M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə181/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   177   178   179   180   181   182   183   184   ...   211

557 

 

      



Tanınmış  yazıçı-  publisist,  ssenarist  Orxan  Fikrətoğlu  xalq  dilində  danışan, 

xalq dilində yazan, xalqı da düşünməyə vadar edən qələm əhlidir. Anlatmaq onun 

ən  böyük  missiyası,  anlada  bilmək    ən  böyük  məharətidir.  Ədibin  “Ulduz”  da 

veril


miş “ Tülu” povestinin məzmunu, ideyası onu deməyə əsas verir ki, bu, fikir  

və  intellektual əsəridir, ictimai və şəxsi həyatda təcavüzə məruz qalan  milli və 

bəşəri  dəyərlərin,  mənəvi,  əxlaqi  amillərin  xilasına,  ailədaxili  və  insanlararası 

münasibətlərin  təmizliyinə,  cəmiyyətdə  ədalət  ölçülərinin  itirilməməsinə    xidmət 

edən bir yazıçı töhfəsi, müəllif mövqeyinin bədii ifadəsidir. Əsərin ideya və sənət 

dəyəri,    bədii  məziyyətləri,    süjeti,  kompozisiyası,  obrazları,  onların  həyat  və 

düşüncə tərzi irihəcmli və sanballı yazı üçün orijinal faktlarla zəngindir. Vətəndaş- 

sənətkar    Orxan Fikrətoğlu bu əsəri ilə də sözün gücünə inanaraq həmvətəninə 

müraciət  edir:  “Papağını  qarşına qoy,  yaxşı-yaxşı  fikirləş,  “zəlzələ”  baş  verəndə 

gec olur. Təmənnasız  yaxşılıq elə,  “mürəbbə qazanına istiot tökmə”,  “şər atma”, 

“yalan  danışma”,    zorlama,    öldürmə,    haqsızlıq  etmə,  pis  vərdişlərdən  əl  çək, 

narkotik  alverinə qurşanma, mürtəce,  mürtəd və əclaf olma! Bir sözlə, tövbə et,  

haqqa tapın, yenidən başla! ” 

     


Zeynəb  Əliqızının    “Ən  yaxşı  it”,  Tural  Sahabın  “Yağışlı  bir  sentyabr 

gecəsində”,  Mənsur  MATT-ın  “Utanc”  hekayələri  təhkiyənin  təbiiliyi,  kədərli 

tərzi, emosionallığı, eyni zamanda  səmimiliyi ilə yadda qalır. 

      


Görkəmli türk yazıçısı, filosof və tərcüməçi Cəmil Meriçin üzümüzə gələn il 

anadan  olmasının  100  ili  tamam  olur.    Təqdirəlayiqdir  ki,  bu  əlamətdar  hadisə  

münasibəti ilə “Ulduz” jurnalı   Cəlal Bəydilinin “Əsrin vicdanı Cəmil Meriçin 100 

illik  yubileyinə”  adlı  yazısını  və  böyük  qələm  və  zəka  sahibinin  kəlamlarını 

vermişdir.  

       

Tərcümə.  Oxucular jurnalın  dekabr nömrəsində XX əsrin və modern Alman 

ədəbiyyatının  ən  parlaq  simalarından  Frans    Kafkanın  “Hibrit”  (  tərcümə  edən 

Taleh  Həmidoğlu),  tanınmış  rus  yazıçısı  Valentina  Yerofeyevanın  “Vüsal”  ( 



558 

 

tərcümə  edən  Knyaz  Qaçaq),  Başqurdstanın  gənc  və  istedadlı  yazıçısı  Ayqiz 



Baymuxametovun  “Getmə,  ana”  (tərcümə  edən  Aygün  Yaşar)  hekayələri  ilə  də 

tanış olmuşlar. 

       

Ədəbiyyatşünaslıq.

 

Müasir  Azərbaycan    ədəbi  tənqidində  öz  imzasını  təsdiq 



etmiş Əsəd Cahangir  yeni il ərəfəsində Arzu Hüseyn, Elşad Ərşadoğlu, Hədiyyə 

Şəfaqət,  Dilqəm  Əhməd,  Ruslan  Dost  Əli,  Aqşin  Evrən,  Leyla  Əliyeva,  Akif 

Ulucay, Xatirə Nurgül, Feyziyyə, Fəridə Məmmədova, Emin Piri, Ramil Əhməd, 

Fərid Hüseyn, Alik Əlioğlu, Nicat Məmmədov, Leyla  Nənə, Aysel Novruz, Elnaz 

Eyvazlı, Rəqibə Nazimqızı, Sevinc Elsevər, Əvəz Qurbanlı, Aysel Əlizadə, Nilufər 

Şıxlı, Könül Arif kimi gənc nəsil yazarların  timsalında  çağdaş şeirimizin   ümumi 

mənzərəsinə  lakonik,  eyni  zamanda  peşəkar, 

operativ  və  obyektiv  (  yəqin, 

bayramqabağı  olduğundan  bir  qədər  də  səxavətlə)  nəzər  salmış,  onların 

yaradıcılığını  mövzu,  sənətkarlıq  baxımından  təhlil  etməyə,  müasir  tələblər 

nöqteyi-

nəzərindən    dəyərləndirməyə  çalışmışdır.  Tənqidçi  çağdaş  şeirimizin 

nüma

yəndələrindən  və  nümunələrindən  söz  açarkən  klassik  poeziyanın 



yaradıcılarının irsi ilə  paralellər aparır, nəsillərarası  əlaqələrə,  ənənələrə  toxunur, 

ortaq və fərqli məqamlarla bağlı maraqlı mülahizələr irəli sürür.  

      

Şair,  tədqiqatçı  Namiq  Hacıheydərlinin  qənaətinə  görə  “Əski  türkün  ... 



həyatının  və  yaradıcılığının  elə  bir  tərəfi  yoxdur  ki,orada  “at”  sözü  keçməsin”  ( 

Əski türkün yaşamında və dünyagörüşündə at ). Müəllif fikirlərini türk xalqlarının 

yazılı və şifahi ədəbi nümunələrindən tutarlı  misallar gətirməklə əsaslandırır. 

       Jurnalistika. 

Gənclik  jurnalında  əlamətdar  günlərlə,  tarixi  hadisələrlə  bağlı 

materialların dərc edilməsi müsbət haldır.

  

Hər il noyabrın 6-da ölkəmizdə  qeyd 



olunan “Azərbaycan televiziyası və radiosu günü”  münasibəti ilə jurnalist Hicran 

Hüseynovanın    “Mənim  radiom”  adlı  məqaləsi  və    radio  sahəsində  xidməti  olan 

insanların-Əməkdar  jurnalist  Gülbəniz  Hüseynlinin,  tanınmış  radio  jurnalistləri 

Aybəniz  Məmmədəliyevanın,  Sarıtel  Vahidin,  İntiqam  Mehdizadənin  və 




559 

 

“Qobustan” j



urnalının baş redaktoru Vaqif Əlixanlının ürək sözləri təsirli, mənalı 

və  maraqlıdır.  Azərbaycan  radosunu  bənzərsiz  yaradıcılıq  məkanına  bənzədən 

Gülbəniz  xanım  mədəniyyətimizin  səs  salnaməsinin  yaradılmasında  iştirakından 

qürur  duyduğunu    haqlı  olaraq  fəxrlə  deyir.  Həyatının  30  ilini  Azərbaycan 

radiosuna həsr edən Aybəniz xanım radionu  maarifçilik missiyasını yerinə yetirən 

müqəddəs  məkan  adlandırır.  Təranə  xanım  əmindir  ki,  söz    özünü  heç  yerdə 

radiodakı kimi rahat hiss etmir. İntiqam Mehdizadə: “ Qızıl fonda düşmüş 300-dən 

çox hazır, istənilən vaxt efirdə səslənə biləcək verilişimizin lent yazıları qorunur ki, 

mən  onları  öz  övladlarım  qədər  sevir,  əzizləyirəm”.  Bu  isə  Vaqif  Əlixanlının 

qəlbinin pıçıltılarıdır: “ 90 yaşlı Radio – öz taleyimi, ömürlüyümü etibar etdiyim 

həyatım qədər əziz insan deməkdir”. 

B

ədii tərtibat, dizayn, rəssam  işi  və  illüstrasiyalar.  Bu cəhətləri ilə  də  indiki 

t

ələblərə tam cavab verən “Ulduz” öz ünvanına  ən xoş sözləri haqq edir. 



       Bütün deyil

ənləri  yekunlaşdıraraq  bildiriəm  ki,  jurnaldakı  materialların 

əksəriyyəti  ideya-məzmun baxımından  sanballı və zəngin, dil-üslub, sənətkarlıq 

nöqteyi-n

əzərindən qənaətbəxş,  janr  cəhətdən rəngarəng,  coğrafi    yöndən 

əhatəlidir. V

ə  fürsətdən istifadə  edib, dərginin  50  yaşı  münasibəti ilə  bütün 

əməkdaşları ürəkdən təbrik edir və yeni- yeni yaradıcılıq uğurları arzulayıram. 

abid_tahirli@mail.ru 

“Ulduz” jurnalı, №1, 2017; 

 modern.az, 21yanvar 2017. 

 

  



 

 

 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə