M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə24/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   20   21   22   23   24   25   26   27   ...   211

82 

 

çətindir…  Avropa  təhsilinə  qarşı  çıxmaq  dövrü  keçmişdir»  -  deyə  yazan 



C.Hacıbəyli  böyük  coşqu  ilə  davam  edirdi:  «Təhsilə  qarşı  çıxan  cənablar 

anlamırlar ki, saman çöpü ilə güclü selin qarşısını kəsmək mümkün olmadığı kimi, 

həyatın  tələbindən  irəli  gələn  bu  təbii  prosesin  önünə  də  sədd  çəkmək  mümkün 

deyil!» (Sabunçu seminariyası haqqında. № 238, 25 oktyabr 1915). 

«Kaspi»nin səhifələrində, xüsusi ilə Ceyhun Hacıbəyli publisistikasında dini 

dəyərlərin  təbliği,  cəhalətin,  fanatizmin  tənqidi,  eyni  zamanda  qondarma  «islam 

həmrəyliyi»ni  islam  dininə  qarşı  silah  kimi  istifadə  edənlərin  ifşası  aparıcı 

mövzulardandır.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  bu  mövzuya  Ceyhun  Hacıbəyli 

bütün yaradıcılığı boyu sadiq qalmış, mühacirət dövründə də dinlə bağlı, xüsusi ilə 

sovet  hakimiyyətinin  din  siyasəti  haqqında  fundamental  əsərlər  qələmə  almışdır. 

Onun 1959-

cu  ildə  Münhendə  nəşr  olunmuş  «İslam  əleyhinə  təbliğat  və  onun 

Azərbaycandakı  metodları»  adlı  12  hissədən  ibarət  əsəri  xüsusi  maraq  doğurur. 

Qeyd  etdiyimiz  kimi,  «Kaspi»də  Ceyhun  Hacıbəylinin  din  mövzusundakı 

publisistikası  mövzu  baxımından  çoxşaxəlidir.  Bu  məqalələrdə  C.Hacıbəyli  həm 

sahənin  dərin  bilicisi,  həm  islamın  təəssübkeşi,  həm  də  güclü  qələm  sahibi  kimi 

özünü bir daha təsdiq etmişdir. 

«Quranın tərcüməsinə dair» adlı məqaləsində («Kaspi» qəzeti, 1912-ci il, 12 

aprel,  №  82)  C.Hacıbəyli  çox  mühüm  bir  məsələyə  toxunur.  Müəllifin  qəti 

qənaətinə  görə,  «nöqsanlarımızın  bir  səbəbi  Quranı  hərənin  bir  cür  şərh  etməsi, 

onun  tərcüməsinin  olmamasıdır».  C.Hacıbəyli  haqlı  olaraq  sual  verir  ki,  əgər 

Quranın tərcüməsi yoxdursa, müsəlman öz müqəddəs kitabının məzmununu necə 

öyrənməlidir? Müəllif kinayə ilə cavab verir ki, bəlkə ərəb dilini bilməyən «qara 

mollalardan?!» Quranın uzun müddət doğma dilə tərcümə edilməməsi cəmiyyətdə 

bir sıra bəlalar yaratmışdır ki, xalq uzun illər ondan əzab çəkmişdir. 

Quranın  tərcümə  edilməməsi,  doğru-düzgün  şərh  olunmaması  bəzən 

bilməyərəkdən  İslamın  özünün  əleyhinə  çevrilən  fikirlər  doğurur,  digər  tərəfdən 

nadanlıq, cəhalət, fırıldaqçılıq üçün münbit zəmin yaradırdı. C.Hacıbəyli yazırdı: 

«Xalqa öz dilində təqdim olunan Quran, şübhəsiz, tədriclə onun dünyagörüşündə 



83 

 

dəyişiklik edəcək». Çox təəssüflər ki, İslamın böyük təəssübkeşi C.Hacıbəylinin bu 



istəyi, arzusu illər uzunu həyata keçirilməmişdir. Xalq, millət, elə İslamın özü də 

bundan z


iyan çəkmiş, zərbələr almışdır. 

İslama  edilən  yersiz  hücumlar,  bəsit  şərh  və  təfsirlər  də  C.Hacıbəylini 

narahat edirdi. Gənc publisistə görə, dini hay-küylə müdafiə etmək mənasızdır və 

əks təsir verə bilər. Dinə, onun tarixinə, İslamın qayda-qanunlarına dərindən bələd 

olmaq,  sonra  opponentlə  hər  cür  mübahisəyə  girişmək  olar.  Məhz  buna  görə 

C.Hacıbəyli  tez-tez  dini  mərasimlər,  onların  qeyd  olunması  haqqında  maraqlı 

məqalələr yazırdı. 

Ceyhun bəy cəmiyyətdə hökm sürən cəhalət və cahilliyin, mövhumatın bir 

səbəbini də dini savadsızlıqda görür və İslam ümmətini maarifləndirmək niyyəti ilə 

də çoxsaylı məqalələr çap etdirirdi. «Mövlud» («Kaspi» qəzeti, 6 noyabr, 1915-ci 

il, № 248), «Ruhanilərin ehtiyacı» («Kaspi» qəzeti, 29 noyabr, № 267, 3 dekabr № 

270,  8  dekabr  №  274, 1915-ci  il)  adlı  məqalələrini,  habelə  Ramazan,  Qurban 

bayramları haqqında məqalələrini bu məqsədlə yazmışdır. 

C.Hacıbəyli  məhərrəmlik  və  aşura  mövzusuna  da  dəfələrlə  müraciət 

etmişdir.  Dövrün  nüfuzlu  qəzetlərindən  sayılan  «Kaspi»də  dərc  olunan 

«Məhərrəmlik yaxınlaşır» (20 oktyabr, № 223, 1915), «Aşura» (5 noyabr, № 247, 

1915), «Məhərrəmlik günlərində» (12 noyabr, № 252, 1915) məqalələri bu gün də 

aktuallığını  itirməmişdir.  Mədrəsə  və  mollaların  kifayət  qədər  olduğu 

Azərbaycanda  məhərrəmlik  və  aşura  barədə  dalbadal  məqalə  yazmağa  Ceyhun 

bəyi  nə  vadar  edirdi?  Ən  əvvəl  qeyd  olunmalıdır  ki,  mövhumat  və  cəhalət 

tərəfdarları  bəzən  İslamı  əldə  bayraq  edir,  ondan  özlərinə  sərfəli  şəkildə 

yararlanmağa  çalışırdılar.  Digər  tərəfdən,  bu  mövzudan  «ilhamlanan»  qələm 

sahibləri,  o  cümlədən  «Molla  Nəsrəddin»  mollalara  «hücumu»  genişləndirirdi. 

Avropadan  gələn  səyyahlar,  tacirlər,  jurnalistlər  isə  İslama  bu  ikili  münasibətə 

«mat» qalır, öz məqsəd və düşüncə ölçüləri ilə İslama qiymət verirdilər. Məhz belə 

bir  dövrdə  C.Hacıbəylinin  məhərrəmlikdən  bəhs  edən  yazılarla  mətbuatda  çıxış 

etməsi  çox  əhəmiyyətli  idi.  «Məhərrəmlik  yaxınlaşır»  məqaləsində  müəllif  onun 



84 

 

tarixini  oxuculara  təqdim  edir,  azadlıq  və  qəhrəmanlıq  simvolu  olan  imam 



Hüseynin və onun 72 qohum və silahdaşlarının xatirəsinin anılmasını təqdir edir. 

Lakin  Ceyhun  bəy  bu  zaman  ifrata  varılmasının,  özünə  işgəncə  verərək  Qurana 

zidd  hərəkətlərin  edilməsinin  qatı  əleyhdarı  kimi  çıxış  edir.  O,  yazır  ki, 

dindarlarımız və ziyalılar bu cür adətlərə qarşı amansız, barışmaz mövqe tutmağı, 

özünə işgəncə verənlərə və onları şirnikləşdirənlərə bu zərərli, ziyanlı ənənəyə son 

qoymağın vaxtı çatdığını başa salmalıdırlar. 

C.Hacıbəyli  qeyd  edir  ki,  ictimaiyyət  mərsiyəxanlara,  onların  bəzən  əks-

təsirə,  əks-təbliğata  çevrilən  mərsiyələrinin  məzmununa  da  fikir  verməlidir.  Qoy 

mərsiyəxanlar  əsl  həqiqətdən,  Kərbəla  hadisəsinin  mahiyyət  və  məzmunundan 

bəhs  etsinlər.  Bu  faciənin  qəsdən  şişirdilməsinə  ehtiyac  yoxdur,  faktların 

sadalanması  kifayətdir.  Əgər  mərsiyəxan  «gün  74  saat  davam  etdi»,  «Fərat  öz 

başlanğıcını  göylərdən  götürdü»,  yaxud  «70.000  qanadı,  başı  olan  əlli  mələk» 

deyirsə,  bütün  bunlar  inandırıcı  deyil  və  kiminsə  qəlbinə  şübhə  toxumu  səpir. 

Məqalə müəllifinin fikrincə, mərsiyəxan çox böyük məsuliyyət götürüb, «günahkar 

adam  belə  imamın  xatirəsinə  gözündən  bir  gilə  yaş  tökərsə,  onun  bütün  pis 

əməlləri bağışlanar» deyirsə, bunun nəticəsi çox zərərli ola bilər. 

«Məhərrəmlik günlərində» məqaləsində müəllif aşuradan sonra davam edən 

mərasim və adətlər haqqında bəhs edir. Göstərir ki, həmin günlər toy, sünnət və 

digər  təntənəli  mərasimlərin  keçirilməsinə  qəti  yol  verilmir.  Məqalədə  müəllifin 

maraqlı, təklifləri,  fikirləri də var. O, qeyd edir ki, indiki vəziyyətdə uzun müddətə 

mədəni  həyatın  dondurulması  məqsədəuyğun  deyil  və  yaxşı  olar  ki,  ikiaylıq 

məhərrəmlik  mərasimi  xeyli  azaldılsın,  daha  münasib  müddətdə  tələblərə  riayət 

olunsun. C.Hacıbəyli məqalədə əvvəlki illərə nisbətən mərsiyəxanların reallıqlarla 

nisbətən barışdıqları, öz mərsiyələrində fantastik, tamamilə yersiz və artıq, əsassız 

hay-

küyə az yer verdiklərini qeyd edir və yazır ki, hər il 70 min qanadlı mələkdən, 



div və cindən bəhs edən mərsiyəxanlar bu il maarifdən, peyğəmbərimizin təhsillə 

bağlı  dediklərindən,  bəzi  müftəxor,  tüfeyli  dərviş  və  seyidlərin  ikrah  doğuran 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə