövhənin üzərində və ya əli ilə iki ovucunun arasında) 
ondan  gil  parçası  qoparır  əlində  vərdənələyir  nə  isə  yapmağı 
düşünür, ardınca ayırdıqlarını birləşdirir və s.  Demək olar ki. gil  ilə 
oynayır. Bəs bu uşağa nə verir? Uşaq əyani olaraq gilin xüsusiyyəti 
ilə tanış olur, gil  ilə davranış qaydalarını mənimsəyir və s.  Bu vaxt 
tərbiyəçinin  qarşısında  duran  vəzifə  uşağın  əl  hərəkətlərini 
nizamlamaq və uşağı düşünülmüş təsvirə gətirməkdir.  Bunun üçün 
sadə 
yapma 
priyomlanm. 
"irəli-geri" 
vərdənələməni 
mənimsətməklə uzunsov (silindrik) formada yapmalar; dövrü hərə­
kəti mənimsəməklə kürə formasında yapmalar mənimsədilir.
Qrupdakı  uşaqların yaş səviyyəsindən və  fəallığından  asılı 
olaraq  (həvəs  göstərən  uşaqlar varsa) tərbiyəçi  onlarla  fərdi  ola­
raq daha dərinləşdirici priyomlar keçirə bilər:  " Topu" vaslılada- 
raq  "yayma",  "tort"  almaq,  "çubuğun"  uclarını  dairəvi  qatlayıb 
“halqa  almaq”  və  ya  böyük kürənin  üzərinə  kiçik  kürə  qoyaraq 
“qar adamı” almaq və s.
Məşğələlərin təşkili və keçirilinəsi  metodikası
İlk məşğələlər könüllü, həvəs göstərən 4-6 uşaqla keçirilə bi­
lər.  Yarım  dairəvi  düzülmüş  stollarda  uşaqlar  tərbiyəçi  ilə  qarşı- 
qarşıya otuzdurulur. Tərbiyəçi uşaqların gözü qarşısında emosional 
halda izah edərək, məsələn:  “kök” yapır və elə o an “oyuncaq dov­
şanı  qonaq  edir”.  Dovşan kökə baxıb  tərifləyir:  “indi  onu  ləzzətlə 
yeyəcəyini” (tərbiyəçi  dovşanın dili  ilə) deyir:  Uşaqlar həvəslə  işə 
başlayır.  Növbəti  məşğələdə tərbiyəçi  uşaqlara müraciətlə:  “Uşaq­
lar. gəlin çay dəsgahına dəvət olunmuş oyuncaqlara şirnilər yapaq. 
Əvvəlcə  əlimdəki  gili yumrulayıram, sonra onu  2 ovcumun  içində 
əzərək yastılayıram  və peçenye  alıram  (Taııış  əşyadan yeni  əşya­
nın alınması). Daha sonra bu üsulla şirin qoğal, tort alınır.”
Uşaqlar  da  eyniliyi  təkrarlayır  və  yapdıqları  şirniləri  çay 
dəsgahına dəvət olunmuş qonaqlara paylayırlar.
Tərbiyəçi:  -  Uşaqlar gəlin oyuncaqlara kolbasa hazırlayaq, 
axı onlar acıb. Oyuncaqlar kolbasa və bublik yeməyi xoşlayırlar.
86


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə