M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə196/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   192   193   194   195   196   197   198   199   ...   211

602 

 

t



ədqiqatçının  da  problemə  bu kontekstdən  yanaşması  təbiidir, təqdirəlayiqdir və  

azadlıq  aşiqlərini birləşdirən ortaq dəyərlərin üzə 

çıxarılmasına, 

d

əyərləndirilməsinə məharətlə xidmət edir. 



Adı  çəkilən fəsildə  M.B.Məmmədzadənin bugün də  aktuallığını  və 

əhəmiyyətini zərrəcə itirməyən İslam Ensiklopediyasında dərc olunmuş məqalələri, 

el

əcə də mətbuat tarixi və xadimləri haqqında materiallarının araşdırılması ayrıca 



qeyd  olunmalıdır.  Mətbuat tariximizin az qala 50 illik salnaməsini  yazmış 

M.B.M


əmmədzadənin xidməti dissertasiyada yüksək qiymətləndirilir,  onun  ayrı-

ayrı mətbu orqanların nəşri, naşirləri, mühərrirləri, proqramları, ideyası, istiqaməti 

bar

ədə  mülahizələri nəzərdən keçirilir, təhlil olunur. T.Aslanova qeyd edir ki, 



Mirz

ə Bala 22-23 yaşlarında yazdığı bu əsəri ilə özünü artıq milli düşüncə sahibi, 

tarixi-

ədəbi prosesləri məfkurəçi kimi təhlil etməyi bacaran bir tədqiqatçı  kimi 



t

əsdiq  edir. Tədqiqatçının  M.B.Məmmədzadənin  İslam  Ensiklopediyasında  dərc 

olunmuş  məqalələri barədə  bu qənaəti ilə  razılaşmamaq  mümkün  deyil: 

«…sanbalına və elmi əhəmiyyətinə görə alimin ümumtürk folkloru, etimologiyası 

v

ə  etnoqrafiyası  ilə  bağlı  əsərləri son dərəcə  böyük  əhəmiyyət  daşıyır  və 



milliyy

ətçilik xəzinəmizin incilərindəndir». 

«Mirz

ə Bala Məmmədzadənin bədii yaradıcılığı» adlı III fəsildə ədibin dram 



yaradıcılığından  və  hekayələrindən bəhs olunur. Tədqiqatçı  T.Aslanova  bu 

q

ənaətində  haqlıdır  ki,  M.B.Məmmədzadə  bədii  yaradıcılığa  mühacirətəqədərki 



dövrd

ə daha çox meyl göstərmiş, mühacirət dövründə isə qələmini publisistikada 

daha  çox  işlətmişdir.  Bu,  əlbəttə,  anlaşılandır  və  Mirzə  Balanın  istiqlal  uğrunda 

ideoloji mücahid kimi f

əaliyyəti ilə əlaqədardır.  

M.B.M


əmmədzadənin Ədirnə uğrunda Türkiyə-Bolqarıstan savaşından bəhs 

ed

ən  «Ənvər bəy və  yaxud  Kamil  paşa  kabinəsi»  dramının  və  «Bakı  uğrunda 



müharib

ə» pyesinin mətni  əldə  olmadığından  müəyyən mənbələrdə  olan 

m

əlumatlara  əsasən tədqiqatçı  haqlı  olaraq  ehtiyatlı  mülahizələr irəli sürməklə 



kifay

ətlənir. 




603 

 

Ədibin ilk mətbu bədii əsəri olan «Əksinqilabçılar»ı, eləcə də «Vətən qaldı», 



«On d

əfə  öldürülən», «32-lərin  dastanı»  hekayələrini təhlil etməzdən  əvvəl 

t

ədqiqatçı  bu  nümunələrin  janrı  barədə  qısa  polemikaya  yer  ayırır,  bədii  əsərlə 



publisistikanın  sərhədlərinə  dair fikir və  mülahizələrini  bölüşür.  Hər halda, 

T.Aslanovun sonda g

əldiyi bu qənaət mübahisə  doğurmur:  «Bunların  hamısının 

əsasında  milli  istiqlal  hərəkatının,  Demokratik  Respublikanın  xadimlərinin, milli 

ordu zabitl

ərinin və döyüşçülərinin  taleyi  durur».  T.Aslanova  haqlı  olaraq  Mirzə 

Balanı  «Milli  hərəkat tarixinin salnaməsiçisi», onun əsərlərini «istiqlal 

ədəbiyyatının inciləri» adlandırır və bu qənaətlərini onun qələmindən çıxan «Otuz 

bir  mart»,  «Muğanın  qurtuluşu»,  «Çingiz  övladları»,  «Kommunistlər və  istila», 

«İstiqlal  zəfərinin  dastanı»  adlı  bədii oçerkləri təhlil etməklə, dəyərləndirməklə 

əsaslandırır. 

Mirz


ə  Balanın  döyüşkən  publisistikasında  məqalələr mühüm yer tutur. 

«F

ətəli xan Xoyski», «Doktor  Həsən bəy», «Azərbaycanın  misaqi  millisi», 



«Bolşeviklərin cəza və  həbs  üsulları»  məqalələri ilə  o istiqlal mücahidlərinin 

taleyini  yazmaqla,  portretini  işləməklə  yanaşı,  həm də  əzab,  işgəncə  və 

m

əşəqqətlərlə  dolu  milli  qurtuluş  yolunun  tarixini  yaddaşlara  əbədi olaraq həkk 



etm

əyə  çalışmışdır.  Tədqiqatçının  uğuru  ondadır  ki,  M.B.Məmmədzadə 

yaradıcılığının  nüvəsini,  mayasını  təşkil  edən  bu  ideyanı  konkret  nümunələrə 

istinad ed

ərək tamamilə aça bilmişdir. 

Dissertasiyanın  «Nəticə» hissəsində  araşdırmalar  zamanı  əldə  olunmuş 

q

ənaətlər ümumiləşdirilmiş,  tədqiqat prosesinin məhsulu  kimi  formalaşan  elmi 



n

əticələr təqdim  olunmuşdur.  Başlıca  nəticə  isə  son cümlədə  əksini  tapmışdır: 

«M.B.M

əmmədzadənin ictimai-siyasi, publisistik, ədəbi-bədii irsi xalqımızın milli 



şüurunun zənginləşməsinə, tarixi varisliyin əlaqəsinə  və  inkişafına  layiqli 

nümun


ələr vermiş dəyərli bir örnək, parlaq bir yaradıcılıq nümunəsidir». 

Elmi-t


ədqiqat  işinin  qeyd  olunan  müsbət cəhətləri ilə  yanaşı  bir  sıra 

nöqsanları da var ki, həmin məqamlara diqqət yetirməyi vacib hesab edirik. 




604 

 

1. Dissertasiyada mühacir



ət irsinə, o cümlədən M.B.Məmmədzadə 

yaradıcılığına  müstəqillik illərində  müxtəlif müəlliflər tərəfindən bu və  ya digər 

şəkildə müraciət edildiyi vurğulanır. Fikrimizcə, bu işə dövlət səviyyəsində, xüsusi 

il

ə  son illər göstərilən diqqət və  qayğıdan  da  bəhs edilsəydi, yerinə  düşərdi. 



M.Ə.Rəsulzadənin, Əli bəy Hüseynzadənin yubileylərinin qeyd olunması ilə bağlı 

Prezident S

ərəncamları heç şübhəsiz ki, mühacirət irsinin toplanılması, tədqiqi və 

t

əbliğinə  yeni təkan verəcəkdir.  AMEA  Nizami  adına  Ədəbiyyat  İnstitutunda 



Az

ərbaycan mühacirət  ədəbiyyatı  şöbəsi  yaradılmış,  AMEA  Rəyasət heyətinin 

q

ərarı ilə «Azərbaycan mühacirət ədəbiyyatı kitabxanasının» yaradılması nəzərdə 



tutulmuşdur. 

2. T


ədqiqat M.B.Məmmədzadənin  ədəbi-bədii  yaradıcılığına  həsr 

olunmuşdur. Bizə elə gəlir ki, müəllifin istər bədii, istər publisistik yaradıcılığında 

s

ənətkarlıq  problemləri pərakəndə  halda yox, bir bölmə, yaxud bir fəsildə 



d

əyərləndirilərdisə, əsər daha sanballı və dolğun təsir bağışlayardı. 

3. Elmi-t

ədqiqat işində M.B.Məmmədzadənin imzaları və soyadının yazılışı 

il

ə bağlı elmi dövriyyədə olan bütün mülahizələrə, mübahisəli məqamlara aydınlıq 



g

ətirilməli, son nöqtə  qoyulmalı  idi.  Bu  bir  yana,  imzalarla  bağlı  qənaətbəxş 

araşdırmalar  aparılmamış,  Mirzə  Balanın  soyadı  gah  «Məmmədzadə», gah 

«M

əhəmmədzadə» kimi verilmişdir. 



4.Elmi-t

ədqiqat işində mövzunun öyrənilməsi tarixi və araşdırıcıları ilə bağlı 

mülahiz

ələrdə  müəyyən qeyri-dəqiqliyə yol verilmişdir: 



-  mövcud   t

əqdiqat materialları  səf-nəzər edilərkən mövzu ilə  bağlı 

informativ  xarakterli  yazılarla  sahə  mütəxəssislərinin elmi-nəzəri məqalələri 

arasında fərq qoyulmur, onlar eyni rakusdan, eyni krtiteriya ilə dəyərləndirilir

- t

əqdiqat tarixinin təqdimində xronologiya və ardıcıllıq prinsipi pozulur. 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə