M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə17/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   13   14   15   16   17   18   19   20   ...   211

61 

 

Ən  böyük  «günahı»  isə  «bolşevik  mətbuatı»  ilə  əməkdaşlıq  etməməsində 



olmuşdur.  C.Hacıbəyli  irsinə  bu  cür  münasibət  bəzi  dolaşıqlıqlara  gətirib 

çıxarmışdır. Yaradıcılığı öyrənilməyibsə, təbii ki, imzalarının araşdırılmasından da 

söhbət gedə bilməz. 

«Ədəbiyyat qəzeti» 1993-cü il 5 mart tarixli 9-cu nömrəsində C.Hacıbəylinin 

Əhməd Cavadla bağlı «Azərbaycan» (Münhen, 1952, № 4) jurnalında dərc edilmiş 

iki məqaləsini vermişdir. Məqalələrin təqdim olunması münasibəti ilə yazılmış ön 

sözdə  oxuyuruq:  «Ceyhun  Hacıbəyli  yeddiyə  qədər  imza  ilə  məqalələr  yazıb. 

«C.H.»-


da  həmin  imzaların  biridir.  Yazılanlar  böyük  maraq  doğursa  da, 

C.Hacıbəylinin imzaları barədə ətraflı təsəvvür yaratmır. 

Professor Ş.Qurbanov Ceyhun bəyin imzası haqqında aşağıdakıları deməklə 

kifayətlənmişdir:  «Ceyhun  Hacıbəyov  bütün  məqalələrini  «Dağıstani»  ləqəbi  ilə 

imzalamışdır.  Bu  da  təsadüfi  deyildir:  o,  əslən  Dərbənddən  idi»  (Ş.Qurbanov. 

«C.Hacıbəyov (1891-1962)». «Lit.Azerbaydjan», 1990, № 6, səh.44-45). 

Əlbəttə,  deyilənlərlə  razılaşmamaq  mümkün  deyil.  Lakin  fikrimizcə, 

C.Hacıbəylinin imzası haqqındakı bu qeydləri qənaətbəxş hesab etmək olmaz. Yeri 

gəlmişkən onu da əlavə edək ki, Ceyhun bəy yalnız yaradıcılığının ilk «dövründə 

yazılarına «Dağıstani» imzasını qoyardı (Bax: «Proqress», 1907, № 5). 

Tanınmış jurnalist-tədqiqatçı Qulam Məmmədli 1977-ci ildə «İmzalar» adı 

ilə  nəşr  etdirdiyi  kitabda  yazırdı:  «…göstərilən  çətinliklər  üzündən  bunların 

(imzalar  nəzərdə  tutulur  –  T.A.)  bəziləri  tam  dəqiqləşdirilməmiş,  bir  çox  gizli 

imzalar  kitaba  daxil  edilməmişdir»  (səh.17).  Adı  çəkilən  kitabda  göstərilir: 

«Dağıstani»  -  Cəmaləddin  Məmmədzadə,  «Kaspi»,  «Səda»  (səh.32). 

«Dj.Dağıstani»  -  Cəmaləddin  Məmmədzadə,  «Kaspi»,  1910-1911  (səh.37). 

«C.Dağıstani» - Cəmaləddin Məmmədov, jurnalist» (səh.105). 

Bir  çox  tutarlı,  təkzibolunmaz  faktlar  imkan  verir  ki,  göstərildiyi  kimi 

«Kaspi»  qəzetində  «Dağıstani»,  «Dj.Dağıstani»,  «C.Dağıstani»  imzalarının 

Cəmaləddin  Məmmədzadəyə  aid  olmadığını  söyləyək.  Bunun  üçün 

C.Məmmədzadə  barədə  qısaca  da  olsa,  bəhs  etmək  lazımdır.  C.Məmmədzadə 



62 

 

1864-



cü  ildə  Dərbənddə  anadan  olmuş,  ilk  təhsilini  aldıqdan  sonra  İstanbula 

getmiş,  bir  müddət  orada  qalıb,  sonra  Tiflisə  dönmüş,  Şahtaxtinskinin  buraxdığı 

«Şərqi-Rus» (1904) qəzetində çalışmışdır. Bolşevik ideyalarının alovlu təbliğatçısı 

kimi çıxış edən C.Məmmədzadə az sonra Bakıya gəlir. Bu vaxt Bakı bolşevikləri 

ilk leqal proletar qəzeti «Qoç-Dəvət»in nəşrinə nail olurlar (1906). «Qəzetin işinə 

demokratik  ziyalıların  nümayəndəsi  kimi  professional  jurnalist  Cəmaləddin  əl-

Dağıstani  də  cəlb  edilmişdir».  «O,  «Qoç-Dəvət»in  Azərbaycan  mətnlərinin 

redaktəsində  iştirak  edirdi»  (N.Y.Mageyev.  İz  istorii  psevdonimov  i  anonimov, 

Bakı,  1977,  «Elm»  nəşriyyatı,  səh.32).  «Yeni  İrşad»  qəzeti  C.Məmmədzadənin 

ölümü  münasibəti  ilə  1911-ci il 23 oktyabr tarixli 45-ci  nömrəsində  onu 

«mətbuatımızın  xəstə  və  ac  fəhləsi»  adlandırır,  C.Məmmədzadənin  ölümünü 

«mətbuata və millətə ağır zərbə» kimi qiymətləndirir. C.Məmmədzadə «Səda» ilə 

də  əməkdaşlıq  etmiş,  ən  çətin,  ağır  yükü  öz  çiyninə  götürmüşdür.  O,  ömrünün 

sonunadək  bolşevik  ideyalarına  sadiq  olmuş,  bu  əqidə  uğrunda  hər  cür 

məhrumiyyətlərə,  əzablara  dözərək  gecə-gündüz  çalışmışdır.  Təsadüfi  deyil  ki, 

moll


alar onu «bidin» adlandırırdılar («Yeni İrşad», 1911, № 45). 

«Yeni  İrşad»ın  xatırlatdığımız  nömrəsindən  məlum  olur  ki, 

C.Məmmədzadənin  gizli  imzası  «Dani»  olmuşdur.  Beləliklə,  C.Məmmədzadə 

bolşevik  əqidəli  jurnalist  olmuş,  əsasən  «Şərqi-Rus», «Qoç-Dəvət»,  «Səda» 

qəzetlərində  çalışmış,  məqalələrini  daha  çox  «Dani»  gizli  imzası  ilə  dərc 

etdirmişdir.  Bütün  bunlardan  fərqli  olaraq,  C.Hacıbəyli  əsasən,  adları  çəkilən 

qəzetlərdən  məramına,  məqsədinə,  məzmununa  görə  tamamilə  seçilən  «Kaspi» 

qəzeti  ilə  əməkdaşlıq  etmişdir.  C.Hacıbəylinin  dəsti-xətti,  toxunduğu  mövzular, 

məsələlərə  münasibəti  də  özünəməxsusluğu  ilə  seçilir.  C.Hacıbəyli  «Kaspi»də 

demək  olar  ki,  bütün  yazılarını  «Müsəlmanın  qeydləri»  rubrikası  ilə  çap 

etdirmişdir.  Bu  rubrika  isə  qəzetin  səhifəsindən  1917-ci  ilədək  (C.Məmmədzadə 

1911-


ci  ildə  vəfat  etmişdir)  düşməmişdir.  C.Hacıbəyli  bu  müddət  ərzində 

«Kaspi»də  D.,  Dj.,  D.  D.-ni,  D.Dağıstani,  Ceyhun  Dağıstani  imzaları  ilə  yazılar 

vermişdir. 



63 

 

Dil, üslub, mövzu, xüsusilə başqa digər təkzibolunmaz faktlar da sübut edir 



ki, həmin imzalar məhz C.Hacıbəyliyə məxsusdur. Başqa fakt da dediklərimizi bir 

daha təsdiq edir. «Kaspi» qəzetinin 1915-ci ilin 13 fevral tarixli 34-cü sayındakı 

«Biz  nə  etməliyik»  adlı  məqaləsinin  sonunda  «D.Dağıstani»  imzası  yazılmışdır. 

Məqalənin  «P.S.»-i  isə  «D.D.»-ni  ilə  imzalanmışdır.  Deməli,  bütün  əvvəlki  və 

sonrakı «D.D.»-nilər də D.Dağıstaniyə, yəni C.Hacıbəyliyə mənsubdur. 

Qəzetin  201-ci  nömrəsində    (1917-ci  il  8  sentyabr)  Ceyhun  bəyin 

«Kaspi»nin redaktoruna məktubu dərc edilmişdir. Orada Ceyhun bəy qəzet vasitəsi 

ilə  oxucularına  Bakı  müsəlman  cəmiyyətləri  komitəsinin  «Xəbərləri»ndə 

fəaliyyətini dayandırdığını çatdırır və bu barədə Komitə rəhbərlərinə də məlumat 

verdiyini  bildirir.  Məktub  belə  imzalanır:  Ceyhun  Hacıbəyov  (D.Dağıstani). 

G

ətirdiyimiz  sonuncu  fakt  da  sübut  edir  ki,  yuxarıda  sadalanan  imzalar  məhz 



C.Hacıbəyliyə məxsusdur. Yeri gəlmişkən qeyd edək ki, Ceyhun bəy 50-ci illərdə 

qələmə  aldığı  «İlk  Azərbaycan  operası  necə  yarandı»  adlı  xatirəsində  «Kaspi» 

qəzetində  ilk  məqalələrni  «Cey  Dağıstani»  imzası    ilə  yazdığını  göstərmişdir 

(Azərbaycan  Respublikası  S.Mümtaz  adına  Ədəbiyyat  və  İncəsənət  Mərkəzi 

Dövlət Arxivi, 643 №-li fondu). 

C.Hacıbəylinin  imzası  haqqında  bir  qədər  ətraflı  bəhs  etməyimiz  bu 

mövzuda geniş diskussiya açmaq niyyətindən yox, yüzlərlə məqaləsi, onlarca bədii 

əsəri,  xeyli  tərcüməsi  olan  böyük  qələm  sahibinin  mətbuat  və  ədəbiyyat 

tariximizdə layiq olduğu qiyməti vermək istəyindən irəli gəlir. 

 

Yaradıcılığı 



 

Ceyhun  Hacıbəylinin  zəngin  bədii  və  publisistik  yaradıcılığından  bəhs 

edərkən  bu  irsin  məzmununu,  məziyyətlərini,  məram  və  məqsədini  daha  qabarıq 

şəkildə diqqətə çatdırılması, dəyərləndirilməsi üçün onun ədəbiyyat və jurnalistika 

sahəsindəki  fəaliyyətinə  iki  dövrün  kontekstində  nəzər  salmaq  vacibdir: 

hacirətəqədərki və mühacirətdənsonrakı dövrlər. 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə