M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə189/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   185   186   187   188   189   190   191   192   ...   211

581 

 

 



Bir t

ərəfdən planeti cənginə  almış  təbii fəlakətlər  -  amansız  sunami  və 

z

əlzələlər,  dağıdıcı  fırtına  və  qasırğa,  aramsız  əriyən nəhəng  buz  dağları,  digər 



t

ərəfdən də  elə  bil ki, özünə  qənim kəsilmiş  bəşər  övladının  yaşadığı  evi  (Yer 

kür

əsini!) on dəfə  yox, yüz dəfələrlə  məhv etməyə  yetəcək dəhşətli silah-sursat 



arsenalını, anbarını, gündən-günə genişləndirməsi,  Qarabağ və  Fələstində,  İraqda 

v

ə Əfqanıstanda, Suriyada və Tunisdə... insan qanına susamış ermənilər və erməni 



xisl

ətlilərin vəhşiliyinin  getdikcə  artması  poeziyanı,  ümumiyyətlə,  ədəbi-mədəni-

m

ənəvi dəyərləri  sanki  unutdurmuşdur.  Lakin  istedadlı  tədqiqatçı  Fidan 



Abdur

əhmanovanın  poeziyada  psixologizm  mövzusunda  qələmə  aldığı 

dissertasiyanın  avtoreferatını  vərəqləyəndə, görkəmli  söz  ustalarının  əsərləri 

haqqında  yazılanları,  onların  tanış  irsindən məharətlə  seçilmiş  sitatları  təkrar 

oxuyanda insan ümidl

ənir və  daş  dövrünün  yarıçılpaq,  ibtidai  insanlarının  ürək 

çırpıntıları  və  göz  yaşları  ilə  elm-texnikanın  son  nailiyyətləri ilə  “zirehlənmiş”, 

“daşlaşmış”  müasirlərimizin qəlb  sızıltıları,  göz  yaşları  və  həmin məqamda 

psixoloji halı arasında məsafə və fərq yox olur. 

 

R



əyə giriş qeyri-ənənəvi, bir qədər emosional dildə və daha çox publisistik 

üslubda  q

ələmə alınsa  da, elə bilərəm ki, mövzunun aktuallığını qabartmaq üçün 

yararlıdır.  Yeri  gəlmişkən xüsusilə  vurğulamaq  məqamıdır  ki,  dissertant 

avtoreferatda elmi-t

ədqiqat işinin bütün istiqamətləri üzrə, o cümlədən mövzunun 

aktuallığı  ilə  bağlı  tam,  əhatəli təəssürat  yaratmağa  nail  olmuşdur.  Diqqətçəkən 

m

əqamlardan biri, bəlkə  də  elə  birincisi odur ki, müəllif  dissertasiya  haqqında 



fikirl

ərini  çox  yığcam,  lakin  aydın,  səlis  şəkildə  ifadə  etmiş,  ümumiləşdirmələr 

uğurla aparılmış, qənaətlər, tezislər məharətlə təqdim olunmuşdur. 

 

Avtoreferat dissertasiya mövzusunun obyekti, probleml



əri, işlənmə dərəcəsi, 

t

ədqiqatın  məqsəd, vəzifələri, elmi yeniliyi, nəzəri-təcrübi  əhəmiyyəti,  metodları, 



aprobasiyası,  nəhayət, elmi-tədqiqat  işinin  quruluşu  barədə  kifayət qədər zəngin 

m

əlumat verir. Burada tədqiqatın əsas məzmunu qısaca, lakin qənaətbəxş şəkildə 



n

əzərə  çatdırılır.  Elmi-tədqiqat  işinin  “Lirik  poeziyada  şair  “mən”i və  poetik 




582 

 

özünüifad



ə”, “Lirik qəhrəmanın  psixoloji  aləmi”  adlı  fəsilləri  haqqında  söz  açan 

əllif klassik və müasir poeziya nümunələrində psixologizmın bədii-fəlsəfi, lirik-



romantik t

əcəssümünü, təzahürünü diqqətə  çatdırmaq,  dəyərləndirmək üçün 

mövcud t

ədqiqatlardan bəhrələnməklə  yanaşı,  yeni  və  maraqlı  mülahizələrlə 

sah

ənin elmi-nəzəri irsini zənginləşdirməyə  səy göstərmiş  və  istəyinə  nail 



olmuşdur. 

 

Avtoreferatdan m



əlum olur ki: 

-  elmi-t

ədqiqat  işində  nəzəri fikirdə  bu vaxta qədər  araşdırma  predmeti 

olmamış bir çox problemlər nəzərdən keçirilmiş, müasir Azərbaycan poeziyasının 

ən kamil poetik nümunələri əsasında lirik şeirdə psixologizmin bədii-fəlsəfi inikası 

aşkara çıxarılmış, təhlil edilmiş, dəyərləndirilmişdir; 

-  Az

ərbaycan ədəbiyyatşünaslığında ilk dəfə lirikada psixologizm mövzusu 



monoqrafiya s

əviyyəsində öyrənilmişdir; 

-  toxunulan  problem ilk d

əfə  sinfi,  siyası,  partiyalı  münasibətdən, sovet 

rejim v

ə kommunist ideologiyasından uzaq metodologiya ilə istiqlal məfkurəsinə 



müvafiq yeni üsulla t

ədqiqata cəlb olunmuşdur; 

-  h

ər bir fəslin nəticələri  sıralanaraq  ayrıca  tesiz  şəklində  diqqətə 



çatdırılmışdır; 

-  dissertasiyada son dövrün 

ən  yaxşı  poeziya  nümunələri mövzu və  üslub 

baxımından tədqiqata cəlb olunmuşdur.  

Avtoreferat ümum

ən həm məzmun, həm tərtibat-quruluş,  həm də  üslub 

baxımından  dissertasiyanın  sanbalı,  müəllifin  isə  səriştəsi və  istedadı  barədə 

kifay


ət qədər yaxşı təəssürat yaradır. Bununla belə avtoreferatda bir sıra məqamlar 

var  ki,  onları  nəzərə  çatdırmağı  və  həmin  iradların  gələcəkdə  müəllif tərəfindən 

n

əzərə alınmasını və islah  edilməsini istərdik: 




583 

 

-  avtoreferatda diqq



əti çəkə  biləcək qədər  orfoqrafiya  qüsurları  var,  yalnız 

birinci s

əhifənin ikinci abzasında getmiş hərf səhvlərini göstərməklə kifayətlənirik. 

Burada Allah –  Alah, kitablarda –  kitablada, oxunan –  ounan v

ə  s. kimi 

yazılmışdır; 

- b

əzən müəllifin fikri aydın olsa da, mülahizə və  mühakimələrini ağır, çətin 



cüml

ələrlə ifadə edir. Məs; 19-cu səhifənin 7-ci abzasında oxuyuruq: “Lirik şeirin 

sözl

əri olmasa mahnı görünməz”; 



-  avtoreferatdan m

əlum olmur ki, dissertasiyada Azərbaycan  poeziyasının  

böyük v

ə qüdrətli parçası, şifahi-ədəbi nümunələrdə ( o cümlədən müasir dövrdə), 



yaxud seirimizin  mühüm v

ə  maraqlı  hissəsi  –  mühacirət  poeziyasında,  və  ya 

müharib

ə  dövrü (1941-1945) nəzmində  psixologizm  araşdırılmışdır,  yoxsa  yox?! 



İnkaredilməzdir ki, diqqəti yönəltdiyimiz həmin irs psixologizmin vacib, parlaq 

nümun


ələri ilə zəngindir. 

-  Füzuli, N

əsimi,  S.Ə.Şirvani,  Məhəmməd Hadi, Abbas Səhhət, Cəfər 

Cabbarlı  yaradıcılıgından  qaynaqlanan,  qidalanan  və  həmin təməl üzərində 

çiç

əklənən  müasir Azərbaycan poeziyasında  psixologizm  mövzusundan  bəhs 



ed

ərkən fikrimizcə, klassiklərin  irsinə  də  birinci fəsildə  ümumi nəzər  salınması 

elmi-t

ədqiqat işinə sanbal gətirərdi. 



Avtoreferatdan  aldığım  təəssürata  əsasən bildirirəm ki, göstərilən iradlar 

əsərin kamilliyinə, elmi-nəzəri, təcrübi dəyərinə qətiyyən xələl gətirmir. Odur ki, 

Fidan Abdur

əhmanovanın  dissertasiyasını  uğurlu  tədqiqat  əsəri hesab edir və 

əllifi iddiasında olduğu  fəlsəfə doktoru adına  tamamilə layiq hesab edirəm. 



 

Elnur Allahverdi oğlu Niftəliyevin 5720.01- jurnalistika ixtisası- filologiya üzrə 

f

əlsəfə doktoru elmi dərəcəsinin almaq üşün “Azərbaycanda siyasi 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə