97
dərin nüfuz etməsinin nəticəsidir ki, C.Hacıbəyli geniş oxucu kütləsinin diqqətini
bu sahəyə məharətlə yönəldə bilmişdir.
I Dünya müharibəsinin acı, ağır nəticələri Bakıda da kədərli mənzərə
yaratmışdı. On minlərlə Qars qaçqını Bakıya pənah gətirmişdi. Onların vəziyyəti
xeyriyyəçilik hərəkatını zəruri etmişdi. Məhz belə bir şəraitdə C.Hacıbəyli
xeyriyyəçiliyin yayılması üçün fədakarlıqla çalışır, xeyriyyəçiliyin inkişafına təkan
verir, imkanlıların bu işə səfərbər olunmasına səy göstərirdi. C.Hacıbəyli «1912-ci
il müsəlman həyatı» adlı məqaləsində göstərirdi ki, yenicə yaranmış «Nicat» və
«Səfa» cəmiyyətləri fəaliyyətlərini genişləndirmiş, məktəblər açmış, səhnəyə yeni
tamaşalar qoymuşlar» («Kaspi» qəzeti, 1913, 1 yanvar, № 1, 3 yanvar, № 2, 4
yanvar № 3). «Nəşri-maarifin məktəbləri» adlı məqalədə C.Hacıbəyli yazırdı ki,
hazırda bu cəmiyyətin məktəblərində 600 nəfər uşaq təhsil alır («Kaspi» qəzeti,
1913, 17 iyul, № 153). Fərəhləndiricidir ki, son vaxtlar qızların təhsilə
yiyələnmələri geniş yayılır. «Nəşri-maarif»in məktəblərində 30 nəfər qız təhsil alır.
Müəllif mövcud vəziyyəti işıqlandırmaqla kifayətlənmir, cəmiyyətin vəzifələri
haqqında bəhs edirdi.
C.Hacıbəyli cəmiyyətdəki tərəqqipərvər qüvvələrin birləşməsi, onlar
arasındakı fikir ayrılığının ümumi işə ziyan verməməsi naminə var qüvvəsi ilə
çalışmışdır. Müəllif həmişə xeyriyyə cəmiyyətlərini əməkdaşlıq etməyə,
birləşməyə səsləmişdir («Kaspi» qəzeti, 1912, 21 noyabr, № 264). Onun «Aydın
deyil» adlı məqaləsi də bu təmiz niyyətə xidmət edir. Müəllif xeyriyyəçilik,
xüsusilə maarifçilik sahəsində «Səfa» və «Nicat» cəmiyyətlərinin xidmətini təqdir
edir. Sonra qeyd edir ki, hər iki cəmiyyət eyni məqsədə qulluq edir, eyni vəzifələri
həyata keçirir. Onların birləşməsinə nə mane olur? Axı, bu iki qüvvə birləşərsə,
birgə hərəkət edərsə, daha böyük uğurlar qazanılar.
Salnaməçi-jurnalist öz ənənəsinə sadiq qalaraq 1914-cü ildə qələmə aldığı
«1913-
cü ildə müsəlman həyatı» adlı məqaləsində ədəbiyyat, teatr, incəsənət,
mədəniyyət və s. sahələrlə yanaşı maarif sahəsindəki nailiyyətlərindən, o cümlədən
«Nəşri-maarif» Cəmiyyətinin fəaliyyətindən ətraflı bəhs etmişdir. «İşığın şüası»
98
adlı məqaləsində müəllif mövzu dairəsini bir qədər də genişləndirmiş, «Cəmiyyəti-
xeyriyyə», «Səfa», «Nicat», «Nəşri-maarif» cəmiyyətləri haqqında sanballı məqalə
yazmışdır («Kaspi» qəzeti, 1914-cü il, 18 noyabr, № 259). Müəllif maarifçiliyi
yaymaq, məktəblər açmaq sahəsində bu cəmiyyətlərin rolunu yüksək
qiymətləndirməklə, təqdir etməklə yanaşı, daha böyük nəticələrə nail olmaq
yollarından söhbət açmışdır.
«1914-
cü ildə müsəlman həyatı» adı ilə dərc olunmuş yazısında Ceyhun bəy
yazırdı ki, xalq arasında maarifi və mədəniyyəti yayan maarif cəmiyyət və
təşkilatlarının sayı artmışdır («Kaspi» qəzeti, 1915-ci il, 1 yanvar, № 1, 6 yanvar,
№ 4, 9 yanvar, № 6). «Səadət», «Səfa», «Nicat» cəmiyyətləri xeyli iş görmüşdür.
İlk qadın xeyriyyə cəmiyyəti yaradılmışdır.
C.Hacıbəyli «Nəşri-maarifin məktəbləri» adlı məqaləsində cəmiyyətlə Bakı
quberniyası və Dağıstan vilayəti xalq məktəblərinin direktorluğu arasındakı
mübahisə doğuran məsələlərdən bəhs etmişdir («Kaspi» qəzeti, 1915-ci il, 26 may,
№ 114, 2 iyun, № 120). Müəllif «Nəşri-maarif»in Bakı və ümumiyyətlə Qafqazın
həyatında oynadığı müsbət rolu yüksək qiymətləndirir, göstərir ki, özünün 8 illik
fəaliyyəti dövründə cəmiyyət müsəlman kütlələrinin savadlanmasında misilsiz rol
oynamışdır. Müəllif 5-6 il əvvəlin mənzərəsini təsvir edir, xatırladır ki, həmin vaxt
məktəb adı çəkiləndə onun əleyhdarları necə qıcıqlanırdılar. Məktəbə, maarifə az
qala «şeytan əməli» kimi baxırdılar. «Nəşri-maarif» Cəmiyyəti məhz belə bir
şəraitdə fəaliyyətə başlamışdı. Böyük səy, işə alovlu məhəbbət maarifçilər
qarşısına çəkilmiş, süni, təbii maneələri məhv etdi. Onlar ötən illər ərzində parlaq
nəticələr qazandılar. Fəaliyyətinin ilk dövründə «Nəşri-maarif» təkcə Bakıda iş
görürdüsə, sonradan o, kəndlərdə də maarifi yaymağa başladı. «Rus-tatar
məktəblərindən başqa şəhərdə elə bir məktəb yox idi ki, az, ya çox dərəcədə
müsəlman uşaqları, sözün müasir mənasında təhsilə yiyələnsinlər». Cəmiyyətin
rəhbərləri gözəl bilirdi ki, təhsil işinin düzgün həyata keçirilməsi üçün təkcə
məktəbin olması kifayət deyil, həm də hazırlıqlı müəllimlərin olması zəruridir.
Seminariya və institut təhsilli müəllimlər azlıq edir, onlar da xidmət şərtləri daha
99
s
ərfəli olan dövlət müəssisələrində işləməyi üstün tuturdular. Odur ki, «Nəşri-
maarif» müəllim hazırlığı üçün əməli tədbir görürdü. «Darülmüəllim» 3 illik
fəaliyyəti dövründə 28 nəfər müəllim buraxmışdı. Həmin müəllimlər «Nəşri-
maarif»in, «Səadət» və başqa cəmiyyətlərin məktəblərində dərs deyirdilər.
Kənddə fəaliyyətini genişləndirən «Nəşri-maarif» ilk vaxtlar ciddi
müqavimətə rast gəldisə də, işin düzgün təşkili, adamlarla yaxın münasibət tezliklə
öz faydasını verdi. Qısa müddətdə 14 kənddə 16 ibtidai məktəb açıldı ki, bu maarif
müəssisələrində 1200 nəfər kəndli uşağı təhsil alırdı. Əlamətdar faktdır ki, təhsil
alanlar arasında qızlar da (130 nəfər) vardı. Elə təkcə bu faktın özü Cəmiyyətin
kənddə etibarına, nüfuzuna dəlalət edir. «Nəşri-maarif»in müəllimləri əvvəlcədən
xəbərdar edilirdilər ki, onlar təhsil məsələlərində yalnız direktorluğa, bütün digər
məsələlərdə, o cümlədən maliyyə-təsərrüfat işində Cəmiyyətə tabedirlər.
C.Hacıbəyli direktorluq və Cəmiyyət arasındakı ixtilafa işarə vuraraq göstərirdi ki,
m
əktəblərin açılması, fəaliyyəti ilə bağlı bütün təşəbbüs və məsuliyyət Cəmiyyətin
üzərinə düşür. Direktorluğun fəaliyyəti onunla məhdudlaşır ki, qanunlar
çərçivəsində məktəblərə cüzi maddi yardım göstərir. Həmin vəsait Cəmiyyətin
büdcəsinə daxil edilir və ehtiyaca uyğun sərf olunur. Beləliklə, C.Hacıbəyli özünün
güclü məntiqi, ağıllı dəlillərilə direktorluqla Cəmiyyət arasındakı münaqişənin
mənasız olduğunu, Cəmiyyətin fəaliyyətini məhdudlaşdırmağa yönəldilən
cəhdlərin işə ziyan gətirdiyini üzə çıxarırdı.
Q
afqazın ictimai-siyasi, ədəbi-mədəni həyatında misilsiz xidmətləri olan
xeyriyyə cəmiyyətlərinin fəaliyyəti C.Hacıbəyli publisistikasının aparıcı
mövzularındandır. Bu baxımdan onun «Xeyriyyəçiliyimizin 10 illiyi» adlı
məqaləsi böyük əhəmiyyət kəsb edir. Məqalə, bir tərəfdən 10 illik tarixə malik
xeyriyyəçilik hərəkatına baxışdırsa, digər tərəfdən xeyriyyə cəmiyyətləri qarşısında
duran vəzifələri göstərən dəyərli mənbədir («Kaspi» qəzeti, 1915-ci il, 15 noyabr,
№ 256). «Bu gün ehtiyacı olan qardaşlarına təşkilatlanmış qaydada yardım etmək
istəyən Bakı müsəlmanlarının arzusunun həyata keçməsinin 10 ili tamam olur».
Ceyhun bəy göstərir ki, müsəlmanlar xeyriyyə cəmiyyətləri yaratmağa dəfələrlə
Dostları ilə paylaş: |