M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə15/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   11   12   13   14   15   16   17   18   ...   211

55 

 

Beləliklə,  aydın  olur  ki,  təvəllüdlə  bağlı  sonrakı  bütün  dolaşıqlıqlar  məhz 



doğum  şəhadətnamələrindəki  qeyri-dəqiqlikdən  qaynaqlanmışdır.  Bununla  belə, 

məsələ maraqlı olsa da, onu şişirtməyə ehtiyac görmürük. Oğlu Timuçin Hacıbəyli, 

Azərbaycan Xalq Cümhuriyyəti nazirlərindən Mustafa Vəkiloğlu (Parisdə daha bir 

məzar.  «Mücahid»  jurnalı,  №  53-54,  1962),  eləcə  də  silahdaşları  Mehmet 

Altunbay,  Məcid  Musazadə,  Əbdürrəhman  Fətəlibəyli  Düdənginski,  həmçinin 

tədqiqatçıların  əksəriyyəti  Ceyhun  Hacıbəylinin  1891-ci il 3 fevralda anadan 

ol

duğunu yazmışlar. Elə hesab edirik ki, bu fakta diqqəti çəkməklə, həm məsələyə 



bir  aydınlıq  gətirildi,  yanlış  rəqəmlərin  dövriyyədən  çıxarılması  üçün  əsas  oldu, 

həm də C.Hacıbəyli şəxsiyyətinə maraq dairəsinin nə qədər geniş olduğuna diqqəti 

çəkdik. 

Ceyhun  Hacıbəyli  Şuşada  realnı  məktəbdə  -  Haşım  bəy  Vəzirovun  müdir 

olduğu  ikisinifli  rus-müsəlman  məktəbində,  Bakıda  ilk,  Peterburq  və  Parisdə  ali 

təhsilə  yiyələndikdən  sonra  hələ  15-16  yaşlarından  başladığı  mətbu  fəaliyyətini 

daha  da  genişləndirmişdir.  «İttihad»  (1917),  eləcə  də  «Kaspi»nin  əlavəsi  kimi 

çıxan  «İzvestiya»  qəzetlərinə  redaktorluq  edən  C.Hacıbəyli  «İrşad»,  «Proqres», 

«Tərəqqi», «Kaspi», «Baku» kimi qəzetlərə məqalə, felyeton və hekayələr yazırdı. 

C.Hacıbəyli  1907-ci  ilin  sonlarında  «İslamiyyə»  mehmanxanasında  «Leyli  və 

Məcnun»  operasının  tamaşasına  səylə  hazırlaşır,  bu  işdə  qardaşı  Üzeyir  bəyə 

yaxından köməklik göstərir, 1908-ci il yanvar ayının 12-də, o, Tağıyev teatrında 

operanın  ilk  tamaşasında  İbn-Səlam  rolunu  ifa  edir.  Bu  vaxt  o,  Əlibəy 

H

üseynzadənin müdir olduğu «Səadət» məktəbində qardaşı Üzeyir bəylə birlikdə 



müəllim  kimi  fəaliyyət  göstərirdi.  Elə  həmin  il  –  1908-ci  ildə  ali  təhsil  üçün 

Peterburq Universitetinə, bir il sonra – 1909-cu ildə Sorbonna Universitetinə daxil 

olur.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  Ceyhun  bəy  Parisdən  Bakı  qəzetləri  üçün 

məqalələr  göndərirdi.  Ceyhun  Hacıbəylinin  XX  əsrin  ikinci  on  illiyindəki  Bakı 

fəaliyyəti  daha  çox  mühərrirlik,  maarifçilik  və  müəllimliklə  bağlıdır.  Bakıda 

müəllimlərin birinci qurultayının keçirilməsi və tədbirin proqramının hazırlanması 

məqsədi ilə yaradılan komissiyada o, fəal iş aparmışdır («Sədayi-Qafqaz», № 147, 



56 

 

25  noyabr  1918).  C.Hacıbəyli  I  Dünya  Müharibəsi  nəticəsində  Bakıya  pənah 



gətirən  Qars  qaçqınlarına  yardım  etmək  məqsədi  ilə  keçirilən  xeyriyyəçilik 

tədbirlərində  də  fəal  iştirak  etmişdir.  1918-ci  ilin  avqustunda  Ceyhun  Hacıbəyli 

Gəncəyə  gəlir  və  yeni  qurulan  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti  ilə  sıx 

təmas  qurur.  Hökumətin  başçısı  Nəsib  bəy  Yusifbəyli  ona  və  Şəfi  bəy 

Rüstəmbəyliyə  rəsmi  «Azərbaycan»  qəzetini  nəşrə  başlamağı  təklif  edir. 

C.Hacıbəyli  bu  işə  böyük  məmnunluqla  razılıq  verir  və  az  vaxtdan  sonra  – 

sentyabrın 15-də onun redaktorluğu ilə «Azərbaycan»ın ilk nömrəsi işıq üzü görür 

və  C.Hacıbəyli  qəzetin  88  nömrəsinə  redaktorluq  edir. 1919-cu  ilin  yanvarında 

Azərbaycan  Xalq  Cümhuriyyət  hökumətinin  Versal  (Paris)  Sülh  Konfransında 

iştirak etmək üçün Fransaya göndərdiyi nümayəndə heyəti tərkibində C.Hacıbəyli 

də var idi. 

Nümayəndə  heyətinin  məsul  katibi  təyin  olunan  C.Hacıbəyli  redaktoru 

olduğu  qəzetin  1919-cu il 9 yanvar tarixli 83-cü  nömrəsində  «Möhtərəm 

oxucularımıza» adlı müraciətində yazırdı: «Vətən və millət yolunda əlimdən gələn 

xidməti və öhdəmə düşən vəzifəmi qəzetimizin müdiri sifəti ilə ifaya məşğul ikən, 

Vətən  övladlarının  xahiş  və  əmrinə  müti  olaraq  Cahan  Sülh  Konfransına 

göndərilməklə üzərimə daha ağır və məsuliyyətli, lakin müqəddəs bir vəzifə düşdü. 

Bu  böyük  xidməti  möhtərəm  yoldaşlarım  ilə  bərabər  ifa  üçün  Avropaya  getmək 

lazım  olduğuna  görə,  qəzet  idarəsi  işindən  müvəqqəti  olaraq  ayrılıb  əziz 

vətənimizin istiqlalı məsələsinin istədiyimiz yoldakı həlli-hüsn ifasından asılı olan 

məsul  vəzifəmizin  haqqında  var  qüvvəmizlə  çalışacağımızı  əlavə  etməyi  və 

möhtərəm oxucularımıza kamali-sidq və səmimiyyət ilə xudahafiz deməyi özümə 

fərz bildim». 

Bu  məsul  və  şərəfli vəzifə  ona    1920  –ci  ildə  süquta  uğrayan  Azərbaycan 

Xalq  Cümhuriyyəti  hökumətinin  son  tapşırığı  idi.  Ceyhun  bəy  bir  daha  Vətənə 

qayıda  bilməsə  də,    doğma  Azərbaycana    vəfat  edənədək  xidmət  etdi:  son 

nəfəsinədək Azərbaycanla yaşadı, onun istiqlalı uğrunda ideoloji mücadilə apardı, 



57 

 

ölkəmizin  mədəniyyətini  xaricdə  təbliğ  etdi,  onun  qeyri-rəsmi,  lakin  mötəbər, 



xoşməramlı və fədakar təmsilçisi oldu. 

Böyük  xalq  xadimi,  Azərbaycan  Parlamentinin  sədri  Əlimərdan  bəy 

Topçubaşovun (1862-1934)  rəhbərlik  etdiyi  nümayəndə  heyətinə  Məmmədhəsən 

Hacınski (1875-1931), Əkbərağa Şeyxülislamov, Mir Yaqub Mirmehdiyev (1891-

1952), Məmməd Məhərrəmov (1909-1982), Əhməd bəy Ağaoğlu (1868-1939) ilə 

yanaşı  C.Hacıbəyli  də  daxil  idi.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  dünya 

dövlətləri tərəfindən tanınması üçün əsl fədakarlıq nümunəsi göstərən nümayəndə 

heyəti 1920-ci ilin mayınadək «Azərbaycan» adlı bülleten (cəmi 12 nömrə), fransız 

dilində  Azərbaycanın  rəngli  coğrafi  xəritəsini,  üç  kitab  («Qafqaz    Azərbaycan 

Respublikası»,  «Azərbaycanın  iqtisadi  və  maliyyə  vəziyyəti»,  «Azərbaycan 

Respublikası  əhalisinin  antropoloji  və  etnik  tərkibi»)  kitablar  nəşr  etmişlər. 

C.Hacıbəylinin  1919-cu  ilin  sonunda  «Revyu  dö  mond  musulman»  jurnalında 

irihəcmli «İlk müsəlman respublikası» adlı əsəri, «Le temps» qəzetinə müsahibəsi 

(20 noyabr 1920) böyük maraq doğurur. 1925-ci ildə C.Hacıbəylinin təşəbbüsü və 

tərcüməsi  ilə  «Arşın  mal  alan»  operettası  səhnədə  oynanılmışdır.  Bir  il  sonra 

«Revyu  dö  mond  müzulman»  jurnalının  3-cü nömrəsində  dərc  etdirdiyi 

«Azərbaycan  teatrı»  adlı  məqaləsində  Hüseyn  Cavid  və  Cəfər  Cabbarlı 

yaradıcılığından bəhs edilmişdir. Yeri gəlmişkən, bu jurnalla sıx əməkdaşlıq edən 

C.Hacıbəyli  həmin  nəşrdə  1918-ci  ildə  ermənilərin  Bakıda,  Şamaxıda, 

Kürdəmirdə,  Xaçmazda  törətdikləri  vəhşiliklər  barədə  irihəcmli  məqalə  də  dərc 

etdirmişdir. 1926-cı ildə Ceyhun bəyin redaktorluğu ilə mühacirətdə fransız dilində 

«Azərbaycan» jurnalı nəşrə başlamışdır. 

1925-

ci  ildə  «Sosiete  Asiatique»  cəmiyyətinin  «Journal  Asiatque» 



məcmuəsində  C.Hacıbəylinin  «XVIII  əsrin  əvvəllərinin  Azərbaycan  tarixçisi 

Abbas  Qulu  Ağa  Bakıxanov»,  1933-cü  ildə  həmin  nəşrdə  «Qarabağ  dialekti  və 

folkloru  (Qafqaz  Azərbaycanı)  (əsər  1934-cü  ildə  Parisdə  kitab  halında  da  nəşr 

edilmişdir),  1930-cu  ildə  Londonda  «Asiatic  Revie»  məcmuəsində  «Azərbaycan 

mətbuat  tarixi»  məqalələri  dərc  edilmişdir.  C.Hacıbəylinin  mühacirət  dövrünün 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə