M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə194/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   190   191   192   193   194   195   196   197   ...   211

596 

 

irsinin müqayis



əli tədqiqi nöqteyi-nəzərindən, həm də  ümumən mühacirət 

ədəbiyyatının  çərçivəsini, özəlliklərini,  spesifikasını  dəyərləndirmək  baxımından 

diqq

ət çəkir. 1900-1945-ci illərdə “Alman və Azərbaycan mühacirət ədəbiyyatının 



s

əciyyəvi xüsusiyyətləri”, “Alman və  Azərbaycan mühacir ədəbiyyatında tipoloji 

c

əhətlər”  adlı  iki  fəsildən, “Nəticə” və  istifadə  edilmiş  ədəbiyyat  siyahısından 



ibar

ət elmi-tədqiqat  işinin  “Giriş”ində  dissertant  mövzunun  aktuallığını  kifayət 

q

ədərtutarlı  dəlillərlə  əsaslandırmışdır,  müəllifin təbirincə  desək, problemə 



müraci

ətin “dövrün özünün diqtəsindən ictimai-siyasi durumundan irəli gəldiyini 

vurğulamış,  mövzunun  tədqiqi tarixinə  qısaca  nəzər  salmış,  tədqiqatın  obyekti, 

m

əqsədi və vəzifəsini  izah  etmiş,  əsərin elmi yeniliyini göstərmiş,  nəzəri-təcrübi 



əhəmiyyətindən söz açmış, işin aprobasiyası və dissertasiyanın strukturu barəsində 

m

əlumat vermişdir.  



Dissertasiyanın  “1900-1945-ci illərdə  “Alman və  Azərbaycan mühacirət 

ədəbiyyatının  səciyyəvi xüsusiyyətləri”  adlı  birinci  fəslində  müəllif yeni dövr 

alman mühacir

ət ədəbiyyatının formalaşmasından, alman mühacirət ədəbiyyatında 

fa

şizmin  iflasından  və  Azərbaycan mühacirət  ədəbiyyatının  təşəkkülündən bəhs 



edir.  

Yeni dövr alman mühacir

ət  ədəbiyyatının  yaranmasına  səbəb olan tarixi 

t

əbədüllatları,  ölkədəki  ağır  ictimai-siyasi mühiti və  digər amilləri sadalayan 



t

ədqiqatçı  bu  ədəbi irsin  ideyasını,  başlıca  amalını,  konkret  nümunələrə  istinad 

ed

ərək  çatdırmağa  çalışır  və  istəyinə  nail  olur.  Alman  mühacir  yazıçı,  şair  və 



publisistl

ərin yaradıcılığına xas xüsusiyyətlərin – mülahizələrin, mövcud rejimə və 

ideologiyaya  – 

faşizm  kabusuna,  onun  antibəşəri və  irticaçı  mahiyyətinə  qarşı 

barışmazlığın alman mühacir ədəbiyyatının səciyyəvi göstəricisi kimi təqdim edən 

araşdırmaçı bu qənaətə gəlir ki, mühacir yazıçılarəsərləri ilə “insanların diqqətini 

ölüm v

ə  qan qoxuyan rejimlərə  qarşı  yönəldir, həyəcan təbili  çalırdı”.  Faşist 



ideologiyası, Hitler rejimi alman mühacirət ədəbiyyatının yaranmasına əsas oldu. 

Sovet  rejimi,  kommunist  ideologiyası  Azərbaycan mühacirət  ədəbiyyatının 




597 

 

t



əşəkkülünə zəmin yaratdı. Tədqiqatçı formaca fərqli, lakin mahiyyət etibarilə eyni 

olan rejim v

ə  ideologiyalara  qarşı  barışmaz  mövqedə  dayanan alman və 

Az

ərbaycan mühacirət ədəbi nümunələri arasında paralellər aparır və bu nəticəyə 



g

əlir ki, hər iki xalqa mənsub mühacir yazıçıların “əsas məqsədi dünyanı faşizm və 

bolşevizm taunundan xilas etmək olmuşdur”. 

T

əqdirəlayiqdir ki, O.Müslümova mühacirət  ədəbi nümunələrini birləşdirən 



ümumi c

əhətlərlə  yanaşı,  onları  fərqləndirən xüsusiyyətləri də  ayırd  etmiş  və 

ümumi  düşməni  faşizm  olan  müxtəlif təmayüllərə  mənsub  yazıçıların  fəlsəfi, 

siyasi,  ideoloji,  estetik  baxışlarını  nəzərə  alaraq  əsərlərini təhlil  etmiş  və 

d

əyərləndirmişdir. 



Alman mühacir

ət  ədəbiyyatının  coğrafiyası  çox  genişdir:  Fələstindən 

Meksikaya,  Fransadan  ABŞ-a,  Hollandiyadan  Rusiyaya,  Avstryadan  İngiltərəyə, 

Polşadan İsveçrəyə qədər səpələnmiş alman mühacir ədəbiyyatının nümayəndələri 

alman 

ədəbiyyatı xəzinəsinə böyük töhfələr vermişlər. 



Yeni dövr Az

ərbaycan mühacirət  ədəbiyyatının  təşəkkülündən bəhs edən 

O.Müslümova bu irsin yaranması mərhələsinə nəzər salır, mühacirət ədəbiyyatının 

tanınmış simalarının – Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Mirzə 

Bala M

əhəmmədzadə, Fuad Əmircan, Nağı Şeyxzamanlı, Abay Dağlı, Yusif Vəzir 



Ç

əmənzəminli,  Ceyhun  Hacıbəyli,  Almas  İldırım  və  başqa  qələm sahiblərinin 

əsərlərini təhlil edir, bədii-estetik ideya-siyasi  baxımdan  dəyərləndirir. Alman 

mühacir


ət  ədəbiyyatı  nümunələri ilə  Azərbaycan mühacirət  ədəbiyyatı  arasında 

müqayis


ələr aparan tədqiqatçı haqlı olaraq bu qənaətə gəlir ki, hər iki ədəbiyyatın 

əsas mövzusu Vətən və onun istiqlalıdır. 

Dissertasiyanın  “Alman  və  Azərbaycan mühacirət  ədəbiyyatında  tipoloji 

c

əhətlər”    adlı  II  fəslində  tədqiqatçı  Azərbaycan mühacirət  ədəbiyyatı 



nümay

əndələrinin, xüsusilə  legion  ədəbiyyatı  yaradıcılarının  əsərlərinə  istinad 

ed

ərək mühacirət  ədəbi nümunələrini həm ideya, məzmun, həm sənətkarlıq 




598 

 

baxımından  araşdırır,  dəyərləndirir.  Dissertasiyanın  əvvəlki fəslində  olduğu  kimi 



O.Müslümova Alman v

ə  Azərbaycan mühacirət  ədəbiyyatına  xas  olan  ümumi 

c

əhətləri konkret nümunələrlə  diqqətə  çatdırır,  eyni  zamanda  onları  fərqləndirən 



m

əziyyətləri də vurğulayır. Bir sıra alman mühacir ədiblər faşizmi lənətləsələr də, 

bolşevik  ideyalarına  heyran  olduqlarının  gizlətmir və  ona  Moskvanın  ulduzlu 

m

əddahlarına qoşularaq onu tərənnüm edirdilər.  



T

ədqiqatçının  gəldiyi nəticə  isə  doğru  və  qənaətbəxşdir:  “Bütün  uğurlu  və 

uğursuz  cəhətləri,  yalnışlıqları  ilə  yanaşı,  alman  mühacir  ədəbiyyatının 

nümay


əndələri  alman  xalqına,  bütövlükdə  isə  bəşəriyyətə  dərin sevgi hissi ilə 

yazıb-yaratmış,  öz  xalqlarının  vicdanı  olmaq  hissiyyatını  həyata keçirməyə 

çalışmışdılar... alman mühacir ədəbiyyatının görkəmli nümayəndələri uzun on illər 

boyu faşizm dairələri üçün demokratiya və azadlığın qatı, dönməz eyni zamanda 

qorxunc mücahidl

əri xalq üçün isə gizli bir iftixar mənbəyi idi”. 

 

Dissertasiyanın  “Nəticə” hissəsində  araşdırmaçı  O.Müslümova  elmi  işini 



yekunlaşdırır,  elmi-nəzəri qənaətlərini ümumiləşdirir,  eyni  zamanda  tədqiqat 

prosesinin m

əhsulu kimi formalaşan mülahizələrini irəli sürür.  

Dissertasiyanı  uğurlu  elmi-tədqiqat  işi  hesab  etsək də,  əsərdə  bir  sıra  islah, 

vacib v

ə mümkün olan nöqsanlar var ki, onları diqqətə çatdırmağı məqsədəuyğun 



hesab edirik:  

1.İstər alman, istər Azərbaycan mühacirət  ədəbiyyatının  sənətkarlıq 

probleml

ərinin  sistemli  ardıcıl  və  sistemli  araşdırmaq  məqsədi ilə  ədəbiyyatın 

inkişaf mərhələlərinin təsnifatının verilməsi və bu prinsipə uyğun ədəbi irsin təhlil 

edilm


əsi, dəyərləndirilməsi  daha  effektli  olardı.  Yaxud  müəllif Azərbaycan 

mühacir


ət ədəbiyyatının ilk mərhələsi kimi 1909-1910-cu illər göstərir (səh. 100). 

2.Elmi-t


ədqiqat  işində  Azərbaycan mühacirətşünaslığı  və  mövcud vəziyyəti 

il

ə bağlı dissertantın irəli sürdüyü mülahizələr bir sıra hallarda mübahisə doğurur. 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə