M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə185/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   181   182   183   184   185   186   187   188   ...   211

569 

 

v



ə XX əsr Azərbaycan ədəbiyyatı məsələləri» monaqrafiyasına 

R   Ə   Y 

«Mühacir

ət və XX əsr Azərbaycan ədəbiyyatı  məsələləri» monoqrafiyasının 

lap 

əvvəlindən – «Giriş»in ilk cümlələrindən bəlli olur  ki, mühacirət ədəbiyyatının 



ta

nınmış tədqiqatçılarından olan Nikpur Cabbarlı növbəti dəfə də elmi ictimaiyyə-

tin diqq

ətini çox ciddi, aktual, əhəmiyyətli problemə yönəltmək niyyətindədir. O, 

çağdaş ədəbiyyatşünaslıq qarşısında duran ən mühüm vəzifələrdən birinin müasir 

t

ələblərə uyğun, yeni konseptual baxışla «Azərbaycan ədəbiyyatı tarixi»nin akade-



mik çoxcild

liyinin yazılıb başa çatdırılmasının olduğunu vurğulayır və qeyd edir 

ki, bu zaman uzun müdd

ət elmi dövriyyədən kənarda qalmış faktlardan, o cümlə-

d

ən mühacirət  ədəbiyyatşünaslığı  faktlarından  da  faydalanmaq problemin həlli 



üçün 

əhəmiyyətli ola bilər. Tədqiqatçı haqlı olaraq bu fikirdədir ki, sovet dövrü və 

C

ənubi Azərbaycan ədəbiyyatı ilə bağlı mühacirət elmi fikrinin bir sıra müddəaları 



günümüzd

ə də aktual və dəyərlidir.  

«Giriş»lə birlikdə «Sovet Azərbaycanında ədəbi proses», «Məhəmmədhüseyn 

Şəhriyar  poeziyası mühacirət ədəbi tənqidində», «Mühacirət poeziyasına mühacir 

ba

xışı», «Nəticə», «Ədəbiyyat» siyahısından ibarət elmi tədqiqat əsərində N.Cab-



bar

lı  mövzunun  araşdırılması  tarixinə  qısaca  nəzər salır,  toxunulan  problemləri 

göst

ərir, məqalələri təhlil edir, dəyərləndirir, ən əsası isə sahənin mövcud tədqiqat 



materiallarını  özünün  axtarışları  ilə  ərsəyə  gəlmiş  elmi-nəzəri qənaətlərlə 

z

ənginləşdirir.  



Əsərin «Sovet Azərbaycanında  ədəbi  proses»  adlı  bölümündə  tədqiqatçı 

M.Ə.Rəsulzadə, M.B.Məhəmmədzadə,  Ə.Cəfəroğlu,  S.Təkinər kimi müəlliflərin 

sovet dövrü 

ədəbiyyatımızla bağlı araşdırmalarına əsasən fikir və mülahizələr yü-

rüdür v

ə bu qənaətə gəlir ki, həmin tədqiqatlar həm ədəbi-tarixi faktlara obyektiv 



münasib

əti, həm də elmi-nəzəri səviyyəsi baxımından fərqlənir. Bu müddəanı əsas-

lan

dırmaq üçün N.Cabbarlı M.B.Məhəmmədzadənin «Azəri ədəbiyyatının dünü və 




570 

 

bu günü» adlı məqaləsini dərindən təhlil edir. Mirzə Bala bir sıra Azərbaycan sovet 



aliml

ərindən fərqli olaraq, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi yazarların əsərlərini 

h

əm sənətkarlıq, həm də ideya-siyasi baxımdan yüksək dəyərləndirir. M.Ə.Rəsul-



zad

ə də «Çağdaş Azərbaycan ədəbiyyatı» əsərində həmin müəlliflərin əsərlərində 

d

ərin bir milliyyətçi ruh, vətənpərvərlik görür, «Peyğəmbər»dən, «Səyavuş»dan si-



tatlar g

ətirməklə fikrini əsaslandırır. 

N.Cabbarlı  mühacir ədəbiyyatşünasların irsinin  əsl mahiyyətini, məğzini  aç-

maq, Az


ərbaycan sovet nəzəriyyəçilərindən fərqini, eyni zamanda dövrün ədəbi 

mübariz


əsinin kəskinliyini göstərmək üçün sitatları, xarakterik məqamları məharət-

l

ə  seçir, təhlil və  təqdim edir. Bu mənada, onun M.B.Məhəmmədzadənin «xalq 



dilil

ə  deyil, proletar dili ilə  danışan»  Süleyman  Rüstəm,  yaradıcılığı  ilə 

s

ətirlərindən od püskürən  istiqlalçı,  milliyyətçi  şair  Ə.Cavad  poeziyası  haqqında 



mülahiz

ələrini müqayisə  yolu ilə  təqdim etməsi mühakimə  və  qənaətlərin 

effektivliyini ar

tırır. 


N.Cabbarlıya görə, 1920-30-cu illər ədəbi prosesi və ədəbi mühitinin ilk dəfə 

obyektiv elmi t

əhlili və  dəyərləndirilməsi məhz mühacirət  ədəbiyyatşünaslığında 

öz 


əksini  tapmışdır.  Tədqiqatçı  mühacir  ədəbiyyatşünasların  ideya-siyasi, bədii-

estetik gö

rüşlərini  onların  əsərlərindən dəlillər gətirməklə  diqqətə  çatdırır, 

d

əyərləndirir. Bir məqamı  vurğulamaq  yerinə düşərdi ki,  N.Cabbarlı  mühacirətin 



ədəbiyyatşünaslıq irsinin aktuallığını itirmədiyini və bu gün də mühüm əhəmiyyət 

k

əsb etdiyini qeyd etməklə kifayətlənmir, bu fikri həm də əsaslandırır. 



T

ədqiqatçı  1950-60-cı  illər mühacirət  ədəbiyyatşünaslığından  bəhs edərkən 

Süleyman T

əkinər yaradıcılığına xüsusi diqqət yetirir. Bu da təsadüfi və səbəbsiz 

deyil. O, 

əminliklə bildirir ki, mühacir ədəbiyyatşünaslar içərisində 1950-60-cı illər 

Az

ərbaycan  ədəbiyyatının  tədqiqi ilə  müntəzəm məşğul  olan  yeganə  mütəxəssis 



m

əhz S.Təkinər olmuşdur. N.Cabbarlı S.Təkinərin Rəsul Rza, Xəlil Rza, Məmməd 

Ra

him,  Qabil  kimi  şairlərin  yaradıcılığı ilə  bağlı  obyektiv  mülahizələrini yüksək 



d

əyərləndirir və  təqdir  edir.  Nizami  adına  Ədəbiyyat  İnstitutunun  hazırladığı 




571 

 

«Az



ərbaycan sovet ədəbiyyatı tarixi»nin I cildi barədə S.Təkinərin yazdığı resenzi-

yaya diqq

əti çəkən N.Cabbarlı bu rəydə müəllifin həm tənqid, həm də təqdir etdiyi 

m

əqamlardan bəhs edir: S.Təkinər kitabda bir tərəfdən, bəzi milli ədəbiyyat nüma-



y

əndələrinin irticaçı adlandırılmasını tənqid edir, digər tərəfdən, həmin əsərin bü-

tün qüsurlara r

əğmən böyük  boşluğu  doldurduğunu və nəşrin önəmli ədəbi hadisə 

ol

duğunu nəzərə çatdırır. 



N.Cabbarlının «mühacirət elmi fikrinin sovet dövrü ədəbiyyatına münasibətdə 

orijinal v

ə əhəmiyyətli cəhətlərlə yanaşı, mübahisəli məqamlar da yox deyildir»- 

q

ənaəti ilə razılaşmamaq mümkün deyildir. Təqdirəlayiqdir ki, tədqiqatçı əsərində 



h

ər iki məqamı kifayət qədər işıqlandıra, dəyərləndirə bilmişdir. 

«M

əhəmmədhüseyn  Şəhriyar mühacirət  ədəbi tənqidində»  adlı  bölümdə 



N.Cabbarlı  M.Ə.Rəsulzadə,  Ə.Cəfəroğlu  kimi  görkəmli xadimlərin irsinə  istinad 

ed

ərək, XX əsr Azərbaycan  poeziyasının  parlaq  simalarından  olan  M.Şəhriyarın 



yaradıcılığına mühacirət ədəbiyyatşünaslığının münasibətini araşdırır. Əlbəttə, hər 

bir az


ərbaycanlı,  xüsusən mühacirətdə  yaşamağa  məhkum  olan  soydaşımız  üçün 

Şəhriyar poeziyasının dili doğmadır, əzizdir. M.Ə.Rəsulzadə də «Ədəbi bir hadisə» 

adlı  məqaləsində  şairin  «Heydərbabaya  salam»  poemasının  gücünü, qüdrətini 

şairin  dil  sənətkarlığında  görür.  N.Cabbarlı  da  bu  fikirlə  razılaşır  və  tənqidçinin 

Şəhriyar  poeziyası  ilə  bağlı  elmi-nəzəri qənaətləri daha da zənginləşdirən 

mövqeyini t

əqdir edir. 

M.Ə.Rəsulzadənin  «Ədəbi bir hadisə»  adlı  yazısından  sonra  diqqəti prof. 

Ə.Cəfəroğlunun «Şair Şəhriyar» məqaləsinə yönəldən N.Cabbarlı bu qənaətə gəlir 

ki, M.Ə.Rəsulzadənin və Ə.Cəfəroğlunun şairin sənətinə milli və ümumbəşəri də-

y

ərlər kontekstində verdikləri bu qiymət çağdaş şəhriyarşünaslıq üçün yalnız ədə-



bi-tarixi fakt kimi deyil, n

əzəri-metodoloji baxımdan da əhəmiyyətlidir.  

Monaqrafiyanın  «Mühacirət  poeziyasına  mühacir baxışı»  bölümündə  

t

ədqiqatçı    Mirzə  Bala Məhəmmədzadənin  «Əli  Usta  və  şeirləri» məqaləsi , 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə