103
«Bir ölüm ətrafında adlı məqaləsində Volqaboyu müsəlmanlarının adlı-sanlı
söz ustası Abdulla Tukayevin vəfatı adamları nə qədər sarsıtdığından bəhs edən
C.Hacıbəyli göstərirdi ki, biz istedadlı şair Sabiri ləyaqətlə dəfn edə bilmədik.
Onun əsərlərinin çapı üçün isə qəpik-qəpik vəsait toplamaq məcburiyyətində
qaldıq. H.Vəzirovun fəaliyyətini ehtiramla yad edən C.Hacıbəyli təlaşla soruşurdu:
«Haşım bəyin adı Qafqaz müsəlmanlarının ictimai-milli dirçəliş tarixinə
düşəcəkmi?» Cəmiyyətdə hökm sürən etinasızlıq müəllifi kədərləndirirdi. Müəllif
H.Vəzirovun əsərlərinin çapını, tərcümeyi-halının tərtib edilməsini, xidmətlərinin
qələmə alınmasını günün təxirəsalınmaz vəzifəsi hesab edirdi.
Ceyhun Hacıbəyli xeyriyyə cəmiyyətlərinin təkcə maarifi yaymağa,
məktəblər açmağa, ziyalılara yardım etməyə yox, həm də kasıblara, müharibə
nəticəsində Bakıya pənah gətirmiş on minlərlə qaçqına kömək etməyə səsləyirdi.
«1914-
cü ildə müsəlman həyatı»nda Ceyhun bəy göstərirdi ki, xeyriyyəçilər
əvvəlki illərə baxanda nisbətən fəallaşmış, müharibədən qaçqın düşən
müsəlmanlara yardımı artırmışlar. Bununla belə, müəllif qeyd edirdi ki, yerlərdə
qaçqınlarla məşğul olacaq bir təşkilatın yoxluğu ucbatından bu iş yarıtmaz həyata
keçirilir. Qaçqınların sayı, onların ehtiyacının dərəcəsi məlum deyil. Harada nə
qədər qaçqın yerləşdirildiyi də bilinmir. Heç kim onları qeydiyyata almır, heç kim
o
nlara qayğı göstərmir, heç kim onlara heç adi məsləhət belə vermir. Bütün bunları
işıqlandırmamaqda Ceyhun bəy mətbuatı da qınayır. Müəllif müşahidə etdiyi bir
hadisəni təsvir edir. Qars vilayətindən Bakıya pənah gətirmiş bir neçə yüz ailə
şəhər rəhbərliyinə müraciət etmişlər. Onlar yardım üçün vəd versələr də, hələlik
qaçqınlara heç bir yardım göstərilməmişdir. Müəllif bu qənaətə gəlir ki, qaçqınlara
«geniş ictimai kömək lazımdır». C.Hacıbəyli yazır ki, Bakıda öz millətinə yardım
məqsədilə ermənilərin, gürcü və polyakların «Qaçqınlara Yardım Komitəsi»
yaradılmışdır. Müəllif haqlı olaraq «bəs biz müsəlmanlar nə üçün belə komitə
yaratmamalıyıq?» - sualını verir və ictimaiyyəti tezliklə belə bir təşkilat yaratmağa
çağırır.
104
«Bacarıqsızlıq, yoxsa cinayət» («Kaspi» qəzeti, 1915-ci il, 25 yanvar, № 20)
məqaləsində qaçqınlar probleminə çox kəskin toxunur. Müəllif göstərir ki, 10
aydan çoxdur ki, Qars qaçqınları bizə pənah gətirmişdir. Ceyhun bəy öz doğma
yurd-
yuvasından, isti ocağından didərgin düşən müsəlmanların son dərəcə ağır
vəziyyətini təsvir edib yazır: «Soruşulur: Biz öz can verən qardaş, bacı, ana və
arvadlarımızın vəziyyətini yüngülləşdirmək üçün nə etmişik? Bu müddət ərzində
onların heç olmazsa, acından ölməməsi üçün nə etmişik?» Müəllif sonra soruşur:
«Hanı bizim xeyriyyəçilər? Hanı bizim ziyalılar? Ötən müddətdə biz ətrafda baş
verən fəlakəti müşahidə etmişik, fikirləşməmişik ki, ağır xəstənin təcili yardıma
ehtiyacı olduğu kimi, indiki vəziyyətdə zərərçəkənlərə də dərhal kömək
göstərilməlidir. Xilas olmaq ümidi ilə öz Vətənini tərk edən neçə-neçə bədbəxt
burada acından həlak olmuşdur». Ceyhun bəyin fikrincə, bütün bunlarda biz
günahkarıq. Müəllif biganəliyi, laqeydliyi, etinasızlığı, şəxsi mənfəəti hər şeydən
üstün tutmağı tənqid edir və sonda bu sualı verir: «Bu nədir, bacarıqsızlıq, yoxsa
sadəcə olaraq, cinayət?»
Ceyhun Hacıbəyli publisistikasının səciyyəvi cəhətlərindən biri də budur ki,
müəllif gördüyü, müşahidə etdiyi hadisəni, problemi qələmə almaqla
kifayətlənmir, cəmiyyət üçün ləkə sayılan nöqsanların aradan qaldırılması yollarını
araşdırır. «Biz nə etməliyik» adlı məqalə də bu baxımdan xarakterikdir («Kaspi»
qəzeti, 1915-ci il, 7 fevral, № 29). Məqalədə göstərilir ki, Bakı müsəlman xeyriyyə
cəmiyyətləri Qars zərərçəkənlərinə ianə toplamaq üçün icazə almışlar. İndi iş
görmək vaxtı çatmışdır. C.Hacıbəyli ianə toplayan komitənin tərkibinin
genişləndirilməsini, buraya bütün sinif və təbəqələrin nümayəndələrinin cəlb
olunmasının vacibliyini qeyd edirdi. Yalnız belə bir tərkiblə faydalı iş görmək,
a
damlarla ümumi dil tapmaq olar. Bu, həm də ona görə zəruridir ki, əhalinin 80-90
faizi qəzet oxumur, 60-70 faiz isə ətrafda baş verən hadisələrdən, onun
mahiyyətindən xəbərsizdir. Odur ki, ianə toplayan komitənin əməkdaşları yerlərdə
güclü təbliğat işi görməli, adamlarla işləməlidirlər. C.Hacıbəyli bu işdə ziyalıların
da üzərinə böyük vəzifə düşdüyünü qeyd edir və təəssüflənir ki, ziyalıların böyük
105
əksəriyyəti hadisələrə passiv müşahidəçi mövqeyindən yanaşır, bu məsul, milli
işdə iştirak etmirlər. Sinfi birlik, barışıq naminə qarşılıqlı güzəşt vacibdir.
Ambisiyalı ziyalılar unutmamalıdır ki, məsul ictimai-milli məsələlərdə «şəxsi
münasibətlər» arxa plana çəkilməlidir. «Biz nə etməliyik» adlı məqalənin 2-ci
hissəsində müəllif göstərir ki, artıq müsəlman qaçqınlara yardım komitəsi
yaradılmışdır («Kaspi» qəzeti, 1915-ci il, 13 fevral, № 34). Bundan əlavə, qadın
xeyriyyə cəmiyyətləri də Qars zərərçəkənlərinə yardım etmək üçün ianə toplamağa
icazə almışlar. C.Hacıbəyli bununla kifayətlənmək, arxayınlaşmaq «olmaz» -
deyir. «İanə verən əvvəlcədən bu işə hazırlanmalıdır, o, bilməlidir ki, onun pulu
hansı məqsədlə toplanır, hara xərclənəcək? Qoy hər kəs bu işi şüurlu görsün».
C.Hacıbəyli qadın xeyriyyə cəmiyyətlərinin də bu işə – zərərçəkənlərə
yardım kompaniyasına qoşulmalarını alqışlayır, lakin onun da qaçqınlara yardım
komitəsi ilə birgə, əməkdaşlıq şəraitində çalışmasının vacibliyini qeyd edir. «Bu
işdə məqsəd vacibdir, ona nail olmaq vasitəsi yox». Qadınların müstəqil fəaliyyəti,
ictimai hərəkatda iştirakı təqdirəlayiq olsa da, ümummilli mənafe birgə fəaliyyəti
tələb edir. «Bizim üçün kimin işləməsi yox, necə işləməsi vacibdir». Bunun
üçünsə, qüvvələrin birləşdirilməsi, hərəkatın əlaqələndirilməsi, razılaşdırılması
zəruridir.
Problemlərə müxtəlif rakurslardan yanaşan C.Hacıbəyli zərərçəkənlərə
yardımla bağlı daha bir vacib məsələyə toxunur. O, qeyd edir ki, qaçqınlara yardım
yalnız Bakı, Nuxa, Yelizovetpolda toplanır. Qafqazın digər iri şəhərlərində hələlik
hərəkət yoxdur. Müəllifin fikrincə, eyni məqsədə yönələn qüvvələri bölməmək
üçün müxtəlif şəhərlərdəki komitələr birləşməlidir. Qafqazın digər şəhərlərində də
belə komitələr yaradılmasına nail olmaq lazımdır. «Beləliklə, ona çalışmaq
lazımdır ki, zərərçəkən qardaşlarımıza yardım bütün Qafqazı əhatə etsin. Bu
yard
ım planlı, intizamlı olsun, hisslərdən yox, şüurdan yaranan olsun» («Kaspi»
qəzeti, 1915-ci il, 7 fevral, № 29). Bax, bu cəhətlərinə, məziyyətlərinə görə, biz bu
fikirdəyik ki, C.Hacıbəylinin publisistik irsi həm də ona görə böyük maraq doğurur
və əhəmiyyətlidir ki, o, toxunduğu problemlərə kompleks yanaşmağı, bütün
Dostları ilə paylaş: |