M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə16/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   12   13   14   15   16   17   18   19   ...   211

58 

 

araşdırıcısı  Mirzəbala  Əmrahovun  fikrincə,  C.Hacıbəyli  «Kavkaz»  jurnalının 



fransız  nəşrinə  redaktorluq  etmiş,  mühacir  Qafqaz  mətbuatı  ilə  fəal  əməkdaşlıq 

etmiş,  «La  Revue  dö  monde  musulman»,  «Le  bülletin dölomote  France-Orient», 

«La Revue Contemporaine», «La Revue Politique et Parlamentarie», «La Revue 

des Jeunes»,  «Le  Fiqaro»  və bu kimi  mətbu orqanlarla birgə  işləmiş,  bir neçə il 

məşhur «La Revue de deux Mondes» fransız jurnalının əməkdaşı olmuşdur. Həmin 

jurnalın 1934-cü ilin ilk nömrəsində (yanvar) Ceyhun bəyin çox maraqlı «SSRİ-də 

ziyalılar» məqaləsi dərc edilmişdir. 

İkinci  Dünya  Müharibəsinin  başlanması  ilə  əlaqədar  mühacirlərin 

fəaliyyətinə  bir  durğunluq  hakim  kəsilir.  Müharibə  bitdikdən  bir  müddət  sonra 

mühacirlərin  fəaliyyəti  yenidən  canlanır  –  dərnəklər  fəaliyyətə  başlayır,  jurnallar 

nəşr  edilir.  Ankaradakı  Azərbaycan  Kültür  və  Dayanışma  Dərnəyi,  onun  orqanı, 

«Azərbaycan»  jurnalı  və  Münhendəki  Azərbaycan  Milli  Birlik  Məclisi,  onun  iki 

dildə (Azərbaycan, rus) nəşr olunan «Azərbaycan» jurnalı xüsusi fəallıq göstərirdi. 

Bu dərnəklər, ümumiyyətlə mühacirətin Türkiyə və Avropa qanadları arasında bir 

sıra ciddi ixtilaflar olsa da (admiral Kerkin rəhbərlik etdiyi «Amerika Komitəsi» və 

rus mühacirləri ilə əməkdaşlıq məsələləri və s. kimi problemlərə görə), onların əsas 

ideyası,  məqsədi  Azərbaycanın istiqlalı məsələsi olmuşdur və  hər  iki  düşərgə bu 

müqəddəs amal uğrunda mücadilə etmişdir. 

Ce

yhun  Hacıbəyli  «Azərbaycan  Milli  Birlik  Məclisi»  idarə  heyətinin  üzvü 



və məclisin orqanı olan «Azərbaycan» jurnalının (1952-1954) redaktoru olmuşdur. 

Azərbaycan  legionerlərinin  lideri  Əbdürrəhman  bəy  Fətəlibəyli  Düdənginskinin 

sədrlik  etdiyi  «Azərbaycan  Milli  Birlik  Məclisi»  mühacirət  tarixində  qısa,  lakin 

silinməz  iz  buraxmışdır.  C.Hacıbəyli  «Azadlıq»  radiosunun  yaradıcılarından, 

Münhendə  fəaliyyət  göstərən  SSRİ-ni  öyrənən  institutun  fəal  üzvü  olmuşdur.  O, 

həmin  institutun  Parisdə  fransızca  nəşr  etdiyi  «Qafqaz»  jurnalının  Azərbaycan 

bölməsində gedən yazıları redaktə etmişdir. 1959-cu ildə institutun xətti ilə Ceyhun 

Hacıbəylinin  məşhur  «Azərbaycanda  islam  əleyhinə  təbliğat  və  onun  metodları» 

əsəri çap olunmuşdur. 



59 

 

Bəzən qələm sahibləri bir nəfərin öz əqidəsinə və məsləyinə sədaqətini izhar 



etmək  üçün  «son  nəfəsinədək»  ifadəsindən  istifadə  edirlər.  Bu  sözlər  Ceyhun 

Hacıbəylinin  ünvanına  çox  yaraşır.  O,  həqiqətən  mənalı  həyatını  bütünlüklə 

Azərbaycana, onun istiqlalı uğrunda mücadiləyə həsr etmişdir. Vəfatından üç gün 

əvvəl  1962-ci  ilin  19  oktyabrında  yazdığı  və  Azərbaycan  Xalq  Cümhuriyyətinin 

sonuncu daxili işlər naziri Mustafa Vəkiloğluna ünvanladığı məktub fikrimizi bir 

daha  təsdiqləyir.  Bu  gün  də  aktual  səslənən  həmin  sənədlə  bağlı  H.Xəzərin 

«Mücahid» jurnal

ında  «Ceyhun  bəyin  vəziyyəti»  adlı  məqaləsi  dərc  olunmuşdur 

(№ 53-54, fevral 1963). Müəllif Ceyhun Hacıbəylinin Azərbaycanın istiqlalı üçün 

mühacirlərin  tək  bayraq  altında  birləşmələrini  və  mübarizə  aparmalarını 

arzuladığını, hər cür qruplaşmaya qarşı olduğunu bildirdiyini qeyd edir və göstərir 

ki, onun M.Vəkiloğluna yazdığı «mühacirəti bir yerə toplamağa səy ediniz, bu çox 

mühümdür»  vəsiyyəti  də  bu  istəkdən  irəli  gəlirdi.  Ceyhun  bəy  bu  arzu,  ideal  və 

məramla yaşadı, bu istəklə də həyatdan köçdü (1962-ci il). Qəbri qürbətdə - Parisin 

Sen-

klu  qəbiristanlığında  olan  istiqlal  aşiqinin  ruhu  istiqlalını  qazanmış  ulu 



Azərbaycandadır,  erməni  tapdağı  altında  inləyən  doğma  Şuşaya  həsrətlə,  ümidlə 

baxır. 


 

İmzaları 

 

Ədəbi-mədəni-mənəvi  irsimizə  sinfi  və  partiyalı  münasibət  bəsləyən  sovet 



rejimi və kommunist ideologiyası milli maraqlara xidmət edən sərvətə daim qərəzli 

və saxtakar münasibət göstərmişdir. Təsadüfi deyil ki, mətbuat tariximizin nəhəng 

simalarından  olan  Ceyhun  Hacıbəylinin  adına,  təxəllüsünə,  imzalarına  sovet 

dönəmində  nə  elmi-tədqiqat  əsərlərdə,  nə  müvafiq  dərsliklərdə,  nə  də  hansısa 

nəşrdə rast gəlinmişdir. 

Ötən  əsrin  80-ci  illərinin  ortalarında    “  Vətən”  Cəmiyyətinin    ünvanına 

Parisdən C.Hacıbəylinin oğlu Timuçin Hacıbəylidən daxil olan məktubda deyilirdi 

ki, onun atası inqilabdan əvvəl Azərbaycan mətbuatında «Dj.Dağıstani» imzası ilə 




60 

 

çox  sayda  məqalə  dərc  etdirmişdir.  Məhz  bu  informasiyadan    sonra  biz  uzun 



müddət arxivdə qəzet səhifələrini, xüsusi ilə «Kaspi»ni vərəqləməyə başladıq… 

Yeri  gəlmişkən  qeyd  edək  ki,  Azərbaycan  müstəqilliyini  yenidən  bərpa 

etdiyi illər ərəfəsində  ədəbi-mədəni, ictimai-siyasi fikir tariximizdə müstəsna rol 

oynamış C.Hacıbəylinin (1891-ci il Şuşa – 1962-ci il Paris) həyat və fəaliyyətinə 

dair  bir neçə sanballı məqalə yazılmışdır. Bu mənada professor Şamil Qurbanovun 

«Üzeyir  bəyin  qardaşı»  («Bakinskiy  raboçi»  qəzeti,  1988,  12  mart)  və  «Ceyhun 

bəy  Hacıbəyov  (1891-1962)»  («Lit.Azerbaydjan»,  1990,  №  6),  prof.    Vilayət 

Quliyevin  «Dünyanı dolaşan dünya ömürlü «Azərbaycan» («Azərbaycan» qəzeti, 

1991,  19  aprel),  Mövlud  Yarəhmədovun    «C.Hacıbəyli  həm  də  şair  idi» 

(«Ədəbiyyat  qəzeti»,  1992,  7  avqust),  Nailə  Muradəliyevanın    «Naməlum 

tərcümə»  («Ədəbiyyat  və  incəsənət»  qəzeti,  1989,  14  iyul)  məqalələri  qeyd 

olunmalıdır. 

Heç şübhəsiz, C.Hacıbəylinin mənən Vətənə qayıtmasında, xaricdəki ədəbi-

mədəni  irsimizin  toplanmasında  Ramiz  Abutalıbovun  misilsiz  xidmətləri 

olmuşdur.  Təmənnasız,  şəxsi  təşəbbüsü  hesabına  mühacirətdəki  mədəni-mənəvi 

sərvətlərimizi  toplayan  R.Abutalıbov  C.Hacıbəyliyə  məxsus  yüzlərlə  sənədi 

Parisdən  gətirməklə  böyük  qələm  sahibinin,  alovlu  vətənpərvərin  həyat  və 

fəaliyyətini  dərindən  öyrənməyə  imkan  yaratmış  oldu.  «Ceyhun  Hacıbəyli» 

(tərtibçilər:  M.Teymurov,  A.Aslanov)  adı  ilə  buraxılmış  kitab  bu  mənada  çox 

faydalıdır.  Topluya  C.Hacıbəylinin  mühacirətdə  yazdığı  əsərlərin  bir  qismi  daxil 

edilmişdir. Bu barədə aşağıda bəhs ediləcəkdir. Ceyhun bəyin mühacirətəqədərki 

fəaliyyəti də son dərəcə zəngin və maraqlı olmuşdur. 

C.Hacıbəylinin 1919-cu ilədək yaradıcılığını araşdırmaq, bu barədə qəti söz 

demək  üçün  hər  şeydən  əvvəl  müəllifin  həmin  dövrdəki  imzalarını 

müəyyənləşdirmək  lazımdır.  Məhz  bundan  sonra  C.Hacıbəylinin  Parisə 

getməsinədək  olan  dövrdə  mətbuat  və  ədəbiyyatımızdakı  yeri  və  rolu  barədə 

danışmaq  olar.  Məsələ  burasındadır  ki,  illər  uzunu  mətbuat  tariximiz  birtərəfli, 

bəzən  qərəzli  araşdırıldığından  C.Hacıbəyli  yaradıcılığından  bəhs  edilməmişdir. 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə