M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə22/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   18   19   20   21   22   23   24   25   ...   211

76 

 

kataloqda mətbuat tarixində adı çəkilən bütün qəzet və jurnallar əksini tapaydı. Bu, 



həqiqətən mükəmməl və ensiklopedik mənbə olardı. 

Təəssüf  doğuran  başqa  bir  cəhət  isə  dövrün  rusdilli  qəzetlərinin  təhlili, 

dəyərləndirilməsi  zamanı  indiki  tələblər  baxımından  deyil,  ənənəvi  sovet 

metodundan, köhnə yanaşma tərzi üçün xarakterik üsuldan istifadə edilir. Nəşrin, 

yaxud mühərririn ünvanına «burjua», yaxud «mürtəce» söylənilir, lakin mahiyyət 

açılmır, müəllifin bununla nə demək istədiyi qaranlıq, müəmmalı qalır… 

XIX əsrin sonu, XX əsrin əvvəlləri rusdilli Azərbaycan qəzetlərinin, hətta, o 

cümlədən  ermənipərəst,  erməni  təmayüllü  «Baku»  kimi  qəzeti  təhlil  etməyin,  

dəyərləndirməyin vaxtı çoxdan çatmışdır. Faktın inadkarlığı barədə deyilən fikirlə 

razılaşmamaq  mümkünsüzdür,  eyni  zamanda  düşməni  məhv  etməyin  ilk  mühüm 

şərti  də  onun  dilinin  öyrənilməsinin  vacibliyi  inkaredilməzdir.  Bu  problemlə  – 

haqqında  söhbət  etdiyimiz  dövrün  rusdilli  mətbu  orqanlarının  tədqiqatı  ilə  bağlı 

fikir  və  mülahizələrimizi  yekunlaşdırarkən  xüsusi  ilə  vurğulamaq  istərdim  ki,  o 

zamankı  «Kaspi»nin  fəaliyyəti  ilə  bağlı  bugünkü  «Kaspi»nin  təşəbbüsü  yüksək 

diqqətə və təqdirəlayiqdir. Ümid etmək istərdik ki, Azərbaycan mətbuat tarixində 

on  illər  boyu  dondurulmuş  mövzu  üzərində  iş  canlanacaq,  arxivlərdə  saxlanan 

sənədlər nəhayət ki, tədqiqat müstəvisinə cəlb olunacaqdır. 

Bir çox cəhətlərinə görə (fasiləsiz və uzun müddət – 38 il nəşr edilmişdir; 

tirajı  400-dən  3  min  ədədə  qədər  yüksəlmişdir;  əvvəllər  ayda  4  dəfə,  sonradan 

gündəlik  çıxmışdır;  nəşr  olunduğu  müddətdə  qəzetin  10  min  65  nömrəsi  çapdan 

çıxmışdır;  qəzetlə  XX  əsrin  əvvəllərində  yaşayıb-yaratmış  əksər  böyük  xalq 

xadimləri  əməkdaşlıq  etmişdir  və  s.)  Azərbaycan  mətbuat  tarixində  silinməz  iz 

buraxmış gündəlik ictimai-ədəbi və siyasi qəzet olan «Kaspi» ilə 10 ilə yaxın bir 

müddətdə  əməkdaşlıq  etmiş  Ceyhun  Hacıbəyli  yaradıcılığında  həmin  dövrü  bir 

mərhələ  adlandırsaq,  yanılmarıq.  Təkcə  1912-1917  illər  ərzində  C.Hacıbəylinin 

«Kaspi»də  dərc  olunmuş  230  (!!)  müxtəlif  problemlərə  həsr  edilmiş  məqalənin, 

hekayə və novellaların siyahısı tərəfimizdən tərtib edilmişdir. 



77 

 

Ceyhun 



Hacıbəylinin  «Kaspi»  qəzetindəki  imzaları,  bu  barədə  dövrü 

nəşrlərdə gedən yanlışlıqlar haqqında geniş bəhs etməyəcəyik. Həmin problemlərə 

bu  sətirlərin  müəllifi  tərəfindən  mətbuatdakı  yazılarla  kifayət  qədər  aydınlıq 

gətirilmişdir. Onu deməklə kifayətlənəcəyik ki, Ceyhun Hacıbəyli «Kaspi»də «D», 

«Dj», «Dj.D», «D.-

ni», «Dj.Dağıstani», «C.Dağıstani», «Cey Dağıstani» imzaları 

ilə  çıxış  etmişdir.  Ceyhun  Hacıbəyli  qəzetin  1917-ci il 8 sentyabr tarixli 

nömrəsində  dərc  etdirdiyi  və  «Kaspi»nin  redaktoruna  ünvanlanan  məktub  belə 

imzalanmışdır: «Ceyhun Hacıbəyli (D.Dağıstani)». Həmin məktubda Ceyhun bəy 

«Kaspi»  vasitəsi  ilə  oxucularına  Bakı  Müsəlman  Cəmiyyətləri  Komitəsinin 

«Xəbərlər»ində  fəaliyyətini  dayandırdığını  və  bu  barədə  Komitə  rəhbərliyinə  də 

müvafiq  məlumat  verdiyini  bəyan  edir.  C.Hacıbəyli  çox  sonralar  1950-ci  illərdə 

qələmə  aldığı  «İlk  Azərbaycan  operası  necə  yarandı»  adlı  xatirəsində  vaxtı  ilə 

«Kaspi»  qəzetində  «Dağıstani»  imzası  ilə  məqalələr  yazdığını  xüsusi  vurğulayır 

(ətraflı bax: S.Mümtaz adına ARƏİMDA, 643 nömrəli fond). Yeri gəlmişkən qeyd 

edək ki, C.Hacıbəyli həmin imzalarla o dövrün «Baku», «Proqress», «İttihad» və 

başqa qəzetlərində də məqalələrlə çıxış etmişdir. 

Ceyhun Hacıbəylinin «Kaspi»də dərc etdirdiyi və əksəriyyətinin bu gün də 

aktuallığını  itirməyən  məqalələrinin  mövzusu  geniş,  rəngarəng,  maraqlıdır.  Hər 

halda  «Kaspi»  vasitəsi ilə  Azərbaycan  ziyalıları  cəmiyyətin problemlərini kəskin 

şəkildə  ortaya  qoyur,  onun  həlli  uğrunda  mücadilə  aparırdılar.  Bir  misal 

çəkəcəyəm.  «Mətbuatımızın  piri»  H.Zərdabi  «Kaspi»nin  1883-cü il tarixli 42-ci 

nömrəsində  dərc  etdirdiyi  «Zərdabda  məktəb  olacaqdırmı?»  adlı  məqaləsində  az 

qala fəryad qoparırdı: «Məni məzəmmət edib deyə bilərlər ki, kənd icması məktəb 

açılması əleyhinə çıxdığı halda, mən nə üçün bu qədər əlləşirəm. Güman edirəm ki, 

heç  bir  ağıllı  ana  uşağını  çimizdirərkən  onun  qışqırtısına  məhəl  qoymaz.  Uşaq 

ağlayıb dəcəllik edir və çimizdirilməyin faydasını başa düşmür, lakin bu heç də o 

demək  deyildir  ki,  onu  çirkab  içərisində  saxlamalı  və  üzərində  heç  bir  zorakılıq 

edilməməlidir. Bizim yerli camaatımız da bu cür uşaqlıq vəziyyətindədir, maarifin 

faydasını  onun  özünün  başa  düşüb  qiymətləndirə  biləcəyini  güman  etmək  çox 




78 

 

dardüşüncəlilik olardı». Yaxud, H.Zərdabinin «Kaspi»yə redaktorluq etdiyi dövrdə 



«Kaspi» 

«Daşnaksutyun»  partiyasının  əsl  simasını  açmış,  onun  platforma  və 

proqramını ifşa etmişdir. Biz belə qəzeti burjua mənafeyini qoruyan mürtəce fikirli 

nəşr adlandırmaqdan çəkinməmişik?! 

Mövzusuna  görə  Ceyhun  Hacıbəylinin  «Kaspi»də  dərc  olunan  publisistik 

n

ümunələrini aşağıdakı kimi qruplaşdırmaq olar: 



məktəb, təhsil problemləri (Müəllimlərin təqdimatı. № 109, 1912; Yaralı 

yerimiz haqqında. № 240, 24 oktyabr 1912; Vacib məsələ. № 249, 3 noyabr 1912; 

Şəhər ibtidai müəllimləri haqqında. № 290, 23 dekabr 1912; Tələbələrimiz barədə. 

№  89,  23  aprel  1913;  Bir  etirazla  bağlı.  №  101,  7  may  1913;  Qafqaz 

müsəlmanlarının maarifi. № 89, 22 aprel 1914; Müəllim seminariyası haqqında. № 

73, 4 aprel 1915; Sabunçu seminariyası haqqında. № 238, 25 oktyabr 1915; Dil və 

məktəb. № 11, 1917 və s.); 

dini  dəyərlərin  təbliği,  cəhalət  və  fanatizmin  tənqidi  («Quran»ın 



tərcüməsinə  dair.  №  82,  12  aprel  1912;  Şeyxülislam  haqqında.  №  46,  27  fevral 

1913;  Müsəlman  ruhanilərinin  səlahiyyəti  haqqında.  №  117,  26  may  1913; 

Avropalılar islam haqqında. № 29, 12 iyun 1913; Ramazan başladı. № 165, 24 iyul 

1913;  Ruhani  seminariyası  haqqında.  №  189,  23  avqust  1913;  Bir  daha  ruhani 

seminariyası  haqqında.  №  193,  28  avqust  1913;  Ruhani  idarəsində  islahatlar 

haqqında. № 258, 15 noyabr 1913; Ruhani idarəsinin islahatı. № 32, 8 fevral 1914; 

İslamın  biliciləri.  №  48,  28  fevral,  №  49,  1  mart  1914;  Müfti  haqqında  məsələ 

ətrafında.  №  96,  17  may  1914;  Qurban  bayramı.  №  231,  16  oktyabr  1914; 

Qarşıdakı bayram haqqında. № 50, 4 mart 1915; Bayram haqqında. № 54, 8 mart 

1915; Bir bayramın fitrəsi. № 170, 31 iyul 1915; Məhərrəmlik yaxınlaşır. № 223, 

20  oktyabr  1915;  Aşura.  №  247,  5  noyabr  1915;  İslam  və  xristianlıq.  №  248,  6 

noyabr  1915;  Məhərrəmlik  günlərində.  №  252,  12  noyabr  1915;  Ruhanilərin 

ehtiyacı haqqında. № 267, 270, 274, 29 noyabr, 3, 8 dekabr 1915; Bayram naminə. 

№ 54, 8 mart 1916 və s.); 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə