M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə183/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   179   180   181   182   183   184   185   186   ...   211

563 

 

Əli bəy Hüseynzadəyə  Krımdan  ünvanlandığı  məktubu   oxumaq kifayətdir. 



“H

əyatın” bağlanmasına  dərindən kədərlənən, “Füyuzat”ın tüüluna bütün varlığı 

il

ə sevinən Hasan Səbri Ayvazovun duyğularının tərcümanı kimi V. Quliyev yazır: 



“Özünü  yetim  qalmış  hiss  edən, səsini, sədasını,  fəryad və  fəğanını  insanlara 

çatdırmaq imkanını itirdiyindən, hüzn və ələmə qapılan Asan Səbri belə üzücü ab-

havada g

ələcəyə  ümidlə  baxa bilmək üçün bir səbəb, vəsilə  tapdığına  sevinirdi. 

H

əmin səbəb “Həyat”ın  yerinin  boş  qalmaması,  onun  ardıcılı,  varisi  kimi  ədəbi-



b

ədii və fəlsəfi ağırlıqlı “Füyuzat”ın meydana çıxaraq əvvəlki dəsti-xətti, əski milli 

maarifçilik  missiyasının  davam  etdirməsi, üstəlik, bəzi məsələlərdə  ortaya daha 

güclü v


ə səbatlı mövqe qoyması ilə bağlı idi”.  

        Milli 

ədəbiyyat tarixinə, həm də nasir və dramaturq kimi düşən Hasan Səbri 

Ayvazovun bu istiqam

ətdəki fəaliyyətinə  diqqəti çəkən Vilayət Quliyev onun 

“Füyuzat” m

əcmuəsində dərc olunmuş “Nədən bu hala qaldıq” üç pərdəli pyesinin 

mövzu v


ə sənətkarlıq problemlərindən də bəhs edir. Təqdirəlayiqdir ki, V. Quliyev 

Hasan S


əbri  Ayvazovun  “Füyuzat”  bağlandıqdan  sonrakı  taleyini  də  izləməkdə 

davam edir, onun Krımdakı pedaqoji fəaliyyətindən, Misirə, Moskvaya, İsveçrəyə 

s

əfərlərindən,  İsmayıl  Qaspiralının  vəfatından  sonra  “Tərcüman”a, eləcə  də 



“Mill

ət” qəzetlərinə redaktorluğundan, Krım  Xalq Cümhuriyyətinin  qurulmasında 

f

əal iştirakından, Krım Parlamentinə rəhbərliyindən, 1922-ci ildə Krımda baş verən 



d

əhşətli  aclığın  arada  qaldırılması  məqsədi ilə  yardım    üçün  Türkiyəyə 

getm

əsindən, 1926-cı  ildə  Bakıda  Türkoloji  qurultayın  işində  fəaliyyətindən 



kifay

ət qədər əhatəli məlumat verir. 

       

Krımda bolşeviklərin hakimiyyəti bərpa olunduqdan sonra baş verən ictimai-



siyasi prosesl

ər, təbəddülatlar   Hasan Səbri  Ayvazovun  dünyagörüşünə,  

f

əaliyyətinə  və  düşüncə  tərzinə  də  təsirsiz  ötüşmür. Vilayət Quliyev əski 



“Füyuzat”çının  şübhə, tərəddüd və  qorxularla dolu  həyatındakı  dəyişiklikləri, 

iztirab, üzüntü v

ə sıxıntıları, xilas üçün dostlarından dönə- dönə və acizanə, çarəsiz 

imdad v


ə yardım diləməsini mövcud rejimin təbiəti ilə məharətlə əlaqələndirir və 


564 

 

qeyd edir ki, 16  il davam ed



ən təqib və təzyiqlər məntiqi sonluqla  bitir, 1937-ci 

iln aprelin 5-d

ə  Krım  –tatar  ədəbiyyatının  canlı  klassiki  Hasan Səbri  Ayvazov 

h

əbs olunur. Zindanda ona  həbsxana qeydləri  yazmaq  üçün  “münasib  şərait” 



ya

radılır  və  o,  bir çox hallarda həyat və  yaradıcılıq  kredosu  ilə  uyuşmayan 

xatir

ələrini  yazmağa  məcbur edilir. Bir il sonra –  1938-ci il aprelin 17-  də  60 



yaşının tamamına bir neçə gün qalmış güllələnir. 

       Vilay

ət Quliyevin yazdıqlarına əsasən Hasan Səbri Ayvazovun yaradıcılığını 4 

dövr


ə bölmək olar: “Füyuzat”a qədərki,  “Füyuzat”, 1937-ci il həbsinə qədərki və 

h

əbsxana dövrü. Monoqrafiyanın əvvəlində Vilayət Quliyev haqlı olaraq belə bir 



fikir ir

əli sürür  ki, ədəbiyyat və mədəniyyətimizə xidmət edən, onu bəlli bir ölçüdə 

z

ənginləşdirən  ədəbi  simaların,  o cümlədən qədirşünaslığı  ilə  seçilən, 



m

ədəniyyətimizin zənginliyinə və uğurlarına heyranlığını gizlətməyən Hasan Səbri 

Ayvazov

un        şəxsiyyət və  yaradıcılığının  Azərbaycan  ədəbiyyatı  konteksində 



əhatəli öyrənilməsinə, qarşılıqlı əlaqələrini, ədəbi irslərini müqayisəli araşdırmağa 

ehtiyac  var.    Düşünürəm  ki,    sanballı  tədqiqat  əsəri ilə  Vilayət Quliyev örnək 

addım atmışdır və bu istiqamətdə daha dərin və əhatəli tədqiqatlar aparılmalıdır.  

         Hasan  S

əbri  Ayvazovla  bağlı  V.  Quliyev    əsərin sonunda indiyə  qədər  adı 

İsmayıl  Qaspiralı  ilə  bir  sırada  Krım-tatar  ədəbiyyatının  klassikləri    sırasında 

ç

əkilən Asan Səbriyə formal bəraət verilmədiyini  qeyd edir və yazır   ki, əslində 



is

ə  onu və  yüz minlərlə  insanları  məhvə  sürükləyən  sovet  rejiminin  özü  biabırçı 

şəkildə  tarixin arxivinə  atıldığından,  belə  bəraətə  indi ümumiyyətlə, lüzum 

qalmayıb.  Bu  sətirləri oxuyarkən  xatırlayıram  ki,  bir  neçə  il  əvvəl-  1937-  ci il 

repressiya  qurbanları  haqqında  məqalə  yazarkən biz də  eyni ürəkağrıdıcı 

m

əlumatla rastlaşmışdıq: Ömər Faiq Nemanzadə başda olmaqla  bu qəbildən  bir 



neç

ə tanınmış xadimimiz də bu günədək bəraət almamışdır... 

        

Qeyd etdiyimiz kimi, monoqrafiyanın 2-ci hissəsində “Osmanlı türklərinin ən 

mük

əmməl mühərrir və  şairlərindən”  (Əli  bəy Hüseynzadə)    Əhməd  Kamalın 



h

əyat və yaradıcılığından söz açılır.  Səriştəli tədqiqatçı Vilayət Quliyev  Əhməd 




565 

 

Kamalın  Bakıya  gəlişinədək həyat və  fəalliyyətinə  nəzər  salır,  ilk  təhsili və  ilk 



yaradıcılıq  nümunələri  barədə  məlumat  verir,    Sultan  istibdadına    qarşı 

mübariz


əyə  qoşulduğunu,  bunun  nəticəsi kimi bir müddət mühacir  həyatı 

yaşamağa  məcbur  olduğunu,  nəhayət  Əli  bəy  Hüseynzadənin dəvəti ilə 

“Füyuzat”da  işə  başladığını,  məcmuə  qapandıqdan  sonra  Balaxanıda  pedoqoji 

f

əaliyyətlə məşğul olduğunu   təfsilatı ilə yazır. Yeri gəlmişkən, qeyd olunmalıdır 



ki, Vilay

ət  Quliyev    Ankaradakı  Qazi  Universitetinin  dosenti  Metin Kayahan 

Özgilin Əhməd Kamalın irsi ilə bağlı tədqiqatlarını təqdir edir, onun qələmə aldığı   

“Son Jon Türk Kalesi  Ahmed Kamal Akünal” adlı əsərini (İstanbul, 2010, Kitab 

evi  yayınları,  436  səh.) yüksək dəyərləndirir, eyni zamanda müəllifin müəyyən 

mülahiz


ələri, tarixi həqiqəti əks etdirməyən fikirlərinini tutarlı mənbələrlə    inkar 

edir.    Əhməd  Kamalın  “Füyuzat”a  dəvəti, onun məcmuədə  iştirakı  olmadığı 

dövrl

ərdə  “Füyüzat”ın    maraqsız  və  solğunluğu,  Əhməd  Kamalın    həbsinin 



Az

ərbaycan Xalq Cümhuriyyəti Parlamentində  “İttihad”  fraksiyasının  rəhbəri 

doktor  Qara b

əy Qarabəyovun xəyanəti ilə  əlaqələndirilməsi kimi məsələlərdə    

V.  Quliyev  Kayahan  Özgülün  iddiaları  ilə  razılaşmadığını  bildirir  və 

mülahiz


ələrini əsaslandırır.  

    “Füyuzat”da h

əm  şair,  həm də  publisist-tənqidçi  kimi  çıxış  edən  Əhməd 

Kamalın yaradıcılığından söz açan V. Quliyev göstərir ki,  şairin məcmuədə dərc 

olunan poetk nümun

ələri daha çox fərdi həyəcan və  duyğularının  ifadəsi təsiri 

bağışladığından, ictimai məna kəsb etmədiyindən, xüsusən  isə dilinin ağırlığından 

şeirlərinin oxucu dairəsi məhdud idi. Bununla belə, tədqiqatçının  fikrincə,  şairin 

“Füyuzat”ın 18-ci nömrəsində  “Gözəlim, açma maziyi” misraları ilə  Şekspirin bir 

sonetin


ə yazdığı nəzirə Azərbaycan ədəbiyyatında yeni hadisə olmaqla yanaşı, Fars 

poeziyasında  da  bu  janrın  yaranmasına  zəmin  olmuşdur:  Səid Səlmasi bu 

nümun

ədən təsirlənib fars dilində bir sonet yazmışdır. 



       

Əhməd Kamalın publisistikasını gözdən keçirən Vilayət Quliyev  onun Əli bəy 

Hüseynzad

ənin yazdığı “Qaf və Simurq” məqaləsindən təsirlənərək qələmə aldığı 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə