M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə200/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   196   197   198   199   200   201   202   203   ...   211

614 

 

şəraitə, beynəlxalq münasibətlərin  mövcud  durumuna  uyğun  olaraq  gündəmə 



g

ətirilməsi  –  aktuallaşması,  yaxud  gündəlikdən müvəqqəti  çıxarılması, 

passivl

əşməsi səbəblərini şərh, təhlil edir. Təqdirəlayiqdir ki, müəllif irəli sürdüyü 



fikir v

ə  müddəaları  əsaslandırmaq  üçün  dövrün  məxəzlərinə, tarixi sənədlərə, 

m

ətbuat nümunələrinə, memuar, xatirə, məktublara, müxtəlif yazışmalara müraciət 



edir.  Dissertasiyanın  II  fəslində  diqqətimizi çəkən və  fikrimizcə, elmi-tədqiqat 

işində  vacib məqamlardan biri də  odur ki, müəllif son 200 il ərzində  regionun 

siyasi x

əritəsindəki dəyişikliklər, təbədüllatlar,  iğtişaşlar,  inqilablar,  dövlət 

quruluşlarının,  ictimai  formasiyaların  bir-birini  əvəz etməsi fonunda «erməni 

m

əsələsi»nin  dünəni ilə bu günü arasındakı əlaqəni, bağlılığı, formanın dəyişsə də, 



mahiyy

ətin, məzmunun eyni ilə qaldığını tutarlı dəlillərlə diqqətə çatdırmışdır. 

«N

əticə»də  dissertant  araşdırmanı  yekunlaşdırır,  elmi-nəzəri nəticələri 



ümumil

əşdirir,  eyni  zamanda  tədqiqat  zamanı  formalaşan  fikirlərini, təkliflərini 

ir

əli sürür. O, əminliklə bildirir ki, «günümüzdə «erməni məsələsi» yeni formada, 



yeni cildd

ə  ortaya  çıxmışdır»,  odur  ki,  son  dərəcə  «diqqətli siyasət aparmaq», 

qondarma «erm

əni  soyqırımı»nın  bir  erməni  yalanı  olduğu  barədə  dünya 

ictimaiyy

ətində  düzgün rəy  formalaşdırmaq,  tarixi  cinayətlərə,  soyqırıma  görə 

Erm

ənistanın Beynəlxalq tribunala verilməsinə nail olmaq lazımdır. 



Fikrimizc

ə, dissertant erməni qəddarlığına,  vəhşiliyinə,  soyqırımına  dair 

əsəri, elmi-nəzəri qənaətləri ilə  bu problemlə  bağlı  sahənin daha da 

z

ənginləşməsinə, eyni zamanda, məsələnin yeni istiqamətdə  tədqiqi  –  mövzunun 



m

ətbuatda  işıqlandırılmasının  araşdırılması  kimi  çoxşaxəli, həm də  mürəkkəb və 

m

əsul  bir  işə  öz layiqli töhfəsini  vermişdir.  Ümid  etmək olar ki, dissertasiya 



bundan  sonra daha d

ərin və  fundamental  əsərlərin  ərsəyə  gəlməsinə  rəvac 

ver

əcəkdir. 



Elmi-t

ədqiqat  işinin  qeyd  olunan  müsbət cəhətləri ilə  yanaşı  bir  sıra 

nöqsanları da var ki, həmin məqamlara da diqqət yetirməyi vacib hesab edirik: 



615 

 

1.  Əsərin  adına  rəğmən dissertasiyada    doğru  olaraq  nəinki Cənubi 



Qafqazda, el

əcə  də  Osmanlı  imperiyası  ərazisində, o cümlədən Anadoluda türk-

müs

əlman əhalisinin soyqırımından bəhs olunur.”Cənubi Qafqaz” yazmaqla, başqa 



sözl

ə desək, törədilən qırğınları müəyyən çərçivəyə salmaqla, digər tərəfdən isə bu 

soyqırımı  daşnak-bolşevik  aksiyası  adlandırmaqla  əslində  «erməni məsələsi»nin, 

el

əcə  də  erməni vəhşiliyinin  tarixini,  mahiyyətini, məzmununu məhdudlaşdırmış 



oluruq.  Doğrudur,  söhbət 1914-1920-ci illərdən  gedir.  Lakin  soyqırımı  bir-iki 

par


tiyanın,  yaxud  onların  ideyalarının  adı  ilə  bağlamaq  fikrimizcə, qüsurludur. 

Soyqırımı  Rusiya  və  Qərb dövlətlərinin himayəsində  erməni siyasi və  terror 

t

əşkilatlarının,  quldur  dəstələrinin, nizami ordusunun vasitəsi ilə  türk-müsəlman 



əhalisinə qarşı həyata keçirilən siyasətin nəticəsidir. Əslində, müəllif də problemə 

bu  rakursdan  yanaşmışdır,  lakin  əsərin  adı,  fikrimcə, məzmunu özündə  tam  əks 

etdirmir. 

2. Dissertasiyada n

əşri  materiallardan  –  dövri mətbuat nümunələrindən, 

memuar, m

əktub, xatirələrdən gen-bol istifadə olunmuşdur və bu, təqdirəlayiqdir. 

Lakin, z


ənnimizcə,  daha  aydın,  daha  sanballı  elmi  qənaətlər üçün əvvəlcə 

soyqırımla bağlı dövri mətbuatı mənsubiyyətinə, məzmununa, ideya-istiqamətinə, 

proqramına, dilinə görə qruplaşdırmaq (məs.: Osmanlı türk, erməni mətbuatı, Rus 

m

ətbuatı,  ingilis  mətbuatı,  fransız  mətbuatı,  Azərbaycan mətbuatı,  Azərbaycanda 



n

əşr olunan erməni, yaxud ermənipərəst rusdilli mətbuat və s.), daha sonra həmin 

t

əsnifata uyğun hərəkət etmək lazım idi. 



3. Dissertant b

əzən fikirlərini,  fakt və  rəqəmləri təkrar edir, yaxud 

s

əhihliyinə  diqqət etmir, bəzən də  irəli sürdüyü müddəaları  özü  təkzib edir. O, 



Osmanlı  dövləti  hüdudlarında  heç  bir  millətin dilinə, dininə, adət-ənənəsinə 

toxunulmadığını,  əksinə, bu millətlərin  inkişafına  dövlət səviyyəsində  yardım 

edildiyini d

əfələrlə vurğulasa da, yazır: «Ermənilər də digər xalqlar kimi türklərin 

ərisində əriyib gedə, itə bilərdilər» (səh.12, aşağıdan V sətir).  




616 

 

«Giriş»də  mənbə, məxəz göstərilmədən «erməni məsələsi” ilə  bağlı  26 



mind

ən çox ədəbiyyatın,  132-ci səhifədə  ermənilərin türklərlə  «mübarizəsi» 

tarixin

ə  dair isə  27 min əsərin  yazıldığı  qeyd  olunur.  Fakt  və  rəqəmlərin bu cür 



t

əqdimi  ortaya  çox  ciddi  suallar  çıxarır  və  elmi  əsərə  kölgə  salır.  Əsərlərin kim 

t

ərəfindən, nə vaxt, hansı məqsədlə, hansı  dildə yazıldığı, harada, neçənci ildə nəşr 



edildiyi,  yaxud  bu  siyahının,  biblioqrafik  göstəricinin kimin, necə  hazırladığı 

m

əlum  deyil.  Əsər,  ədəbiyyat-  bu bir kiçik məqalə, yoxsa irihəcmli fundamental 



n

əşrdir, yaxud publisistika nümunələridir?  Bunlar da məlum deyil. 

Ayrı-ayrı  Azərbaycan bölgələrində  qətlə  yetirilən azərbaycanlıların  sayı 

haqqında dissertasiyada qaranlıq, dolaşıq bir mənzərə yaradılmışdır (səh.94). Yaxşı 

olardı  ki,  bu  barədə  yazarkən  Milli  Arxiv  İdarəsi ilə  Türkiyə  Dövlət Arxivləri 

İdarəsinin birgə nəşr  etdiyi  fundamental sənədlər məcmuəsinə, Azərbaycan Milli 

T

əhlükəsizlik Nazirliyinin himayəsi ilə  Solmaz Rüstəmova-Tohidinin nəşr  etdiyi 



s

ənədlər toplusuna istinad ediləydi.  Ədəbiyyat  siyahısında  da  adına  rast 

g

əlmədiyimiz sahə  mütəxəssisləri  A.Paşayev,  V.Abbasov,  Ə.Abdullayev, 



C.H

əsənov,  A.İsgəndərov, L.Məmmədova, S.Rüstəmova,  İ.Musayev  və  s. kimi 

aliml

ərin də  soyqırımla  bağlı  dəyərli  əsərlərinə  müraciət etmək  məqsədəuygun 



olardı. Erməni soyqırımı ilə bağlı həmin mənbələrdə dövrün mətbuatı ilə də bağlı 

materiallar az deyil. 

86-

cı  səhifədə  Bakıda  ermənilər tərəfindən öldürülən azərbaycanlıların 



sayının 15 min olduğu qeyd edilir, 6 sətir sonra yenə oxuyuruq: «Həmin günlərdə 

t

əkcə  Bakı  şəhərində  15 min nəfər  şəhid verildi». Fikrimizcə,  1918-ci il erməni 



qırğınının  coğrafiyasını  göstərmək  üçün  gah  «Bakı,  Şamaxı,  Quba,  Kürdəmir və 

dig


ər bölgələrdə» (səh.83),  gah  «Bakı,  Şamaxı,  Göyçay,  Quba,  Qusar,  Salyan 

istiqam


ətində» (səh.84),  gah  da  «Quba,  Şamaxı,  Salyan,  Göyçay  bölgələrində» 

(s

əh.86) yazmaqdansa, tarixçilərin bu mövzu ilə  bağlı  formalaşmış  fikrini  əsas 



götürm

ək, 1918-ci il qırgınlarını dolğun, əhatəli və tam əks etdirmək lazım idi. 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə