100
cəhd göstərmişlər. Amma buna nail olmamışlar. Erməni, yəhudi, gürcü xeyriyyə
cəmiyyətlərinin tarixi isə on illərlə ölçülür. İlk dəfə «Cəmiyyəti-xeyriyyə»
fəaliyyətə başlamışdı. Onun qarşısında kasıb müsəlmanlara yardım etmək,
həmçinin müsəlman şagirdlərin orta və ali təhsil almasına kömək etmək vəzifələri
dururdu.
Təsisçilərinin varlı və ziyalıların olduğu «Cəmiyyəti-xeyriyyə»nin 10 illik
fəaliyyəti haqqında danışanda, heç şübhəsiz, onu digər xalqların bu cür təşkilatları
ilə maliyyə və təsir imkanları baxımından eyniləşdirmək olmaz. Bununla belə,
«Cəmiyyəti-xeyriyyə» də xalqın həyatında müəyyən iz qoymuşdur. 1914-cü ildən
–
müharibə başlayandan sonra Cəmiyyətin fəaliyyət dairəsi xeyli genişlənmişdir.
«1915-
ci il müsəlman həyatı» adlı məqaləsində C.Hacıbəyli həyatın digər sahələri
kimi maarifçilikdə, xüsusilə qızların təhsilində görülən işləri qiymətləndirir, qeyd
edir ki, bu sahədə fəaliyyət gücləndirilməlidir («Kaspi» qəzeti, 1915-ci il, 1 yanvar,
№ 1; 3 yanvar, № 2; 8 yanvar, № 5; 9 yanvar, № 6, 13 yanvar, № 9; 15 yanvar, №
11).
Ceyhun Hacıbəyli xeyriyyə cəmiyyətlərinin mədəni-maarif sahəsindəki
fəaliyyətləri ilə yanaşı, digər tədbirlərindən də müntəzəm yazmışdır. Təəssüflər ki,
ayrı-ayrı xeyriyyəçilərin və xeyriyyə cəmiyyətlərinin işi heç də həmişə təqdirəlayiq
olmamışdır. Ceyhun bəy belə hallara göz yummamış, həyəcan təbili vurmuş,
cəmiyyətin diqqətini müşahidə etdiyi nöqsana tərəf yönəltməyə çalışmışdır.
«Aktyora kömək edin» adlı məqalədə şöhrətli komik aktyor Mirzə Ağa Əliyevin
böyük maddi köməyə ehtiyacı olduğunu yazır və xeyriyyəçiləri yardıma çağırır
(«Kaspi» qəzeti, 1912-ci il, 31 oktyabr, № 246). «Cəmiyyətin artistə ehtiramı»nda
müəllif yenidən bu mövzuya qayıdır («Kaspi» qəzeti, 1912-ci il, 14 noyabr, №
258). Kədərlə qeyd edir ki, çağırışlarımıza baxmayaraq, istedadlı artistə indiki
vəziyyətində əl tutan yoxdur. Müəllif qəzəblə yazır ki, M.Əliyevə yardım niyyəti
ilə səhnəyə qoyulan «Nadir şah» tamaşasına da dəvət edilənlərdən savayı heç kim
gəlməmişdir. C.Hacıbəyli məqaləsini belə bitirir: «Buna nə ad vermək olar:
diqqətsizlik, yoxsa bundan daha pis?»
101
Bir müddət sonra C.Hacıbəyli taleyin hökmü ilə yenə bu mövzuya toxunmalı
olur. Bu dəfə o, vərəm xəstəliyinə tutulan şöhrətli səhnə ustası Hüseyn
Ərəblinskinin təcili köməyə ehtiyacı olduğunu yazır. Üzünü xeyriyyə
cəmiyyətlərinə, varlılara, gənclərə tutur, onlara müraciət edir ki, ilk artistimizə
yardım etsinlər. Sonra gec olar («Kömək lazımdır». «Kaspi» qəzeti, 1913-cü il, 24
avqust, № 190). Amma bu dəfə də publisistin harayına cavab verən tapılmır.
«Müsəlman səhnəsinin ilk istedadlı artisti ağır xəstələnib yardım üçün əlini
cəmiyyətə uzatmışdı. O cəmiyyətə ki, ona çox əl çalmışdı». Bəs cəmiyyət artistin
müraciətinə necə cavab verdi? Biganəliklə, laqeydliklə. Cəmiyyət susdu. Tək-tək
adamlar kömək əli uzatdı. C.Hacıbəyli üzünü oxuculara tutub təəssüflə soruşur:
«Belə vəziyyətdə yaşadığımız mühiti «cəmiyyət» adlandırmaq olarmı?» («Kaspi»
qəzeti, «Bizdə cəmiyyət varmı?» məqaləsi, 1913-cü il, 8 sentyabr).
Cəmiyyətdə bir qisim adamlar var ki, onlar hay-küysüz, səssiz-səmirsiz iş
görməklə, xalqa fayda verməklə məşğuldurlar. Onlar şan-şöhrət naminə yox,
xalqın tərəqqisi, maariflənməsi üçün ömür-günlərini şama döndərirlər.
C.Hacıbəylinin fikrincə, bu cür şəxsiyyətlərdən biri, «xalqın xilaskarı», «xalq
ziyalısı» İmran Qasımovdur («Xalq xadiminin xatirəsi» məqaləsi, «Kaspi» qəzeti,
1914-
cü il, 11 fevral, № 34). C.Hacıbəylinin qəti qənaətinə görə «…İmran
Qasımovun sayəsində ilk müsəlman operası işıq üzü görmüşdür. İndi çox populyar
olan ziyalılardan biri ilk opera haqqında söhbət düşəndə demişdi: - Cənablar, bir
baxın, heç ermənilərin öz operası yoxdur, biz onu necə səhnəyə qoya bilərik?»
İ.Qasımov çoxları kimi «bundan heç nə olmaz» - deməmişdi. Əksinə, o,
həvəsləndirir, «hər cür süni və təbii maneələrə sinə gərirdi». Operanın ilk məşqi də
mərhumun mənzilində keçmişdi. Məqalənin sonunda C.Hacıbəyli xalq qarşısında
böyük xidməti olan belə bir şəxsiyyətin adının əbədiləşdirilməsinin zəruri
olduğunu söyləyirdi.
Mətbuat və mədəniyyət tariximizdə silinməz iz buraxmış «Əkinçi» qəzetinin
redaktoru Həsən bəy Məlikovun vəfatının beş illiyi münasibətilə C.Hacıbəyli
yazırdı ki, hər bir jurnalistin borcudur ki, bu əlamətdar tarixi günü qeyd etsin. «Bu
102
ictimai və mənəvi şüura təsir edir, onu dirçəldir» («Həsən bəy Məlikovun
xatirəsinə» məqaləsi, «Kaspi» qəzeti, 1914-cü il, 28 noyabr, № 267). C.Hacıbəyli
H.Məlikovu «nəhəng» adlandırır və yazırdı: «O, bizim cəmiyyəti belə xarakterizə
edirdi: Çağırıram-gəlmir, göstərirəm-görmür, deyirəm-eşitmir». C.Hacıbəyli öz
ustadının dedikləri ilə razılaşır və bu qənaətə gəlirdi ki, istəyə nail olunanadək
çalışmaq lazımdır. Verdiyi sözə sadiq olan Ceyhun bəy böyük alim və maarifçi
mühərrir Həsən bəy Zərdabinin vəfatının 7 illiyi münasibəti ilə yazırdı: «Bu gün
müsəlman-maarif işinin pioneri sayılan H.Məlikovun ölümündən 7 il keçir.
Gurultulu nitq və təntənəli mərasimlə dəfn olunan Məlikovun vəfatından 7 il keçir»
(«Kaspi» qəzeti, 1914-cü il, 29 yanvar, № 10). Məqalə müəllifi mərasimdən sonra
H.Məlikova münasibətlə bağlı hansı işlər görüldüyünü araşdırmaq istəyir. Bu
qənaətə gəlir ki, «deyəsən, o çıxışları elə həmin gün külək aparmışdı…».
«Böyük xalq xadimi təntənə ilə dəfn olundu, qəzetlər iki-üç gün yazdı, şəkil
və tərcümeyi-halı dərc edildi. Vəssalam. Müsəlman cəmiyyəti bu nəhəng
şəxsiyyəti unutdu. Həsən bəyə abidə qoymadı. Mərhuma baş daşı qoymaq üçün
onun xanımına yardım belə etmədi». C.Hacıbəyli bu münasibətin təsirindən
hiddətlə yazırdı ki, vəhşilər belə öz liderlərinin qəbrini abadlaşdırır, bəzəyirlər.
Görünür, C.Hacıbəyli bir qədər əvvəl «Müsəlmanın qeydləri»ndə cəmiyyətin
diqqətini bu məsələyə yönəldəndə ümid edirdi ki, xeyriyyə cəmiyyətləri onun
dediklərindən nəticə çıxaracaq («Kaspi» qəzeti, 1915-ci il, 29 yanvar, № 29).
Bütün həyatını xalqa həsr etmiş, xalq naminə şəxsi səadətdən imtina etmiş, bir çox
sahələrdə pioner olan bu şəxsə müsəlman cəmiyyətində adi baş daşı qoymağa pul
tapılmadı.
Ceyhun bəy böyük satira ustası Mirzə Ələkbər Sabir və xalqın tərəqqisi,
maariflənməsi yolunda ömrünü şama döndərən Haşım bəy Vəzirovun da irsinin
toplanması, gələcək nəslə çatdırılması, adlarının əbədiləşdirilməsini çox zəruri
vəzifə kimi irəli sürürdü («Bir ölüm ətrafında», «Kaspi» qəzeti, 1913-cü il, 20
aprel, № 87, «Kədərli ildönümü», «Kaspi» qəzeti, 1917-ci il, 5 fevral, № 29).
Dostları ilə paylaş: |