M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə20/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   16   17   18   19   20   21   22   23   ...   211

70 

 

ürəklərdə necə bir ümid çırağı yandırır, mərhumun xatirəsi minnətdarlıq hissi ilə 



necə yad edilirdi. Həmin gündən cəmi yeddi il ötmüşdür. 

Nə  olsun?  O  təmtəraqlı,  ibarəli  nitqlərdən  nə  qaldı?  Deyəsən,  külək  elə 

həmin gün o çıxışları sovurub apardı. 

Həsən  bəy  təntənəli  şəkildə  dəfn  olundu,  onun  haqqında  2-3  gün  də  orda-

burda  danışdılar,  qəzet  və  jurnallar  onun  bioqrafiyasını  dərc  etdilər,  portretini 

verdilər – vəssalam. 

Müsəlman cəmiyyəti ona müxtəlif sahələrdə ilk addımı atmağı öyrədən, ona 

zəngin miras, irs qoyan, onu mədəni həyata alışdıran xadimi ilə beləcə üzülüşdü. 

Deyəsən,  hər  şey  bitdi…”  C.  Hacbəyli  Həsən  bəyin  tamamilə  yaddan 

çıxarıldığını  acı  təəssüflə  qeyd  edərək  yazır:  ”Digər  xalqlar  ona  xidmət  göstərən 

övladlarının  xatirəsini  əziz  tutur,  ona  abidə  qoyur,  adını  əbədiləşdirir,  ailəsinə 

qayğı göstərir və s. Bizdə isə tamamilə əksinədir. 

Biz nəinki Həsən bəyə abidə ucaltmadıq, heç adi qəbirüstü daş qoymaq üçün 

onun  həyat  yoldaşına  kömək  etməyə  gəlmədik,  biz  nəinki  Həsən  bəyin  adını  və 

xatirəsini əbədiləşdirmədik, hətta onun tamamilə unudulması üçün çalışdıq, nəinki 

onun  ailəsinə  qayğı  göstərmədik,  əksinə  elə  bil  ona  əlavə  dərd,  kədər  gətirmək 

prinsipi ilə bəhsə girdik.” Müəllifi cəmiyyətin biganəliyi heyrətə gətirir, bu bəlanın 

səbəbini  izah  etməkdə  çətinlik  çəkdiyini,  eyni  zamanda  onun  öyrənilməsinin  , 

aradan  qaldırılmasının  zəruriliyini  vurğulayır,  xəbərdarlıq  edir:  “Yoxsa, öz 

canyandıranımızın,  himayədarımızın  xatirəsinə  bu  cür  münasibət  az-çox  mədəni 

cəmiyyətdə  hələ  təsadüf  olunmayan  xüsusiyyətlərimizi  üzə  çıxara  bilər.  Hətta 

vəhşilər belə öz başçılarının məzarlarını bəzəyirlər.” 

Ceyhun  Hacıbəyli    məqalələrində  Hüseyn  Ərəblinskinin,  Haşım  bəy 

Vəzirovun xalq işi  uğrunda fədakarlığını yüksək dəyərləndirir.  Müəllifin 1911-ci 

ildə dərc etdirdiyi, Ağabəyim ağa, Aşıq Pəri, Gövhər ağa, Fatma xanım Kəminə, 

Xurşid banu Natəvan, Fatma Bikə, Qubalı Bikə kimi yeddi Azərbaycan şairəsinin 

həyat  və  yaradıcılıq  yolundan  bəhs  edən  iri  həcmli  «Azərbaycanın  gülləri»  adlı 

məqaləsi ədəbiyyatşünaslığımızın ilk nümunələri kimi də mühüm əhəmiyyət kəsb 




71 

 

edir.  1950- 



ci  illərdə  Ceyhun  bəy  həmin  yazını  tərcümə  etməklə  fransız 

oxucularını  da  qadın  şairlərimiz  haqqında  məlumatlandırmışdır.          XIX  əsrin 

sonları, XX əsrin əvvəlləri Rusiya müsəlmanlarının şəriksiz lideri, məşhur «Sözdə, 

fikirdə,  işdə  birlik»  ideyasının  sahibi,  «Tərcüman»ın  redaktoru,  naşiri  İsmayıl 

Qaspiralını  Ceyhun  bəy  şəxsən  tanıyır  və  onun  sözünü,  əməllərini  yüksək 

qiymətləndirirdi.  «Millətin  atasının»  -  İsmayıl  Qaspiralını  dövrün  xadimləri  onu 

belə  adlandırırdı  –  vəfatı  ilə  əlaqədar.  «Kaspi»də  (1914,  №  204)  dərc  etdirdiyi 

«İsmayıl bəy Qaspiralının xatirəsinə» adlı yazısında C.Hacıbəyli sonsuz kədər və 

eyni  zamanda  qədirbilənliklə  yazırdı  ki,  32  il  ərzində  Rusiyanın  türk 

müsəlmanlarını  birliyə  çağıran  İ.Qaspiralı  ölümü  ilə  də  onları  birləşdirdi,  onun 

vəfatı ümumxalq kədərinə çevrildi. Əgər desəm ki, dövründə yalnız İ.Qaspiralıya 

yüksək  münasibətinə  görə  Ceyhun  Hacıbəyli  ən  ali  sözlərə  layiqdir,  fikrimdə 

mübaliğə axtarmayın… 

 

Yubiley yaxınlaşır.. 



 

Ceyhun  Hacıbəyli  xalq  xadimlərinin  xatirələrinə  həsr  etdiyi  məqalələrində 

onların  xatirəsinin  əbədiləşdirilməsinin  vacibliyini,  xalqın  hafizəsində  daim 

yaşamaq  haqqını  qazandıqları  üçün  həmişə  xatırlanmalarını  ürəkdən  arzu  edirdi. 

Eyni  haqqı  mərhum  Ceyhun  Hacıbəylinin  də  qazandığını  tam  məsuliyyətlə 

söyləmək olar. 

2016- 

cı  ildə    mətbuatımızın  mümtaz    siması,  istiqlal  mücahidi  Ceyhun 



Hacıbəylinin anadan olmasının 125 ili tamam olur.  Kim bilir, bəlkə Azərbaycan 

mətbuatının 140 illiyi münasibəti ilə qələmə alınmış  bu yazı  Ceyhun Hacıbəylinin 

yubileyinin təntənəli qeyd olunması üçün bir vəsilə olacaqdır!? 

“Azərbaycan” qəzeti, 11, 12 iyul 2015. 

 

 

 




72 

 

«Kaspi» dalğası və Ceyhun Hacıbəyli 

 

 

Birbaşa  mətləbə  keçmək  –  istedadlı  yazıçı,  publisist,  naşir,  redaktor, 



tədqiqatçı,  tərcüməçi,  folklorşünas,  sovetoloq,  istiqlal  mücahidi,  mühacirətin  fəal 

üzvlərindən  və  onların  təşkilatlanmasında  müstəsna,  misilsiz  xidmətləri  olan 

Ceyhun  Hacıbəylinin  gənc  yaşlarında  «Kaspi»  qəzeti  ilə  əməkdaşlığından,  onun 

mahir publisist kimi yetişməsində bu qəzetin xüsusi rolundan bəhs etmək cəhdim 

növbəti  dəfə  baş  tutmayanda,  yazını  çoxdan  məni  tərk  etməyən,  Azərbaycan 

tarixinin, ədəbiyyatının, mətbuatının çox ciddi, aktual və əhəmiyyətli problemləri 

ilə bağlı mülahizələri bölüşməklə başlamaq qərarına gəldim: - «Kaspi» qəzeti də 

daxil  olmaqla  XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində  Bakı,  Şuşa,  Gəncədə  rus, 

gürcü,  erməni,  polyak,  alman  dillərində  bir  çox  qəzet,  jurnal  nəşr  olunurdu. 

Proqramına,  məqsədinə,  mövqeyinə,  təmayülünə,  dilinə  baxmayaraq,  bu  mətbu 

orqanlar Azərbaycan mətbuat tarixinin müəyyən mərhələsinin məhsuludur. Böyük 

dövlət  və  siyasi  xadim,  istedadlı  yazıçı  Nəriman  Nərimanov  «Kaspi»  qəzetinin 

1896-

cı  il  tarixli  25-ci  nömrəsində  kədərlə  yazırdı:  «Əgər  Zaqafqaziyada 



Azərbaycan  dilində  qəzet  çıxsa,  onda  cəmiyyət  də  ana  dilində  qəzet  oxuyaraq 

özünün  nə  etməli  olduğunu,  nədə  geri  qaldığını  başa  düşərdi».  Həsən  bəy 

Zərdabinin  «Kəşkül»ün  bağlanmasından  (1883)  «Şərqi»Rus»un  açılmasınadək 

olan dövrü «cəmiyyətin qaranlıq dövrü» adlandırırdı. Bax, belə bir dövrdə az-çox 

«Kaspi»  tələbatı  ödəyirdi.  Təsadüfi  deyil  ki,  qabaqcıl  Azərbaycan  ziyalıları 

Qafqazın digər rusdilli qəzetləri ilə yanaşı «Kaspi»də də çıxış edirdilər. Təəssüf ki, 

«Kaspi»də  daxil  olmaqla,  onların  fundamental  araşdırılması,  təhlil  edilməsi  və 

dəyərləndirilməsi  sovet  dövründə  olduğu  kimi  bu  gün  də  diqqətdən  kənarda 

saxlanılır,  yaxud  problemə  səhlənkar  yanaşılır.  Halbuki,  XIX  əsrin  ikinci 

yarısından etibarən Bakıda kapitalist münasibətlərinin bərqərar olması, sənayenin, 

xüsusi ilə neft istehsalı ilə bağlı sahələrin inkişafı, bu proseslərlə paralel cəmiyyət 

həyatının  digər  sahələrində  –  elm,  mədəniyyət,  təhsildə  baş  verən  canlanmalar 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə