M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə184/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   180   181   182   183   184   185   186   187   ...   211

566 

 

v



ə  məcmuənin 18-ci nömrəsində  çap olunan    “Simurqun qanadları  altında”   adlı 

yazısını  gələcək fəaliyyətinin  proqramı,  yaradıcılığının  ideya-istiqaməti, 

arzularının  anonsu  adlandırır.  Əhməd  Kamal  Bakıda  mədəniyyət və  azadlıq 

mübariz


əsi aparmaq,  Qərbdə  olduğu  kimi  ədəbi tənqiddə  fikir rəngarəngliyini,  

müxt


əlifliyini  formalaşdırmaq  niyyəti ilə  gəldiyini bəyan  edir.  Əhməd  Kamalın 

“Füyuzat”dakı  fəaliyyətini izləyən V.Quliyev  onun milli ədəbiyyatdan,  çağdaş 

ədəbi mühitdən xəbərsiz, müraciət etdiyi əsər və müəlliflərin əhatə dairəsinin isə 

m

əhdud  olduğunu,  tənqidin vəzifəsinin yetərincə  bilmədiyini,  yalnız  Osmanlı 



türkc

əsini,  Osmanlı  ədəbiyyatını  qəbul  etdiyini  vurğulayır,  bu  qənaətə  gəlir ki, 

bütün bunlara gör

ə Əhməd Kamal “dövrün ədəbi-bədii fikrinin dərinliklərinə nüfuz 

ed

ərək ümummilli mahiyyət qazana bilməmişdi”.  Bununla  yanaşı  V.  Quliyev 



Əhməd  Kamalın  uğurlarını  da    qədirbilənliklə  təqdir edir. Tədqiqatçı  Əhməd 

Kamalın    günümüzlə  səsləşən və  çox aktual olan Avropa ilə  münasibətlər 

mövzusuna h

əsr  etdiyi  “Avropalılarla  anlaşalım”  adlı  məqaləsinin təhlilinə  xeyli 

yer  ayırır  və  yazır:  “Əhməd Kamal milliyyətçi və  türkçü kimi Qərb dəyərlərini 

qeyd-


şərtsiz qəbul etmir, Qərb  qarşısında  dilsiz  heyranlıq  ona  yad  idi. Türklərin 

tarixd


əki yerini bilir və  bundan qürur duyurdu. Lakin eyni zamanda Avropa 

xalqlarının  keçdiyi  tarixi  inkişaf  yolunun  uğurlarını  mənimsəmək, köhnə  qitədə 

meydana g

əlmiş  dünyəvi, mütərəqqi meylləri öyrənmək və  onları  milli  həyata 

g

ətirməyin  qızğın  tərəfdarı  kimi  çıxış  edirdi”.  Tədqiqatçı  bu  fikri  əsaslandırmaq 



üçün m

əqalədən yerli-yerində  sitatlar gətirir, dediklərini konkret nümunələrlə 

əsaslandırır. Əhməd Kamalın publisistikasında səciyyəvi  məqamlara diqqəti çəkən 

V.Quliyev  mü

əllifin həyəcanının, nigarançılığının mənbəyi haqqında fikirlərini də 

bölüşür.  Qeyd  edir  ki,  “Əkinçi”ni  yaşada  bilməyən, onilliklər  boyu  yalnız  iki 

v

ərəqlik “Tərcüman”ın  ümidinə  qalan çoxmilyonluq türk-müsəlman  xalqlarının 



dünyada böyük d

əyişikliklər baş verdiyi bir dövrdə də  mətbuata laqeyd münasibət,  

“M

ətbuat bir millətin  lisanı,  samiəsi, nəzəri, beyni deməkdir, mətbuatsız  millət 



söyl

əyəməz,  eşidəməz, görməz” deyən   Əhməd  Kamalı  dərindən qayğılandırırdı. 

Əhməd Kamal problemi göstərməklə  kifayətlənmir,  o,  Avropa  qapısının  açmaq 



567 

 

yollarını    da  göstərirdi.  Yazırdı  ki,  biz  bağıra-  çığıra  bu  həriflərin  aralarına, 



qaibeyi-ictimaiyy

ələri içinə hər nə sürətlə olursa olsun, girməyə çalışmalıyız. Bizi 

al

əmdə istədikləri kimi tanıtmamaları üçün daima gözlərinin önündə olmalıyıq. 



     

Kitabda Əhməd Kamal- İbrahim Tahir münasibətlərinə xeyli yer ayrılmışdır. İlk 

baxışda elə görünə bilər ki, daha çox şəxsi- qərəzlikdən, bəyənməzlikdən yaranan 

v

ə dedi-qodu təəssüratı  yaradan,  bəzən də əndazəni aşan,  etik çərçivədən, ədəbi 



diskussiyadan  uzaq “q

ələm dueli”nin  bir elmi-tədqiqat  əsərində  geniş 

işıqlandırılmasına  ehtiyac  yoxdur.  Amma  məlum  olur  ki,    iki  yazar  arasındakı 

k

əskin münasibət heç də  yalnız  şəxsi münasibətlərdən  qaynaqlanmır,  digər 



t

ərəfdən isə onların “söz davası”ı  dövrün ədəbi, mədəni, mətbu mənzərəsini, bir   

sıra ağrılı problemləri ilə dərindən tanışlığa imkan verir, ictimai məzmun daşıyır: 

1.

 



bu  yazılar  həm  Əhməd Kamala, həm də  İbrahim  Tahirə  xas  bir  sıra  şəxsi 

xüsusiyy


ətləri üzə çıxarmaqla yanaşı, həm də onların dilə, ədəbiyyata, sənətə 

münasib


ətlərini  ortaya qoyur, əsərlərinin mövzu, üslub, sənətkarlıq 

probleml


əri haqqında təəssüratı genişləndirir, zənginləşdirir; 

2.

 



ictimai-

siyasi  mövzularda  çox  ayıq-sayıq  olan  senzuranın  şəxsi təhqirlər, 

t

əhdidlər zamanı susması,  bir növ qızışdırıcı mövqedə olması faktı kimi, bu 



yazıları dərc edən “Füyuzat”ın mövqeyi də diqqəti çəkir; 

3.

 



yazışmaların  təhqirlərlə  dolu  dili,  bayağı  üslubu  dövrünün  bir  sıra 

xadiml


ərinin, o cümlədən  İsmayıl  Qaspiralının  və  Sənəttüla  İbrahimovun 

k

əskin etirazlarına səbəb olur və onlar bu gün də çox aktual olan prinsipə- 



m

ətbuat  polemikası  zamanı  tərəfləri  ədəb və  mərifətə  riayət  olunmasına  

d

əvət edirlər. 



Əsərin sonunda Vilayət  Quliyev    araşdırma  zamanı  “Son  Jon  Türk  Kalesi. 

Ahmet Kemal Akünal” kitabına dönə-dönə müraciət etdiyini göstərir,  kitabın 

əliffi  M.Kayahan  Özgilin  Əhməd  Kamal  haqqında  pərişanlıqla    yazdığı  



“Böyle biri hiç yaşamadı ki... Onu ne Türkiye tanıyor, ne de Azerbaycan...Ne 


568 

 

edebiyyat tarihlerine girdi, ne de siyasi tarihlere... Ne mezartaşı var, ne de ölüm 



tarihini hatırlayan” –cümlələrini  üzülərək sitat gətirir və qədirbilənliklə bildirir 

ki, bu unutqanlığın aradan qaldırılmasında, fikrimcə, türk müəllifi öz kitabı ilə 

mövcud  boşluğu  xeyli  doldurmuşdur.  Əsər V. Quliyevin öz tədqiqatına 

t

əvazökarlıqla  işarə  vuraraq    yazdığı  bu  cümlə  ilə  bitir  “Əhməd  Kamalın 



Az

ərbaycanla  əlaqələrinin  aşkara  çıxarılması  və  müəyyən sistemə  salınması 

baxımından  isə  təqdim  olunan  araşdırmanın  müəyyən təsəvvür  yaradacağına 

ümid etm


ək istərdim”.  

 

Şübhəsiz ki, görkəmli alim  V,Quliyevin bu  araşdırması  iki  tanınmış  yazarın- 



Asan S

əbri Ayvazovun və Əhməd Kamalın həyat yolu və yaradıcılıq yolunun, 

“Füyuzat” m

əcmuəsinin, ümumiyyətlə  mətbuat tariximizin öyrənilməsinə, 

mövcud t

ədqiqatların  daha  da  zənginləşdirilməsinə  böyük və  təqdirəlayiq   

töhf

ədir.  “Füyuzat”ın  öyrənilməsi isə  Ofelya  Bayramlının  sözləri ilə  desək, 



xalqın milli istiqlal uğrunda mübarizə tarixini, azadlıq, həqiqət yollarını,, böyük 

bir mill


ətin təfəkkür xəzinəsini öyrənməkdir. 

 kulis.az d



ərgisi 

30 iyun 2017 

 

 



 

 

 

Az

ərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutu Azərbaycan 



mühacir

ət ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə 

doktoru, dosent Nikpur Mirhüseyn oğlu Cabbarlının «Mühacirət 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə