M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə186/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   182   183   184   185   186   187   188   189   ...   211

572 

 

«İstiqlal uğrunda» şeirlər məcmuəsinə yazdığı müqəddimə , həmin müqəddimənin 



b

əzi ixtisar və əlavələrlə Gültəkinin «Buzlu cəhənnəm» kitabında verilmiş variantı, 

prof.  Əhməd Cəfəroğlunun «Azəri  ədəbiyyatında  istiqlal  mücadiləsi»  əsəri,  

İstanbuldakı  «Azərbaycan nəşriyyat  yurdu»nun  hazırladığı  «Qurtuluş  yollarında» 

şeirlər məcmuəsinin müqəddiməsi , Məhəmməd  Əmin  Rəsulzadənin  «Çağdaş 

Az

ərbaycan ədəbiyyatı» əsəri və digər mənbələr əsasında mühacirət poeziyası ilə 



bağlı  mühacir qələm sahiblərinin eimi-  nəzəri mülahizələrini təhlil edir, 

d

əyərləndirir və  bu qənaətə  gəlir ki, Azərbaycan mühacirət poeziyasının  (və 



bütövlükd

ə ədəbiyyatının) təşəkkülü, inkişafı, məfkurəvi yönü, bədii-estetik dəyəri 

bar

ədə həmin müəlliflərin  araşdırmaları bu gün də  kimi əhəmiyyətlidir. 



Yuxarıda  deyilənləri  yekunlaşdıraraq,  bəyan  edirik  ki,  N.Cabbarlının 

«Mühacir


ət və  XX  əsr Azərbaycan  ədəbiyyatı  məsələləri»  monoqrafiyası  dəyərli 

t

ədqiqat əsəridir və onun nəşri məqsədəuyğundur.    



                        

Allahverdi M

əhərrəm oğlu Məmmədlinin 10.01.01 – «Azərbaycan ədəbiyyatı» 

ixtisası üzrə filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün «Molla 

N

əsrəddin» ədəbi məktəbində «Azərbaycançılıq» mövzusunda yazdığı 



dissertasiyaya 

R  Ə  Y 


Az

ərbaycan  ədəbi-mədəni, mətbu və  ictimai fikir tarixində  misilsiz  rol  oynamış 

«Molla N

əsrəddin»  jurnalının  vaxtı  ilə  yalnız  Azərbaycanda yox, eləcə  də  çar 

Rusiyasının  digər  əyalətlərində, həmçinin  İran  və  Türkiyədə, hətta Amerika, 

İngiltərə,  Fransa,  İtaliya,  Çin, Finlandiya və  başqa  ölkələrdə  də  abunəçilərinin 

olması,  hazırda  isə  bu jurnal dəstinin  Paris,  Kembric,  Ankara,  İstanbul,  Tehran, 

Helsinki v

ə sair şəhərlərin kitabxanalarında mühafizə edilməsi və bu gün də eyni 

maraqla v

ərəqlənməsi, mütaliə olunması mətbu orqanın necə böyük əhatə dairəsinə 

v

ə təsir gücünə qadir olduğuna və əbədiyaşarlılıq qüdrətinə dəlalət edir. Türk-islam 




573 

 

dünyasında satirik mətbuatın əsasını qoymuş «Molla Nəsrəddin»in təsiri ilə Bakıda 



(«B

əhlul», «Zənbur», «Mirat», «Kəlniyyət», «Məzəli»,  «Tuti», «Babayi-Əmir»), 

İrəvanda («Ləklək»),  Orenburqda  («Qarçıqa»,  «Çökuc»),  Kazanda  («Yasen», 

«Yalt-yult»), H

əştərxanda («Tup»), Təbrizdə  («Azərbaycan»), Rəştdə  («Nəsimi-

Şimal»),  Tehranda  («Suri  İsrafil»),  İstanbulda  («Qaragöz»,  «Xoca  Nəsrəddin») 

satiri

k jurnallar çıxmış, molla Nəsrəddin ədəbi məktəbinə xas  üslubda yazan bütöv 



bir n

əsil  ərsəyə  gəlmiş,  Şərq  xalqlarının  tarixində  və  taleyində  əbədi  iz  qoymuş, 

milli  şüurun,  milli  özünüdərkin, milli mənlik  hissinin  formalaşmasına  xidmət 

etm


ək kimi müqəddəs missiyanı yerinə yetirmişlər. Məsələ burasındadır ki, «Molla 

N

əsrəddin»  jurnalı  və  məktəbi 100 il əvvəl  olduğu  kimi  aktuallığını  və 



əhəmiyyətini bu gün də  itirməmişdir.  Hərçənd ki, dil pəhləvanları  bəzən  Mirzə 

C

əlilə, «Molla Nəsrəddin» məktəbinə də  hücum etməkdən belə çəkinmir, onların 



mövcud probleml

ərə  qarşı  mübarizə  metodunu bəyənmir, bu üslubu 

«epiqonçuluq», «t

əkrarçılıq»  adlandırırlar.  KİV-də, xüsusilə  bir  sıra  elektron 

q

əzetlərdə  bəzi üzdəniraq tənqidçilər müasir dövrdə  kitab, qəzet  oxumağın 



əhəmiyyətinin «Molla Nəsrəddinsayağı» vurğulanmasını dilə gətirilməsini, teatrın 

ön

əminin  qabardılmasını,  bir  sözlə, cəhalətə, geriliyə  qarşı  bu  metodla  mübarizə 



aparılmasını  «yüz  il  bundan  əvvəlin təranələri»  adlandırır  və  epiqonçuluq hesab 

edirl


ər. Halbuki, oxumağa, təhsilə, tərəqqiyə dəvət dünən olduğu kimi bu gün də 

aktualdır,  sabah  da  aktual  olaraq  qalacaqdır  və  bu dəvətin «Molla 

N

əsrəddinsayağı»  üslubda  həyata keçirilməsi qəbahət yox, fərasət və  istedad 



göst

əricisi  sayılmalıdır.  Cəmiyyətimizdə  hələ  də  ətirli və  ütülü paltarlarda, 

r

əngbərəng  qalstuklarda,  avropasayağı  libaslarda  gəzən  çox  sayda  danabaşın, 



Novruz

əlilərin, usta Zeynalların, Qurbanəlibəylərin, Məmmədhəsənlərin olduğunu 

da  dedikl

ərimizə əlavə etsək, fikrimiz tam aydın olar. 

Maraqlı və həm də təəccüblü odur ki, kimi özünü təsdiq və təbliğ etmək naminə 

«Molla N


əsrəddin» məktəbinə  hücum edir, kimi isə  öz çirkin əməlini ört-basdır 

etm


ək və  özünə  bəraət  qazandırmaq  üçün  «Molla  Nəsrəddin»ə  sığınır.  Əkrəm 


574 

 

Əylisli ya hələ  dərk etmir,  ya da özünü o yerə  qoymur,  guya  anlamır    ki,  onun 



yazdıqları Azərbaycan millətinə xəyanətdən, nifrətdən xəbər verir, Mirzə Cəlil irsi 

il

ə  Azərbaycan  xalqına  məhəbbətin və  xidmətin  ən parlaq təzahürü və  



nümun

ələrindəndir. Yeri gəlmişkən,  Əkrəm  Əylislinin  dildə  Mirzə  Cəlil 

ənənələrini yaşadan sənətkarlardan biri kimi dissertasiyada adı çəkilməsi (səh.62) 

çox t


əəssüf doğurur. 

M

ən bilərəkdən «Molla Nəsrəddin»  jurnalı  və  ədəbi məktəbi,  onun  aktuallığı 



haqqında  bir  qədər  ətraflı  bəhs etdim və  yaxşı  ki,  30  ildən  də  çox müddətdə 

yaradıcılığını  izlədiyim  istedadlı  həmkarım  Allahverdi  Məmmədli dissertasiya 

üçün  bu  mövzunu  seçmişdir.  Fədakar tədqiqatçının  bu  addımı  diqqətçəkici və 

t

əqdirəlayiqdir. Dərhal  da  vurğulamaq  istərdim ki, A.Məmmədli elmi-tədqiqat 



işində qarşısına qoyduğu vəzifənin öhdəsindən peşəkarlıqla gəlmiş, araşdırması ilə 

mollan


əsrəddinşünaslığa dəyərli töhfə vermişdir. 

Dissertasiya  «Giriş»dən, «Azərbaycançılıq  və  mollanəsrəddinçilik», «Molla 

N

əsrəddin ədəbi məktəbi və azərbaycançılığın yeni mərhələsi», «Azərbaycançılıq 



«Molla N

əsrəddin» ədəbi məktəbinin əsas yaradıcılarının fəaliyyəti kontekstində», 

«Yeni mollan

əsrəddinçi qüvvələr və azərbaycançılıq» adlı 4 fəsildən, «Nəticə» və 

«İstifadə edilmiş ədəbiyyat» siyahısından ibarətdir. Dissertasiyanın strukturu elmi-

t

ədqiqat işinin dolğun, sanballı, əhatəli işlənməsi üçün münasibdir və fundamental 



araşdırmaya xidmət edir. 

Tanınmış  tədqiqatçı  A.Məmmədli  «Giriş»də  tutarlı  və  təkzibolunmaz dəlillərlə 

mövzunun  aktuallığını  əsaslandırmış,  tədqiqatın  məqsəd və  vəzifələrini  aydın 

müdd


əalarla bəyan etmiş, problemin araşdırılması tarixini işıqlandırmış və mövcud 

v

əziyyətini göstərmiş,  tədqiqatın  elmi  yeniliyini  diqqətə  çatdırmış,  metodoloji 



əsaslarını  göstərmiş,  dissertasiyanın  nəzəri və  təcrübi  əhəmiyyətindən, 

aprobas


iyasından  bəhs  etmiş,  elmi-tədqiqat  işinin  quruluşu  haqqında  məlumat 

vermişdir. 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə