M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə192/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   188   189   190   191   192   193   194   195   ...   211

590 

 

bellestrikadan  fərqlənir.  Publisistikanın  keçdiyi  inkişaf  yoluna  nəzər  salsaq, 



Azərbaycan  cəmiyyətinin  tarixi  inkişaf  mərhələlərində  publisistikada  baş  verən 

forma, məzmun dəyişikliyinin şahidi olarıq. 

          Mübariz ruhlu, döyüşkən, qəlbə və beyinlərə hakim kəsilən, müasir anlamda 

qəbul  etdiyimiz  publisistikanın  rüşeymlərini  Xaqani  Şirvani,  M.Füzuli,  Q.Zakir, 

S.Ə.Şirvani  yaradıcılığında,  hətta  şifahi  ədəbi  nümunələrdə  –  dastan,  nağıl,  aşıq 

şeiri,  ağı  və  bayatılarda  axtaran  bir  sıra  müəlliflərlə  mübahisəyə  girişmədən, 

publisistikaya  yeni  ruh,  yeni  nəfəs  verən,  onu  cəmiyyətin  yüksək  tribunasına 

çevirən  M.F.Axundzadə  olduğunu  qeyd  edirik.  Məhz  bundan  sonra,  xüsusi  ilə 

Həsən bəy  Zərdabi  tərəfindən  ilk  milli  mətbu  orqanı    yarandıqdan  -  «Əkinçi» 

qəzeti (1875-1877) fəaliyyətə başladıqdan sonra publisistika həm forma, həm də 

məzmun  baxımından  yeni  keyfiyyətlər  əxz  etdi,  obrazlı  desək,  mühitin  nəbzi 

onunla  vurmağa  başladı.  Sahənin  ilk  və  fundamental  tədqiqatçılarından  biri 

prof.Famil Mehdi özünün «Bədii publisistika» əsərində («Maarif» nəşriyyatı. Bakı, 

1982) bu janrın inkişafını şərtləndirən amillər, cəmiyyət həyatında onun yeri, rolu 

barədə kifayət qədər ətraflı bəhs etmişdir. 

          Mirzə  Fətəli  Axundov  və  Həsən bəy  Zərdabinin  ideya,  yaradıcılıq  və  əqidə, 

amal estafetini qəbul edən maarifpərvər və demokratik ziyalıların yeni dəstəsi – 

N.Vəzirov,  Əsgərağa  Gorani,  E.Sultanov,  M.Sidqi,  F.Köçərli,  T.Bayraməlibəyov, 

S.M.Qənizadə,  N.Nərimanov,  Ə.Haqverdiyev,  R.Əfəndiyev  və  bu  kimi  qələm 

sahibləri dövrün tələbinə və ruhuna uyğun əsərləri ilə inkişafın buxovuna çevrilmiş 

mövhumatı,  cəhaləti,  biganəliyi,  fanatizmi  tənqid  edir,  eyni  zamanda  cəmiyyət 

üzvlərini elmə, təhsilə, mədəniyyətə dəvət edirdilər. 

       M.Şahtaxtlı, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, M.Ə.Rəsulzadə, Ceyhun 

və  Üzeyir  Hacıbəyli  qardaşları,  Cəlil  Məmmədquluzadə,  Ömər  Faiq  Nemanzadə, 

Haşım  bəy  Vəzirov  kimi  istedadlı  ziyalılar  XX  əsrin  əvvəllərində  buraxılan  «Şərqi 



591 

 

Rus»,  «Həyat»,  «Füyuzat»,  «İrşad»,  «Molla  Nəsrəddin»  və  s.  kimi  qəzet  və 



jurnallarda  mətbuat  tarixinin  ən  parlaq  səhifələrini  yazdılar,  publisistikamızın  ən 

gözəl, klassik nümunələrini yaratdılar. 

      Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  (1918-1920)  publisistikanın  başlıca 

mövzusu  istiqlalın  qorunub  saxlanılması,  milli  dövlət  quruculuğu,  müxtəlif 

sahələrdə  aparılan  islahatlar,  məkrli  erməni-bolşevik  birliyinin  və  erməni 

vandalizminin ifşası idi. 

     Azərbaycan  publisistikası  tarixində  sovet  dövrü  maraqlı,  zəngin,  ziddiyyətli 

məqamları  ilə  xarakterizə  olunur. Rejim  və  ideologiyanın  tələbləri,  söz,  mətbuat 

azadlığının  olmaması,  senzuranın  qadağaları  publisistlərin  yaradıcılıq  fəaliyyətini 

məhdudlaşdırmış,  əsərlərə  forma  və  məzmun  baxımından  müəyyən  oxşarlıq 

gətirmişdir. Ümumi mənzərə belə idi. Lakin bütün maneələrə baxmayaraq, sovet 

dövründə  də  həm  mövzu,  həm sənətkarlıq  baxımından  diqqətçəkən və 

təqdirəlayiq nümunələr də çoxdur. M.S.Ordubadi, Seyid Hüseyn, İlyas Əfəndiyev, 

Mirzə  İbrahimov,  Mehdi  Hüseyn,  Süleyman  Rüstəm,  Səməd  Vurğun,  Qulam 

Məmmədli,  Mir  Cəlal,  Bəxtiyar  Vahabzadə,  Sabit  Rəhman,  Əbülhəsən,  Osman 

Sarıvəlli, Süleyman Vəliyev, Yusif Şirvan, Əvəz Sadıq, Əbil Yusifovun publisistikası 

həm məzmun, həm də sənətkarlıq baxımından örnək ola bilər.  

Az

ərbaycan  publisistikası  xəzinəsi  zəngin  olduğu  qədər də  əhəmiyyətlidir və 



onun  araşdırılması  da  eyni  dərəcədə  aktualdır.  Təəssüf ki, cəmiyyət həyatının 

güzgüsü v

ə  salnaməsi  olan  publisistika,  onun  tarixi,  inkişaf  mərhələləri və 

meyll


əri,  toxunduğu  problemlər, sənətkarlıq  məsələləri  əsaslı  şəkildə  hələ  də 

araşdırılmamışdır.  Ayrı-ayrı  publisistlərin irsinə  xüsusi tədqiqatların  həsr 

edildiyini, Az

ərbaycan elmi-nəzəri fikrində  publisistikanın  bir  çox  aspektlərinin, 

xüsusi il

ə  bədii  publisistikanın  nəzəri  əsaslarının  fundamental  şəkildə 

fil.e.d.prof.Famil Mehdi  t

ərəfindən  araşdırıldığını  vurğulayan  istedadlı,  tanınmış 




592 

 

t



ədqiqatçı-publisist, professor  Cahangir Məmmədli  haqlı  olaraq  yazır:  «Bütün 

bunlarla bel

ə, publisistika –  intellektual  yaradıcılığın  mürəkkəb bir sahəsi hələ 

daha d


ərindən və  hərtərəfli tədqiqat  tələb edir» (Cahangir Məmmədli. 

Jurnalistikaya  giriş.  Bakı  Universitetinin  nəşriyyatı,  Bakı,  2001).  Doğrudan  da, 

publisistikanın, xüsusi ilə onun  elmi-nəzəri əsaslarının müasir tələblər baxımından 

işlənməsi, eləcə də Azərbaycan mətbuat tarixində silinməz iz buraxmış görkəmli 

publisistl

ərin irsinin tədqiqi son dərəcə vacibdir. Bu baxımdan təcrübəli tədqiqatçı 

v

ə səriştəli pedaqoq 



  R

əhilə Kəsəmənlinin  yuxarıda  adı çəkilən dissertasiyasını  

klassik Az

ərbaycan  publisistikasının  müasirlik  prinsiplərinin  araşdırılmasında  

uğurlu addım hesab etmək olar. 

 Elmi-t


əqdiqat işi “Giriş”dən, “ Klassik publisistikanın yaradıcılıq xüsusiyyətləri”, 

“Klassik  publisistik  irsin  müasirliliyini  şərtləndirən amillər”,  ”Azərbaycan 

publisistikasında irs-varislik əlaqələri”  adlı 3 fəsildən, “Nəticə” dən  və “ İstifadə 

edilmiş ədəbiyyat” siyahısından ibarətdir. 

Araşdırmaçı  tədqiqat  əsərinin  “Giriş”ində  mövzunun  aktuallığını  kifayət 

q

ədər dəlillərlə  əsaslandırmış,  qeyd etmişdir ki, toxunulan problemlə bağlı əsərlər 



yazılsa da, tədqiqatlar aparılsa da, problem  yetərincə öyrənilməmişdir. Doğrudan 

da, mövzunun araşdırılması yeni yanaşma tərzi, yeni baxış tələb edir. Tədqiqatçı 

«Giriş»də  həmçinin elmi-tədqiqat  işinin  məqsəd və  vəzifələrini konkret 

müdd


əalarla bəyan  etmiş,  tədqiqatın  elmi  yeniliyini  vurğulamış,  dissertasiyanın 

n

əzəri və  praktik  əhəmiyyətindən  ətraflı  söz  açmış,  tədqiqatın  predmetindən, 



metodlarından, istifadə etdiyi məxəzlərdən bəhs etmiş, dissertasiyanın quruluşunu 

diqq


ətə çatdırmışdır. 

“Az


ərbaycan klassik publisistikasının  ictimai  xarakteri”,  “Azərbaycan 

klassik  publisistikasının  mövzu  dairəsi”,  “Klassik  publisistikada  milli  azadlıq 

probleml

əri  və  onun  müasir  dövrü”  kimi  yarımsərlövhələri özündə  birləşdirən   

“Klassik  publisistikanın  yaradıcılıq  xüsusiyyətləri”  adlı  I  fəsildə  müəllif   M. C. 

M

əmmədquluzadə, Ə . Haqverdiyev, Ü. Hacıbəyli, Ə. Hüseynzadə, F. Köçərli, H. 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə