M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə14/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   10   11   12   13   14   15   16   17   ...   211

50 

 

bir ziyaf



ət verdi. Hüseyn bəy də  bulundu. Bu ziyafətde  bir  çox  “Bolşevik-

K

ommunist” Azarbaycanlılarla bərabər sənin də şərəfinə badənuş olduq. “Tamada” 



s

ənin mədhü  sitayişində  bulunduqdan sonra “alaverdi Hüseyn bəyə”-  deyərək 

idar

əyi-akdah etdi [şərəfinə qədəh qaldırdı].   



Ədhiyə  ilə  Afəs, cümlənizə  ərzi-hörmət və  salam edirlər  və  Gültəkinin, 

S

əmədin, Tezərin, Sürəyyanın  gözlərindən öpürlər.  Əbdürrəhmana məktub 



yazark

ən bizlərdən də salam yazmağı unutmamalarını rica edərlər, əfəndim.  

Muhibbin Hüseyinzad

ə Əli  


Baküd

ən bir kartpostal [açıqça] göndərdimdi, bilməm aldınızmı?  

Feyzav

ər, Məhməd və  Səidə  cümlənizin  əllərindən və  gözlərindən öpərək 



ərzi-salam və ehtiram edirlər.    

 

 



 


51 

 

 

 

 

 



 

 

 



 


52 

 

 



 

 

 



 

Mətbuatın mümtaz siması, istiqlal mücahidi 

 

Azərbaycanın  ədəbi-mədəni,  mətbu,  ictimai-siyasi  həyatında  parlaq  iz 



qoymuş, lakin sovet rejim və bolşevik ideologiyasının mövcud olduğu illərdə irsi, 

şəxsiyyəti  unutdurulmağa  çalışılan  yazıçı-publisist,  tərcüməçi,  naşir,  redaktor, 

folklorşünas, sovetoloq,  diplomat, ictimai xadim, Azərbaycanın istiqlal mücahidi, 

mühacirətin  fəal  üzvlərindən  və  təşkilatçılarından  biri  Ceyhun  Hacıbəyli 

xalqımızın  tarixində  və  taleyində  intibah  dövrü  kimi  dəyərləndirilən  XX  əsrin 



53 

 

əvvəllərində yetişən görkəmli xalq xadimləri ilə bir sırada durur. SSRİ-də «aşkarlıq 



və  yenidənqurma»  adı  ilə  məşhur  olan  siyasi  kursa  start  verildikdən  bir  müddət 

sonra – 


XX əsrin 80-ci illərinin II yarısından Mərkəzlə – Moskva ilə müqayisədə 

ləng  və  qeyri-qənaətbəxş  proses  olsa  da,  Azərbaycanda  da  milli-mənəvi,  tarixi 

dəyərlərə yeni münasibətə meyl, maraq var idi. Ölkəmizdə milli azadlıq – Meydan 

hərəkatı  başlanandan  sonra  bu  proses  yeni  mərhələyə  qədəm  qoydu.  Kütləvi 

informasiya mənbələrində, xüsusi ilə dövrün qabaqcıl mətbu orqanlarında – «Odlar 

yu

rdu», «Elm», «Səhər», «Gənclik», «Azadlıq» kimi nəşrlərdə Sovet hakimiyyəti 



illərində  ört-basdır  edilmiş  bir  çox  həqiqətlər,  hadisələr  şəxsiyyətlər  barəsində 

maraqlı  materiallar  verilməyə  başladı.  Diqqətçəkən  mövzulardan  biri  də 

Azərbaycanın  böyük  övladı  Üzeyir  Hacıbəylinin  kiçik  qardaşı  Ceyhun 

Hacıbəylinin həyat və yaradıcılığı idi. 

Azərbaycan istiqlal mücadiləsi və mətbuatı tarixində mühüm xidmətləri olan 

Ceyhun  Hacıbəyli  haqqında  daha    dolğun  təəssürat  yaratmaq  üçün  onun  həyatı, 

fəaliyyəti və yaradıcılıq yolunu xronoloji ardıcıllıqla izləyək. 

 

Şuşadan başlanan yol 



 

Ceyhun  bəyin  təvəllüd  tarixi  ilə  bağlı  müxtəlif  mənbələrdə  fərqli  tarixlərə 

təsadüf edilir. Onun vəfatı ilə əlaqədar Münhendə nəşr olunan «Naşe obşeye delo» 

adlı mühacir qəzetinin 1962-ci il 21 oktyabr tarixli 157-ci nömrəsində oxuyuruq: 

«C.Hacıbəyli 1891-ci il fevralın 3-də Şuşada (Azərbaycan) anadan olmuşdur. Orta 

təhsilini  Şuşa  və  Bakının  realnı  məktəblərində  almış,  sonra  Peterburq 

Universitetinə  daxil  olaraq  hüquq  fakültəsini  bitirmişdir.  Daha sonra o, Parisin 

Sorbonna Universitetində Ali Texniki məktəbdə təhsil almışdır». Salman Mümtaz 

adına Azərbaycan Respublikası Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət arxivində 

C.Hacıbəylinin  fondunu  işləyən  arxeoqraf  A.Aslanov  sənədin  müqəddimə 

hissəsində yazır ki, C.Hacıbəyli 1891-ci ildə fevral ayının 2-də məşhur Hacıbəyli 

qardaşları –  Üzeyir,  Zülfüqarın  ailəsində anadan  olmuşdur.  Müəllif  «fevral 2»-si 




54 

 

tarixini  hansı  məxəzdən  aldığını  göstərməsə  də,  fakt  özlüyündə  maraq  doğurur. 



Bundan  xeyli  əvvəl  –  1987-ci  ildə  arxivşünas  Mövsüm  Əliyev  «Ədəbiyyat  və 

incəsənət»  qəzetində  dərc  etdirdiyi  (№  41  (2280)  «Ceyhun  Hacıbəyli»  adlı 

məqaləsində də Ceyhun bəyin 1891-ci il fevralın 2-də anadan olduğunu yazmışdı. 

Jozef  Kastani  adlı  müəllif  Parisin  aylıq  illüstrasiyalı  «Frans-islam»  adlı  jurnalın 

29-

cu  nömrəsində  (1925-ci  il)  dərc  etdirdiyi  «Azərbaycanın  teatrı  Parisdə»  adlı 



məqaləsində  C.Hacıbəylinin  1891-ci  ildə  anadan  olduğunu  yazır.  Ay  və  gün 

göstərilmir. Məsələ burasındadır ki, doğum günü barədə dolaşıqlığı Ceyhun bəyin 

elə  özü  yaratmışdır.  Parisdə  öz  xətti  ilə  doldurduğu  anketlərdən  birində  təvəllüd 

tarixini «1891-

ci il 3 fevral» göstərmişdir (ARMDƏİA, fond 649, iş № 225). 60-cı 

illərin  əvvəllərində  –  ömrünün  sonuna  yaxın  qələmə  aldığı  «İlk  Azərbaycan 

operası  necə  yaranmışdır»  əsərini  C.Hacıbəyli  belə  başlayır:  «Musiqi  lap  kiçik 

yaşlarımızdan qardaşım Üzeyirlə (o məndən üç yaş böyük idi) məni cəlb etmişdir. 

Əgər  Ü.Hacıbəyovun  doğum  tarixini  1885-ci  il  götürsək,  onda  belə  çıxır  ki, 

Ceyhun  bəy  1888-ci  ildə  anadan  olmuşdur.  Yox,  əgər  C.Hacıbəylinin  öz  əli  ilə 

doldurduğu  anketə  əsaslansaq  və  Ü.Hacıbəylinin  doğum  tarixini  1885-ci il kimi 

götürsək, onda onların arasındakı yaş fərqinin 6 il olduğu üzə çıxar və bu inandırıcı 

deyil. Üzeyir bəyin təvəllüdü ilə bağlı Üzeyirşünaslar arasında ciddi fikir ayrılığı 

olmasa da, burada da diqqətçəkən məqamlar var. Məs.: jurnalist- salnaməçi Qulam 

Məmmədli  «Üzeyir  Hacıbəyov  (1885-1948)»  adlı  əsərində  yazır:  «..., 

Ü.Hacıbəyovun  şəhadətnaməsi  1886-cı  ildə  yazılmışdır.  Şəhadətnamənin 

Azərbaycan  mətnində  il  –  1886-cı  il,  rus  mətnində  –  1887-ci  il  göstərilmişdir. 

Maraqlıdır ki, Ceyhun Hacıbəyli təvəllüdlə bağlı rəqəmlərin nə vaxtsa, söz-söhbətə 

səbəb ola biləcəyini də duyubmuş kimi, özü də bu mövzuya biganə qalmamışdır. 

Ötən əsrin 50-ci illərində qələmə aldığı «Bir il xəyallarda… və bütöv bir ömür» 

adlı  memuarında  Ceyhun  bəy  yazır  ki,  qardaşlarımın  doğum  haqqındakı 

şəhadətnamələrində  qeyri-dəqiqlik  ucbatından  ilk  təhsil  üçün  onların  məktəbə 

qoyulmasında problem yaranmışdı. 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə