M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə180/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   176   177   178   179   180   181   182   183   ...   211

554 

 

zamanda 



Kiyevdəki  türk  (azərbaycanlı)  tələbələrin  1910-15-ci  illərdəki 

fəaliyyətləri haqqındadır. Əsərin  ikinci  hissəsi olan “1917-ci ildə” romanının baş 

qəhrəmanı Rüstəm bəy   dərin zəkası, filosofanə fikirləri, cəmiyyət həyatı ilə bağlı 

maraqlı və  ziddiyyətli mülahizələri ilə seçilir, o da Fəxrəddin bəy kimi  mənsub 

olduğu xalqı və vətəni dərin məhəbbətlə sevir.  

       


Vüsal  Nurunun  Ayziki  fərqli  obrazdır  və  daha  çox  Mirzə  Cəlilin 

felyetonunlarındakı,  Ceyhun  Hacıbəylinin  publisistikasındakı  “avropalıları”  

xatırladır.  Ayaz  niyə  “Ayzik”  olmuşdur?  Onu  milli  hiss  və  duyğulardan,  adət-

ənənələrdən uzaqlaşmağa, libası, həyatı ilə bərabər, təfəkkür tərzinin  dəyişməsinə, 

öz  kökündən  ayrılaraq  yad  bir  məxluqa  çevrilməsinə  nə  səbəb  olmuşdur?      

Problemin  aktuallığını  nəzərə  alaraq,  məsələnin  üzərində  bir  qədər  ətraflı 

dayanmağı məqsədəmüvafiq hesab edirik. Tarixə  qısaca nəzər salaq.  Bəri başdan 

deyim  ki,  başlanğıcını  orta  əsrlərdən  götürən,    XX  əsrin  sonu,  XXI  əsrin 

əvvəllərindən  geniş  vüsət  alan,  sürətlənən,  bəzən  milli-mənəvi  dəyərlərin  bəlası 

kimi  təqdim  olunan      qloballaşma  müasir,  modern  texnologiyanın  sayəsində 

cəmiyyət  həyatının  ən  müxtəlif  sahələrini  bürüyən,  hər  cür  milli,  dini, regional 

sədləri,  sərhədləri  dəf  edərək  iqtisadiyyatı,  ictimai-siyasi  hadisələri,  axınları, 

cərəyanları,  ideologiyaları  bir  məcraya  yönəldən  tarixi  prosesdir.  Obrazlı  desək, 

qloballaşma bir tərəfdən şirin su kanalları kimi torpağa can verir, iqtisadiyyatı, ona 

bağlı sahələri dirçəldirsə, digər tərəfdən kükrəyən dağ çayı kimi təbiətin və bəşər 

övladının əli və əqli ilə yaranan nemətlərin bir qismini məhv edir, dağıdır, viran 

qoyur.  Hələ    çar  Rusiyası  dövründə    imperiya  ərazisindəki    müsəlman  bacı-

qard


aşlarını  tərəqqiyə,  elmə,  Avropa  mədəniyyətinə    sahib  olmağa    səsləyən 

maarifçilər    öz  milli-  mənəvi  dəyərlərimizi,  adət-ənənələrimizi  də  unutmamağı 

tövsiyə edirdilər.   

         

Qərb  həyat,  təfəkkür  tərzinə  daha  dərindən  nüfuz  etdikcə,  bələd  olduqca  

böyü


k maarifçi, naşir, redaktor, irsi və şəxsi həyatı ilə Azərbaycana bağlı İsmayıl 

Qaspiralının  Avropa mədəniyyəti adı altında digər xalqlara insan haqları, yaxud 




555 

 

vicdan  azadlığı  adı  altında  inteqrasiyasına,  belə  demək  mümkünsə,  bir  sıra 



əxlaqdan  kənar  xüsusiyyətlərin    sırınmasına,  transferinə    etiraz  etmiş  ,  bədii  və 

publisistik əsərləri ilə bu prosesə qarşı   kəskin mübarizə aparmışdır. Bədii əsəri 

«Firəngistan məktubları»nda  «Bu gün Avropadan geri qalmış millətlər Avropanı 

müəllim və xoca tutmalıdırsa da, Avropanın qüsurlarından, xətalarından ibrət alıb 

bundan daha səadətli yaşam tərzi qurmağa səy göstərmələri daha ziyadə vacibdir» - 

yazan  İ.Qaspiralı «Avropa mədəniyyətinə bir nəzər» adlı publisistik əsərində qeyd 

edir  ki,  Avropa  bir  ixtiyardır,  təcrübəsi  çoxdur.  İxtiyarlığına  hörmət  edək. 

Təcrübəsindən  bəhrələnək,  xətalarını  təkrar  etməyək:  məktəblərini, 

universitetlərini bizlər də təsis edək, elmlə ağlımızı ziyalandırdığımız qədər haqq 

və  ədalətlə  ürəklərimizi  doldurmağa  çalışaq.  Avropada  pis-yaxşı  nə  varsa,  uşaq 

kimi çapmayaq, bir insan kimi götür-

qoy edək: nədir, nəyə yarar, vicdan və haqq-

ədalət xaricində deyil ki?!”  

         

“Tüklü  sabun”  hekayəsinin  qəhrəmanı  sələflərinin    tövsiyəsinə  əməl 

etməmiş, onların yolu ilə getməmiş, nəticədə uçuruma yuvarlanmışdır. İndi o, yad 

diyarda tüfeyli bir həyat sürür, qaş-gözünü aldırır, sığındığı Amaranın istədiyi kimi 

bir  kloun  həyatı  sürür.  Atası  naxələf  oğlunu  lənətləmiş,  özü  də  dünyasını 

dəyişmişdir.  Onu  Vətənə  gətirən  doğma  torpağa  sevgi,  valideyn  məhəbbəti  yox, 

Ayziki təqib edən,  addımbaaddım izləyən ,ona rahatlıq verməyən atasının ruhudur. 

Maraqlıdır ki, Vətəndə hələ  də Fəxrəddin bəy dövrünün ab-havası hakimdir. Yenə 

bədəndən  cin  çıxaran  mollalar  meydanda,  yenə  cəhalət  bayquşları  iş  başındadır. 

Gözlənilməz bir hadisənin qurbanına çevrilən Ayzik  qətldə ittiham olunaraq  həbs 

edilir.  Ayzikin  əldən  çıxmasından  ehtiyatlanan  və  onu  səfərdə  müşaiyət  edən 

Amara geri qayıdır. Əlbəttə, hekayənin süjeti, kompozisiyası, yuxarıda söylədiyim 

kimi  dili, üslubu, digər sənətkarlıq məsələləri ətrafında da müəyyən mühakimələr 

yürütmək olardı. Lakin  hər il ən müxtəlif səbəblərdən, o cümlədən təhsil almaq 

niyyəti  ilə  Avropaya  üz  tutan,  bəzi  hallarda  bir  sıra  gənclərin  “ayzikləşdiyini” 

nəzərə  alaraq,  əsərin  aktuallıq  nöqteti-nəzərindən  dəyərləndirilməsinə  üstünlük 



556 

 

verdik.  Bu  gün  qloballaşmanın  təcavüzünə  məruz  qalan  milli-mənəvi  dəyərlər, 



adət-ənənələr hər kəsi düşündürən ciddi problemlərdir. 

         

Murad  Köhəqala  maraq  dairəmdə  olan  müəlliflərdəndir,  onun  publisistik 

yazılarında  toxunduğu  mövzular diqqətimi  çəkir.  Yanılmıramsa,  bir  yazısında  da  

uşaqların, məktəblilərin  mütaliəsi məsələsini  qaldırmışdı və xüsusi ilə dərsliklərdə  

ciddi problemlərin olduğunu vurğulamışdı. Yazını oxuyanda  Azərbaycan Atatürk 

Mərkəzində  Dilsuzun  nağıl  kitablarının  təqdimatında  (  o,

70-


dən  çox  nağılımızı  

yenidən işləmiş və hər bir nağılın ayrıca, illüstrasiyalı kitab şəklində nəşrinə nail 

olmuşdu)    akademik  Bəkir  Nəbiyevin  “Bəzi  xəstəliklərdən  qorunmaq  üçün 

körpələrə peyvənd edilir. Onların  mənəvi  mərəzə  məruz qalmaması, yad, zərərli, 

ziyanlı vərdişlərə düçar olmaması üçün valideynlər körpələrini Dilsuzun hekayələri 

ilə  vaksin  etməlidirlər”-  fikrini  xatırlamışdım.    “Ulduz”da 

Murad  Köhəqalanın 

“Heyvanların  söhbəti”  proyektində”  rubrikası  altında  verilmiş    hekayələrinə  rast 

gələndə yenə Bəkir müəllimin dedikləri yadıma düşdü və həqiqətən də məzmun, 

ideya,  dil  baxımından  müasir  tələblərə  cavab  verən  əsərlərə  çox  ciddi  ehtiyac 

old

uğunu bir daha  vurğulamağı lazım bildim.  



      

“Ulduz”un    təqdim  etdiyi    hekayələrdən  Cavid  Qədirin  “Şahid  adamların 

hekayəsi” oxucunu  təkcə mövzunun ağırlığı, hadisələrin dramatizmi yox, həm də 

müstəntiq  Rəhimov kimi  tiplərlə  eyni  mühitdə,    eyni  cəmiyyətdə,  eyni  dövranda  

yaşamağın  ağrı-acısı,  nigarançılığı    üzür.    “Başı  qarnına  işləyən”,  əyri  yollarla 

mənsəb-rütbə, vəzifə alan müstəntiq Rəhimovun istintaq zamanı  şilə-yumuruğuna 

tuş kələn və bu halı ilə  kefli İsgəndərdən də çarəsiz  dəli Səfərin “deməliyəm ki, 

çox  iyrənc  məxluqlarsınız.  Geydiyiniz  geyimlər,  yediyiniz  yeməklər,  yaşadığınız 

evlər,  həyatınız...”la  başlayan  ittihamları-  monoloqu  əslində  müəllifin  

müstəqilliyimizə ləkə gətirən, inkişafımıza zərər vuran Rəhimovlara qarşı etirazın 

özünəməxsus ifadəsidir. 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə