Təsvın sənət və onun tədrisi metodikası
də, yaşıl qalıb. Bir diqqətlə baxııı, yolkanın iynə yarpaqları heç
də yaşıl otun rəngi kimi deyil (bu zaman aşağı hissədə yerləşən
otları göstərir). İynə yarpaqların rəngi daha tüntdür. yəni tünd
yaşıl rəngdədir. Siz öz qarşınızdakı boyalara baxsanız, həm
yaşıl, həııı də tünd yaşıl rəngləri görərsiniz.
Yolka da ağacdır ona görə də, onun həm gövdəsi, həm də
müxtəlif uzunluqda yarpaqları var. Ancaq, o iynə yarpaqlıdır.
Əvvəlcə, mən aşağıdan yuxan gövdəni çəkirəm, lakin, onun
uzunluğu çox deyil, baxııı. o ağacdan qısadır, indi isə yuxarıdan
aşağıya doğru əvvəlcə qısa-qısa budaqcıqlar aşağı düşdüqcə da
ha uzun budaqları çəkirəm. Fikir verin, onun da aşağı budaqları
yandakı ağacın budaqlan kimi uzundur. Uşaqlar, diqqətlə baxın,
mənim yolkam kənardan necə də üçbucağa oxşayım
Yolkanın təsvirinin daha dəqiq verilməsi üçün budaqlan
üçbucaq daxilində çəkməyi təklif etmək. Suallar vasitəsi ilə
tərbiyəçi yolkanın quruluşu haqqında uşaqların təsəvvürünü
möhkəmlədir. Ardınca, rəsm etməyi
təklif edərək, əvvəlcə, payız
yarpaqlı hündür ağacı (bu zaman yolka ağacı üçün yer qoymağı
yada salmaq) daha sonra, ondan bir qədər aralı alçaq yolka ağa
cını çəkməyi təklif etmək. Məşğələnin gedişində tərbiyəçi nəza
rət edir ki. uşaqlar ağacı kağızın sol tərəfində yerləşdirsinlər.
Ağacın yarpaqlarının rəngini uşaqlar sərbəst seçirlər. Tərbiyəçi,
bir daha ağacı təsvir edərkən budaqları aralı, yolkanı təsvir
edərkən budaqları bir-birinə sıx çəkməyi qeyd edir. Məşğələnin
sonunda, uşaq rəsmləri stentdə yerləşdirilir və tərbiyəçi uşaqla
rın diqqətini lövhəyə yönəldərək ağac və yolkaların necə də hir-
birinə sıx yerləşdiyini və kənardan baxdıqda meşəyə oxşadığını
uşaqların nəzərinə satdırır. Bu zaman, uşaqların diqqətinə yaşıl
və tünd yaşıl, həmçinin, ağac üzərində təsvir olunmuş yarpaqla
rın narıncı, sarı və s. verilmiş rənglərini uşaqların diqqətinə çat
dırmaq. Oğlan və ya qız fiqurunu (kardondan) stentdə yerləşdi
rərək söyləmək: «Tezliklə payız bitəcək və qış gələcək, qışda
yolka şənliyi olacaq. Yolkaları bəzəyəcəklər. Bu oğlan da, me
şəyə, yolka seçmək üçün gəlib. O, özü üçün daha qamətli sıx
155
Təsvın sənət və onun tədrisi metodikası
budaqlı, üçbucağa oxşar yolka seçmək istəyir. Uşaqlar, gəlin ona
bu yolkaya oxşar yolkanı seçək.» Bu zaman dəvət olunan uşağa
oğlan fiqurunu verərərək yaxşı təsvir olunmuş yolkanı seçmək
təklif olunur. Uşaq seçim etdikdən sonra
tərbiyəçi digər uşaqlara
müraciət edir və soruşur: «Daha yaxşı yolka varmı?» Arzuya
əsasən uşaqları lövhəyə dəvət edir.
MƏŞĞƏLƏ 6
Payız mənzərəli kitab illüstrasiyalarının baxılınası.
«Harda yaydır, harda payızdır?»
Məqsəd: Uşaqları payız fəslinin müxtəlif dövrlərini əks
etdirən illüstrasiyalarla tanış etmək; payızın müxtəlif dövrlərin
də, yarpaqların çevrildiyi rənglərini uşaqlara mənimsətmək; hə
min çalarları seçmək, adlandırmaq, və bir-birindən fərqləndir
mək (qırmızı-tünd qırmızı, yaşıl-tünd yaşıl, sarı- tünd sarı).
Vəsait: Uşaq kitablarından götürülmüş illüstrasiyalar, yay
(2-3) və payız (3-4) mənzərə təsvirləri, rəngli düzbucaq formalar.
Məşğələnin gedişi:
Uşaqlar varım dairəvi düzülmüş masa kənarında otururlar.
Masa üzərində, yay və payız tosvirli illüstrasiyalar vardır.
Tərbiyəçi deyir: «Məniııı qarşımda şəkillər vardır, onların
bəziləri yay, bəziləri isə payız haqqındadır. Bu gün mən sizə pa
yız haqqında olan şəkilləri göstərəcəyəm. Kim mənə payız təs
virini burdan seçə bilər?». İki uşaq seçilmiş təsvirləri lövhəyə,
yuxan cərgəyə düzür. Qalan şəkilləri isə aşağı cərgəyə düzür.
Tərbiyəçi sonışur: «Diqqətlo baxın, yuxarıdakı şəkillərin hamısı
payız fəslinə aiddir? Bəs aşağıdakılar? Hamısı yay fəslinəmi
aiddir? Düzdür, siz təsvirləri düz seçmisiniz. Baxın, həqiqətən
yay fəslinin ağacları yaşıl yarpaqlı, çəmənliyin otları yaşıl rəng
də, gülləri əlvan, aydın mavi sama və s. təsvir olunmuşdum
156