M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə197/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   193   194   195   196   197   198   199   200   ...   211

605 

 

5. Dissertasiya m



ətnində ara-sıra üslub və orfoqrafiya xətalarına da təsadüf 

edilir. 


Ümid edir v

ə  inanırıq  ki,  müəllif  qüsurları  islah  edəcək,  iradların  aradan 

qaldırılması  üçün  lazımi  addım  atacaqdır.  Beləliklə, qeyd edilən  iradların 

düz


əlməsinin mümkünlüyünü və  elmi-tədqiqat  işinin  sanbalına,  dəyərinə  xələl 

g

ətirmədiyini  vurğulayaraq,  dissertasiyanı  kamil  əsər hesab edir və  dissertant 



T

əranə  Əbülfəz  qızı  Aslanovanı  göstərilən ixtisas üzrə  fəlsəfə  doktoru  adına 

tamamil

ə layiq görürəm. 



 

 

 



 

Ülviyy


ə Bəzim qızı Abdullayevanın «Televiziya yaradıcılığının etik normaları» 

mövzusunda 10.01.10 jurnalistika ixtisası üzrə fəlsəfə doktoru alimlik dərəcəsi 

almaq üçün t

əqdim olunmuş dissertasiyasına 

 

R  Ə  Y 


Ölk

əmizdə  kütləvi informasiya vasitələrinin mövcud durumu elmi-tədqiqat 

işinin aktual, eyni zamanda əhəmiyyətli mövzuya həsr olunduğunu söyləməyə əsas 

verir. Müst

əqil dövlət quruculuğunun ötən illəri ərzində Azərbaycan KİV-inin, o 

cüml


ədən  televiziyanın  fəaliyyətində  çox ciddi dəyişikliklər  baş  vermişdir:  sovet 

rejimi v


ə kommunist ideologiyasının hakim olduğu dövrdə formalaşmış müəyyən 

ç

ərçivələr, köhnə iş üslubu və çürük stereotiplər tədricən sıradan çıxmış, «Kütləvi 



informasiya vasit

ələri  haqqında»  Azərbaycan  Respublikası  Qanununun,  digər 

hüquqi-

normativ  aktların  qəbul edilməsi,  senzuranın  ləğv  olunması  ilə  sahənin 



t

ərəqqisində yeni perspektivlər açılmışdır. Təkcə onu demək kifayətdir ki, son 21 

ild

ə  dövlət  televiziyası  ilə  yanaşı  respublika  əhəmiyyətli 6 özəl telekanal, çox 



sayda yerli telekanallar f

əaliyyətə  başlamışdır.  Belə  demək mümkünsə, bu 

sıçrayışlı inkişaf heç şübhəsiz ki, özü ilə çox ciddi problemlər də gətirmişdir: yeni 



606 

 

format  axtarışı,  özünü  təsdiq etmək,  auditoriya  qazanmaq  üçün  amansız  rəqabət, 



reytinq mübariz

əsi bəzən fəsadlarla  müşayiət olunur. Digər tərəfdən strateji, 

iqtisadi baxımdan müxtəlif dövlətlərin daim diqqətini çəkən, eləcə də fərqli xarici 

ideoloji-

siyasi  axın  və  cərəyanların,  dini  konvensiyaların  maraq  dairəsində  olan 

müst


əqil Azərbaycanın  teleməkanı  son  dərəcə  həssas və  məsuliyyətli münasibət 

t

ələb edir.  



Bütün  sadaladığımız  faktorlar  bir  tərəfdən həyat və  təfəkkür tərzimizdən, 

ad

ət-ənənələrimizdən, milli, dini dəyərlərimizdən qaynaqlanan etik normalara 



riay

ət etmək, digər tərəfdən müasir dünya ilə ayaqlaşmaq, onun nəbzini tutmaqla 

ir

əliləmək zərurətini bir daha təsdiqləyir. Bu baxımdan Ü.Abdullayevanın jurnalist 



etikasının  həm cəmiyyət həyatında,  həm də  elmi-nəzəri  ədəbiyyatda yerinin və 

rolunun mü

əyyənləşdirilməsinə, dəyərləndirilməsinə  həsr  olunmuş  dissertasiyası 

kamil 


əsər kimi diqqəti çəkir. 

Dissertasiya  «Giriş»dən,  «Televiziya  jurnalistikası  və  etik normalar: 

konseptual  struktur»,  «Televiziya  yaradıcılığında  etik  meyarların  formalaşması», 

«Peşə  etikası  və  telejurnalistin cəmiyyət  qarşısında  məsuliyyəti»  adlı  3  fəsildən, 

«N

əticə»dən və  «İstifadə  edilmiş  ədəbiyyat  siyahısı»ndan  ibarətdir. Fikrimizcə, 



dissertasiyanın  strukturu  elmi-tədqiqat  işinin  sanballı  əsər kimi ərsəyə  gəlməsi 

üçün tam z

əmin yaratmış və müəllif istəyinə uğurla imza atmışdır. 

«Giriş»də  Ü.Abdullayeva  mövzunun  aktuallığını  –  etik  normaların  elmi-

n

əzəri və  praktik  baxımdan  araşdırılması  zərurətini  tutarlı  dəlillərlə  əsaslandırır. 



Ölk

əmizdə  KİV-in  hüquqi  bazasının  xeyli  dərəcədə  formalaşdığı  halda, 

televiziyada etik norma v

ə etik davranış qaydalarının müasir tələblərə tam cavab 

verm

ədiyini, lakin bu istiqamətdə  müəyyən tədbirlərin həyata keçirildiyini qeyd 



ed

ən  dissertant  ayrı-ayrı  kanalların  timsalında  nəzərəçarpan dəyişikliklərə  də 

diqq

əti çəkir. Tədqiqatçı  «Giriş»də  həmçinin elmi-tədqiqat  işinin  məqsəd  və 



v

əzifələrini konkret müddəalarla bəyan  etmiş,  tədqiqatın  elmi  yeniliyini 

vurğulamış,  dissertasiyanın  nəzəri və  praktik  əhəmiyyətindən  ətraflı  söz  açmış, 



607 

 

t



ədqiqatın predmetindən, metodlarından, istifadə etdiyi məxəzlərdən yetərincə bəhs 

etmiş, dissertasiyanın quruluşunu diqqətə çatdırmışdır. 

«Televiziya  jurnalistikası  və  etik  normalar:  konseptual  struktur»  adlı  I 

f

əsildə dissertant teleyaradıcılıqda hüquqi və etik normaların qarşılıqlı əlaqəsindən, 



ekran etikasının səciyyəvi xüsusiyyətlərindən, ona verilən tələblərdən ətraflı bəhs 

edir. T


əqdirəlayiqdir ki, Ü.Abdullayeva tədqiqat prosesində jurnalistikanın aktual 

probleml


ərinə, o cümlədən telejurnalistikada etik normalara dair məsələlərə  həsr 

olunmuş mövcud elmi-nəzəri ədəbiyyata müraciət etməklə yanaşı, mövzu ilə bağlı 

öz fikir v

ə mülahizələrini də cəsarətlə irəli sürür, konkret nümunələrlə mövqeyini 

əsaslandırır.  Bu  nöqteyi-nəzərdən onun «ANS», «Lider», «ATV» və  digər 

kanalların populyar formatlarında problemlə əlaqədar özünü daha qabarıq göstərən 

epizodlara  –  etik normalara riay

ət  olunmaması  faktlarına  diqqəti çəkməsi və 

professionallıqla dəyərləndirməsi nəzəri cəlb edir. 

«Televiziya yaradıcılığında etik meyarların formalaşması» adlı II fəsildə etik 

normalar v

ə  prinsiplərin teleməkanda  formalaşması  prosesi  izlənilir, təhlil edilir, 

bu sah

ədəki problemlər,  uğurlar  qeyd  olunur,  dəyərləndirilir. Dissertant bu 



problemd

ən – teleməkanda etik meyarların formalaşmasından bəhs edərkən haqlı 

olaraq beyn

əlxalq təcrübə və Azərbaycan teleməkanında mövcud vəziyyətlə bağlı 

paralell

ər aparır, müqayisələr edir, dünyanın nüfuzlu telekanallarında artıq kodeks, 

qaydalar toplusu şəklində formalaşmış etik normalara ölkə televiziyasında da riayət 

olunması zərurətini əsaslandırır. Dissertant beynəlxalq təcrübədə formalaşmış etik 

norma v

ə prinsipləri diqqətlə qruplaşdıraraq tezislər şəklində təqdim və şərh edir, 



h

əmin prinsiplərə  riayət  olunmasını  şərtləndirən  faktorları  nəzərə  çatdırır. 

Haqqında  bəhs etdiyimiz II fəsildə  dissertant «xəbərləri birinci əhəmiyyətli 

telem


əhsul» hesab edir və haqlı olaraq xəbər verilişlərində etik normalara daha çox 

diqq


ət yetirir. Xəbərlərin dünya teleməkanında  və  Azərbaycan  televiziyasında 

t

əqdimatını  konkret  nümunələr və  müqayisələr  şəklində  diqqətə  çatdıran,  təhlil 



ed

ən, münasibət bildirən, fikirlərini elmi-nəzəri  baxımdan  əsaslandıran 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə